Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
Uşaq bağçası deyən-də sevimli tərbiyəçi, yelləncəklər, "dinjlik saatı", kisel, mannı sıyığı, oyuncaqlar, piano və hər bayramda keçirilən səhərciklər yada düşür. Sovet adamlarının, demək olar ki, hər birinin uşaqlığı "bağça" ilə bağlı idi; bu, hər bir körpənin keçməli olduğu mərhələ idi. Və iş təkcə onda deyildi ki, işləyən valideynlər uşaqlarını harada isə qoymalı idilər. Əsas məsələ uşağın məktəbəqədər təhsil alması idi. Sovet hakimiyyəti dövründə məktəbəqədərki təhsil respublikamızın əksər bağçalarında həqiqətən çox yüksək səviyyədə təşkil edilmişdi.
İndiki vaxtda uşaq bağçaları ilə əlaqədar olaylar kədər doğurur. Zəif maddi-texniki baza, 50 ildən də artıq bir müddətdə təmirsiz qalmış binalar, keyfiyyətsiz qida ijtimaiyyəti narahat edən əsas məsələlərdəndir. Belə bağçalara əhalinin münasibəti son dərəjə mənfidir. Amma bütün bunlara baxmayaraq, bir çox valideynlər körpə balalarını qeyri-peşəkar tərbiyəçilərin öhdəsinə buraxmağa məcburdurlar - birinjisi, ona görə ki, işə gedərkən uşağa baxmağa adamları yoxdur, ikinjisi, ona görə ki, uşaqlarını hər rahatlığın nəzərdə tutulduğu özəl körpələr evlərinə və bağçalara verməyə vəsaitləri yoxdur. Mövjud qeyri-peşəkarlıq isə onunla bağlıdır ki, bütövlükdə, tərbiyəçi ixtisası gənj qızlarda maraq doğurmur. Onların yalnız az bir hissəsi məktəbəqədər təhsil sistemində pedaqoq olmaq arzusundadır. Çox kiçik məbləğ müqabilində uşaqlarla məşğul olmağa kim həvəs göstərə bilər? Ancaq test qəbul imtahanlarında yüksək bal toplaya bilməyib ali məktəbin məktəbəqədər təhsil fakültəsinə düşən qızlar görməli olurlar. Bəlkə də hüquqşünas peşəsinə yiyələnmək arzusu ilə yaşayan bu gənclər tərbiyəçi kimi çalışmaq məcburiyyətində qalırlar. Ölkəmizdə tərbiyəçi peşəsi presticli olmadığına görə, uşaq bağçalarına qəbul imtahanlarında güj-bəla ilə "kafi" almış adamları işə götürürlər. Unudurlar ki, uşaq bağçası uşaq şəxsiyyətinin formalaşmasında çox vacib mərhələdir. Ona görə də uşaq tərbiyəsi işinə həqiqətən tərbiyəçi işləməyi arzulayan peşəkarlar jəlb edilməlidirlər.
Aydındır ki, hazırda bu məsələ də böyük bir problemin - Azərbaycanda məktəbəqədər təhsil böhranının yalnız bir hissəsidir. Axı bu gün hər adam ayda 300 və daha artıq dollara başa gələn "elitar" bağçada uşağının hərtərəfli təhsil və tərbiyə almasını təmin edə bilmir. Məhz buna görə ölkə başçısı İlham Əliyev ötən ilin yayında uşaq bağçalarının özəlləşdirilməsi haqqında fərman verdi. Əsas səbəb - Azərbaycanda uşaq bağçalarının yaxşı durumda olmamasıdır və vəziyyət onların özəl mülkiyyətə verilməsi ilə düzələ bilər. Və proses başladı. Bu gün ölkədə 1764 uşaq bağçası fəaliyyət göstərir ki, onlardan 240-nı özəlləşdirmək nəzərdə tutulur. Uşaq bağçalarını hərraca çıxararkən onların maddi-texniki bazası, uşaqların sayı və s. nəzərə alınır. Əlbəttə, uşaq bağçalarının özəlləşdirilməsi və deməli, onların avtomatik olaraq ödənişli əsaslara keçirilməsi ölkədə məktəbəqədər təhsil problemlərinin nə dərəcədə həll olunajağı barədə istənilən qədər diskussiya aparmaq olar. Lakin onu da yadda saxlamaq lazımdır ki, məktəbəqədər təhsil müəssisələri obyektlərinin özəlləşdirilməsi artıq başlayıb. Və təkcə dövlət sektorunda deyil, ictimai sektorda da prosesin qanunauyğun getdiyini mütləq nəzarətdə saxlamaq lazımdır, çünki bununla əlaqədar həyəcanlı siqnallar artıq qeydə alınıb. Prezident fərmanında qırmızı xətlə vurğulanmış əsas şərt məktəbəqədər təhsil obyektlərinin özəlləşdirmədən sonra heç bir vəchlə əsas fəaliyyət profilini dəyişə bilməməsidir.
Faktlar nədən xəbər verir?
"Sosial inkişafa dəstək" ictimai birliyinin uşaq bağçalarının özəlləşdirilməsi prosesinə həsr olunmuş monitorinqinin nəticələri KİV və üçüncü sektorda geniş müzakirələrə səbəb oldu. Birliyin rəhbəri Bəxtiyar Həsənovun sözlərinə görə, özəlləşdirilmiş, yaxud özəlləşdirilməyə çıxarılmış 36 məktəbəqədər uşaq müəssisəsi monitorinqə məruz qalmışdır. O deyir: "Məqsədimiz bizi maraqlandıran bir suala javab tapmaq idi: görəsən, özəlləşdirilmiş obyekt prezident fərmanında göstərildiyi kimi, sonra da öz profili üzrə işləyəjək? Fərmanda deyilir ki, mövjud qanunverijiliyə uyğun olaraq, ölkədəki bütün özəlləşdirilmiş obyektlər, onların yeni sahiblərinin istəyi ilə üç ildən sonra öz fəaliyyət profilini dəyişə bilər. Amma bu heç bir halda məktəbəqədər uşaq obyektlərinə şamil edilə bilməz. Amma buna baxmayaraq, biz əks faktlarla rastlaşmışıq. Lakin bu gün biz faktları bəyan edirik - uşaq bağçalarının özəlləşdirilməsi onların yeni sahiblərinin ucbatından kütləvi hüquq pozuntularına səbəb olur - bu həm uşaqlara, həm də məktəbəqədər müəssisələrin kütləvi şəkildə işdən azad edilən təbiyəçi-pedaqoq kollektivinə münasibətdə özünü göstərir".
Layihənin koordinatoru Cahan-gir Mahmudovun "R+" müxbirinə verdiyi məlumata görə, Bakının Nizami, Xətai, Nərimanov və Əzizbəyov rayonlarındakı uşaq bağçalarının rəhbərləri və əmək kollektivləri ilə söhbətlərdən öyrənmişik ki, yeni sahiblərin uşaq bağçaları ərazilərində çox hündür binalar tikmək niyyətləri vardır. Amma bir məsələni də nəzərdən qaçırmamaq vajibdir. Prezidentin fərmanında o da deyilir ki, özəlləşdirmə məsələsində üstünlük məktəbəqədər müəssisələrin rəhbərliyinə və kollektivinə veriləcək. Yaradılacaq güzəştli şəraitin köməyi ilə onlar müəssisələrin sahibinə çevrilmək imkanı qazanacaqlar. Misal üçün, müəyyən olunmuş məbləğin yarısını ödəyəndən sonra kollektiv qalan pulu 2 il ərzində hissə-hissə verə bilər. Uşaq bağçası əmək kollektivi tərəfindən özəlləşdirilirsə, hərracda müəyyənləşdirilmiş məbləğin bir hissəsini dövlət ödəyir. Lakin uşaq bağçalarının özəlləşdirilməsi gedişində bu şərtlərə əməl edilməyib- əmək kollektivlərinə uşaq bağçasının özəlləşdirilməsindən yalnız 15 faiz pay təklif olunub.
Bundan əlavə, özəlləşdirmənin başlanğıjında bir sıra uşaq bağçalarında, bilavasitə, özəlləşdirmə prosesinin başlanması ərəfəsində bir sıra uşaq bağçalarında əmək kollektivi üzvlərinin sayı, orada işləməyənlərin hesabına süni surətdə artırılıb. Həmin adamlar 15 faiz payın bölüşdürülməsində iştirak ediblər. J.Mahmudovun fikrinjə, hərraclarda əmək kollektivlərinin sahib olması nəzərdə tutulan uşaq bağçalarının qiyməti süni surətdə 2-3 mln manata qədər qaldırılıb. Halbuki real qiymət 30 min manatdan yuxarı olmamalı idi. Bu, məhz ona görə edilib ki, uşaq bağçalarının əmək kollektivləri özəlləşdirmə prosesində iştirakdan vaz keçsinlər. Prezident fərmanına zidd daha bir məqamı da diqqətdən qaçırmaq olmaz. Özəlləşdirmədən sonra məktəbəqədər müəssisələrin əksəriyyəti qeyri-müəyyən müddətə bağlanıb. Halbuki fərmanda deyilir ki, Azərbaycanda uşaq bağçaları ona görə özəlləşdiriləjək ki, onların işinin keyfiyyəti yaxşılaşsın, qəza vəziyyətində olan bağça binaları isə əsaslı təmir edilsin. Lakin monitorinq göstərdi ki, yalnız normal vəziyyətdə olan və əsaslı təmirə ehtiyac duyulmayan məktəbəqədər müəssisə binaları özəlləşdirilib. Bakının ujqar rayonlarında yerləşən binalar isə heç kimi cəlb etmir və onlar özəlləşdirilmir. Aydındır ki, normal vəziyyətdə olan uşaq bağçalarının binaları gələcəkdə ticarət obyektinə çevrilmək məqsədilə təmir edilir. Onların əlverişli məkanda yerləşməsi buna imkan yaradır.
C.Mahmudovun fikrincə, artıq bu gün iddia etmək olar ki, Bakının uşaq bağçalarının 30%-i tamamilə yoxolma təhlükəsi altındadır. Uşaqların məktəbəqədər təhsili harada alacaqları yeni sahibləri qətiyyən maraqlandırmır. Qəribəsi odur ki, monitorinq qrupunun üzvləri uşaq bağçalarının yeni sahibləri ilə görüşməyə müvəffəq ola bilməyiblər. Onlar gözdən yayınmağa üstünlük verirlər. Elə çıxır ki, uşaq bağçaları binalarının yeni sahibləri prezident fərmanının göstərişlərinə başdansovdu yanaşır, əksər hallarda isə sadəcə, ona göz yumurlar.
İlk monitorinq Nizami rayonundakı R.Rüstəmov küçəsi, 20 ünvanında yerləşən uşaq bağçasında keçirilib. Mahmudovun sözlərinə görə, qrup səhər tezdən uşaq bağçasının ərazisinə gələndə, burada uşaqların ağladıqlarının şahidi olub. Həyətdə oturmuş pedaqoqlar bunu uşaqların ac olması ilə izah ediblər. Məlum olub ki, müəssisədə valideynləri maddi çətinlik çəkən uşaqlar tərbiyə alırlar. Onlar uşaqları yalnız bazar günü evə aparır, bazar ertəsi isə yenə bağçaya gətirirlər. Bəzən uşaqlar valideynlərini aylarla görmürlər. "Özəlləşdirməyə bir neçə gün qalmış 176 №-li bağçanın dövlət tərəfindən maliyyələşdirilməsi dayandırılıb. Bunun nətijəsidir ki, bağça lazımi ərzaq malları ilə təmin olunmadığından, uşaqlar ajlıq çəkirlər. Valideynlərin əksəriyyəti bağçanın özəlləşdirilməsinə etirazlarını bildirirlər.
Əmək kollektivi ilə söhbətlərdən məlum olub ki, uşaq bağçasının kim tərəfindən özəlləşdirildiyi naməlum qalıb. Prosesin bir sıra pozuntularla həyata keçirildiyi isə göz qabağındadır. Uşaq bağçasını özəlləşdirən şəxsin kimliyi bəlli deyildir. Özəlləşdirmə zamanı uşaq bağçasının əmək kollektivi birinci iştirak hüququna malik olsa da, bunu ona heç kim təklif etməyib. İşçilərə elan ediblər ki, burada işlədikləri uzun illər ərzində kifayət qədər gəlir götürüblər və yalnız 15% məcburi paya iddia edə bilərlər.
Uşaq bağçasının geniş ərazisində çoxillik şam ağajları, dekorativ ağaclar vardır. Amma lazımi qulluq göstərilmədiyindən, onların çoxu qurumaq üzrədir. Bağça kollektivinin və qonşuların sözlərinə görə, burada növbəti hündürmərtəbəli yaşayış binasının tikilməsi nəzərdə tutulur, ona görə də ağaclara qulluq etmirlər. Həqiqətən, keçirilmiş monitorinqlər sübut edir ki, bu geniş ərazili uşaq bağçalarının fəaliyyətinin təmir bəhanəsilə dayandırılmasının əsas səbəbi qanunda nəzərdə tutulan 3 ilin keçməsini gözləməkdir. Prezident fərmanında isə deyilir ki, uşaq bağçası öz əsas fəaliyyət profilini heç bir halda dəyişə bilməz.
Monitorinqin keçirildiyi daha bir məkan Nərimanov rayonudur. Bu rayonda, demək olar ki, bütün uşaq bağçaları özəlləşdirilib. İlk monitorinq A.Nemətulla küçəsi, 59 ünvanında yerləşən 81 saylı uşaq bağçasında keçirilib. Bu bağça əsaslı təmir adı ilə fəaliyyətini dayandırıb. Əslində isə təmirə heç bir ehtiyac yoxdur. Qonşularla söhbətdən məlum olub ki, müəssisə xeyli müddətdir işləmir. Əmək kollektivi ilə əlaqə yaratmaq da mümkün olmadı. Bağça ərazisində yaşayan qaçqın ailəsi buranı kimin özəlləşdirdiyini, bağçanın fəaliyyətini bərpa edəcəyini və bunun nə zaman baş verəcəyini bilmir. Xəbər verilmişdi ki, kimsə ailə başçısı ilə söhbət edərək onlara bu ərazidə gözətçi qismində yaşamağa icazə verib. Bu uşaq bağçasının geniş ərazisi rayonun ən yaşıl ərazisidir. Mahmudov deyir: "İnsanların istirahəti üçün get-gedə daha az yer qaldığı və uşaq meydançaları ərazisində evlər tikildiyi bir vaxtda məktəbəqədər bağçaların kimlərsə tərəfindən naməlum məqsədlərlə özəlləşdirilməsi əhalinin haqlı narahatlığına və narazılığına səbəb olur".
Səbail rayonu ərazisində özəlləşdirmə sürətlə aparılır, indiyədək 6 uşaq bağçası özəlləşdirilib. Ən çox qanun pozuntusuna bu rayonda yerləşən 53 və 25 saylı bağçaların özəlləşdirilməsi zamanı yol verilib. Belə ki, hərracların gedişində onların qiyməti süni şəkildə şişirdilərək 3 500 000 manata çatdırılıb. Beləliklə də əmək kollektivinin etirazına baxmayaraq, o, özəlləşdirmədə iştirakdan kənarda qalıb. Lakin heç kim bu olaya əhəmiyyət verməyib. Uşaq bağçasının ümumi sahəsi 150 kv.m., pedaqoji kollektiv 12 nəfər, uşaqların sayı 40 nəfərdir. 5136 manat başlanğıc qiymətlə hərraca çıxarılan uşaq bağçası nəticədə fantastik qiymətə - 3500000 manata özəlləşdirilib.
Elə çıxır ki, hazırda özəlləşdirmə prezident İlham Əliyevin 23 avqust 2006-cı il tarixli fərmanı çoxsaylı pozuntular ilə həyata keçirilir.
Başqa çıxış yolu yoxdur
Yuxarıda sadalanan faktları şərh edərkən Təhsil Nazirliyinin ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin baş məsləhətçisi Nərminə Əlnağıyeva "R+" müxbirinə deyib ki, bəzi hallarda uşaq bağçaları ərazilərinin ayrılıqda olmasından istifadə edərək, burada çoxmərtəbəli binalar tikilməsinə cəhdlər göstərilib. Onun sözlərinə görə, bu artıq heç kim üçün sirr deyil. Nərminə xanım deyir ki, "Nərimanov rayonundakı 259 saylı uşaq bağçasının ərazisində tikinti işlərinə başlamaq jəhdini misal göstərə bilərəm. Nazirlər Kabineti və Təhsil Nazirliyi bu fakta dərhal reaksiya verdiyindən tikinti dayandırıldı. Bu qəbildən digər belə faktlarımız yoxdur və sizi inandırıram ki, oxşar problemlər yaranan kimi valideynlər və bu uşaq məktəbəqədər müəssisələrinin işçiləri dərhal bizə müraciət edirlər".
Nizami rayonu, R.Rüstəmov küçəsi, 20 ünvanında yerləşən 176 saylı bağçada ərzağın yoxluğu faktı ilə bağlı N.Əlnağıyeva qeyd edib ki, göstərilən məktəbəqədər təhsil obyekti, ümumiyyətlə, uzun müddətdir fəaliyyət göstərmir. Təhsil Nazirliyinin məktəbəqədər təhsil obyektlərinin özəlləşdirilməsi prosesinə nəzarət edib-etmədiyi sualını N.Əlnağıyeva belə javablandırıb: "Bu, əməli jəhətdən mümkün olan iş deyil. Biz anjaq neqativ xarakterli siqnallara reaksiya veririk".
Bununla yanaşı, Təhsil Nazirliyi ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin baş məsləhətçisi etiraf edib ki, müsbət özəlləşdirmə təcrübəsi faktları da artıq var - 5 saylı uşaq bağçasında müşahidələrimiz əsasında deyə bilərəm ki, hər şey yaxşıdır. Bundan başqa, yeni sahibkarlar özəlləşdirmədən əvvəl uşaq bağçasını lazımi şeylərlə təmin etmək iqtidarında olduqlarını sübuta yetirməlidirlər". N.Əlnağıyeva özəlləşdirmədən sonra uşaq bağçalarının bir çoxunun təmirə dayandığını da dilə gətirib. Onun sözlərinə görə, şübhəsiz, dövlət uşaq məktəbəqədər müəssisələrinin özəlləşdirilməsi aztəminatlı ailələrdən olan uşaqların orada tərbiyə olunmasına maneçilik törədə bilər". Məlumdur ki, ölkədə aztəminatlı, qaçqın və məcburi köçkün ailələri çoxdur. Bütün məktəbəqədər müəssisələr özəlləşdirilərsə, onlarda tərbiyə olunan uşaqların sayı azalajaq. Buna görə də özəlləşdirmə ölkənin bütün uşaq bağçalarına şamil olunmamalıdır. Valideynlər uşaqlarının bağçada tərbiyə olunması üçün lazımi məbləği ödəyə bilməyəcəklər. Əks halda siyahıya aztəminatlı ailələrin uşaqları üçün 15-20% yer salınması vajibdir. Amma hər bir halda bazar iqtisadiyyatı prinsipi müəssisələrin özəlləşdirilməsini tələb edir. Sahibkara müəssisənin profilini saxlamasını bir vəzifə olaraq tapşırmaq lazımdır. Əgər özəlləşdirilən ərazidə uşaq bağçası varsa, o, uşaq bağçası olaraq qalmalıdır.
N.Əlnağıyeva məlumat verib ki, hazırda ölkədə 379 yeni məktəbəqədər müəssisəyə ehtiyac duyulur. Hazırda fəaliyyət göstərən bütün uşaq bağçalarının 65%-dən çoxunun əsaslı təmirə ehtiyacı var. Məlumdur ki, uşaq müəssisələrinin 70%-dən çoxunda istilik sistemi işləmir. 451 məktəbəqədər müəssisə mərkəzləşdirilmiş qaydada istiliklə təmin olunur. Ölkədə uşaq bağçalarının 51%-ə qədərinin qaz peçi, 7%-nin isə odunla qızdırıldığı rayonlar var. 1683 məjburi köçkün ailəsi Respublikanın məktəbəqədər bağçalarda yerləşdirilməsi faktı da məlumdur. Təkcə Bakıda məktəbəqədər müəssisələrdə 737 ailə yaşayır.
Təhsil Nazirliyində belə hesab edirlər ki, uşaq bağçalarının özəlləşdirilməsi Azərbaycanda məktəbəqədər təhsilin səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərəcək.
İdarədə əmindirlər ki, gələcəkdə dövlət və özəl məktəbəqədər müəssisələr arasında sağlam rəqabət olacaq, bu isə öz növbəsində, həmin müəssisələrdə təhsilin səviyyəsinin yüksəlməsi ilə nətijələnəjək. Şəxsi mülkiyyətə verilməsi nəzərdə tutulan məktəbəqədər müəssisələrin bir hissəsində qaçqın və məcburi köçkünlər yaşadığından, ölkə başçısının fərmanına əsasən, 1991-1998-ci illərdə müxtəlif obyektlərdə məskunlaşmış adamlar Ermənistanın işğalından azad edilmiş Azərbaycan torpaqlarına qayıdana qədər həmin obyektlərdə yaşaya bilərlər. Bu halda özəlləşdirmə prosesinin necə keçiriləcəyi haqqında "R+" müxbirinin sualına cavab verən Təhsil Nazirliyi icra aparatının rəhbəri İlham Pirməmmədov qaçqın və məcburi köçkünlərin yaşayış yeri ilə təmin olunması aspektləri ilə həmin uşaq bağçalarını özəlləşdirən şəxslər və idarələrin məşğul olacağını vurğulayıb. O deyib: "Bu müəssisələrin gigiyena qaydaları nəzərə alınmaqla yeniləşmə və yenidən qurulmasından sonra ödənişli olacağına baxmayaraq, Təhsil Naziliyi qiymətqoyma məsələləri ilə məşğul olmayacaq. Təklif olunan xidmətlər üçün qiymətləri uşaq bağçaları müəyyən edəcək". Əslində, Bakıda belə təcrübə qeyri-rəsmi şəkildə artıq var. Uşaqların bu məktəbəqədər müəssisələrdə tərbiyə olunması formal şəkildə pulsuz sayılsa da, valideynlər tərbiyəçilərə ayda 10-30 manat ödəməyə artıq öyrəşiblər.
Öz növbəsində, Dövlət əmlakını idarəetmə komitəsində qeyd edirlər ki, bu sahəyə özəl sektorun investisiyaları uşaq bağçalarının indiki vəziyyətinin yaxşılaşmasına impuls verməlidir. Göstərilən tədbirlər Azərbaycan prezidentinin təsdiq etdiyi 2007-2010-cu illər üçün məktəbəqədər təhsilin modernləşdirilməsi üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilir.
Beləliklə, dövlət sektoru nümayəndələri nikbin əhval-ruhiyyədədirlər. Amma sonda aşağıdakıları qeyd etmək istərdik. Uşaq bağçalarının özəlləşdirilməsi prosesi müvafiq dövlət strukturlarının daha sərt nəzarəti altında olmalıdır, bununla birlikdə, ölkə ictimaiyyəti də sayıqlığı itirməməlidir. Axı söhbət ən əsas məsələdən - uşaqlarımızın hüquqlarından gedir.
MƏSLƏHƏT GÖR: