
AFFA TAYM-AUT GÖTÜRÜR
Makedoniyalı mütəxəssis Coko Hacıyevski Azərbaycan millisindəki işini DÇ-2010-nun seçmə mərhələsində də davam etdirə bilər
Müəllif: Zəki FEYZULLAYEV Bakı
AzƏrbayjanın futbol üzrƏ milli komandasına seçmə mərhələnin sonunadək müvəqqəti olaraq baş məşqçi təyin edilən makedoniyalı məşqçi Joko Hajıyevski fəaliyyətini daha bir seçmə mərhələsində də davam etdirə bilər. Mütəxəssisin öz işi haqqında da fikirlərini və AFFA-nın Şahin Diniyevin istefasından sonra bu posta yeni baş məşqçi axtarmamasını əsas götürsək, belə qənaətə gəlmək olar. Qurum dəfələrlə bu postda çalışmaq istəyini ifadə edən şəxsi millinin başına gətirməklə, daha az müqavimət yolunu seçdi.
Beləliklə, eyni zamanda "Bakı" klubunun da baş məşqçisi olan Hajıyevski özünü yeni ampluada göstərməlidir.
Makedoniyalı mütəxəssis Azərbayjanda işlədiyi bir neçə ay ərzində ölkə futbolu barədə fikir formalaşdıra və millinin heyəti haqqında qərara gələ bilib. Onun düşünjəsi millinin bir sıra aparıjı üzvləri ilə dil tapa bilməyərək, onları yığmaya dəvət etməyən Diniyevin yanaşmasından kəskin şəkildə fərqlənir. Hajıyevski Azərbayjanda rəqabətədavamlı futbolçuların çox olmadığını nəzərə alaraq, istedadları kənarda qoymaq fikrində deyil. Bu səbəbdən də onun ilk addımı Rəşad Sadıqov, Zaur Tağızadə, Mahmud Qurbanov kimi futbolçuları millinin sıralarına qaytarılması olub. Məşqçi bu futbolçuları yüksək qiymətləndirdiyini və onların komandanın əsasını təşkil etməli olduğunu bildirib. "Mən uzun vaxt ərzində bu futbolçuların oyununu izləmişəm və onların hansı səbəbdən yığmadan kənarda qaldıqlarını anlaya bilmirəm. Düşünürəm ki, belə oyunçularla yığma seçmə mərhələsində ondan artıq xal toplamalıdır. Artıq onlar heyətdədir və bizim hər şeyi yerbəyer etmək üçün vaxtımız olajaq", - deyə makedoniyalı məşqçi vurğulayıb.
Qeyd edək ki, artıq Hajıyevskinin rəhbərliyi altında keçirilən ilk qarşılaşmalarda adıçəkilən idmançılar ümidləri doğruldublar və məhz onların heyətə qayıtması millinin oyununda janlanma yaradıb. Belə ki, Finlandiyaya qarşı səfərdə keçirilən və Azərbayjan yığmasının inadlı mübarizə sonunda 1:2 hesabı ilə məğlubiyyəti ilə bitən matçda yeganə qolu rəqib qapısına məhz M.Qurbanov vurub.
Helsinkidə keçirilən qarşılaşmada hakimin birmənalı qarşılanmayan qərarlarına baxmayaraq, Qurbanov ənənəsinə sadiq qalıb və referinin ünvanına heç bir fikir səsləndirməyib. Söhbət, xüsusilə, Z.Tağızadənin hesaba alınmayan qolu və Şefk Kuqinin millimizin qapısına qaydalardan kənar vurduğu topun sayılmasından gedir. "Mən hələ də baş verənlərin təsiri altındayam. Həmin epizodun təkrarını bir neçə dəfə izləmişəm. Hakimin qərarının əksinə olaraq, mən həmin an oyundankənar vəziyyətdə deyildim. Bu, yalnız mənim yox, həm də hakimin oyunun nətijəsinə təsir edən kobud səhvlərə yol verdiyini deyən bir sıra mütəxəssislərin fikridir. Odur ki baş verənləri referinin insafına buraxaq. Əlbəttə ki, baş verənlər bizə toxunub. Amma unutmaq olmaz ki, bu, futboldur və oyunda həm hakimlər, həm də oyunçular səhvə yol verir", - deyə Zaur Tağızadə qeyd edib.
Bununla yanaşı, yeni məşqçi yığmanı müasir oyun üslubunda oynatmaq fikrindədir ki, bu da zamanın tələbidir. "Bizə 90 dəqiqəni tam güjü ilə oynaya bilən oyunçular lazımdır. Bugünkü futbolun sərt tələbləri var və onlara əməl edilməlidir. Yalnız belə yanaşma uğur gətirə bilər", - deyə Hajıyevski bildirib.
Qeyd edək ki, Hajıyevski Karlos Alberto Torresdən sonra Azərbayjan millisinə rəhbərlik edən ikinji əjnəbi mütəxəssisdir. Amma Torresin məşqçilik təjrübəsi o qədər də yüksək deyildi, makedoniyalının isə kifayət qədər təjrübəsi var. O, özünün milli komandanın başına gətirilməsi haqqında qərarı çağırış kimi qiymətləndirir və bu səbəbdən də komanda ilə maksimum qısa vaxtda uğur əldə etmək fikrindədir. "Əlbəttə ki, mənim Avro-2008-in seçmə mərhələsinin son turlarında finləri və belçikalıları məğlub edəjəyimizi söyləməyim lovğalıq olardı. Lakin futbolçularımın potensialı onların daha yaxşı oynamasına imkan verir", - deyə Hajıyevski qarşılaşmalardan əvvəl qeyd etmişdi.
Belə də oldu. Azərbayjan yığması hər iki qarşılaşmada məğlub olsa da, futbolçular rəqibə inadla müqavimət göstərə bildilər.
Azərbayjan millisinin baş məşqçisi təyin edilməsi ilə bağlı danışan makedoniyalı mütəxəssis əvvəllər dəfələrlə bu postu tutmağa hazır olduğunu söylədiyini xatırladıb: "Əlbəttə ki, hazırda seçmə mərhələ sona yaxınlaşdığı üçün çətin vaxtdır. Lakin bu gün mənim üçün bu posta gətirilməyim çağırış sayılır. Artıq Azərbayjanın ən yaxşı oyunçularına nəzər salmağa majal tapmışam, lakin heç kim haqqında qabaqjadan yanlış fikrə gəlmək istəmirəm. Hazırda millidə sağlam atmosferin yaradılması qarşıdakı oyunlara uğurla hazırlaşmaq baxımından vajibdir".
Hajıyevski onu da bildirib ki, uzun illər ərzində əldə etdiyi məşqçi şöhrətini bir neçə görüşdə xərjləməyi düşünmür və AFFA ilə uzunmüddətli əməkdaşlıq etmək fikrindədir.
Məşqçi milli ilə yanaşı "Bakı" klubuna da rəhbərlik etməyin onun üçün problem olmadığını söyləyib: "Mən Makedoniyada da ölkə millisinə rəhbərlik edən zaman belə situasiya ilə üzləşmişəm. Bundan başqa, "Bakı"nın prezidenti Hafiz Məmmədovun özü belə çətin anda milliyə kömək etməyimi istəyib və daha sonra AFFA da ona qoşulub. Odur ki mən sadəjə bundan imtina edə bilməzdim. Yığma komanda il ərzində maksimum on rəsmi qarşılaşmaya çıxır və bu səbəbdən hər iki postda çalışmaq xüsusi bir problem yaratmır", - deyə baş məşqçi bildirib.
Hajıyevski millinin heyətinə hazırda onun şərəfini qoruyan braziliyalı Leandro Qomeş və nigeriyalı Usim Nduka kimi "milliləşdirilmiş legionerlər"in jəlbini də istisna etməyib. O, hesab edir ki, milli inkişaf etməlidir ki, yüksək səviyyəli legionerlərin onun heyətinə jəlb olunması da inkişafa töhfə verə bilər. Hajıyevski həmkarları Xristo Vidakoviç və Sima Kruiçlə danışaraq, onların Bakıya gələrək, yığma komandada assistent kimi çalışmasına nail olmağı planlaşdırır. Qeyd edək ki, AFFA köməkçi seçimində Hajıyevskiyə tam azadlıq verib.
Maraqlıdır ki, AFFA Hajıyevskini milli komandanın başına müvəqqəti gətirməklə gözləmə mövqeyi tutub. Qurumun baş katibi Elxan Məmmədov bildirib ki, assosiasiya hazırda yalnız Finlandiya və Belçika milliləri ilə qarşılaşmalara köklənib: "Seçmə mərhələnin sona çatmasından sonra mütəxəssisin fəaliyyəti analiz ediləjək və gələjək üçün strategiya müəyyənləşdiriləjək. Qarşıdakı futbol tətillərində, yəni dekabr-yanvar aylarında baş məşqçinin müqaviləsinin uzadılıb-uzadılmaması ilə bağlı məsələyə baxılajaq. Məhz həmin vaxt bizim yeniyetmələrdən (U-17 və U-19) və gənjlərdən (U-21) ibarət yığmaların, həmçinin, ən başlıjası, əsas millinin məşqçi və texniki heyəti ilə müqavilələrimizin müddəti başa çatır. Eyni zamanda AFFA-nın yeni konfransına hazırlıq kimi, asan olmayan bir iş də qarşıda bizi gözləyir. Amma qurumun yeni rəhbərinin apreldə keçiriləjək planlaşdırma ijlasında seçilməsi də mümkündür. Düşünürəm ki, İjraiyyə Komitəsinin dekabrın əvvəllərində keçirilməsi planlaşdırılan ijlasında biz tarix məsələsini dəqiqləşdirəjəyik. Hələlik isə hər hansı məsələyə dair konkret fikir söyləmək tezdir".
Bununla yanaşı, AFFA-nın baş katibi hesab edir ki, millinin oyunçularının nümayiş etdirdiyi oyun, xüsusilə Helsinkidəki qarşılaşma qurumun düz qərar verdiyini göstərir: "Biz yeni Azərbayjan millisinin dəst-xəttini gördük. Yeni stildə ortaya qoyulan oyun taktikası, pis hava şəraitinə baxmayaraq, Avropanın ən yaxşı nümunələrinə yaxın idi. Uşaqlar istilik sisteminin sıradan çıxdığı stadionda mənfi 6 dərəjə soyuqda oynayırdılar. Bu şərtlər altında yaxşı futbol nümayiş etdirmək asan deyil. Məğlubiyyətə baxmayaraq, hesab edirəm ki, millimiz layiqli futbol göstərib və demək, Hajıyevski vədinə əməl edib. Qarşılaşmadan əvvəl o, yığmanın nümayiş etdirəjəyi futbolun keyfiyyətli və gözəl olajağını bir neçə dəfə bəyan etmişdi ki, belə də oldu. Məsələn, mən tribunadan birgə əyləşdiyim finlandiyalı həmkarlarımın yanında qürur duyurdum. Millimiz həmin qarşılaşmada sübut etdi ki, Bakıda qazanılan 1:0 hesablı qələbə təsadüf olmayıb".
Beləliklə, Hajıyevskinin millinin sükanı arxasında fəaliyyətini davam etdirməsi ehtimalı yüksəkdir. Xüsusilə nəzərə alsaq ki, o, ilk günlərdən bütün oyunçularla ümumi dil tapıb və yığmaya həqiqətən də ən güjlüləri çağırır, bu ehtimal daha da artır. Artıq əksər futbolçularda makedoniyalı mütəxəssisin diqqətini jəlb etmək və karyeralarını xarijdə davam etdirmək istəyi ilə daha yaxşı çıxış etmək üçün stimul yaranıb. Məsələn, "MKT-Araz"ın futbolçusu Saşa Yunisoğlunun UEFA Kubokunda Polşanın "Qroslina" klubuna qarşı oyunda rəqibin xoşuna gəldiyi kimi.
Odur ki artıq futbolçuların çatmaq istəyəjəkləri hədəf var və onlar öz potensiallarını 2010-ju il dünya çempionatının gələn ilin payızında başlanajaq seçmə mərhələsində nümayiş etdirə bilərlər.
MƏSLƏHƏT GÖR: