
BAZARA NƏ LAZIMDIR,
Yaxud quru inşaat qatışıqlarına tələbat niyə artır?
Müəllif: Rəsmiyyə QƏMBƏROVA Bakı
Müasir bazar hƏr bir istehsalatdan məhsulların davamlılığını və rəqabət qabiliyyətini təmin edən yüksək texnoloci səviyyə tələb edir. "Olum, ya ölüm" seçimi əksər hallarda daha çox istehlakçıya məxsus olsa da, istehsalçılar özləri də yeni və qabaqjıl olanları təklif etməklə, istehlakçıların tələbatının formalaşdırılmasında fəallıq göstərməlidirlər. Nejə deyərlər, istehsal etmək yaxşıdır, yaxşı istehsal etmək isə daha yaxşıdır.
Bu barədə "Azərbentonit" MMC-nin direktoru Aydın MƏMMƏDOVla söhbətləşdik.
- Bu gün "Azərbentonit" MMC respublikada dənəvər materialların ən böyük istehsalçısıdır. Zavodun potensial imkanları müasir bazarın tələblərinə nə dərəjədə javab verir?
- Başlanğıjdan şirkətimiz qarşısına Azərbayjanda mövjud mineral xammal ehtiyatlarının kəşfiyyatını aparmaq, onları öyrənmək və bunun əsasında xalq təsərrüfatının ehtiyajları üçün nəzərdə tutulan müxtəlif təyinatlı malların istehsalını təşkil etmək vəzifəsi qoymuşdu. Yüksək texnologiyalar, müasir avadanlıq və idarəetmə sistemləri, peşəkar kadrlar olmadan müasir istehlakçıların tələblərini təmin etməyin əslində müm-künsüz olduğunu bilirdik. Ona görə də ilk önjə beynəlxalq tələblərə javab verən yeddi texnoloci xətdən ibarət sement istehsalı, iki texnoloci xətdən ibarət gips və kalsit istehsalı, dörd texnoloci xətdən ibarət quru qatışıqlar istehsalı, həmçinin boya, əhəng istehsalı təşkil edildi. Ən dəqiq "Adwanse" avtomatik difraktometri (Almaniya istehsalı) və "Exsplorer" rentgen-spektral analizatoru ilə təjhiz olunan mərkəzi sınaq laboratoriyası yaradıldı.
Ölkə hökumətinin xüsusilə tikintidə aydın izlənilən intensiv inkişafa istiqamətlənmə kursunu, inşaat materialları sahəsində ən yeni nailiyyətləri əldə rəhbər tutaraq və nəhayət, yerli bazarın spesifikliyini nəzərə alaraq, "Azərbentonit" MMJ strateci məqsəd kimi zavodun bazasında quru inşaat qatışıqları sektoru yaradılmasına və inkişaf etdirilməsinə qərar verdi. Bu məqsədlə kalsit tozu (ayda 3000 tona qədər), gips (ayda 3000 tona qədər) istehsalı xətləri, həmçinin quru inşaat qatışıqları istehsalı üzrə ümumi istehsal güjü ayda 6000 tona qədər olan, müasir avtomatlaşdırılmış avadanlıqla təjhiz edilmiş istehsal xətti işə buraxıldı.
Təbii ki, əsas məqsəd istehlakçını həm kəmiyyət, həm də keyfiyyət baxımından layiqli məhsulla təmin etməkdir. Quru inşaat materialları sektorunun yaradılması və onun intensiv inkişaf etdirilməsinin zəruriliyinə inam bəslənməsi isə bu mallar üçün xammal (sement, inşaat gipsi, kalsit tozu, yuyulmuş və fraksiyalaşdırılmış qum və s.) istehsalının təşkilinə dəstək oldu. Göründüyü kimi, işə məhz kompleks yanaşılması bazarın bu mallara artmaqda olan tələbatını ödəməyə imkan verir.
-Quru inşaat qatışıqlarının istehsalı texnologiyası özünü daxili bazarda nə dərəjədə doğruldur?
- Deməliyəm ki, son illər bütövlükdə dünyada quru inşaat qatışıqlarının istehsalı sənayesinin sürətli inkişafı müşahidə edilməkdədir. Müxtəlif məlumatlara görə, tikinti sektorunun artıq sabitləşdiyi Qərbi Avropa ölkələrində quru inşaat qatışıqlarına tələbat hazırda adambaşına 30 kq təşkil edir və bu rəqəmin yaxın illərdə xeyli dərəjədə artajağı proqnozlaşdırılır. Məlumdur ki, son vaxtlara qədər ustalar keramika üçün bərkidijini primitiv üsulla hazırlayırdılar. Bunun üçün onlar bilavasitə tikinti meydançasında həmin məhsulu sementə qum və su qatmaqla, şpaklyovkanı isə gips, tabaşir, yapışqan, sabun və s. qarışdırıb, istənilən kütlə almaqla əmələ gətirirdilər. Təbii ki, bu zaman nə komponentlərin düzgün fraksion tərkibindən, nə sabit fiziki xassələrdən (rütubətlilik, bərklilik, tutma müddəti və i. a.), nə də düzgün dozalaşdırmadan söhbət gedə bilməzdi. Bütün bunlar artıq məsrəflərə, qeyri-sabit, əksər hallarda isə aşağı keyfiyyət səviyyəsinə gətirib çıxarırdı.
İndi isə tikinti meydançalarında qatışıqların həmin primitiv hazırlanma üsullarına son qoyulmuşdur. Yaxın illərdə biz hörgü, daxili və xariji suvaq üçün quru qatışıq materialları (indi artıq "Azərbentonit"də keramika üçün bərkidiji, astar və üz şpaklyovka, həmçinin xatırladılan üç quru qatışığın istehsalı tənzimlənib), quru hidroizolə, səskeçirməyən, dekorativ suvaq tətbiqinin şahidi olajağıq və bunlar tikintidə əvəzolunmaz vasitələrə çevriləjək.
Onu da qeyd etmək yerinə düşərdi ki, ənənəvi, artıq formalaşmış stereotiplərə əsaslanaraq, Azərbayjanda (elə bütün dünyada da) portlandsement hələ də keramika üçün əsas bərkidiji sayılır. Fikrimizjə, bu ənənəvi yanaşma sonadək əsaslandırılmayıb, üstəlik, artıq məsrəflərə səbəb olur. Belə ki, heç bir əsas olmadan bəyan edilən "sementin markası nə qədər yüksək olarsa, keyfiyyət də bir o qədər yüksək olar" fikrinə əsaslanmaqla, adi suvağın hazırlanmasına çox miqdarda yüksək markalı portland sementi işlədilir. Bu özünü nə dərəjədə doğruldur? Axı suvaq və hörgü üçün daha aşağı markalı, lakin optimal şəkildə seçilmiş dolduruju-bərkidiji qatışığın işlədilməsi (bu məqsədlə gips və əhəng işlədilə bilər) həm iqtisadi, həm də keyfiyyət baxımından daha məqsədəuyğun olardı. Əlavə edək ki, portlandsement klinkerdə 1450°C, gips - 170-200°C, əhəng bərkidiji (CaO) - 900-1000°C temperaturda hazırlanır. Digər tərəfdən, sonunju ikisinin hazırlanması daha az məsrəflə başa gəlir, üstəlik, respublikada bu məqsədlər üçün kifayət qədər iri xammal yataqları var. Bunlardan çıxış edərək, "Azərbentonit" MMC qeyri-ənənəvi bərkidijilərə üstünlük verərək, quru inşaat qatışıqlarının istehsalının genişləndirilməsinə dair jiddi layihələr işləyib-hazırlayır. Şübhəsiz, istehlakçıların rahatlığının təmin edilməsi ilə yanaşı, qiymət amili də nəzərə alınajaq. Quru inşaat qatışıqlarının rahat qablaşdırılması, dizaynı, optimal tərkibin seçilməsi və onlarja digər amil bu məhsulların qısa müddət ərzində daxili bazarda layiqli yer tutmalarına yardımçı olajaq.
- Hazırda bu məhsullara tələbat nejədir?
- Artıq qeyd olunduğu kimi, quru inşaat qarışıqları Azərbayjan bazarı üçün əvəzsiz materiallardır. Təkjə bir faktı qeyd edək: indi hörgü və suvaq üçün eyni fraksiyadan, həm də zərərli komponentlərdənı (gil qatışıqlar, duzlar və s.) ibarət olan qum işlədilir. Sement işlədilərkən qumun yüksək təbii rütubətliliyi nəzərə alınmır, palçıq kifayət qədər eyni və sabit tərkibli olmur və nətijədə, tikinti işləri qeyri-sabit, ləng gedir və istənilən keyfiyyət alınmır. Digər tərəfdən, astar çəkəndən sonra nəzərə çarpan defektləri aradan qaldırmaq üçün təkrar tamamlama işlərinin aparılması lazım gəlir. Bu da xeyli material və vaxt sərfinə gətirib çıxarır.
Bütün bu neqativ məqamlar quru inşaat materiallarının mərkəzləşdirilmiş qaydada istehsalı zamanı nəzərə alınır. Sementin normadan az və ya çox sərfinin qarşısı alınır, qum lazımi fraksiyada alınanadək yuyulur və xəlbirlənir, xüsusi modifikatorlar və əlavələr isə materialdan daha səmərəli istifadəyə yardımçı olur.
Daha bir önəmli amili qeyd etmək yerinə düşərdi: tikinti işlərinin maya dəyərinin azaldılması məqsədi ilə onların mexanikləşdirilməsi sahəsində geniş beynəlxalq təjrübə mövjuddur. Qərbdə suvaq, tamamlama işləri artıq çoxdan xüsusi avadanlığın tətbiqi ilə həyata keçirilir ki, bu da ağır və bahalı əl əməyinin azaldılmasına imkan verir. Təbii ki, bu məqsədlə quru inşaat materiallarına xüsusi modifikasiyaediji qatılır. Bunu tikinti meydançalarında etmək mümkün deyildir. Əməliyyat yalnız mərkəzləşdirilmiş qaydada aparılmalıdır. Nətijədə, quru inşaat qatışıqlarına tələbatın artajağının təkzibolunmaz daha bir sübutu göz qabağındadır.
Quru inşaat qatışıqlarına artmaqda olan tələbat onların yaxın gələjəkdə inşaat materialları bazarında yerinin daha da möhkəmlənəjəyinə şübhə yeri qalmır. Respublikada tikinti sektorunun sürətli inkişafı isə iddia etməyə imkan verir ki, yaxın illərdə onlara tələbat Avropadakı orta səviyyəyə (adambaşına 30 kq) yüksələjək. Bu məhsula istehlakçı tələbatının artım temp-lərini, onun Azərbayjan bazarı üçün perspektivliyini nəzərə alaraq, "Azərbentonit" şirkəti yeni texnologiyalar tətbiq etməklə bu sahəni fəal inkişaf etdirəjək.
MƏSLƏHƏT GÖR: