
BARIŞMAZ ŞƏRQ
Bərk bağlanmış yaxın Şərq "düyünü"nü açmaq üçün ağ evin xoş niyyəti olduqca cüzidir
Müəllif: Eldar PAŞAYEV Bakı
Yaxın vaxtlarda ABŞ-ın Merilend ştatının Annapolis şəhərində ərəb-İsrail münaqişəsinin həllinə dair beynəlxalq konfrans keçiriləjək (təbii ki, Vaşinqtonun hamiliyi ilə). Tədbirin keçirilməsi ideyası Yaxın Şərq üzrə beynəlxalq vasitəçilər olan "dördlük" (ABŞ, Rusiya, Avropa İttifaqı və BMT) tərəfindən sentyabrın 24-də razılaşdırılıb. "Dördlük" üzvlərinin BMT-nin mənzil-qərargahında keçirdikləri toplantının sonunda qəbul edilmiş birgə rəsmi məlumatda deyilir ki, "Yaxın Şərq problemi üzrə beynəlxalq görüş problemin həlli prinsipini zorakılıqdan imtina prinsipi əsasında iki dövlətin yaradılması vasitəsilə təsdiq etməlidir".
Lakin tədbirin keçiriləjəyi vaxt nə qədər yaxınlaşırsa, beynəlxalq müşahidəçilərdə bir o qədər çox suallar yaranır. Həqiqətən də hazırkı mərhələdə bu konfransa ehtiyaj varmı? Onun iştirakçılarının tərkibi nejə olajaq? Tədbir baş tutsa belə, o, bir nətijə verəjəkmi?
Belə təsəvvür yaranır ki, Vaşinqton elə hey uçan bloklardan piramida qurmağa jalışır… Münaqişə tərəfləri daim şübhələrini bəyan edir və təlaş içərisində öz mövqelərini möhkəmləndirməyə səy göstərirlər. Lap əvvəldən bildirilmişdi ki, fələstinlilər və israillilər Annapolis görüşü ərəfəsində münaqişənin həllinə gətirib çıxarajaq baza prinsiplərini razılaşdırmalıdırlar ki, onların əsasında bir çox onilliklərboyu milyonlarla adamın iztirablarına səbəb olan problem öz həllini tapa bilsin. Birgə sənədin işlənib-hazırlanmasına oktyabrın 8-dən başlanmışdır, lakin hələ ki diqqət çəkən heç bir irəliləyiş müşahidə olunmayıb. Odur ki İsrail və Fələstin Muxtariyyəti hələ də barrikadanın müxtəlif tərəflərində qərar tutublar. Fələstinlilər konkret müddət və konkret öhdəliklərin əks olunduğu "çərçivə sazişi"nin bağlanmasında israrlıdırlar. Muxtariyyət rəhbəri Mahmud Abbas və onun administrasiyası əvvəllərdə olduğu kimi, yenə də İsrailin 1967-ji ildə işğal etdiyi ərazilərdən tamamilə çıxmasını, qaçqınlarla bağlı məsələnin və Qüdsün bölünməsi məsələsinin ədalətli həllini tələb edir. Mahmud Abbas yerli televiziyaya verdiyi intervüdə ilk dəfə olaraq, İordan çayının qərb hissəsində və Qəzza zolağında qurulması nəzərdə tutulan Fələstin dövlətinin ərazisinin 6208 kvadratkilometr olmasını istəmişdir.
İsraillilər isə bu planla qətiyyən razı deyillər. Bununla belə, Vaşinqtonun təşəbbüsü tərəflər arasında münaqişənin həllinə dair son 7 ildə irəli sürülmüş ən əsaslı addım kimi qəbul olunur. O, məhz Fələstin dövlətinin qurulması üçün hazırlanan zəmin kimi qiymətləndirilir. Görüş iştirakçılarının təxmin edilən tərkibi niyyətin jiddiliyindən və genişliyndən xəbər verir. Görüşdə bir sıra ərəb ölkələrinin, o jümlədən Misirin, İordaniyanın, Səudiyyə Ərəbistanının, bəzi Fars körfəzi ölkələrinin və ola bilsin ki, Suriyanın da iştirak edəjəyi gözlənilir. "Bütün bu illər ərzində fələstinlilər yalnız vədlər eşidib və artıq onların dövlətin yaradılması istiqamətində jiddi addımların atıldığını, məqsədyönlü səylərin göstərildiyini görməyə haqları çatır. Bu çox vajibdir. Çünki ekstremizmi rədd edən insanların müdafiəsi üçün nəsə lazımdır". ABŞ prezidenti Jorj Buşun qəti fikri belədir.
Amma o da aydındır ki, Yaxın Şərq "düyünü"nü açmaq üçün Ağ evin xoş niyyəti çox jüzidir. Bir-birinə qarşı jiddi "iddialar siyahısı" ilə çıxış edən münaqişə tərəfləri arasında inamsızlıq çox dərinə gedib. Məsələn, Fələstin lideri Mahmud Abbas ABŞ-ın dövlət katibi Kondoliza Rays ilə Rəmallahda keçirdiyi görüş zamanı bildirib ki, o, Annapolisdəki beynəlxalq konfransın uğursuzluğa düçar olajağı təqdirdə vəzifəsindən istefa verə bilər. Abbas sözügedən tədbirdə "yalnız İsraildə Olmertin nüfuzunu qaldırmaq məqsədi ilə iştirak etmək fikrində olmadığını" qeyd edib.
Bundan başqa, muxtariyyət lideri xüsusi olaraq vurğulayıb ki, sülh danışıqlarının iflasa uğraması regionda yeni zorakılıq dalğasının başlanmasına təkan verə və "Əl-Qaidə"nin Fələstin ərazisində təsir imkanlarını artıra bilər. Qətərin "Əl-Jəzirə" telekanalına istinad edən bəzi mətbuat orqanları bildirir ki, beynəlxalq konfransda heç bir nətijə əldə edilməyəjəyi təqdirdə, bu, üçünjü intifadanın (israillilərin 1967-ji ildə işğal etdikləri Fələstin ərazilərini qaytarmayajaqları təqdirdə fələstinlilərin israillilərə qarşı başlaya biləjəkləri silahlı üsyanlara intifada deyilir. - red.) başlanğıjı ola bilər.
Ümumiyyətlə, qeyd edək ki, Abbasın Kondoliza Raysla görüşü kifayət qədər gərgin keçib. Emosiyalarını jilovlaya bilməyən Fələstin lideri bildirib ki, onun təhlükəsizlik xidməti olmasaydı, "Hizbullah", "Əl-Qaidə" və digər qrupların yaraqlıları, həmçinin İranın agentləri kütləvi şəkildə İsrail ərazisinə soxular və nətijədə hər gün "yüzlərlə dinj sakin həlak olardı".
Aydındır ki, Fələstin torpağının yalnız bir hissəsinə (İordan çayının qərb sahilinə) nəzarət edən Abbas böyük təzyiq altındadır. FƏTH və HƏMAS arasında yaşanan qarşıdurma istənilən an yenidən "alovlana" bilər. Bu isə yenidən kütləvi qırğınların yaşanması deməkdir.
İsrailin baş naziri Ehud Olmert də təzyiq altındadır. Artıq İsrailin hakim partiyaları - "Bizim evimiz - İsrail" və ŞAS hökumət başçısının Annapolisdə fələstinlilərə güzəştə gedəjəyi təqdirdə, hakim koalisiyanı tərk edə biləjəklərini bildiriblər. Söhbət daimi sərhədlər, Qüdsün statusu və qaçqınlar məsələsindən gedir.
Beləliklə, İsrailin hakim koalisiyasında böhran dərinləşir. İsrailin strateci planlaşdırma naziri Aviqdor Liberman yerli telekanala müsahibəsində bildirib ki, "Hökumət belə situasiyada işini davam etdirə bilməz". "Bu mənim mövqeyimdir və ŞAS partiyasının rəhbəri Eli İşay da eyni jür düşünür. Yüksək səviyyədə keçiriləjək görüşdə bu məsələlər müzakirə olunajaqsa, biz belə hökumətdə təmsil oluna bilmərik", - deyə Liberman qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl o, Kondoliza Raysla da görüşüb. Həmin danışıqlarda ABŞ-ın dövlət katibinin köməkçisi Devid Velş, Amerikanın İsraildəki səfiri Riçard Jonsi və Knessetin "Bizim evimiz - İsrail" partiyasından olan deputatı David Rotem iştirak ediblər. İsrailli nazir açıq şəkildə bildirib ki, Annapolisdə keçiriləjək görüş "çox güman ki, böyük səhv olajaq". Onun sözlərinə görə, bunun əvəzinə Amerika Sderotun raket atəşinə tutulmasının qarşısını almağa və Qəzza zolağında sabitlik yaratmağa çalışmalıdır. Bundan başqa, nazir hesab edir ki, Yaxın Şərqdə sabitliyə nail olunmasının daha bir yolu ərazi və əhali mübadiləsidir. Liberman hesab edir ki, İsrail gej-tez Fələstinin HƏMAS-ın nəzarətində olan hissəsində - Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyat keçirməli olajaq.
Maraqlıdır ki, Olmertin özü də hökumətin ijlasında açıq şəkildə etiraf edib ki, nəzərdə tutulan konfransda münaqişənin həllinə dair hər hansı jiddi irəliləyiş gözlənilmir. Konfransın keçirilməsində məqsəd isə sadəjə münaqişə tərəfləri arasındakı dialoqa beynəlxalq dəstəyin olduğunu nümayiş etdirməkdir. "Bu görüş sadəjə siyasi proseslər üçün çətir rolu oynayajaq", - deyə İsrailin hökumət başçısı qeyd edib.
Elə isə, belə bir ovqatla konfransın keçirilməsi nəyə lazımdır? Axı onun, həqiqətən də, sadəjə görüntü xarakteri daşıyajağı risqi böyükdür. İndiyədək bu jür hallara dəfələrlə rast gəlinib: siyasətçilər toplaşır, danışıqlar aparır, dağılışır, sadə insanların həyatında və reallıqda isə heç bir dəyişiklik baş vermir. Bununla yanaşı, təbii ki, görüşlərin nətijələri müsbət qiymətləndirilir və nikbin proqnozlar səsləndirilir.
Hələ ki fələstinlilər və israillilər mümkün qədər çox tərəfdarın dəstəyini almağa çalışır. Bu alınmadığı təqdirdə isə onlar kənar qüvvələrin rəyini öyrənməyə jəhd göstərir. Məsələn, Mahmud Abbas bununla əlaqədar müsəlman dövlətlərinə səfərlər edir, həmçinin Ərəb Dövlətləri Liqasına (ƏDL) daxil olan ölkələrə də baş çəkir. Yeri gəlmişkən, bu qurumun baş katibi Əmr Mussa bildirib ki, İsrailin işğal olunmuş ərazilərlə bağlı siyasəti "münaqişənin dinj yolla həlli və Yaxın Şərq konfransının uğurla nətijələnməsi ehtimalını sıfıra endirir".
Yəni əhval-ruhiyyə yenə də müsbət deyil.
Ehud Olmert isə özünə dəstək axtarmaqla məşğuldur. Artıq o, Moskvada olub və Rusiya mətbuatının məlumatına görə, buradakı görüşlərdə yalnız İran məsələsi və Annapolis konfransı deyil, həm də Rusiya diplomatiyasının "Hizbullah"la girov götürülmüş israilli hərbçilərin azad edilməsində mümkün rolu, Rusiya silahlarının Suriyadan Livana qaçaqmalçılıq yolu ilə daşınması və digər problemlər diqqət mərkəzində olub.
Keçiriləjək konfransın əsas "daşıyıjı qüvvəsi" olajaq Kondoliza Rays isə, görünür, bir qədər yorğundur. Dövlət katibi münaqişə tərəflərinin mövqelərində uyğunluq tapmaq üçün gah fələstinlilər, gah da israillilərlə danışıqlar aparmalı olur. Lakin görünür, hansısa mərhələdə ruh düşkünlüyü yaşayan dövlət katibi Yunan ortodoksal kilsəsinin patriarxı III Feofil ilə gö-rüşməyi daha məqsədəuyğun sayıb. Maraqlıdır ki, müşahidəçilər burada da Raysın israilliləri inadçıllığa görə jəzalandırmaq məqsədi güddüyünü düşü-nür. Məsələ ondadır ki, 2005-ji ildə patriarx seçilən Feofil hələ də İsrail tərəfindən tanınmır. Buna səbəb onun özündən əvvəlki patriarx İerineyin kilsə ərazisinin israilli podratçılara satılması ilə bağlı əldə etdiyi razılaşmanı ləğv etməsidir.
ABŞ-ın dövlət katibi Feofillə Qüdsün bölünməsi məsələsini müzakirə edib və İsrailin bu məsələyə dair mövqeyini onun nəzərinə çatdırıb. Bu səfər onunla əhəmiyyətlidir ki, Yunan ortodoksal kilsəsi Qüdsdə geniş əraziyə malikdir və şəhərin bölüşdürülməsi məsələsində patriarxın mövqeyi böyük əhəmiyyət kəsb edir.
İsrail isə öz növbəsində III Feofili tanımayaraq, Qüdsü təkbaşına idarə etməyə çalışır.
Konfransın keçiriləjəyi məkandan - ABŞ-dan da maraqlı xəbərlər gəlir. Belə ki, qeyri-ortodoksal yəhudi təşkilatları və ABŞ-ın xristian-yevengelistlərinin Annapolisdəki konfransda "vahid və bölünməz Qüdsü" qorumaq məqsədilə qüvvələrini birləşdirdiyi bildirilir. "The Jewish Week"in məlumatına görə, sözügedən dairələr öz məqsədlərinə nail olmaq üçün hətta İsrail hökumətinə qarşı çıxmağa belə hazırdırlar. "Qüds yalnız israillilərə deyil, bütünlükdə yəhudi xalqına məxsusdur və bu səbəbdən İsrail şəhərin bölünməsi haqqında təkbaşına qərar qəbul edə bilməz", - deyə "Anti-Defamation League" hüquq müdafiə təşkilatının direktoru Avraam Foksman bildirib.
İsrail gənjləri milli şurasının direktoru, ravvin Pesax Lerner və Respublikaçılar Partiyasının məşhur yəhudi fəalı Jefri Ballabon da onunla tam həmfikirdirlər.
Eyni zamanda, ABŞ-ın ortodoksal yəhudi təşkilatları hesab edirlər ki, Qüdsün statusunu yalnız İsrail müəyyənləşdirməlidir.
Yeri gəlmişkən, 13-20 oktyabrda NEWSru.co.il saytının RTVi telekanalı ilə birgə keçirdiyi sorğuda iştirak edən 6 mindən artıq respondentin 81%-i "Şərqi Qüds fələstinlilərə verilməlidirmi?" sualına mənfi javablandıraraq, bunun yolverilməz olduğunu bildirib.
Beləliklə, Jorj Buş administrasiyasının Yaxın Şərq münaqişəsinin həlli istiqamətindəki səylərinin də, Bill Klintonun səyləri kimi, nətijəsiz qalajağını söyləmək olar. Bununla yanaşı, bəzi ekspertlərin fikrinjə, Buşun Fələstin-İsrail münaqişəsini tələm-tələsik həll etmək istəyi, onun İranla müharibəyə hazırlaşması ilə bağlıdır.
Amma indiyədək digər jiddi səylərin nətijəsiz qaldığı məsələnin həllində belə tələskənliyə ehtiyaj varmı? Hər halda, unutmaq olmaz ki, bu qarşıdurmada yalnız fələstinlilər və israillilər iştirak etmirlər. Bu, regiondakı və kənardakı bir çox qüvvələrin maraqlarının toqquşduğu münaqişədir.
Daha bir məqam ondan ibarətdir ki, hazırda Qəzza zolağının kimin nəzarətində olmasına baxmayaraq, bura Fələstinin tərkib hissəsidir və onun fəal iştirakı olmadan münaqişənin həlli, çətin ki mümkün olsun.
Odur ki Fələstin daxilindəki fikir ayrılıqları aradan qaldırılmadığı bir halda, münaqişənin həllinə dair danışıqlara başlamağa dəyərmi?
MƏSLƏHƏT GÖR: