24 Noyabr 2024

Bazar, 23:26

DONOR QITLIĞI

Bütün dünyada olduğu kimi, Azərbaycanda da donor qan defisiti mövcuddur

Müəllif:

01.12.2007

İnsanlara qarşı mərhəmət və insanpərvərliyin ən parlaq təzahürlərindən biri də qan donorluğudur. Donor insan kiminsə həyatını xilas etmək naminə öz qanının bir hissəsini tamamilə təmənnasız verməyə hazır olur. Donorluq ənənələrinin tarixi çox qədimdir.  Lakin nədənsə son zamanlar donor qanı defisiti mövjuddur. Bu, qan vermək istəyənlərin, xüsusilə də gənjlərinin sayja kəskin azalması ilə əlaqədardır. 

Mütəxəssislər qeyd edilər ki, donor hərəkatında jəmiyyətin sosial baxımdan çətinliklə yaşayan təbəqələrinə mənsub insanlar daha  çox iştirak edirlər. Donorların sağlamlıq göstərijilərinin aşağı düşməsini sübuta yetirən həyəjanlı   faktlar göstərilir. Tibbi göstərijilərə görə qan verilməsinə etiraz halları xeyli dərəjədə artıb. Bununla belə, donor qanına tələbat  qalmaqdadır və bu problem hər zaman olduğundan daha aktualdır. Qan müxtəlif jərrahi əməliyyatlar, xüsusilə oynaqların protezləşdirilməsi və kardiojərrahiyyə əməliyyatları zamanı, doğan qadınlar və i.a. üçün  zəruridir. Bundan savayı, yaşaması müntəzəm surətdə qan köçürülmədən mümkün olmayan insanlar da var. Bunlar talassemiya və hemofiliyaya mübtəla olmuş xəstələrdir. Onlar bütün ömürləriboyu qan preparatlarına ehtiyaj duyurlar. Donor qanı onkoloci xəstələr üçün də zəruridir. Əgər əvvəllər "xərçəng" diaqnozu ölüm hökmü kimi səslənirdisə, hazırda bir çox hallarda onkoloci xəstəliklərin terapiyası mümkün olur. Lakin bədxassəli şişlərin müalijəsi qan və onun komponentləri köçürülmədən müm-künsüzdür - xərçəng şişin məhvini və qan yaranmasının dayandırılmasını nəzərdə tutan kimyəvi terapiya ilə müalijə olunur. Bu zaman, demək olar ki, hər gün, həm də aylar ərzində qan köçürülməsinə ehtiyaj yaranır.

Hazırda Azərbayjanda hər il, təxminən, otuz minə qədər adam qan verir. Lakin bu, son dərəjə jüzi rəqəmdir. Hazırda  ölkəmizdə əsl donor defisitinin olması bir həqiqətdir. 

 

Donor olmaq sağlamlıq üçün xeyirlidir? 

Hematologiya və Transfuziya Elmi-Tədqiqat İnstitutunun direktoru, tibb elmləri doktoru Azad Hajıyevin sözlərinə görə, bütün Azərbayjan üzrə donorların dəqiq sayını söyləmək mümkün deyil, çünki hesablama il ərzində qanvermələrin sayı əsasında aparılır, eyni bir donor isə ildə bir neçə dəfə qan verə bilər.

SSRİ dağılandan sonra donorluq bütün postsovet məkanında kəskin şəkildə azalmışdır. Hazırda ölkəmizdə hər il, təxminən, otuz min donor qan  verir, lakin bu çox azdır. Müqayisə üçün deyək ki, sovet dönəmində ölkəmizdə ildə bundan altı dəfə çox - 170-180 min donor qan verirdi. İnstitutumuzda mərkəzləşdirilmiş donor bazası var. Azərbayjanda belə bir şəbəkə ilk dəfə qan bankı daxilində yaradılıb və bu işdə Azərbayjana Norveç hökumətinin humanitar köməyi çərçivəsində yardım göstərilib. Donorlar instituta öz xoşları ilə gəlirlər. Dövlət və qeyri-dövlət müəssisələrində, dini qurumlarda və i. a. könüllü donor briqadaları yaradılmışdır. 

İnstitutda donorların jəlb edilməsi üçün zəruri iş aparan təbliğat şöbəsi fəaliyyət göstərir. Demək lazımdır ki, təbliğat aparılmadan donorluq işnin təşkili mümkün deyildir. Bu, mübaliğəsiz həqiqətdir. Təbliğatçılar donorluğun sağlamlıq üçün tamamilə zərərsiz, hətta xeyirli olduğunu izah etməyə çalışırlar. Əjnəbi ölkələrdə donor olmaq  şərəf işidir. Donorlara jəmiyyətdə çox böyük hörmət bəslənilir. Təəssüf ki, bizim sosiumda bu hal hələlik bir o qədər də geniş vüsət almayıb. Talassemiyalı xəstələri qanla təmin etmək üçün Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlıq barədə razılıq əldə edilmişdir. İnstitutla "Qırmızı aypara" jəmiyyəti arasında da bu sahədə razılaşma  vardır. Hər bir azərbayjanlı bəd ayaqda  həmişə köməyə  gəlir. Elə təkjə 20 Yanvar hadisəsini xatırlamaq kifayətdir. O vaxt Hematologiya İnstitutunun qarşısında zərər çəkənlərə kömək  üçün qanını vermək istəyənlərdən ibarət böyük növbələr yaranımışdı. Yeri gəlmişkən onu da deyək ki,  bir çoxları bu və ya digər səbəbdən qana  ehtiyajı olan qohumlarının sağlamlığı naminə  qan verməkdən çəkinmirlər. 

A. Hajıyev onu  da deyir ki, qan defisiti məsələsi yayda və müqəddəs Ramazan ayında xüsusilə kəskinləşir, çünki həmin dövrlərdə insan orqanizmi daha zəif olduğundan onların qan vermələri məsləhət görülmür. 

Müsahibimiz deyir ki, qan verməzdən əvvəl potensial donor həkimlə söhbətləşir, onun təzyiqi ölçülür, qanda hemoqlobinin səviyyəsi yoxlanılır. Çünki bəzən hətta insan özünü tamamilə sağlam hiss etsə də, bu heç də onun həqiqətən sağlam olması demək deyil. 

Donor həkimlə müsahibədən sonra  norveçli həmkarlarımızın tövsiyəsilə hazırlanmış anketi doldurur. Anketdə o, hansı xəstəlikləri keçirdiyini qeyd edir. Həkim nə qədər istəsə də, bir neçə dəqiqə ərzində adamı başdan-ayağa müayinə edə bilmədiyi  üçün, hansısa məqamlarda donora inanmaq məjburiyyətində qalır. Onu da deyək ki,  yalan məlumatlar verən donor qanun qarşısında jiddi məsuliyyət daşıyır. Donordan alınmış qanın jüzi bir hissəsi sınaq şüşəsində laboratoriyayada yoxlanılır. Nətijə məlum olana qədər qan karantinləşdirilməyə göndərilir və bundan sonra ya xəstəyə verilir, ya da çıxdaş edilir. Bütün dünyada, o jümlədən bizim ölkədə qan 4 əsas infeksiyanın: QİÇS, sifilis, B və C hepatitlərinin olub-olmaması yoxlanılır. Əlavə olaraq, bəzən qanda malyariyanın olub-olmaması da yoxlanır.  Çünki Azərbayjanda bu xəstəliyin ojaqları kifayət qədər çoxdur". 

Belə bir bir fikir var ki, qan vermək sağlamlıq üçün xeyirlidir. "Bu  fikir hər hansı  bir reallığa söykənirmi?" sualını professor A. Hajıyev belə javablandırdı:  "Əgər  sağlam insan vaxtaşırı qan verirsə, orqanizmində təzələnmə gedir və bu onun durumuna müsbət təsir göstərir. Ona görə ki,orqanizm hər qanverməni qan itkisi kimi qarşıladığından,  ilikdə, orqanizmin bütün hüjeyrələrində stimulyasiya prosesi gedir, nətijədə, qan  təzələnir. Qan, ən azı, 2-3 aydan bir verilməlidir. 

 

"Pulsuz" qan "pullu" qandan daha yaxşıdır?

İnstitut direktorunun sözlərinə görə, Azərbayjanda pulsuz və pullu donorluq mövjud olsa da, mütəxəssislər məhz pulsuz donorluğa üstünlük verirlər.

A.Hajıyevin dediklərindən: "2005-ji ildə donorluq və qan xidməti haqqında yeni qanun qəbul edilərkən bu barədə qızğın müzakirələr aparılırdı və dünyanın bir çox ölkəsində olduğu kimi, bizdə də pullu donorluğu ləğv etmək təklifi irəli sürülmüşdü. Həqiqətən, pulsuz donorluq özünü bir çox göstərijilər üzrə doğruldur. Pul düşgünü olan insan heç vaxt qanını havayı yerə verməz. Havayı  qan verən, yəni maddi marağı olmayan  donor isə hansı xəstəlikləri keçirdiyini heç bir vaxt gizlətməz. Qanını pula satan donor barədə isə bunu demək olmaz. Məsələn, QİÇS virusunu yoluxmadan dərhal sonra aşkarlamaq çox çətindir, çünki bu virusun müəyyən inkubasiya dövrü var. Qan götürərkən daimi donorlara, yəni artıq özünü yaxşı tərəfdən tanıtmış  adamlara, həmçinin sabit sosial statusa malik insanlara üstünlük verilir. Əgər insan qanını pula satırsa, bu, onun maliyyə işlərinin qaydasında olmadığına və sosial qeyri-sabitliyinə dəlalət edir. Onların çoxu fiziki baxımdan sağlam olmadığı üçün  çıxdaş edilir. Lakin biz belə bir qənaətə gəldik ki, hazırda ölkəmizdə pullu donorluğu tam ləğv etmək mümkünsüzdür, çünki köçürmək üçün təjili qan lazım olan böhran durumları hər an yarana bilər".

Donorların yaşına gəldikdə, Avropa Şurasının tövsiyələrinə müvafiq  olaraq, donorluğun yuxarı yaş həddi 65 yaşına qədər artırılıb (sovet hakimiyyəti dövründə 60 yaş idi), aşağı hədd isə əvvəlki kimi qalıb - 18 yaş.

"Sovet hakimiyyəti illərində qan verən birgünlük işdən azad edilməli idi. İndi isə işdən azad edilmə sahibkarın səlahiyyətindədir. Lakin qanuna görə qan verdiyi gün donor işə getməyə bilər", - deyə A.Hajıyev qeyd edib. Ölkəmizdə donorluq təhlükəsizdirmi? Axı KİV-lərdə bəzən uşaqların donor qanı vasitəsilə QİÇS, müxtəlif hepatitlər kimi dəhşətli xəstəliklərə tutulmaları barədə məlumatlarla rastlaşırıq. A.Hajıyevin sözlərinə görə, belə populist açıqlamalar sadəjə şayiələrdir. Real zəminə malik olduğu halda, belə hadisələr geniş əks-səda doğurardı, nətijələri isə bunda günahkarlar üçün çox ajınajaqlı olardı. Belə hallar müxtəlif ölkələrdə - Rusiyada, Qazaxıstanda, Fransada baş verib və orada bununla bağlı dövlət səviyyəsində araşdırmalar aparılıb. Məsələn, Fransada məhbuslardan donor qanı götürülür və heç bir ilkin laborator yoxlama aparılmadan xəstə adamlara köçürülürdü. Xoşbəxtlikdən, bizdə belə hallar olmayıb və qeyd etmək zəruridir ki, bununla əlaqədar, bir çox ölkədən fərqli olaraq, bizdə QİÇS də elə geniş yayılmayıb.

İnstitut direktoru deyir: "Ölkəmizdə hemofiliya və talassemiyaya tutulan uşaqların bir çoxunun hepatit daşıyıjısı olmaları məsələsinə gəldikdə, onların yoluxması çoxdan - laborator tədqiqatlar üçün test-sistemlərimiz olmayan dövrdə baş verib. jəmi bir neçə il bundan əvvəl şüşə qablarımız, qan yığmaq üçün xüsusi qablarımız da yox idi". 

Ümumiyyətlə, donor qanının təhlükəsizliyi məsələsi təkjə Azərbayjanda deyil, bütün dünyada kəskinləşmişdir. İlk vaxtlar müxtəlif reaktivlər və avadanlıq xariji ölkələrin humanitar yardımları hesabına alınırdı. 2005-ji ildə Norveçin BMT-yə yardım proqramı başa çatdı və "Qan donorluğu. Onun komponentləri və qan xidmətinin inkişafı haqqında" dövlət proqramı həyata keçirilməyə başladı. Bu proqram sayəsində indi maddi-texniki təjhizat tam qaydasında olsa da, dəfələrlə qeyd edildiyi kimi, donor qıtlığı mövjuddur. A.Hajıyev deyir: "Bütövlükdə, donor qıtlığı təkjə institutumuzun problemi yox, dövlət miqyaslı problemdir. Və biz bunu dərk etməsək, donor qanı qıtlığı kimi jiddi bir məsələ gündəlikdə qalmaqda davam edəjək. Yadda saxlamaq lazımdır ki, insan həyatını xilas etmək üçün qeyri-adi əməllərə ehtiyaj yoxdur, sadəjə klinikaya gəlmək və qan vermək kifayətdir".


MƏSLƏHƏT GÖR:

420