25 Noyabr 2024

Bazar ertəsi, 00:41

QISIR SƏHİYYƏ

Ekspertlərin yanlış rəyinə görə, Azərbaycanda pulsuz süni mayalandırmanın tətbiqinə ehtiyac yoxdur

Müəllif:

01.11.2007

Uşağın doğulması valideynlƏr üçün ən xoşbəxt hadisədir. Ana və ataların böyük əksəriyyəti üçün yolunu çoxdan gözlədikləri körpənin dünyaya gəlməsi   konkret məna kəsb edir, lakin təəssüf ki, valideyn olmaq səadəti  hamıya nəsib olmur. Sonsuzluq - bu diaqnoz  ailə səadətini bir anda məhv etməyə qadirdir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda sonsuzluqdan bütün dünyada 60-80 milyon adam əziyyət çəkir. Bizim ölkəmiz üçün sonsuzluğun orta göstərijisi 15 %-dir ki, bu da  körpə arzulayan reproduktiv yaşlı minlərlə ər-arvad deməkdir. Müasir  təbabət sonsuzluğa son qoyulması sahəsində  müəyyən  uğurlar qazansa da, bəzi ər-arvad üçün bu heç də sevinj gətirmir. Ona görə yox ki, onların övlad arzusuna çatması  mümkün deyildir, ona görə ki, analıq və atalıq səadətinə qovuşmaq üçün lazımi məbləğdə pulları yoxdur.

 

EKM son ümid kimi

Elnur və Leyla universitetdə tanış olmuşdular. Münasibətləri çox sürətlə yaxşılaşırdı. Gənjlər bir il keçəndən sonra ailə həyatı qurdular.Onlara elə gəlirdi ki, ailə səadəti əbədidir. Lakin bir il, iki il, üç il  keçsə də, uşaqları olmadı. Qonum-qonşular javanların nə üçün uşaq istəmədiyini anlaya bilmirdilər. Dörd ildən sonra Elnurun və Leylanın tanışları  pıç-pıça başlayıb deyirdilər ki, Leyla doğa bilmir. Günlərin birində Leylanın qayınanası ona bu barədə iradını bildirdi. Sevimli ərinə körpə bəxş edə bilmədiyinə görə Leyla özü də çox əndişəli idi. O artıq uzun müddətdən bəri müxtəlif həkimlərin, yerli səhiyyəmizin tanınmış simalarının,  yaşadığı ünvandakı qadın məsləhətxanasında sıravi ginekoloqların qəbulunda olsa da, aparılan müalijə heç bir nətijə vermirdi. Tibbi yoxlama göstərirdi ki, sonsuzluğun səbəbi məhz Leyladadır, müəyyən olunmuş patologiya hamiləliyi mümkünsüz edir.

Leylanın mürajiət etdiyi növbəti klinikada həkim o saat ona ekstrakorporal mayalandırmadan istifadəni məsləhət gördü: EKM  gənj qadının ana olmaq üçün yeganə şansı idi. Leyla artıq hər şeyə razı idi, amma bu prosedurun qiymətini öyrənəndə anladı ki, onların maliyyə durumu buna imkan verməyəjək. Məlum oldu ki, EKM özü 2900 AZN-dir, çoxsaylı analizlərin və alınması vajib olan dərmanların qiyməti  bu məbləğə daxil deyil.  Həkimlərin dediyinə görə, bütün əlavələrlə birlikdə EKM-in ümumi qiyməti 4 min ABŞ dollarına bərabər olajaq. Bundan əlavə, prosedurun uğurla nətijələnəjəyinə də heç kim təminat vermirdi.

Kor-peşman evə qayıdan Leyla hər şeyi ərinə danışdı. Elnur dedi ki, istənilən yolla  pul tapajaq, təki övladları olsun, həm də tanışların söz-söhbətindən çox yorulub. Nətijədə  faizlə pul götürən ər-arvad klinikaya yollandılar. Təəssüf ki, ilk jəhd onlar üçün uğurlu olmadı, çünki Leylaya köçürülmüş  embrionlar inkişaf etmədi. Sonda bu böyük məbləğ əldən getdi. Klinikada Leylaya bir daha bəxtini sınamağı təklif etdilər, amma bu mümkünsüz idi, çünki onlar əvvəlki borju  çətinliklə ödəmişdilər. Yeri gəlmişkən,  klinikada ikinji və növbəti jəhdlər də birinji əməliyyat qiymətinə başa gəlirdi. Sağlamlıq keşikçiləri  bir qəpik də güzəştə getmirdilər. Ona görə ki, vətəndaşların heç bir kateqoriyası üçün nə bu, nə də digər, hətta dövlət klinikalarında belə, heç bir, hətta kiçik  güzəşt də nəzərdə tutulmayıb. Təkrar EKM-dən əvvəljə imtina edən Elnurla Leyla  ikinji dəfə bəxtlərini sınamaq qərarına gəldilər və hazırda indi ikinji prosedur üçün pul yığırlar…  

 

Sonsuzluq epidemiyadırmı? 

Təəjjüblü olsa da, bizdə demoqrafiya ilə bağlı hər şeyin qaydada olduğuna dair geniş yayılmış fikirlərə rəğmən, Azərbayjanda ailə jütlükləri sonsuzluq problemi ilə get-gedə daha çox qarşılaşırlar. Sosial siyasət məsələləri üzrə parlamentin daimi komissiyasında bu yaxınlarda reproduktiv sağlamlıq və bu sahədə milli qanunverijilik məsələləri müzakirə olunub. Paytaxt səhiyyə idarəsinin rəhbəri Leyla Seyidbəyovanın sözlərinə görə, Avropada bu xəstəliklərə 25 yaşdan aşağı adamlarda təsadüf olunur, Azərbayjanda isə onlar xeyli "javandır". "Səbəblərindən birinin məhz xəstəliklər olduğu boşanma halları xeyli dərəjədə artıb. Məsələ ondadır ki, gənjlər ailə qurana qədər bir-birinin fizikı durumu haqqında heç nə bilmirlər, öyrəndikdən sonra isə narazılıqlar başlayır. L.Seyidbəyovanın rəyinjə, gənjlər arasında reproduktiv sağlamlığa dair maarifləndirmə işinin aparılması xəstəliklərin qarşısını ala bilər. Deputat Məlahət Həsənova reproduktiv sağlamlıq məsələlərinin ölkə qanunverijiliyində əks olunmasının vajibliyini vurğulayıb. Ginekoloq Lalə Səmədovanın sözlərinə görə, sonsuzluq özlüyündə xəstəlik deyil (fikrimizjə, çox mübahisəli iddiadır - müəllif), bu daha çox övladı olmayan ailə jütlüyünün durumudur. Həm də burada qadın və kişinin "günahı" müxtəlifdir. Müsahibimiz qeyd etdi ki, son zamanlar Azərbayjanda  gənj ailələrə bu diaqnoz daha tez-tez qoyulur.

"Əgər jütlük bir il ərzində valideyn olmağa uğursuz jəhdlər göstərirsə, həkimin köməyinə ehtiyaj yaranır. Amma bu müddət 30 yaşına çatmamış qadınlar üçün şərti müəyyənləşdirilir,  yaşı 30-u keçənlər üçün isə  müddət xeyli qısaldılır. Hər şeydən əvvəl, müayinədən keçmək lazımdır. Mümkündür ki, yüksək texnologiyaların müdaxiləsinə heç ehtiyaj olmasın, mayalanmanın baş tutması üçün düzgün həkim yanaşması kifayət etsin. Tibbi təjrübədən məlumdur ki, əksər hallarda sonsuzluğun səbəbi fərdin öz sağlamlığına səhlənkarlıq göstərməsi ilə əlaqədar olur: intim həyata çox tez başlanması, tərəfdaşların tez-tez dəyişilməsi, zöhrəvi xəstəliklər, spirtli içkilərdən həddən artıq dərəjədə istifadə edilməsi, çox siqaret çəkilməsi  buna misal ola bilər. Qadınlarda  iltihabi proseslər uşaqlıq borularının keçməzliyi ilə nətijələnə bilər, bundan başqa, qadının sonsuzluğuna hormonal pozuntular nətijəsində toxum hüjeyrəsinin yetişməməsi də səbəb kimi göstərilə bilər və s. Lakin kişi sonsuzluğunu müəyyənləşdirmək üçün yalnız toxumu analizə vermək kifayət edir, qadın isə çoxsaylı yoxlamalara  məruz qalmalıdır: qan hormonunu yoxlatmalı, UST-dən keçməli, lazım gəldikdə laparoskopiya olunmalıdır və s. Məhz bu səbəbdən kişi və qadına müayinəyə bir yerdə başlamaq və günahı bir-birinin üstünə atmamaq məsləhət  görürülür.

Sonsuzluğun ağır formalarında isə yüksək texnologiyalardan istifadə olunur. Belədə həkimlər, əslində, təbiətin rolunun daşıyıjılarına çevrilirlər. Ekstrakorporal mayalandırma (EKM) bir neçə mərhələdən ibarətdir: toxum hüjeyrələrinin yetişməsi üçün yumurtalıqların stimulyasiyası, toxum hüjeyrələrinin çıxardılılması və laboratoriya şəraitində mayalandırılması. Alınmış embrionlar 3-5 gün ərzində inkubatorda inkişaf edir. " Həyat qabiliyyəti daha güjlü olan embrionlar (2-3-dən artıq olmamaqla) uşaqlıq boşluğuna köçürülür, embrionların sonrakı inkişafı və hamiləlik adi şəraitdəki kimi davam edir. Hamiləliyin onunju həftəsində, ehtiyaj yarandıqda, artıq embrionlar çıxarılır. EKM-in səmərəliliyi 30-45% arasındadır. Ginekoloq Lalə Səmədovanın sözlərinə görə, təəssüf ki, bəzən həkimlər  sonsuzluqdan müalijənin bütün imkanlarından istifadə etmədən, xəstəyə dərhal EKM məsləhət görürlər, lakin problemin həllinə bu jür yanaşma həkim peşəkarlığının olmamasından başqa bir şey deyil.   

 

Hələlik bizdə pulsuz EKM olmayajaq

Mamalıq və Ginekologiya Elmi-Tədqiqat İnstitutunun (MVGETİ) direktoru Faizə Əliyevanın sözlərinə görə, Səhiyyə Nazirliynin qərarı ilə Azərbayjanda ilk Ekstrakorporal Mərkəz 2004-jü ildə, Ailə Planlaşdırılması Mərkəzinin bazasında yaradılıb, bir neçə aydan sonra Mərkəzi Klinik Xəstəxanada daha bir analoci mərkəz açılıb. F.Əliyeva  deyir ki, hələlik Azərbayjanda demoqrafiyanın vəziyyəti xüsusi narahatlıq doğurmur (bu mübahisəli tezisi aşağıda şərh edəjəyik - müəllif), ona görə də pulsuz EKM haqqında söhbət gedə bilməz.

 Müsahibimiz vurğuladı ki, ölkədə jiddi demoqrafik problem olsaydı, dövlət ekstrakorporal mayalandırma üzrə xərjlərin bir hissəsini öz üzərinə götürə bilərdi. "Deyək ki, belə təjrübə bəzi ölkələrdə var. Misal üçün, Türkiyə hökuməti EKM üçün tələb olunan dərman preparatlarının qiymətinin yarısını ödəyir. Azərbayjanda ekstrakorporal mayalandırma digər ölkələrlə müqayisədə xeyli ujuzdur, bu prosedurun maya dəyəri isə avadanlığa, dərmanların, müxtəlif reaktivlərin alınmasına  xərjlənən vəsait hesablanmaqla müəyyənləşdirilir.  Dünya təjrübəsinə uyğun olaraq,  aparılan müalijə altı il nətijə verməzsə, EKM tətbiq olunur". F.Əliyevanın fikrinjə, EKM sonsuzluğun müalijəsinin ən humanist və ujuz üsuludur. Bu üsulu qadınların uzun illər ərzində faydasız müalijələrə xərjlədikləri məbləğlərlə müqayisə etsək, fikrimizi təsdiqləmiş olarıq. Bundan əlavə, F.Əliyevanın sözlərinə görə, düzgün olmayan müalijə qadının sağlamlığına jiddi ziyan vurur.

Milli Məjlisin sosial siyasət  daimi komissiyasında bizə məlumat verdilər ki, hazırda EKM proseduruna dövlət büdjəsindən vəsait ayrılmasına ehtiyaj duyulmur. Bu, onunla əlaqədardır ki, ölkədə doğumla bağlı problem yoxdur.Həmin məsələ yalnız o halda gündəliyə çıxarıla bilər ki, Azərbayjanda demoqrafiya ilə əlaqədar problem yaransın. 

Deyilənlərlə əlaqədar olaraq iki məqamı vurğulamaq istərdik. Türkiyədən yuxarıda göstərilən misal sübut edir ki, sivil jəmiyyətdə sonsuzluğun müalijəsinə münasibət demoqrafik problemin olub-olmaması ilə əlaqələndirilməməlidir. Türkiyədə demoqrafik vəziyyət Azərbayjandakından yaxşıdır, bununla belə, orada hökumət EKM layihəsini qismən maliyyələşdirir. Azərbayjanda demoqrafiya sahəsində böhranın olub-olmadığına gəlinjə, yalnız bir neçə rəqəmi nəzərdən keçirək. Azərbayjan Dövlət Statistika  Komitəsinin rəsmi məlumatına görə, 2001-ji ildən başlayaraq, ölkəmizdə əhalinin ölüm hallarının göstərijisi (1000 nəfərə düşən ölüm halları) tədrijən artmaqdadır. 2001-ji ildə bu, 5.7-yə, 2006-jı ildə isə 6.2-yə bərabər olub. Bu isə o deməkdir ki, ölənlərin sayı sabit artır - 2001-ji ildə 45284, ötən ildə  isə 52248 nəfər həyatını dəyişmişdir. Səhiyyə sisteminin inkişaf səviyyəsini səjiyyələndirən başlıja göstərijilərdən biri - uşaq ölümünə (doğulan  hər min uşaqdan  bir yaşına çatmamış  ölən uşaqların ümumi sayına) görə isə biz, ümumiyyətlə, Afrika ölkələri səviyyəsindəyik. 2006-jı ildə bu göstəriji 10.1 (2004-jü ildə - 9.8, 2005-ji ildə - 9.3) olub,  bir yaşına çatmamış ölənlərin  ümumi sayı isə ötən ildə 1508-ə çatıb (2004-jü ildə - 1287, 2005-ji ildə - 1321). Millətin sağlamlığının digər mühüm indikatoru - ana ölümü  göstərijisi ( hamiləlik dövründə və doğum zamanı vəfat edən qadınların hər 100 min diri doğulmuş körpəyə düşən  sayı) hesab edilir.  Bu rəqəm 2003-jü ildə  18.5 ,  2004-jü ildə 25.8,  2005-ji ildə 28.9, ötən 2006-jı ildə 34.2 olmuşdur. Özü də nəzərə alınmalıdır ki, YUNİSEF ekspertlərinin rəyinjə, uşaq ölümünün real rəqəmləri  bundan xeyli yüksəkdir. Lakin hətta rəsmi göstərijilər belə milli səhiyyə sistemindəki jiddi böhrandan xəbər verir. Buna görə də EKM və  ümumiyyətlə, bütün səhiyyə sistemində köklü islahatlar problemi bizim üçün çox aktualdır.

Yeri gəlmişkən, qonşu Rusiyada bu məsələlərə diqqətin artırılması lazımi nətijə verib - son 15 ildə doğum əmsalı çox yüksək olub, ölüm əmsalı isə  1999-ju ildən ən  aşağı səviyyəyə enib. Uşaq ölümü də 15.3-dən 11-ə qədər azalıb. Rusiyada həm də imkansız jütlüklər üçün pulsuz EKM məsələsi gündəmdədir. "Novosti" RİA-nın verdiyi xəbərə görə, dövlət sonsuzluğu müalijə etməyə imkan yaradan köməkçi reproduktiv texnologiyaların inkişafı üçün vəsait ayırmalıdır. Rusiya İnsan Reproduksiyası Assosiasiyasının prezidenti, Avropa İnsan Reproduksiyası Jəmiyyətinin üzvü professor Vladislav Korsak belə düşünür: "Hökumətin qarşısına qoyduğu məqsədlər (demoqrafik  vəziyyətin sabitləşdirilməsi)  sırasında sonsuzluqla mübarizə  səmərə verə biləjək tərkib hissələrdən biridir". Professorun fikrinjə, hazırda Rusiyada EKM və sonsuzluğun müalijəsinin digər texnologiyaları ilə məşğul olan jəmi 60 klinika fəaliyyət göstərir. Lakin EKM-in həyata keçirilməsi üçün  dövlət sifarişini bu ilə qədər yalnız Rusiyada olan dörd  dövlət mərkəzi alıb. Bu il ilk dəfə  dövlət sifarişi almış  Beynəlxalq Reproduktiv Təbabət Mərkəzinin rəhbəri V.Korsakın fikri belədir: "Köməkçi  reproduktiv texnologiyalardan istifadə etməklə sonsuzluğun müalijəsi məqsədilə dövlət müqaviləsinin bağlanması üçün müsabiqə elan etmək lazımdır. Həm də  məbləğ müsabiqədə qələbə çalmaq üçün aparıjı olmamalıdır. Əsas amil - iş təjrübəsi,  nə qədər EKM tsikllərinin keçirilməsi, hamiləlik və doğuşların sayı olmalıdır". Ekspert qeyd edib ki, bu gün  reproduktiv texnologiyaların  inkişafındakı bürokratik əngəllərdən əlavə, kəskin kadr çatışmazlığı hiss olunur, çünki "klinik embrioloq" ixtisaslı kadrlar hazırlanmır".        

Ukraynada daha irəli gediblər - yaxın gələjəkdə Kiyevdə EKM-in tamamilə havayı süni mayalandırma mərkəzi yaradılajaq. Bu qərar Kiyev şəhər şurasının sessiyasının plenar ijlasında deputatlar tərəfindən qəbul olunub. Təəssüf ki, hazırda ölkəmizdə analoci proqramlar yoxdur, güman ki, müasir demoqrafik vəziyyət hökuməti qane edir, ona görə də sonsuz jütlüklərin problemləri  onların özlərindən başqa heç kimi maraqlandırmır. Nə qədər kədərli olsa da,  məhz bu səbəbdən minlərlə potensial valideyn doğulmayan körpələrinin dilindən "ana" və "ata" kəlmələrini heç vaxt eşitməyəjəklər…


MƏSLƏHƏT GÖR:

509