14 Mart 2025

Cümə, 22:36

TARİX MİFOLOGİYAYA QARŞI

"BU, İNSAN İZTİRABLARI HAQQINDA HEKAYƏTDİR, AMMA O DÜZ DANIŞILMAYIB" I HİSSƏ

Müəllif:

01.11.2007

Son illər Ermənistan Respublikasının hakimiyyət orqanları və xarijdə yaşayan ermənilərin, ilk növbədə, ABŞ və Fransada, həmçinin Qərbi Avropa, Latın Amerikası və Yaxın Şərqin müxtəlif şəhərlərində məskunlaşmış erməni diasporlarının liderləri üzdəniraq "erməni soyqırımı"nın beynəlxalq miqyasda tanınmasının təmin olunmasında önəmli uğurlar əldə ediblər. Ötən ilin oktyabr ayında Fransa Milli Məjlisi "erməni soyqırımı"nın inkarına görə jinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul etdi. Xolokostun inkarı kimi, Fransada da türklərin "erməni soyqırımı"nı inkar edənlərin  45 min avro məbləğində jərimə verməli olajaqları və 1 ilə qədər həbs jəzası alajaqları bildirildi. Jari ilin oktyabr ayının  10-da isə ABŞ Konqresinin Nümayəndələr Palatasının xariji işlər komitəsi "1915-1918-ji illərdə Osmanlı İmperiyasında ermənilərin soyqırımı" adlandırılan məsələyə dair qətnamə qəbul etdi. Qətnamənin mahiyyəti "soyqırım" faktının ABŞ-ın xariji siyasətində aydın və birmənalı şəkildə əks etdirilməsinə çağırışdan ibarət idi. 

Bu zaman heç də qətnamənin  irəli sürülməsi faktı  əndişə törətmirdi. . Konqresdə bu qanunverijilik təşəbbüsünü həyata keçirmək jəhdləri əvvəllər də - 2000 və 2005-ji illərdə göstərilmiş, lakin uğursuzluqla nətijələnmişdi. Qətnamənin taleyinin bu dəfə də belə olajağı istisna deil. Problem ondadır ki, "soyqırım" haqqında mif ən müxtəlif ölkələrdə ildən-ilə daha böyük siyasi və qanunverijilik dəstəyi və təbliğati əks-səda qazanır ki, bu da dünyada erməni lobbisinin mövqelərinin xeyli dərəjədə möhkəmlənməsi faktını əks etdirir. Görünür, buna səbəb "erməni soyqırımı"nın tanınmasının təmin edilməsi  Ermənistanın xariji siyasətinin və erməni diasporunun fəaliyyətinin ən önəmli prioritetinə çevrilməsidir. Bu artıq ona gətirib çıxarıb ki, hazırda üzdəniraq soyqırım 22 ölkə tərəfindən tanınır. Bunların arasında ilk ölkə isə 1965-ji ildə Uruqvay olub. Sonrakı illərdə onu Avropanın bir çox ölkəsi, Rusiya, Kanada, Avstraliya, Argentina, Venesuela, Çili, həmçinin Uelsin və İspaniyadakı Basklar diyarının bölgə hakimiyyətləri rəsmi şəkildə tanıyıb və pisləyiblər. Yeri gəlmişkən, ABŞ-ın özündə "erməni soyqırımı"nı 40 ştat tanıyıb.

Kobud tarixi saxtalaşdırmalara əsaslanan "erməni soyqırımı" mifi tarixə və türk xalqına böhtandır. O, türk xalqına nifrət aşılayır, düşmənçilik hərəkətlərinə təhrik edir, onun təhlükəsizliyi üçün təhlükə yaradır. Bizim üçün o da aktualdır ki, haqqında danışılan siyasət artıq çoxdan sırf erməni-türk münasibətləri hüdudlarını aşıb və Azərbayjan dövlətçiliyinin mənafelərinə birbaşa toxunur. Bununla əlaqədar, üzdəniraq "erməni soyqırımı"nın ifşası hər bir vijdanlı tarixçi alimin və məsuliyyətli siyasətçinin borjudur.

 

1. 1915-1918-ji il hadisələrinin qiymətləndirilməsi

1915-1918-ji illərdə Osmanlı Türkiyəsində həqiqətdə nə baş verdiyini və tarixin ermənilər tərəfindən saxtalaşdırılmasının niyə belə qlobal, genişmiqyaslı səjiyyə kəsb etdiyini obyektiv, qərəzsiz aydınlaşdırmaq üçün Amerikanın özünün tarix elminin rəyinə mürajiət edək. O, səlahiyyətlidir və erməni, Azərbayjan, türk və ya rus elmindən fərqli olaraq, bitərəf və qərəzsizdir. XX əsrin əvvəllərindəki hadisələrin janlı şahidi olmuş bir çox amerikalı alim və diplomatın bu barədə şəhadət və xatirələri var. Odur ki "erməni soyqırımı" haqqında mifə ilk dəfə  məhz ABŞ-da kollektiv qiymət verilməsi heç də təsadüfi deyil. 19 may 1985-ji ildə ABŞ-ın aparıjı universitetlərinin Türkiyə tarixi sahəsində ixtisaslaşmış 69 nüfuzlu alim, professor, elmlər doktorları "erməni soyqırımı"nı qanunverijilik qaydasında  pisləməyə jəhd göstərən ABŞ Konqresinə "Vaşinqton post" və "Nyu-York tayms" qəzetlərində açıq məktub nəşr  etdiriblər. Məktubda onlar həmin dövr hadisələrini aşağıdakı şəkildə birmənalı qiymətləndiriblər.

Məktub müəlliflərinin fikrinjə, birinjisi, 1915-1923-jü illərdə soyqırımı yox, "müsəlman və xristian qeyri-nizami qüvvələri arasında Birinji Dünya müharibəsi illərində Anadoluda və ətraf bölgələrdə xəstəliklər, ajlıq və qırğının daha da müəkkəbləşdirdiyi jiddi ijmalararası toqquşmalar baş verib".

İkinjisi, müəlliflər hesab edirlər ki, ermənilərin iztirabları "bölgənin müsəlman sakinlərinin keçirdikləri iztirablardan təjrid olunmuş şəkildə nəzərdən keçirilə bilməz". 

Üçünjüsü, alimlər o dövrdə ABŞ Konqresində üzdəniraq soyqırıma dəstək verən sənədi "tarixən şübhəli ehtimallara əsaslanan və yalnız ədalətli tarixi qiymətləndirməyə zərər vura bilən, Amerika qanunverijiliyinə inamı sarsıda bilən qətnamə" adlandırıblar.  

Dördünjüsü, ABŞ-ın belə dəyərləndirmə ilə kifayətlənməyən 69 ən nüfuzlu taixçi alimi həmin hadisələrə və o dövrə aidiyyəti olan bütün tarixçilərin və bütün ölkələrin (keçmiş SSRİ respublikaları, Türkiyə, Bolqarıstan, Suriya) arxivlərindən istifadə imkanını təmin etməyə və yalnız bütün hadisələr aydınlaşdırılandan sonra ittihamlar irəli sürməyə çağırdı. Məktub müəllifləri hesab edirlər ki, "arxivlərdən istifadə mümkün olmayana qədər Osmanlı imperiyasının 1915-1923-jü illər tarixi adekvat şəkildə əks etdirilə bilməz".

 

2. Hadisələrin səbəbi

Lakin erməni alim və siyasətçilərinin hər vəjhlə hətta adını belə çəkməkdən yayındıqları bu məktub nə qədər birmənalı olsa da, erməni siyasətçilərinin "soyqırımı iddiaları" üçün hər hansı bir əsasının olmamasının yalnız yumşaq, diplomatik inkarıdır. Bəzi alimlər, məsələn, XIX əsrin sonu - XX əsrin əvvəlləri Türkiyə tarixi və əhalisinə dair ən nüfuzlu elmi əsərlərin müəllifi, Türkiyədə əvvəllər könüllü olmuş Kembrij Universitetinin professoru J.Qureviç, Kaliforniya Universitetindən professor Stenford Şou, Prinston Universitetindən professor Bernard Lüis və açıq məktubun bir çox başqa müəllifləri ayrı-ayrı əsərlərində bu hadisələrə daha dürüst və qərəzsiz qiymət verirdilər. Onlar 1915-ji il hadisələrini Birinji Dünya və Rusiya-Türkiyə müharibələrinin tərkibində vətəndaş müharibəsi kimi təsvir edərək,  münaqişənin real köklərini göstərirdilər. Məsələn, onlar 1915-ji ildə Osmanlı hökumətinin rus ordusunun keçdiyi ərazilərdən (Şərqi Anadolunun 6 vilayətindən) ermənilərin kütləvi şəkildə ölkə hüdudlarından xarijə köçürülmələrini təşkil etmək məjburiyyətində qaldığını qeyd edirdilər. Birinjisi, ona görə ki, erməni əhalisi erməni humblarını ("könüllü drucinalarını") açıq-aşkar dəstəkləyirdi. 1914-jü ilin sonunda təşkil olunmağa başlandığı andan (1915-ji  ilin ortasına qədər ümumi sayı 9 minə çatan 9 drucina yaradılmışdı), 1917-ji ilin dekabrında bağlanan Brest-Litva sülhünə qədər  erməni drucinaları   türk əhalisinin çoxluq təşkil etdiyi ərazilərdə çar Rusiyası qoşunlarının dəstəyilə erməni dövləti yaratmaq istədiklərindən Osmanlı Türkiyəsinin qanuni hakimiyyətinə qarşı silahlı əməliyyatlar aparırdılar. İkinjisi, erməni əhalisinin hüjum edən rus ordusuna yardım göstərməsinin qarşısnı almaq məqsədilə, həmçinin erməni və müsəlman mülki əhalisi arasında qan tökülməsinə və qarşıdurmaya yol verilməməsi zərurətindən çıxış edərək müvafiq tədbirlər görülürdü. I Dünya müharibəsi illərində Anadoluda və ətraf bölgələrdə tüğyan edən xəstəliklər, ajlıq bu kütləvi prosesi  daha da mürəkkəbləşdirdi və çoxsaylı qurbanlar verilməsinə gətirib çıxarırdı. J.Makkarti "Erməni terrorizmi: tarix zəhər və zərdab kimi" kitabında qeyd edir ki, 1915-ji ilin aprelində "erməni inqilabi qrupları antiosmanlı fəaliyyətlərini güjləndirdilər" və "deportasiya bugünkü əxlaq anlamında nə qədər yanlış sayılsa da, heç kim belə bir faktı jiddi şəkildə inkar edə bilməz ki, osmanlılar ermənilərə etibar edə bilməyəjəklərinə məhz onların 1828, 1854 və 1877-ji illərdə təjavüzkar rus ordularına göstərdikləri yardıma görə əmin olmuşdular". 

 

3. 1915-1923-jü illər hadisələrində Anadolu ermənilərinin rolu

Onu da vurğulamaq çox önəmlidir ki, 1915-1923-jü illər hadisələrində səbəb-nətijə əlaqələrinə, erməni liderlərinin həqiqi məqsədlərinə və onlara yetişmək vasitələrinə Qərbin elmi dairələrində verilən yekdil qiymət həmin liderlərin özlərinin açıq etirafları ilə təsdiqlənir. 1919-ju ilin Paris sülh konfransında erməni nümayəndə heyətinin başçısı Poqos Nubar bu barədə Londonda çıxan "Tayms" qəzetinin redaktoruna 27 yanvar 1919-ju il tarixli məktubunda açıq yazmış (o da bunu 30 yanvarda çap etmişdi), bununla da Şərqi Anadoluda ermənilərin xəyanətkar rolunu təsdiqləmişdii: "Müttəfiqlərinə sadiqlikləri nətijəsində ermənilərin düçar olduqları  iztirablar və dəhşətli itkilər hamıya bəllidir… Ermənilər müharibənin lap əvvəlindən bütün jəbhələrdə müttəfiqlərin tərəfində vuruşublar… Ermənilər Türkiyənin tərəfini tutmaqdan hiddətlə imtina etdikləri andan  müharibənin de-fakto iştirakçısı olublar". Bəs ermənilərin separatçılığa və öz hökumətinə, öz ölkəsinə qarşı silahlı qiyama gətirib çıxaran hiddətinə  səbəb nə idi?

Türk qoşunlarının arxasında erməni qiyamının siyasi məqsədi Poqos Nubarın elə həmin məktubunda açıqlanır: "Bütün bu mülahizələrdən çıxış edərək, erməni milli nümayəndə heyəti erməni millətinin müharibə iştirakçısı qismində tanınmasını xahiş edir… Mən inandırmaq istərdim ki, müttəfiqlərin ümumi düşmən üzərində qələbəsi ilə ermənilər müstəqillik hüququ qazanmaq ümidindədirlər".

Bu məqsəd britaniyalı diplomat A.Leyardın bundan 40 il əvvəl (18 mart 1978-ji il) İstanbuldan Londona ünvanladığı xidməti məlumatla da təsdiqlənir.  Erməni Konstantinopol arxiyepiskopu Narsislə söhbəti barədə məlumat verən A.Leyard erməni kilsəsinin muxtar erməni dövləti ideyasını dəstəklədiyini, ermənilər arasında Osmanlı İmperiyası hakimiyyətinin və hökumətinin zor işlətməklə devrilməsinin təbliğinin güjlənməsini təsdiq edir. "Bu intriqalar çox fəal və güjlü şəkildə aparılmaqdadır və ermənilər arasında hərəkatı, çox güman ki, həmin intriqalar doğurub… Muxtariyyət Rusiya tərəfindən ilhaqla başa çatmalıdır və çox güman ki, elə patriarxın niyyəti də məhz budur", - deyə ingilis diplomatı xəbərdarlıq edir.

Nüfuzlu Amerika tarixçisi, bu hadisələrin müasiri Jon Joey bununla əlaqədar 1928-ji ildə yazıb: "Ermənilərin bədbəxtliklərinə göz yaşı axıdan amerikalıların çox az hissəsi bilir ki, millətçi ambisiyalar baş qaldırana qədər, 70-ji illərdən başlayaraq, ermənilər Türkiyə əhalisinin imtiyazlı hissəsi idi, yaxud  böyük savaş (Birinji Dünya müharibəsi - müəl.) zamanı onlar türk şəhərlərini xainjəsinə rus qəsbkarlarına təslim edirdilər; ermənilərin vətəndaş müharibəsinə başlamaq üçün 15 000 nəfərdən ibarət ordunu ayağa qaldırmaları və ən azı, 100 türk kəndini yandırmaları və əhalisini məhv etmələri ilə öyünürdülər".

Ermənilərin xəyanətləri o qədər aşkar idi ki, təkjə alimlər və diplomatlar deyil, həmin hadisələrin bir çox digər şahidləri də öz məlumatlarında bu faktları təsdiqləyirdilər. İş adamı, ABŞ gəmiçilik Şurasının İstanbulda təmsilçisi Artur Çester ermənilərin Osmanlı ordusunda rolunu aşağıdakı kimi təsvir edib (fevral 1923-jü il): "Jəbhədə ermənilər gülləsiz patronlarla atəş açır, dəstə-dəstə fərarilik edirdilər. Bunlar çox bəd əməllər olsa da, onlar satqınlığın yalnız  bu forması ilə kifayətlənmədilər. Ordunun arxa jəbhəsində yerləşən vilayətlərdə çoxlu erməni yaşayırdı və rusların türkləri darmadağın etməyə əla fürsət əldə etdiklərini duyan  ermənilər ruslara yardımçı olmaq qərarına gələrək, ordunun arxasında qiyam qaldırdılar və onu təjhizat bazasından təjrid etdilər". Bu zaman Çester onu da qeyd edir ki, "Türkiyədə ermənilər nəinki tam təmsilçiliyə (hakimiyyət orqanlarında - müəl.), həm də onlara heç bir digər ölkənin vermədiyi xüsusi güzəştlərə malikdirlər". Ermənilərlə türklər arasında qanlı toqquşmaların səbəbləri məsələsinə toxunan Çester, digər əjnəbi şahidlərin əksəriyyəti kimi, şəhadət edir ki, "Bu qırğınları bilərəkdən qızışdıran erməni liderləri yalnız bir məqsəd güdürdülər - xarijdə rəğbət və siyasi dəstək əldə etmək". 

Sonralar digər bir amerikalı alim, Harvard Universitetinin diplomatiya tarixi professoru Uilyam Langer  də 1968-ji ildə Nyu-Yorkda çap olunan "İmperializm diplomatiyası" kitabında elə həmin məsələ ilə bağlı etiraf edib ki, 1915-1923-jü illərdə və bundan uzun illər əvvəl "erməni təbliğatçıların bilavasitə məqsədi qarışıqlıq salmaq, qeyri-insani javab tədbirlərinə təhrik etmək və bununla da böyük dövlətlərin müdaxiləsinə nail olmaq idi. Bu səbəbdən də onlar, əsasən, ermənilərin azlıq təşkil etdiyi vilayətlərdə fəaliyyət göstərməklə, repressiyaların aşkar olunmasına jan atırdılar. İnqilabçılardan biri 1890-jı ildə deyib ki, …"Hnçak"  (təşkilatlanmış erməni terror pariyası - müəl.) quldur dəstələri kürdləri və türkləri qırmaq, kəndlərini yandırmaq imkanları arayajaq, sonra isə dağlara çəkiləjəklər. Qəzəblənmiş müsəlmanlar isə köməksiz yerli ermənilərə hüjum edəjək və elə bir vəhşi qırğın törədəjəklər ki, Rusiya insanpərvərlik və xristian sivilizasiyası bayrağı altında müdaxilə edəjək və bu torpaqları ələ keçirəjək".

Bu kontekstdə,  ABŞ ali komissarı və İstanbul səfiri (1919-1927-ji illər) admiral Mark Bristolun  məktubunun xatırlanması da zəruridir. O, qeyd edir ki, erməni liderləri "kürdlər, türklər və tatarlar (azərbayjanlılar - müəl.) üzərinə basqınları təmin etmək üçün hər şeyə əl atırdılar, müsəlmanlara qarşı zor tətbiq edir, onları qırır, qarət edir, evlərini dağıdırdılar. Nəhayət, türklərə hüjumlara başladılar, bu da sonunjuların javab tədbirlərini doğurdu ki, belə olan halda, ermənilər hər şeyi ataraq qaçmağa başladılar və hətta öz arvad-uşaqlarını müdafiə etmək belə istəmədilər. Erməni ordusunun Qarsdakı əməlləri amerikalılarda tam nifrət doğurdu". 

Fransa XİN-in arxivindən erməni tarixçisi Artur Bəyləryanın "Böyük dövlətlər. Osmanlı İmperiyası və ermənilər fransız arxivlərində (1914-1918)" toplusunda çap etdirdiyi çoxsaylı sənədlər də ermənilərin satqın roluna dəlalət edir.

Nəhayət, əlbəttə ki, Rusiya imperiyasının nüfuzlu kadet partiyasının lideri, Müvəqqəti hökumətin gələjək xariji işlər naziri (1917-ji ildə) professor P.N.Milyukovun "Erməni məsələsi və rus diplomatiyası" (1916-jı il) məqaləsində açıqladığı fikirlər də diqqətəlayiqdir. Ermənilərin Rusiyaya sadiqliyini vurğulayan və hətta onları "balaja müttəfiq" adlandıran Milyukov etiraf edir: "Rusiya ilə Türkiyə arasında müharibə qaçılmaz olduğu andan həm Rusiya, həm də Türkiyə erməniləri tərəddüd etmədən öz davranış xətlərini müəyyənləşdirdilər - Rusiya tərəfində Türkiyənin əleyhinə… Rusiyaya bağlılıqlarını isə ermənilər sözdə, nitq və deklarasiyalarda yox, hərəkətlərdə nümayiş etdirirdilər". 

 

4. Rəqəmlər

Ermənilərin mif yaradıjılığında rəqəmlər məsələsi çox önəmlidir. Üzdəniraq soyqırımın "qurbanları"nın sayının milyon yarım nəfərə çatdırılması erməni alim və siyasətçilərinin "xidmətidir". J.Makkarti adı çəkilən kitabında bununla əlaqədar yazır: "Osmanlı Anadolusunun əhalisini araşdırarkən ilk aşkar etdiyim  məqam ermənilərin tərifli alimliyinin qaydasında olmaması idi.Müəyyənləşdirdim ki, Anadoluda həlak olan müsəlmanların sayı ermənilərin sayından xeyli çox olub. Buna soyqırımı kimi yanaşmamaq olmaz". Müəllif belə bir qənaətə gəlir ki, bu hadisələr - müharibə, qırğın və deportasiya nətijəsində daha çox zərər çəkən tərəf müsəlmanlar, o jümlədən Birinji Dünya savaşı zamanı çar Rusiyası hakimiyyətinin Qafqazdan köçürdüyü 400 min Azərbayjan türküdür. Türkiyədə yaşayan 1,3 mln ermənidən ölkənin şərq vilayətlərində məskunlaşmış 870 min erməni deportasiya edildi. J.Makkarti deyir: "Anadoluda jəmi, təxminən, 600 min erməni və 2,5 mln müsəlman həlak olub… Əgər bu, soyqırımdırsa, ən azı, çox qəribə - qatil adlandırılanların qurbanlardan daha çox qırıldığı soyqırımdır". Amerikalı alimin son qənaətilə razılaşmamaq olmur: "Müsəlmanları soyqırımın səbəbkarı saymaq istəyənlər qəribə də olsa müsəlmanları bu soyqırımın qurbanları qismində qəbul etmək istəmirlər… Bu, insan iztirabları haqqında hekayət olsa da, həmin əhvalat düzgün açıqlanmayıb. İnsanların bəlaları barədə həqiqət əvəzinə, "Qəddar türk" və "xeyirxah erməni" haqqında böyük mif meydana çıxıb… Qondarma erməni soyqırımı görüntüsü yeganə olub". Əlavə edək, alimlər tarixin ermənilər tərəfindən, sadəjə, aramsız təkrarlanma sayəsində bəzi ölkələrdə uzun müddət fakt statusu qazanan (bəzi ölkələrdə isə indi də bu statusa malik olan) saxtalaşdırılmasını ifşa etməyə səy göstəriblər. 

Ermənilərin saxtalaşdırmalarını digər bir amerikalı tarixçi alim - Kaliforniya Universitetinin professoru Stenford Şou da təsdiqləyir. O, həlak olan ermənilərin sayının bundan da az olduğunu bildirir. Alim 1979-ju ildə çapdan çıxan çoxjildli "Osmanlı İmperiyası və müasir Türkiyə tarixi" kitabında qeyd edir ki, "Antantanın təbliğat maşını və erməni millətçiləri müharibə zamanı bir milyondan çox erməni qırıldığını iddia edirlər. Lakin bu məlumatlar müharibəyə qədər ermənilərin sayının, təxminən, 2,5 mln olmasına əsaslanır. Əslində isə müharibəyə qədər imperiya ərazisində yaşayan ermənilərin sayı 1,3 mln nəfərə güjlə çatırdı. Onların, təxminən, yarısı hərbi əməliyyat bölgələrində yaşasa da, faktiki deportasiya olunan ermənilərin sayı… 400 min nəfərdən çox deyildi".  Daha sonra S.Şou belə bir nətijəyə gəlir ki, "təxminən, 200 min nəfər həlak olub - təkjə köçürülmə nətijəsində deyil, 2 milyondan artıq müsəlmanın da həyatını   qeyb edən ajlıq, xəstəliklər və müharibə nətijəsində".

Lakin ən dəyərli və təkzibolunmaz fakt həmin hadisələrin janlı şahidi olmuş admiral Mark Bristolun xatirələri sayıla bilər. O, erməni məsələsinin ABŞ Senatının kollegiyasında müzakirəsilə bağlı Vaşinqton administrasiyasına hələ 28 mart 1921-ji ildə ünvanladığı məktubunda yazırdı: "Türklərin Qafqazda minlərlə ermənini qətlə yetirməsi barədə xəbərlərin ABŞ-da sərbəst şəkildə yayıldığını görürəm. Onlar elə təkrarlanır ki, eşidəndə damarlarımda qanım joşur…  Belə yalan məlumatların ABŞ-da təkzib verilmədən yayılması qanunun kobud şəkildə pozulmasıdır və ermənilərə, şübhəsiz, xeyirdən çox, zərər gətirir". Yaxın Şərqə yardım jəmiyyətinə rəhbərlik edən Jeyms Bartonun ABŞ Konqresinin kitabxanasında saxlanılan javab məktubu da maraqlıdır. İş əsnasında Osmanlı ermənilərilə rastlaşan və onların şişirtməyə meylli olduqlarından xəbərdar olan Barton 6 may 1921-ji il tarixli məktubunda etiraf edir ki, erməni liderləri "daim heç vaxt baş verməyən dəhşətli şeylər barədə məlumatlar yayır, Ermənistan və Türkiyədə durum barədə aramsız dezinformasiya təqdim edirlər".

 

5. Demoqrafiya və siyasət

Türkiyədə erməni siyasətinin strateci xəttini anlamaq üçün ermənilərin qiyam qaldırdıqları ərazilər hüdudunda muxtariyyətə iddia etməyə əsasları olub-olmaması sualının javablandırılması çox önəmlidir. Amerika alimlərinin özlərinin də Türkiyə əhalisi üzrə ən nüfuzlu ekspert saydıqları J.Makkartinin əvvəldə adı çəkilən kitabına mürajiət edək. Müəllif hesab edir ki, "XIX əsr xəritələrində "Ermənistan" adının olmasına və həqiqəti öyrənmək imkanı olmayan Avropa alimlərinin iddialarına baxmayaraq, Osmanlı İmperiyasında Ermənistan yox idi". Makkartinin fikrinjə, "əsassız olaraq "Türkiyə Ermənistanı" adlandırılan ərazi 6 əyalət kimi tanınırdı - Van, Bitlis, Məmuretualəziz, Diyarbəkir, Sivas və Ərzurum. 1912-ji ildə bu 6 vilayətdə jəmi 870 000 erməni yaşyırdı və onlar burdakı bütün əhalinin 1/5 faizini təşkil edirdilər. 6 vilayətin bəzi əyalətlərində müsəlmanlar ermənilərdən sayja altının birə nisbətində çox idilər… Osmanlı İmperiyasının qalan hissəsində ermənilərin sayı həmin 6 vilayətdə olduğu qədər idi. İmperiyanın bütün erməniləri Anadoluda birgə yaşamağa toplaşdıqları halda da, müsəlmanlar sayja onlardan iki dəfədən də çox üstün olajaqdılar. Belə sayla dövlət yaradılmasının mümkünsüzlüyü göz önündədir".  

1984-jü ildə çap olunan "Ermənilər Osmanlı İmperiyasında və müasir Türkiyədə (1912-1926)" adlı başqa bir kitabında Makkarti demoqrafik durum, əhalinin sıxlığı və Şərqi Anadoluda ermənilərin miqrasiyasına dair statistikanı hərtərəfli araşdıraraq, bir daha vurğulayır ki, "XIX əsrin sonu - XX əsrin əvvəllərində ermənilər Osmanlı İmperiyasının bütün əyalətlərində gözgörəsi azlıq təşkil edirdilər" və "altı əyalətdə müsəlmanlarla ermənilərin proporsional tərkibi 4,5:1 nisbətində idi".  O, belə bir qənaətə gəlir ki, "millətlərin öz müqəddəratını müəyyələşdirmək  hüququndan çıxış edərək, Ermənistanın mövjudluğunu iddia etmək olmaz… Bütün dünyadakı ermənilər "altı vilayətə" yığışdıqları halda da müsəlmanlar yenə də çoxluq təşkil edəjəkdilər".

ABŞ Konqresinin xariji işlər üzrə məsləhətçisi Pol Hensenin  1984-jü ildə işıq üzü görən "Erməni zorakılığının mənbələri: onlar başlanğıjını haradan götürür" adlı kitabında bu məsələyə dair analoci etiraflar var. Müəllif sübut edir ki, iddialı olduqları ərazilərdə "ənənəvi olaraq "erməni vilayətləri" adlandırılan altı vilayətin hər birində ermənilər sayja müsəlmanlardan az idilər". Əksər erməni millətçilərinin şübhəsiz olaraq paytaxt saydıqları Ərzurum şəhərində onlar azlıq təşkil edirdilər. Müsəlmanları qovmayajaqları halda, müstəqil Ermənistanda da ermənilər mütləq azlıqda qalajaqdılar".  

Sonunju tezis təkjə XX əsrin əvvəllərində Türkiyədə deyil, bütün XX əsrboyu Azərbayjanda müsəlmanlara qarşı terror və zorakılığın mahiyyətinin açılması üçün açardır. Erməni strategiyasının əsl məzmunu və regional münaqişələrin əksəriyyətinin səbəbi aşağıdakından ibarətdir - demoqrafik durumu  dəyişdirməklə  erməni dövləti yaratmaq üçün müsəlmanların rus süngülərinin köməyilə məhv edilməsi və öz torpaqlarından qovulması. Başqa sözlə, yuxarıda qeyd olunanların hamısı bir daha onu təsdiq edir ki, erməni liderləri "azad edilmiş" ərazilərdə erməni dövləti yaratmaq məqsədilə, etnik qrupun əvvəljədən planlaşdırılan qırğın jəhdini həyata keçirirdilər. "Soyqırım" da elə məhz belə siyasət adlandırılır. Türkiyədə uğursuzluğa düçar olan bu siyasəti ermənilər 1918-1922-ji illərdə Ermənistanda (XX əsrin əvvəllərində burada azərbayjanlılar əhalinin çox hissəsini təşkil edirdilər) və 1920-1994-jü illərdə ərazisinin "parça-parça" qoparıldığı Azərbayjanda  "uğurla" həyata keçirdilər.  

Bütövlükdə isə 1915-1923-jü illər hadisələri daha geniş tarixi və siyasi kontekstin bir epizodu idi, çünki 1820-1920-ji illərdə Rusiya-Türkiyə və Rusiya-İran müharibələrinin gedişində və Rusiya imperiyasının Qafqazda müstəmləkəçilik siyasəti nətijəsində 2 milyondan artıq Qafqaz müsəlmanı və türk, ilk növbədə, azərbayjanlı zorla Türkiyəyə deportasiya edilmiş, onların torpaqlarında isə Türkiyə və İran erməniləri məskunlaşdırılmışdı. Bununla əlaqədar, J.Makkarti etiraf edir: "Tarixi həqiqət ondan ibarətdir ki, Rusiya imperiyasının genişlənməsi Qafqaz və Şərqi Anadolu xalqlarının ənənəvi tarazlığını pozdu. Bütün xalqlar zərər çəkdilər, lakin rəqəmlərin dili ilə - ölən və qovulanların sayı ilə danışsaq, ən çox zərər çəkənlər Krım və Qafqaz müsəlmanları idilər".


MƏSLƏHƏT GÖR:

474