24 Noyabr 2024

Bazar, 23:38

GLOBAL İSTİLƏŞMƏ "X SAATI" 2030-CU İLDƏ OLACAQ

Dünya alimləri belə bir fikirdədirlər ki, planetin iqliminin dəyişməsi bütün bəşəriyyət üçün təhlükə yaradır

Müəllif:

01.01.2008

Qlobal istilƏşmƏ problemi get-dikcə daha da kəskinləşməkdədir və bir çox ölkələrin alimləri onun həll yollarını axtarır. Azərbaycan da bu sırada istisna deyil - ölkəmiz hələ 1995-ci ildə təbiətin dəyişməsinə dair BMT çərçivə konvensiyasına, 2000-ci ildə isə Kioto protokoluna qoşulub. Hazırda ekologiya, okeanoqrafiya, hidrometeorologiya, kənd təsərrüfatı, səhiyyə sahəsindəkii mütəxəssislərimiz, həmçinin digər alimlərimiz Azərbayjanda bu konvensiya üzrə öhdəliklərə  riayət olunmasına dair layihənin  icrası ilə məşğuldurlar. 

 

Curnalist  alimlərlə kütlə arasında vasitəçidir

BMT İnkişaf Proqramı (BMT İP) Ekologiya Nazirliyi ilə birlikdə Bakıda jurnalistlər və QHT təmsilçiləri üçün iqlim problemlərinə dair treninq keçirib. Media və QHT təmsilçiləri müxtəlif profili  ekspertlərlə ünsiyyət  imkanı qazanıblar. Treninqi respublikada BMT İP təmsilçisi, BMT-nin Azərbaycandakı rezident-əlaqələndirijisi Bruno Pueza giriş sözündə xatırlatdı ki, son illərin bütün böyük təbii fəlakətləri elmi-texniki tərəqqinin doğurduğu qlobal iqlim dəyişikliklərinin nəticəsidir. Pueza qeyd etdi ki, Azərbayjan dünyada təbii tarazlığın pozulmasına bir o qədər də jiddi təsir göstərmir. O, əlbəttə ki,  haqlıdır:  Doğrudan da  ölkəmizi, 2004-cü ildə atmosferə, Çin və Hindistanın birlikdə buraxdığı qədər tullantı buraxan ABŞ ilə müqayisə etmək olmaz.

Bununla yanaşı, Bruno Pueza onu da demişdir ki, Azərbaycanda da "təmiz" texnologiyalardan istifadəyə birinci dərəcəli önəm verilməlidir. B.Puezanın fikrinjə, dünyada neftin qiymətinin bahalaşmasının yaxşı cəhətlərindən biri də odur ki, bu, fiziki və hüquqi şəxslər  üçün yanacaqdan daha qənaətlə istifadə edilməsini, sayğacların daha geniş tətbiq olunmasını zərurətə çevirir. Beləliklə də  atmosferə zərərli tullantıların həcmini bir qədər azaltmaq üçün imkan yaranır. O, daha sonra  onu da dedi ki, hər bir kəs qlobal istiləşməyə qarşı mübarizəyə qoşula bilər. Bunun üçün, məsələn,  işığı israfçılıqla yandırmamaq, yaxud kondisioneri boş yerə işlətməmək tələb olunur. İqlimin dəyişməsi  problemləri üzrə treninq haqqında  danışan BMT İP rəhbəri söylədi ki, bu mövzuda ciddi elmi nailiyyətlərin geniş kütlələrə anlaşıqlı dildə çatdırılması onun təmsilçisi  olduğu təşkilatın vəzifələrindən biridir. Bu məsələdə  elmi ictimaiyyətlə geniş kütlələr arasında əlaqələr yaradılması media və QHT işidir. QHT tərəfindən işlənib-hazırlanmış "Ekosfera" kursu jurnalistlər üçün elmi mənbələrlə iş üzrə bir çox faydalı informasiya  alınması sahəsində yaxşı vasittədir.

 

Fəlakət baş verəcəkmi?

Treninqdə jurnalistlər yaxın bir əsr üçün Azərbaycanda iqlimin inkişafının 5 modeli barədə ümumi təsəvvür əldə etdilər. Həmin modellər Ekologiya Nazirliyinin ekspertlər qrupunun mütəxəssisləri tərəfindən kompüter texnologiyaları vasitəsilə işlənib-hazırlanmaqdadır. Modellər üzrə proqnozlar bir-birindən xeyli  fərqlidir. Bununla belə, həmin proqnozlardan aydın olur ki, artıq indidən bütün səviyyələrdə - dövlət səviyyəsində  və  şəxsi səviyyələrdə tədbir görülməsi zəruridir. Tədbirdə  ABŞ-ın sabiq vitse-prezidenti Arnold Qorun başçılıq etdiyi dövlətlərarası ekspertlər qrupunun çəkmiş olduğu "Acı həqiqət" adlı filmdən kadrlar nümayiş etdirildi. Film Planetin sürətlə əriyən "buz papaqlarına", qasırğa və daşqınların nəticələrinə həsr olunmuşdur. Tamaşaçılar "Keçəlləşən" Kilimanjaronu,yerini dəyişən  Peru qletçerlərii (buzlaqlarını), solğunlaşan İngiltərə çəmənliklərini, pis tərəfə dəyişməkdə olan ABŞ steplərini təbii, Xorvatiya  vadilərini görür və bütün bunları  təbiət kataklizmlərinin  törətdiyinin şahidi olurdular.Bu film iqlimin dəyişməsi  probleminin ap-açıq və kəskin qoyuluşuna görə cari ilin oktyabr ayında Nobel sülh mükafatına layiq görülmüşdür.

Noyabr ayında iqlimin dəyişməsinə dair İspa-niyanın Valensiya şəhərində  konfrans keçirilib. BMT hökumətlərarası ekspertlər qrupunun təqdim olunan məruzəsində  deyilənlərə görə, qlobal iqlim dəyişiklikləri, həqiqətən də baş verməkdədir. Bunun baş verməsinin 90%  səbəbi parnik qazlarının atmosferə buraxılmasıdır. İnsanlarnlar bu arzuolunmaz hadisənin qarşısını iqtisadiyyat üçün məqbul məsrəflər hesabına xeyli dərəcədə ala bilərlər. Ekspertlərin fikrincə, əgər atmosferə karbon qazı buraxılması indiki həcmdə davam edərsə, müəyyən mərhələdə kəmiyyət keyfiyyətə keçəcək və bu halda, dəyişikliklər sıçrayışlı və dönməz xarakterli  olajaq.

Onlar 50 ildən sonra Yer üzündə orta temperaturun 1,1-6,4 dərəcə diapazonunda artacağını deyirlər. Antarktida və Qrenlandiya buzlaqlarının əriməsi Dünya okeanının səviyyəsinin 28-43 sm yüksəlməsinə, bəzi ada dövlətləri və sahilboyu şəhərlərin suyun altında qalması ilə nətijələnəjək. Tropik siklonların iqlimə təsiri güclənməsi nətijəsində planetin müxtəlif regionlarında quraqlıq və ya əksinə, daşqınlara səbəb olacaq, bu isə bəzi bitki və heyvan növlərinin məhvinə gətirib çıxaracaq.

Bakıdakı treninqdə Azərbaycan mütəxəssisləri ölkəmizin iqlim reallığını əks etdirən konkret rəqəmlər açıqladılar. Bu rəqəmlər də elə dünya üzrə ürəkaçan olmayan proqnozlar məcrasındadır: hər onillikdən bir həm havanın orta temperaturu, həm də  küləyin sürəti durmadan artmaqdadır. Yağıntıların miqdarı ilə buxarlanma arasında balans dəyişir. Kənd təsərrüfatında artıq səhralaşma problemləri özünü büruzə verməkdədir, şəhərlər su ehtiyatlarının çatışmaması ilə üzləşir. 

Azərbaycan problemə dair birinci milli hesabatı artıq hazırlayıb, ikincisinin hazırlanmasına isə sentyabr ayında başlanıb. Alimlərin vəd etdiyinə görə, hesabat 2009-cu il üçün tamamlanaraq, parnik qazlarının emissiyası, iqlim dəyişmələrinin  təsirinin  və ona adaptasiya səviyyəsinin  qiymətləndirilməsi, həmçinin itkilərin hesablanması və ölkə ərazisində iqlimin dəyişməsinin hazırlanan mümkün ssenarisi barədə məlumatlardan ibarət olajaq. 

 

Bütün planetin vəzifəsi

Noyabrın 27-də Brazilia şəhərində 2007/2008-ci illər üçün insanın tərəqqisinə  dair müstəqil məruzə (İİM) təqdim olundu. BMT İP tərəfindən sifariş edilən bu məruzə  bəşəriyyət qarşısında duran ən kəskin problemlərin müzakirəsi üçün təməl hazırlayır. Hazırda belə problemlərdən hansının ən kəskin olduğunu elə məruzənin adından başa düşmək olur: hər il işıq üzü görən sənəd bu il "İqlim dəyişikliklərii ilə mübarizə: parçalanmış dünyada insan həmrəyliyi". Məruzə dünyanın müxtəlif ölkələrindən olan 2 000 alimin təşkil etdiyi iqlimin dəyişməsi üzrə hökumətlərarası ekspertlər qrupunun bu yaxınlarda açıqlanan ümumiləşdirilmiş məruzəsinə əsaslanır. İİM 2007/2008 Azərbaycanda Ekologiya və Təbii Ehtiyatlar Nazirliyində keçirilən mətbuat toplantısında təqdim olunub. 

Təzahürləri artıq elmi şəkildə sübuta yetirilmiş fakt olmasına baxmayaraq, iqlimin dəyişməsi, nə qədər qəribə də olsa, hələ də mübahisə doğurmaqdadır. İndi artıq ekoloqların, alimlərin və BMT İP mütəxəssislərinin bircə yolu qalır - bu faktın bəşəriyyətin tərəqqisini əks istiqamətə yönəldərək, dünyanı iki düşərgəyə - Yerin atmosferini parnik qazları ilə çirkləndirməkdə davam edən (indi artıq varlanmaq yox, duruş gətirmək üçün) zəngin ölkələrə və sakinlərinin ən zəruri şeylərə, ilk növbədə, su ehtiyatları və yanacağa kəskin ehtiyacı olduğu həddən artıq kasıb ölkələrə bölünməsini sübuta yetirmək (ilk növbədə, dünyanın ən inkişaf etmiş ölkələrinə) məsələsi qalır. Bu, bəşəriyyətin kasıblıqla mübarizəyə dair bütün səylərini puça çıxaracaq. Mütəxəssislərin fikrincə, bəşəriyyət "böhran pilləsi"ilə, hətta yaxın onilliklərdə üzləşə bilər, axı artıq 2030-cu il üçün atmosferə CO2 qazı buraxılmasının 50% artacağı proqnozlaşdırılır. Odur ki məsələni mümkün qədər tez həll etmək lazımdır. İİM-in aparıcısı Kevinq Uotkinsin bildirdiyi kimi, XXI əsrin karbohidrogen büdcəsinin sərf edilib tükənməsi qorxusu var. Yəni yeri gəlmişkən,  elə Sibirin özündə artıq temperatur 3,6°S yüksəlib ki, bu da yerli xalqların həyat tərzini dəyişir. Bu, həm də Rusiyada daşqınlar baş verməsi, Mərkəzi Asiya dağlarında buzlaqların əriməsi və s. təhlükəni artırır. Hələ ki bütün bunlar planetimizin anjaq bir hissəsinin problemləridir... 

İİM-də deyildiyi kimi, "iqlim dəyişiklikləri problemlərinin həlli iki cəbhədə fəaliyyət göstərilməsini tələb edir. Birincisi, dünyanın iqlimin yumşaldılması ilə bağlı tədbirlərin sürətləndirilməsinə ehtiyacı var. İkinci qlobal zərurət adaptasiyadır". Hər iki istiqamətdə inkişaf etmiş ölkələr iqtisadi baxımdan geri qalanlara yardımçı olmalıdır, çünki bu barədə BMT Baş katibi Pan Gi Munun dediyi kimi, "İqlimin dəyişməsi bütün bəşər ailəsi üçün təhlükədir".   

İqlim dəyişikliklərindən qorunmaq üçün alimlərin tövsiyə etdikləri konkret tədbirlər bunlardan ibarətdir: karbona vergilərin tədricən artırılması, atmosferə tullantılar üçün daha ciddi standartların qəbulu, azkarbonlu energetikanın inkişaf etdirilməsinin dəstəklənməsi, maliyyələşdirmə və texnologiyaların verilməsi üzrə beynəlxalq əməkdaşlıq. 

 

Doğma ekologiyamızın boşluqları 

Məlumdur ki, atmosferə tullantıların artması insan potensialının inkişaf indeksinə düz mütənasibdir. Bu indeks  insanın inkişaf səviyyəsini dəyərləndirən göstərijidir. İnkişaf indeksi insan ömrünün gözlənilən uzunluğunu, savadlılığı, gəlirlərin səviyyəsini və s. kateqoriyaları əhatə edir. İNM 2007/2008-ə uyğun olaraq insan potensialının inkişaf indeksi üzrə ölkələrin reytinqində birinji yeri İslandiya tutur.  Reytinqdə cəmi 175 ölkə, habelə Honkonq və işğal olunmuş Fələstin əraziləri vardır. Lakin barələrində dürüst məlumat olmadığı üçün bu il BMT üzvü olan 17 ölkə (Əfqanıstan, İraq, Somali və s.) həmin reytinqə daxil edilməyib. Azərbaycan 98-ci yerdədir  (müqayisə üçün: Gürcüstan - 96-cı, Ermənistan - 83-cü, Rusiya - 67-ci yerlərdədir). 

Azərbaycanın ekologiya naziri Hüseynqulu Bağırov mətbuat konfransında  çıxış edərkən ümidverici tendensiyadan danışdı. O, dedi ki, son bir neçə il ərzində  Azərbaycanda atmosferə tullantıların səviyyəsi, demək olar ki, 2 dəfə azalıb, 2000-ci ildə 70 mln ton təşkil edən  bu göstəriji,  hazırda təqribən 35 mln ton  təşkil edir. Eyni zamanda, avtonəqliyyat vasitələrindən atmosferə 2 dəfə artıq, yəni 9 mln ton zərərli  maddələr buraxılır. Digər tərəfdən, ölkəmizdə əhalinin böyük bir hissəsi hələ də yanacaq kimi odundan istifadə edir ki, bu da meşələrin qırılmasına və atmosferdə metanın miqdarının artmasına gətirib çıxarır. 

Azərbaycan ekologiyasının daha bir bəlası əksər kənd sakinlərinin   qaramal saxlamağa aludə olmalarıdır. Burada qeyri-adi heç nə yoxdur - heyvandarlıq kənd təsərrüfatının  çəkilən xərji  tez çıxaran sahəsidir. Lakin ona həddən artıq böyük maraq göstərilməsi  kütləvi şəkildə nəzarətsiz otarma ilə əlaqədar ölkənin meşə massivlərinə güclü zərbə vurur. Öz bizneslərinə sərmayə yatırımını daha da azaltmaq məqsədi ilə kənd sakinləri hazır yem almır və onu özləri tədarük etmir, heyvanları harada gəldi otarmağa üstünlük verirlər. Bu da adətən, çoxəsrlik meşələrə jiddi ziyan vurur. Ekologiya və Təbii Ehtiyatlar  Nazirliyi ekoloji qanun pozuntularına görə cərimələri artırmaq niyyətini açıqlayıb və güman etmək olar ki, sərtləşdirilmiş sanksiyalar sırasına mütləq nəzarətsiz otarmaya görə cərimələr də daxil ediləcək. 

Alimlərin müşahidələrinə görə, Azərbaycanda yayda, adətən, quruyan bəzi çaylar artıq qurumur, yaxud daha gec və daha qısa müddətə quruyur ki, bu da iqlimin istiləşməsi və dağlarda buzlaqların əriməsi ilə əlaqədardır. Azərbaycanda qeyri-neft sektorunun da intensiv inkişaf etdiyini, həmçinin günəş, külək və termal suların energetikasındın istifadəyə diqqət yetirildiyini xatırladan H.Bağırov kənd təsərrüfatının üzvi tullantılarından ekoloji təmiz yanacaq əldə edilməsinə dair 5 pilot layihəsinə də toxundu. Nazirlik bu layihələri ölkənin müxtəlif bölgələrində xarici şirkətlərin iştirakı ilə Kioto protokolunun təmiz istehsal mexanizminə dair 3-cü əlavəsi çərçivəsində həyata keçirir. Adambaşına ildə 3,8 ton karbon tullantılarının düşdüyü ölkəmizdə durum, bir sıra ölkədən fərqli olaraq, bütövlükdə, daha müsbətdir və İİM 2007/2008-ə görə, dünya göstəricilərinin cəmi 0,2%-ni təşkil edir. Müqayisə üçün, Rusiya - 8,8%, Çin - 10,6%, ABŞ - 21,2% paya malikdir. Beləliklə, Azərbaycanın atmosferə parnik qazları buraxılmasını azaltmaq imkanı var Lakin bu prosesin templərini ciddi şəkildə intensivləşdirmək tələb olunur. 

 

BALİstik protokol   

Fəaliyyətləri iqlimin qlobal dəyişməsi probleminin həllinə bu və ya digər şəkildə töhfə verilməsini nəzərdə tutan bir çoxları, həm də planetin böyük sayda digər sadə sakini BMT-nin dekabrın birinci yarısında Balidə (İndoneziya) keçirilən İqlim üzrə 13-cü konfransının nəticələrini maraqla gözləyirdilər. Dünyanın, təxminən, 200 ölkəsinin hökuməti Kioto protokolunun yeni redaktəsini (onun indiki fazasının qüvvədə olma müddəti 2012-ci ildə başa çatır) müzakirə etməli idi. Onun əsasında iqlim dəyişikliklərinə adaptasiya strategiyasının dayanacağı nəzərdə tutulurdu. 

"Greenpeace"  fəalları sammitin keçirildiyi binanın girişində hündürlüyü, təxminən, 7 m olan termometr quraşdırmışdılar. O, nümayəndələrə xatırlatmalı idi ki, planetdə orta temperatur, ən çoxu, 2°S artmalıdır. Əks halda, iqlim dəyişikliklərinin nəticələri dönməz səciyyə kəsb edəcək. Təəssüf ki, termometr emosiyaların, sadəcə, gərginləşməsinin deyil, konfransın özündə ehtirasların, sözün həqiqi mənasında, coşmasının rəmzinə çevrildi. Bunun əsasını isə atmosferi ən çox çirkləndirdiklərinə görə 3 ölkənin antimükafat almaları qoydu. Bu özünəməxsus "mükafatlar"ın sahibləri ABŞ, Səudiyyə Ərəbistanı və konfransı qəbul edən ölkə - İndoneziya oldu. Konfransın kifayət qədər əsəbi fonda cərəyan edən sonrakı gedişi də xoşməramlı konsensusla nətijələnmədi. İştirakçı ölkələr bir neçə düşərgəyə bölündü. İnkişaf etməkdə olan ölkələr, o cümlədən parnik qazlarının ən iri emitentləri - Çin və Hindistan bəyan etdilər ki, iqlim sisteminə daha yüksək antropogen təsirə görə əsas məsuliyyəti inkişaf etmiş  ölkələr daşımalıdır. Öz növbəsində, bu sonuncular ortaq rəyə gələ bilmirdilər. Onların yeganə ümumi cəhəti belə bir addımın iqtisadi inkişaflarını ləngidə biləcəyindən ehtiyat etdikləri üçün emissiyanın azaldılmasına dair yeni öhdəliklər götürməyə hazır olmamaları idi. 

"Zülmət səltənətində yeganə işıq şüası" isə Kioto protokolunun Avstraliya tərəfindən ratifikasiyası oldu. Əslində, konfrans bu nailiyyətə görə özünün məhsuldar işləməsinə deyil, Avstraliyanın yeni təzə seçilən baş naziri Kevin Radın qətiyyətinə minnətdar olmalıdır. "Təzə süpürgə" o qədər güclü oldu ki, indi Yaşıl kontinent (qurunun kifayət qədər böyük bir parçası) iqlimə dair götürdüyü öhdəliklər baxımından bütün planeti qabaqladı. Avstraliyanın baş naziri bildirdi ki, onun ölkəsi, birincisi, 2050-ci ilə qədər atmosferə CO2  buraxılmasını 2000-ci illə müqayisədə 60% azaldacaq, ikincisi, atmosferə tullantılara kvotalar ticarətinin milli sxemini işləyib-hazırlayacaq, üçüncüsü, 2020-ci il üçün öz energetikasında bərpa olunan mənbələrin payını 20% artıracaq. 

Təəssüf ki, bu təşəbbüs, hələlik, heç kimə örnək olmayıb. AB təmsilçiləri "yol xəritəsi" adlandırılan saziş işləyib-hazırlamağı təklif etdilər. Bu, 2020-ci il üçün atmosferə parnik qazlarının buraxılmasını qlobal miqyasda 40%-ə qədər azaltmağa imkan verir. Lakin Bali konfransının sədarət orqanları Avropa ölkələri və Avstraliya qədər optimist deyildilər və onların əks təklifi cəmi 20% səviyyəsində qərarlaşmaq oldu.  Lakin bu "xırda" fikir müxtəliflikləri ABŞ-ın mövqeyi fonunda heç nədir. Kioto protokolunu Avstraliya da ratifikasiya edəndən sonra ABŞ bunu etməyən və beləliklə, atmosferə əsas parniq qazı - CO2  buraxılması üçün kvotalar sistemi ilə razılaşmayan yeganə ölkə olaraq qaldı. ABŞ prezidenti Corc Buş bununla əlaqədar bildirdi ki, hər bir dövlət üçün məcburi tullantı normalarını dəstəkləmir. Vaşinqtonun fikrincə, atmosferə zərərli maddələr buraxılması məsələlərini "hər bir dövlət öz planlarına uyğun həll etməlidir". 

 Bu yaxınlarda qlobal istiləşmə probleminin həllinə töhfəsinə görə Nobel sülh mükafatı alan sabiq vitse-prezident Albert Qor ABŞ prezidentinin rəyi ilə  heç  razılaşmadı. O, Bali sammiti iştirakçılarını iqlim məsələlərində daha qətiyyətli olmağa və ABŞ prezidenti C.Buş tezliklə vəzifəsini tərk edəcəyindən, ABŞ-ın atmosferə zərərli tullantıların azaldılmasına qarşı etirazlarına fikir verməməyə çağırdı.   

ABŞ-ın rəsmi mövqeyinin nəticəsi bu ölkənin nümayəndə heyəti tərəfindən Bali konfransında irəli sürülən planın Avropa ölkələri nümayəndə heyətləri və aparıcı beynəlxalq ekologiya təşkilatlarının təmsilçiləri tərəfindən rədd edilməsi oldu. Üstəlik, indi AB təmsilçiləri iqlimə dair gələn ilin əvvəllinə nəzərdə tutulan digər bir "ada"  görüşünü - Havay toplantısını boykot etmək qərarına gəldilər. Adada ABŞ-ın himayəsi altında dünyanın 16 aparıcı sənaye dövlətinin təmsilçiləri yığışaraq, planetdə iqlimin qorunmasının aktual məsələlərini BMT-dən kənar həll etməli idi. 

Avropalılar belə qənaətə gəldilər ki, əgər Balidə BMT çərçivəsində ABŞ-ı Kioto protokolunu imzalamağa inandırmaq mümün olmadısa, doğma palmalar altında Amerika nümayəndə heyəti, ümumiyyətlə, heç bir güzəştə getməyəcək. Əlbəttə, burada müəyyən məntiq var.  

Beləliklə, Kioto protokolu iqlimin qorunması məsələsində beynəlxalq əməkdaşlıqda ilk iri addım olmalı idi. Lakin həmişəki kimi, ilk addım uğursuz oldu. Buna görə də postskrimtum kimi internetdəki hazırjavablardan (qrinpisçilərdən) birinin rəyini misal göstərmək olar. O, Kioto protokolunu BALİistik adlandırmışdır.


MƏSLƏHƏT GÖR:

406