24 Noyabr 2024

Bazar, 23:25

İŞSİZLİYİN GENDER ASPEKTLƏRİ

Azərbaycan qadınları biznes sahəsində əvvələr olduğu kimi, yenə də passiv iştirak edirlər

Müəllif:

01.12.2007

Qadınların biznes sahəsində özlərinə kişilərə nisbətən daha böyük çətinliklə yol açması fikri  ilə heç kim mübahisə etməz. Burada məsələ təkcə gender ayrı-seçkiliyində deyil. Zərif cins nümayəndələrinin məişət xarakterli müxtəlif problemlər yükünü zərif çiyinlərində daşıdıqları məlum məsələdir. Ona görə də professionallıq səviyyəsi yüksək olan qadınların heç də hamısı öz peşəsi sahəsində möhkəmlənmək istəyinə nail ola bilmir. Bununla belə, hazırda dünyada işləyən qadınların sayı  həmişə olduğundan xeyli çoxdur. Lakin yenə də onların kişilərə nisbətən status, məş-ğulluq  təminatı, əmək haqqı və təhsil sahəsində  qeyri-bərabərliyi qalmaqdadır ki, bu da "işləyən kasıblar" arasında qadınların sayının artmasına gətirib çıxarır. "İşləyən kasıblar" termini işləməsinə baxmayaraq, özünü və ailəsini kasıbçılıq həddindən çıxarmaq üçün kifayət qədər qazanmayan qadınlara şamil olunur. Həmin hədd isə ABŞ-da adambaşına gündəlik 1 dollar təşkil edir. 

Bu məlumat Beynəlxalq Əmək Təşkilatının (BƏT) məruzəsində öz əksini tapıb. "Qadınların məşğulluğu sahəsində qlobal meyillər-2007" araşdırmasında qeyd edilir ki, hazırda bazarda hər zaman olduğundan daha çox qadın fəaliyyət göstərir (yəni işləyir, yaxud gejə-gündüz iş axtarır).  BƏT-in dəyərləndirməsinə görə, 2006-jı ildə işləyənlərin ümumi sayı 2,9 mlrd nəfər  olsa da  qadınlar 1,2 mlrd nəfər təşkil edib. Lakin  bununla belə BƏT ekspertləri  bildirirlər ki, hazırda dünyada heç vaxt olmadığı qədər işsiz qadın var. Qadınlar kənd təsərrüfatı və xidmət sahələrində az məhsuldar işlərdə çalışırlar və eyni əməyə görə kişilərdən daha az əmək haqqı alırlar. Təəssüf ki, ölkəmizdə də durum o qədər də yaxşı deyil və bu problem bölgələrdə xüsusilə kəskin şəkil alıb.

 

Mikromaliyyələşdimə problemdən çıxış yoludur?

2005-ji ildə Azərbayjan Mikromaliyyələşdirmə Assosiasiyası (AMA) və Asiya İnkişaf Bankı (AİB) ölkəmizdə "Gender və mikromaliyyə" planını hazırlamış və həyata keçirmişdir. Bu layihə Azərbayjan qadınlarını kreditləşdirmə sisteminə jəlb etmək məqsədi güdürdü. Ona görə ki, hazırkı vaxtda  kreditləşdirmə  sahəsində, əsasən, kişilər çalışır, qadınlar isə son dərəjə passivlik göstərirlər. Məsələn, şəhərlərdə mikromaliyyələşdirmə sahəsində işləyən qadınlarla kişilərin nisbəti 40%-60% olduğu halda, bölgələrdəki qadınlar "mikromaliyyələşdirmə"nin nə olduğunu  ümumiyyətlə, bilmirlər. AMA-nın ijraçı direktoru Calə Hajıyevanın sözlərinə görə, həmin  layihə kifayət qədər uğurla həyata keçirilmişdir. Bunu onun nətijələri də təsdiqləyir. Müsahibimiz deyir ki, "Gender və mikromaliyyələşdirmə" layihəsi 2006-jı ilin iyul ayından gerçəkləşdirilməyə başlanmış və 2007-ji ilin iyulunda başa çatdırılmışdır. Bundan sonra AMA görülən işlər barədə yekun hesabat üzərində işləməyə başlamışdır. 

Məlumat xatirinə  qeyd edək ki, mikromaliyyələşdirmə sektoru maliyyə institutları olan qeyri-bank kredit təşkilatlarıdır. Lakin onların banklardan fərqi ondadır ki, bu qurumlar üçün öz xərjini ödəmə ilə paralel, sosial səmərə adlandırılan məsələ də çox mühümdür. Məsələn,  sosial səmərə deyəndə, hansı sayda aztəminatlı ailələrə, məjburi köçkün və qaçqın ailələrinə kreditlər verilməsi nəzərdə tutulur. Mikromaliyyələşdirmə təşkilatları, əksər hallarda, girov tələb etmirlər və kreditləri zəmanət əsasında ayırırlar. Onlar yalnız verdikləri vəsaitin geri qaytarılmasında deyil, həm də müştərinin öz biznesini qura bilməsində maraqlıdırlar.

Layihədə 12 qeyri-bank kredit təşkilatının  iştirakı nəzərdə tutulmuşdur. Layihənin iki əsas məqsədi vardı: birinjisi,  maliyyə sektorunda genderin əhəmiyyətinin zəruriliyi  məsələsini qaldırmaq; ikinjisi, mikrokreditlər götürən qadınların sayını artırmaq. Çox vaxt deyirlər ki, Azərbayjanda qadınlar kreditləşdirmə işlərində passivlik göstərirlər, kredit proqramlarına çox az mürajiət edirlər. Bunun əsas səbəbini kredit təşkilatlarının əksəriyyətində qadın əməkdaşların az olmasında axtarmaq lazımdır ki, bu da onlarda gender tarazlığına riayət olunmadığına dəlalət edir. Lakin bir çox təşkilatlar, sadəjə, peşəkar qadın əməkdaşlar tapa bilmədiklərindən şikayətlənirlər. Calə xanım deyir ki,  layihənin məqsədlərindən biri də elə məhz bunda maraqlı olan təşkilatlarda gender tarazlığının bərpasıdır. Bizim məqsədyönlü fəaliyyətimiz sahəsində layihə prosesi zamanı 19 qadının qeyri-bank kredit təşkilatlarına işə götürülməsinə nail olduq. 

C.Hajıyevanın dediklərindən: "İşdən çıxanların, xidməti pillələrlə  yüksələn və işləməkdə davam edənlərin fəaliyyət məqamlarını təhlil etdikdən sonra aydın oldu ki, qadınların bu və ya digər təşkilatlardan çıxıb-getmələrinin səbəbləri onların  eyni vaxtda ana, arvad funksiyalarını ijra etməklə yanaşı, həm də yaxşı işçi ola bilmələrinin mümkün-süzlüyü, yaxud xidməti yüksəliş üçün kişilərlə bərabər imkanlara malik olmamalarıdır. 

Biz hər rüb üçün statistikanı qeyd edirik: nə qədər fəal müştərimiz var, onlara nə qədər kredit verilib və qadınlar müştərilərin neçə faizini təşkil edirlər... Bu rəqəmlər bizi həmişə maraqlandırıb və həmin statistikanı 2003-jü ildən aparırq. Layihənin gerçəkləşdirilməsinin gedişində il ərzində qadın müştərilərin 5% artdığını müəyyənləşdirmişik. Azərbayjan üçün bu, kifayət qədər böyük rəqəmdir". 

 

Bölgələrdə yaşayan qadınlar üçün kreditlər

AMA ijraçı direktorunun sözlərinə görə, gender aspekti ona görə əsas götürül-müşdür ki, qadınlar alınan kreditlərin ödənilməsinə kişilərə nisbətən daha məsuliyyətlə yanaşırlar.

"Apardığımız araşdırmalara görə, qadınlar krediti pul qazanmaq və övladlarına özününkündən daha yaxşı güzəran yaratmaq, onlara təhsil vermək məqsədilə götürürlər. Kredit götürən qadın pulların qaytarılması jədvəlinə dürüst riayət edir, çünki ailəsinə maliyyə baxımından zərər vurmaqdan qorxur. Məhz bu səbəbdən, təşkilatın müştərisi qadın olduqda, belə halların 99%-də kreditin qaytarılması barədə narahat olmağa səbəb qalmır.

Azərbayjanda qadınlar risk etməyi xoşlamırlar və bu, mentalitetin xüsusiyyətləri ilə bağlıdır. Bir qayda olaraq, kredit götürən qadın pulları təkjə bir sahəyə yatırmır. Məsələn, məbləğin bir hissəsini taxıl əkilməsinə sərf edir, qalanına isə qaramal və ya davar alır. Bununla da o özünü sığortalayır ki, təşəbbüslərdən biri baş tutmadığı halda, digərində uğur qazansın. İşləri heyvandarlığa nisbətən, əkinçilikdə  daha yaxşı gedəndə qadın  növbəti dəfə məhz əkinçilik üçün kredit götürür.  

Layihənin həyata keçirildiyi müddətdə bütün Azərbayjan üzrə 32 min 844 qadın kredit alıb. Ümumi kredit məbləği 34 milyon 868 min 970 dollar təşkil edib. Yeri gəlmişkən, maraqlı məqam odur ki, mikrokredit alan qadınların 80%-i bölgələrin sakinləridir. Bu, paytaxtımızda çox sayda müxtəlif bankların mövjudluğu ilə əlaqədardır. Bəzi bölgələr,  o jümlədən Naxçıvan mərkəzdən uzaqda yerləşdiyinə görə, onlara yalnız bölgələrdə filialları olan mikromaliyyə təşkilatları yardım göstərə bilir. Kredit götürən qadınlar Naxçıvanda daha çoxdur. Burada qadın əhalinin təxminən 70%-i mikromaliyyə təşkilatlarının xidmətlərindən istifadə edir. Bu, bölgədə əmək miqrasiyasının səviyyəsinin çox yüksək olmasından irəli gəlir ; kişilər qazanj dalınja qonşu ölkələrə getdiklərindən, onların vətənə qayıtmasını istəyən qadınlar halal yolla pul qazanmaq yolları arayır, öz bizneslərini təşki etməyə çalışırlar.

Qadınlar, əsasən, aqrar sektorun - heyvandarlığın, əkinçiliyin inkişaf etdirilməsi üçün kredit götürürdülər. Bir qayda olaraq, bu biznesdə ailənin bütün üzvləri iştirak edirlər. Yeri gəlmişkən, bəzən krediti qadın alsa da, bəzi hallarda pul sərənjamçısı anjaq əri olur. Bu, müəyyən qədər, avamlıqla, müəyyən qədər də jəmiyyətdə qadının bizneslə məşğul ola bilməməsi barədə formalaşmış stereotiplə bağlıdır. Belə halları aradan qaldırmaq üçün qadınlar, xüsusən də ölkənin bölgələrində yaşayan qadınlar arasında maarifləndirmə kampaniyası aparmaq, onlarda müstəqil maliyyə yüksəlişinə jan atmaq  istəyini formalaşdırmaq zəruridir.  Calə xanımın fikrinjə, qadınlarımızın biznesdə passiv mövqe  tutması barədə söylənilənlər həqiqətə uyğun deyildir. Ona görə ki, bölgələrin heç də hamısında qadınların işgüzar keyfiyyətlərini büruzə vermələri üçün şərait yoxdur. Dağlıq ərazilərdə yaşayan qadınların kredit almaq imkanları daha məhduddur. Bu onlarda mikrokreditləşdirmə barədə məlumatın olmaması ilə əlaqədardır. Bir də ki qadınlar çox vaxt krediti qaytara bilməyəjəklərindən də ehtiyatlanırlar. Ölkəmizin bütün bölgələrində maliyyə təhsili üzrə treninqlər keçirilməsinə ehtiyaj var. Qadınlar pulu təkjə almağı deyil, həm də öz kapitallarını artırmaq  yollarını da öyrənməlidirlər. 

Azərbayjanda qadınlar sayja əhalinin yarısından bir az çoxunu təşkil edir.Bir çox ölkələrdə olduğu kimi, respublikamızda da  kasıblığın feminizasiyası prosesi diqqəti çəkir. Bu məsələdə  bərabərliyə nail olmaq problemi xüsusilə kəskin hal alıb. Müstəqilliyimizin ilk illərində müşahidə olunan ümumi iqtisadi böhran, işsizlik, sahə və peşə durğun-luğu, işə düzəlmək çətinlikləri ölkəmizdə zərif jinsin bir çox nümayəndəsini kasıblıq həddinə endirmişdir. Yaranmış durumdan çıxış yolu dövlətin və müxtəlif beynəlxalq təşkilatların kiçik biznesin, o jümlədən qadınların jəlb edilə  biləjəyi  kreditləşdirmə biznesinin inkişaf etdirilməsinə yönəldilmiş tədbirləri olardı.


MƏSLƏHƏT GÖR:

467