
İNSANLARIN RİFAHI NAMİNƏ
Müəllif: Rəsmiyyə QƏMBƏROVA Bakı
Nemiroff şirkƏtlƏr qrupunun direktorlar şurasının sədri heseb edir ki, hər bir şirkət əldə etdiyi qazanjı yalnız biznesin inkişafına deyil, həm də sosial əhəmiyyət daşıyan layihələrə yönəltməlidir. Məhz bu yanaşmadan çıxış edən Nemiroff bu ilin yayında "Kliçko qardaşları fondu" xeyriyyə jəmiyyəti ilə əməkdaşlıq memorandumu imzalayaraq öz xeyriyyəçilik missiyasının əsasını qoyub.
"İnsan üçün jansağlığından üstün heç nə yoxdur. Lakin təəssüf ki, sağlamlığın rəhni olan idman bu gün daha çox varlı təbəqənin əylənjəsinə çevrilib. Çünki heç də hər kəs müasir fitnes-mərkəzləri və ya idman komplekslərinin xidmətlərindən istifadə edə bilmir. Bu layihəni həyata keçirməklə biz Ukraynada idmanı hamı üçün əlçatan etmək istəyirik. İmkanından, yaşından və harada yaşamasından asılı olmayaraq, hamı üçün". Bunu isə "Kliçko qardaşları fondu"nun rəhbəri Vitali Kliçko "Ukraynanı idman ölkəsinə birgə çevirək" proqramı çərçivəsində ilk idman kompleksinin açılışında bəyan edib.
"Ukraynanın idman hərəkatı biznesin və dünya miqyasında tanınmış idmançıların dəstəyinə ehtiyaj duyur. Buna görə də Nemiroff şirkətlər qrupu ölkədə idmanın inkişafına yönəlmiş uzunmüddətli proqram həyata keçirir. "Kliçko qardaşları fondu" ilə birlikdə biz regionlarda idman komplekslərinin bərpasına başlayırıq. Bu, vətəndaşların lazımi şəraitdə idmanla məşğul olması üçün vajibdir", - deyə şirkətlər qrupunun direktorlar şurasının sədri Aleksandr Qlus bildirib.
Proqram çərçivəsində ilk pilot layihə təsadüfən Nemirov şəhərində həyata keçirilməyib. Jəmi 15 min əhalisi olan bu kiçik şəhərjiyi Nemiroff tijarət markasının sayəsində Ukraynadan çox-çox uzaqlarda belə tanıyırlar. Dünya araq bazarının lideri olan bu tijarət markası, həmçinin "beynəlxalq" statusu olan ilk Ukrayna spirtli içkisidir. Yeri gəlmişkən, beynəlxalq status qazanmaq üçün məhsulun 30%-dən çoxu ixraj edilməlidir. Nemiroff tijarət markası isə özünün 25 çeşiddən ibarət alkoqollu içkilərini dünyanın 55 ölkəsinə təhjiz edir. Şirkətin uğurları və inkişaf templəri ilə tanış olmaq üçün aşağıdakı göstərijilərə nəzər salmaq kifayətdir: 2004-jü ildə şirkətin dövriyyəsi $202 mln, 2005-ji ildə - $397 mln, 2006-jı ildə isə $408 mln.
Bəs tijarət nişanını dünya səviyyəsində tanıtmaq o qədərmi asandır? Axı biznesin öz sərt qanunları var. Bu gün təsəvvür etmək belə çətindir ki, Nemirov spirt zavodunun direktoru Stepan Karloviç Qlus bu şirkəti ötən əsrin 90-jı illərində bütün müəssisələr fəaliyyətini dayandırdığı, giperinflyasiyanın meydan suladığı bir şəraitdə yaratmaq qərarına gəlib.
Bütün bunlara bizimlə söhbətində Nemiroff şirkətlər qrupunun prezidenti Aleksandr Qlus aydınlıq gətirib.
- Mən indiyədək özüm də təsəvvür edə bilmirəm ki, iqtisadiyyatın tənəzzülə uğradığı bir dövrdə tanınmış iş adamı Rixard Bittneri atam Nemirova nejə gətirib və onu, bu müəssisənin inkişafına sərmayə yatırmağa həvəsləndirə bilib. Lakin bu baş verib və xariji sərmayədarın, özü də saxta deyil, real sərmayədarın iştirakı ilə birgə müəssisə yaradılıb. Beləliklə, bizim zavod Ukraynada likör-araq istehsalı sahəsində ilk özəl müəssisə kimi fəaliyyətə başlayıb. İşlər heç də ilk baxışdan göründüyü kimi hamar getməyib. Zavod yenijə ayağa qalxmışdı ki, 1996-jı ildə gözlənilmədən qanunverijilik dəyişdi və bizim ən iri bazarımız olan Rusiyaya spirtli içkilərin ixrajı dayandırıldı. O zaman tərəfdaşlar da dəyişdi. Onlar tijarət nişanını yeni səviyyəyə çıxarmağa başladılar və Rusiya bazarında biznesini inkişaf etdirən şirkət artıq 2003-jü ildə həmçinin fəal şəkildə xariji bazara çıxmağa başladı.
Moskvada Tijarət Evi açmaqla, biz müstəqil şəkildə məhsul idxal etməyə və bölgələrdə distribüter şəbəkəsini qurmağa başladıq. Və bu, tezliklə öz bəhrəsini verdi. Bir il keçməmiş satış həjmi iki dəfə, daha bir ildən sonra isə beş dəfə artdı. Məhz onda britaniyanın Drinks International curnalı ardıjıl olaraq iki il Nemiroff içkisini dünyaın ən sürətlə inkişaf edən tijarət markası elan etmişdi. AC Nielsen beynəlxalq tədqiqat şirkətinin məlumatına görə, ötən il Nemiroff Rusiyada ən çox istifadə olunan araq olub. Diqqət yetirin, söhbət dünyanın bir nömrəli araq bazarından gedir.
- Bəs istehlakçı rəğbətini nejə qazandınız?
- Uğur əldə etməyimizdə bir sıra amillər rol oynayıb. Biz rəhbərlər arasında vəzifələri optimal şəkildə bölüşdürməklə sinerci effekti yarada bildik. Burada "Medovaya s pertsem" ("Ballı-istiotlu") arağının rolunu da unutmaq olmaz. Digər Nemiroff məhsulları kimi, bu arağın da müəlliflik hüququ mənim atama məxsusdur. Ona qədər heç kim və heç yerdə balla istiotu bir şüşədə birləşdirməmişdi. Bu ideyanın onun ağlına nejə gəldiyini bilmirəm, amma onu bilirəm ki, çox möhtəşəm bir ideyadır. Onun reallaşması nətijəsində "Medovaya s pertsem", demək olar ki, bazarda partlayış edib və uzun illər qabaqjadan öz uğurunu təmin edib.
- Saxta məhsullarla nejə, mübarizə aparmaq çətin deyil ki?
- İlk önjə onu deyim ki, dünya biznesində dəqiq bir anlayış formalaşıb: əgər məhsulu saxtalaşdırmağa çalışmırlarsa, deməli o hələ tijarət nişanına çevrilməyib. Çünki saxtakarlar yalnız bazarda özünü təsdiqləmiş markalara üz tuturlar. Tijarət nişanına çevrilmək üçün isə məhsul uzun müddət bazarda olmalı və özünü doğrultmalıdır. Belə olan halda saxtakarlar əmin olurlar ki, oricinal məhsul bazarı tezliklə tərk etməyəjək. Deməli, onu saxtalaşdırmaq da olar. Əminəm ki, hər bir istehsalçı özü məhsulunu saxtalaşdırılmadan qorumalıdır. Bu səbəbdən biz postsovet məkanında ilk dəfə olaraq 2002-ji ildə lazerlə miüdafiə metodunu tətbiq etdik. Bu üsulun məğzi ondan ibarətdir ki, araq şüşəsinin qapağı və boğazına lazer şüası vasitəsilə ilə eyni vaxtda istehsal tarixi həkk olunur. Bu jür markalanmanı silmək mümkün deyil və o, bugünə mövjud olan ən təsirli müdafiə vasitəsidir.
Müəssisələrimizdə bu markalanma metodunun tətbiqinə milyon dollardan artıq vəsait yönəldilib. Lakin bu ilin əvvəlində biz daha bir müdafiə elementi tətbiq etdik ki, bunu da el arasında "Həqiqət detektoru" adlandırıblar. Saxta məhsulun bizim şüşələrə qablaşdırılmasının qarşısını almaq məqsədilə şüşənin qapağı unikal bir qırmızı halqaya alınır. Şüşə bağlı olarkən bu halqa görünmür, lakin bir dəfə açıldıqdan sonra onu artıq gizlətmək mümkün deyil. Bu indikator vasitəsilə siz asanlıqla şüşənin sizdən əvvəl açılıb-açılmadığını yoxlaya bilərsiniz. Bu sistemin tətbiqinə 5 milyon avroya yaxın vəsait sərf olunub. Hazırda bzim istehsal etdiyimiz bütün məhsullar həmin qapaqlarla təjhiz olunur. Söhbət hər ay orta hesabla 10-12 milyon şüşədən gedir ki, saxtakarlar, əlbəttə, bunun öhdəsindən gələ bilməz.
- Sizin üçün müasir rəqabətin əsasında nə dayanır?
- Mən təbiətjə səfərbərliyi xoşlayan insanam və bütün həmkarlarımı qeyri-sağlam rəqabətdən, qara piardan və digər qeyri-sivil üsullardan çəkinməyə çağırıram. Əminəm ki, yalnız intellekt, kreativ ideyalar və məhsulun keyfiyyətilə rəqabət aparmaq lazımdır. Fəaliyyətimizi isə tamamilə şəffaf və hüquqi müstəvidə qurmalıyıq. Onda uğur da bizdən üz döndərməz. Bilirsinizmi, həyatda hər şey tədrijən və artan xətt üzrə inkişaf etməlidir. Öz səylərinlə əldə etdiyin uğurdan qiymətli nə ola bilər ki? Axı bizi əhatə edən dünyanı biz özümüz yaradırıq.
MƏSLƏHƏT GÖR: