15 Mart 2025

Şənbə, 00:43

ANLAŞILMAZLIQLAR KEÇMİŞDƏ QALSIN

Azərbaycan və Türkmənistanın tərəfdaşlığı hər iki ölkənin köklü milli maraqlarına xidmət edir

Müəllif:

01.11.2007

Oktyabrın 27-də qonşu Türkmə-nistan Müstəqillik gününü qeyd etdi. Qardaş türkmən xalqını bu bayram münasibətilə təbrik edərək, ölkələrimizin müstəqillik əldə etməsindən sonrakı ikitərəfli münasibətlərin vəziyyətinə və perspektivlərinə toxunmaq istərdik. 

Azərbayjanla Türkmənistanı bir-birindən Xəzərin ən ensiz hissəsi ayırsa da (bu ölkəyə çatmaq üçün bərə ilə bir gejə və ya təyyarə ilə bir saat yol getmək lazımdırr), müstəqillik illəri ərzində bir sıra səbəblər ölkələrimizin yaxınlaşmasına yox, bir-birindən daha da uzaqlaşmasına səbəb olub. Bu gün biz Türkmənistan haqqında çox az məlumata malikik, orada nadir hallarda oluruq, bu ölkəni yalnız mübahisəli "Kəpəz" ("Sərdar") yatağı və ya Transxəzər qaz kəməri layihəsi ilə əlaqədar xatırlayırıq. 

Bu məsələdə azərbayjanlı analitiklər və curnalistləri günahlandırmaq düzgün olmaz. Çünki Türkmənistana gedib-gəlməklə bağlı sərt məhdudiyyətlər var. Hətta Türkmənistandan çıxmaq üçün, sovet dönəmində olduğu kimi, hələ də "çıxmaq vizası" əldə edilməlidir. Türkmənistana daxil ola bilmək üçün ölkə rəhbərliyinin ijazəsi azmış kimi, çoxsaylı imzaların toplanılması, uzun-uzadı sənədlərin yoxlanılması mərhələləri də keçilməlidir. 

Hakimiyyət ölkəyə gələn və ölkədən çıxan informasiya axınına da jiddi nəzarət edir. 

Bir sözlə, Türkmənistanın dünyanın ən qapalı ölkələrindən biri olduğunu söyləmək mümkündür.

Bu qısa və o qədər də nikbin olmayan müqəddimədən sonra oxujuların nəzərinə çatdırım ki, səhra və yarımsəhralardan ibarət olan Türkmənistanın ümumi sahəsi 488 100 kvadratkilometr, əhalisinin sayı 5 milyon nəfərdir. Əhalinin, təxminən, 80%-ni türkmənlər təşkil edir. Bu ölkə dünyada qaz ehtiyatlarının həjminə görə beşinji yeri tutur, həmçinin böyük neft yataqlarına malikdir. 

Pambıq istehsalında isə Türkmənistan dünya üzrə 10-ju yerdədir. 

Lakin infrastruktur pis vəziyyətdədir, özəl sektor zəif inkişaf edib və onun fəaliyyəti yalnız tijarət və xidmət sahələri ilə məhdudlaşır. Bütün bunlarla yanaşı, iqtisadiyyatın qeyri-şəffaflığı və Türkmənistanda qərarların qəbulu proseduru buraya xariji investisiyaların axınının qarşısını alır.

Türkmənistan üzrə rəsmi məlumatlara görə, adambaşına düşən ümumi daxili məhsulun həjmi Azərbayjanla eyni səviyyədədir. Əslində isə Saparmurad Niyazovun (Türkmənbaşı) volyuntarist idarəçiliyi ujbatından ölkə iqtisadiyyatının durumu son dərəjə ağır vəziyyətdədir. İldə 70 milyard kubmetrdən artıq qaz və 10 milyon ton neft istehsal edən Türkmənistanın dövlət büdjəsi Azərbayjanın büdjəsindən 2 dəfə azdır. Beynəlxalq maliyyə strukturlarının qiymətləndirməsinə görə, bu ölkə əhalisi arasında yoxsulluq həddi 60%-ə çatır. Ölkədə əməkhaqlarının onsuz da aşağı olması ilə yanaşı, qiymətlər mütəmadi olaraq artır, inflyasiya isə ikirəqəmlidir. 

Əhalinin yarıdan çoxunun daimi iş yeri yoxdur. Bununla yanaşı, elektrik enercisi və istilik pulsuz, qida məhsulları son dərəjə ujuzdur, benzin isə əsasən subsidiyalaşdırılır. Odur ki əhali tələbat içərisində yaşasa da, aj qalmır.

Beynəlxalq münasibətlərə gəlinjə, Niyazov "neytrallıq" kursunu əsas götürməklə, əslində, ölkəsini dünyadan təjrid edirdi. O hətta Türkmənistanı MDB-dən də kənarlaşdırıb və qurumun toplantılarına nümayəndəsini sadəjə müşahidəçi qismində göndərirdi. 

Prezident Niyazov Azərbayjana da şübhə ilə yanaşırdı. Belə ki, rəsmi Bakı ilə əvvəllər nəql olunan qaza görə borj, dəniz şelfinin bölünməsi kimi məsələlərdə yaşanan mübahisələr, əslində, iki ölkə arasında münasibətləri "dondurulmuş" vəziyyətə salıb. Türkmənistanın Azərbayjandakı səfirliyi faktik olaraq bağlanıb, iqtisadi əlaqələr minimuma endirilib, təhsil, elm və mədəniyyət sahələrində əlaqələrdə isə tam fasilə yaranıb.

Belə vəziyyətin anormallığı Azərbayjanda və Türkmənistan hakimiyyətinin, həmçinin ziyalılarının sağlam düşünjəli təbəqəsi arasında anlaşılan olsa da, Türkmənbaşının irrasional idarəçilik üslubu situasiyanın dəyişdirilməsinə imkan verməyib. Yalnız Niyazovun vəfat etməsi və onun yerini javan Qurbanqulu Berdımuhammedovun tutmasından sonra iki ölkə arasında ənənəvi mehriban qonşuluq əlaqələrinin bərpasının mümkün olajağına ümidlər yaranıb. Hər halda, son illərdə Azərbayjanla Türkmənistan arasında yaşanan problemlərdən heç birini həlli mümkün olmayan problem saymaq olmaz. Xoş niyyət və kompromislərə gediləjəyi halda, onların həlli mümkündür.

Mövjud fikir ayrılıqlarına gəlinjə, vaxtilə nəql edilmiş qaza görə ödənişlə bağlı problem "qapalı ödəniş sxemi"nin bərpasından sonra meydana çıxıb. Tərəflər qarşılıqlı nəqllə bağlı fərqli fikirdə idilər. Bu azmış kimi, bəzi mallar yolda "itirdi". Belə hallara 90-jı illərin əvvəllərində, demək olar ki, bütün postsovet ölkələri arasında təsadüf olunurdu. Nətijədə Bakı hazırda Türkmənistana qaza görə, 28 milyon dollar borjunun olduğunu etiraf edir. Lakin qarşı tərəf məbləğin üzərinə faiz əlavə edərək (razılaşmada bu məsələ əksini tapmayıb), rəqəmin 80 milyon dollar olduğunu bildirir.

Xəzər dənizində sektorların müəyyənləşdirilməsi məsələsində isə "Kəpəz" ("Sərdar") yatağı problemə çevrilib. Qeyd edək ki, bu yatağın ehtiyatlarının 80-130 milyon ton olduğu güman edilir. Yataq hələ Sovet İttifaqı dönəmində azərbayjanlı geoloqlar tərəfindən kəşf edilib və sərhəd xəttində yerləşdiyi üçün "aralıq yataq" adlandırılıb. Bu səbəbdən Bakı onun birgə və bərabər bölünməklə işlənməsini istəyir. Türkmənbaşı isə bu yatağın tam həjmdə Türkmənistana aid olduğunu bildirərək, onun hətta ölkəsinin xeyrinə 75%-25%-lə bölünməsindən də imtina edirdi. Nətijədə məsələ ilə bağlı aparılan danışıqlar nətijəsiz qalıb və "dalana dirənib". Buna javab olaraq, Aşqabad İranla birləşərək, Xəzərin beynəlxalq təjrübədə istifadə olunan qaydada - orta xətt vasitəsilə bölüşdürülməsinə razılıq vermir. 

Qeyd edək ki, iki ölkədən fərqli olaraq, artıq Rusiya, Qazaxıstan və Azərbayjan arasında məhz bu əsasda razılıq əldə edilib.

Xəzərin bölüşdürülməsi məsələsində Türkmənistanın İranla ittifaqa girməsi isə məntiqsiz görünür. Belə ki, Tehran dənizin bərabər 20%-lə bölünməsini istəyir və bununla da həm Azərbayjanın, həm də Türkmənistanın sektoruna iddia edir. Azərbayjanla mübahisə isə Türkmənistanın öz yataqlarına böyük xariji şirkətləri jəlb etməsinə də maneə yaradıb. Sağlam düşünjə Türkmənistana "izah etməlidir" ki, Azərbayjan bu ölkənin qaz və neftinin Avropaya nəqli üçün yeganə alternativdir və məhz bu yolla marşrutun diversifikasiyası və Rusiyadan asılılığın aradan qaldırılması mümkündür. Üstəlik, bizim infrastrukturumuza arxalanaraq, neft və qaz yataqlarının axtarılması, işlənməsi və dünya bazarlarına məhsulun nəqli daha az məsrəflər hesabına başa gəlir.

Bu gün Qurbanqulu Berdımuhammedov üçün Azərbayjanla münasibətləri normallaşdırmağın ilk hədəflər sırasında olmadığı ayıdındır. Hələlik o daha çox hakimiyyətini möhkəmləndirmək, ölkə üzərində nəzarəti güjləndirmək, həmçinin Türkmənbaşının iqtisadiyyat, təhsil və sosial sahələrdəki mirası məsələsini həll etmək haqqında düşünür. Yeni prezidentin ilk addımları həm yerli əhali, həm də beynəlxalq müşahidəçilərdə müsbət dəyişikliklərə müəyyən ümidlər yaradıb. Məsələn, o, Türkmənbaşı tərəfindən ləğv edilən pensiyaları bərpa edib, onillik təhsili yenidən vajib şərtə çevirib, vətəndaşların İnternetə daha geniş şəkildə çıxışının təmin edilməsinə qərar verib, çoxsaylı günahsız məhbuslarla bağlı amnistiya qərarı çıxarıb. Bununla yanaşı, hökumətin gənjləri xarijdə təhsil almağa göndərmək planı da açıqlanıb.

Berdımuhammedov ölkənin güj strukturlarında təmizləmə həyata keçirib və bununla da öz hakimiyyətinin möhkəmləndirilməsi istiqamətində addım atıb. Bir müddət əvvəl isə o, daxili işlər və milli təhlükəsizlik nazirlərini də dəyişib. Bundan bir qədər qabaq isə müdafiə naziri, Təhlükəsizlik Şurasının katibi vəzifələrindən kənarlaşdırılmışdı. Prezident Qvardiyasının nüfuzlu rəhbəri Akmurat Rəjəbov isə vəzifədən çıxarılmaqla yanaşı, həm də həbs olunmuşdur.

Türkmənistanda yeni iqtisadi siyasət elan edilib. Prezident Berdımuhammedov oktyabrın 12-də "Türkmənistanda xariji investisiyalar haqqında" sərənjam imzalayıb. Artıq xariji investorların Türkmənistanda tam və ya qismən özlərinə məxsus şirkət yaratmaq, daşınan və daşınmaz əmlak ( evlər, mənzillər, nəqliyyat vasitələri və s.) hüququ vardır. Hazırda Türkmənistan manatının denominasiyasına hazırlıq gedir. Bu, yalnız əlavə sıfırlardan xilas olmaq üçün yox, həm də ölkə iqtisadiyyatının düzgün qiymətləndirilməsi üçün lazımdır. Qeyd edək ki, hazırda rəsmən 1 dollar 5 min manatdır. Daldabazarda isə bu qiymət 23,5 min manat təşkil edir.

Moskvanın gözləntilərinin əksinə olaraq, Türkmənistan təbii qazını heç də yalnız Rusiya ərazisindən nəql etmək fikrində deyil. "Associated Press" agentliyinin məlumatına görə, Qurbanqulu Berdımuhammedov bir müddət əvvəl Böyük Britaniyanın energetika naziri Malkolm Uiksonla görüşündə deyib: "Biz neft və qazımızın Avropaya Xəzər dənizi, Azərbayjan və Türkiyə vasitəsilə çıxarılmasını nəzərdə tutan jənub dəhlizinin yaradılması perspektivini müzakirə etmişik".

Artıq qeyd etdiyimiz kimi, Azərbayjanla Türkmənistanın münasibətlərinin yaxşılaşdırılmasının vajibliyini Bakıda da anlayırlar. Azərbayjan bu məsələyə diqqət göstərir və artıq baş nazir Artur Rəsizadə iki dəfə Aşqabada göndərilib - Türkmənbaşının dəfni və yeni prezidentin inauqurasiyasına. Prezident İlham Əliyev isə Berdımuhammedova zəng edib, ona təbriklərini çatdırıb və Bakıya rəsmi səfərə dəvət edib. Bu ilin avqustunda isə İlham Əliyevin sərənjamı ilə Azərbayjanla Türkmənistan arasında əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın üzvləri təsdiqlənib və baş nazirin birinji müavini Yaqub Eyyubov komissiyanın sədri təyin edilib.

Təbii ki, iki ölkə arasındakı problemlərin qısa zamanda həll ediləjəyini gözləmək olmaz. Lakin münasibətlərin dinamikasının müsbət istiqamətdə dəyişdirilməsi vajibdir. Türkmənistanın səfirinin Bakıya qayıtması, mütəmadi hava və bərə əlaqələrinin bərpası, hər iki ölkə vətəndaşları üçün viza reciminin sadələşdirilməsi, təhsil, elm, mədəniyyət və səhiyyə sahəsində ənənəvi əməkdaşlığın bərpası bu istiqamətdə atılmış addımlar  olardı. 

Türkmənbaşının dönəmində rus və xariji dil  öyrənmələrinə imkan verilməyən türkmənlər üçün Bakıda ali təhsil almaq, Qərbdə, hətta Rusiya və Türkiyədə təhsil almaqdan daha asandır. Elmi ədəbiyyatların, xüsusilə konkret sahələrə aid kitabların ali məktəblərdə istifadəsi üçün türkmən dilinə çevrilməsi asanlıqla həyata keçirilə bilər.

Qaz nəqli ilə bağlı yığılıb-qalmış borjun yaratdığı problemə gəlinjə, tərəflərin hazırkı maliyyə imkanlarını və qarşılıqlı iqtisadi əməkdaşlığın onlara hansı xeyiri gətirə biləjəyini nəzərə alsaq, borjun məbləği bir o qədər də böyük görünmür və onun ödənməsi üçün kompromis sxemin razılaşdırılması mümkündür. "Kəpəz" ("Sərdar") yatağının bölünməsinə dair də razılıq əldə etmək olar. Məsələn, yataqdakı ehtiyatın 55%-nin Türkmənistanın xeyrinə olması, lakin layihənin operatorluğunun Azərbayjanın Dövlət Neft Şirkətinə verilməsi mümkündür. Məsələ ondadır ki, Azərbayjan neftçilərinin bu sahədə böyük təjrübəsi var, "Kəpəz" yaxınlığındakı "Azəri-Çıraq" yatağının artıq işlənməsi də buna daha bir nümunədir. 

Üstəlik, boru kəmərləri və sahilyanı infrastrukturlar bu yatağın minimum xərjlərlə qısa müddətdə işlənməsini mümkün edir.

Azərbayjanla Türkmənistan arasında problemlərin həlli perspektivi və əməkdaşlığın bərpası ehtimalı Moskva və Tehranda, təbii ki, məmnunluq yaratmır. Rusiya üçün bu, Transxəzər qaz kəmərinin çəkilişi məsələsinin aktuallıq qazanajağı ilə əlaqədar narahatlıq yaradır. Belə ki, bu, Moskvanı qaz nəqlindən əldə etdiyi böyük gəlirlərdən məhrum edə bilər. İran isə Xəzərin 20%-lə bölüşdürülməsi tələbi ilə təklikdə qalajaq.

Qərb ölkələri və enerci şirkətləri isə öz növbələrində Bakı ilə Aşqabad arasında münasibətlərin tezliklə normallaşmasında maraqlıdır və bununla Transxəzər qaz kəmərinin çəkilişi ilə bağlı maneələrin aradan qaldırılajağını düşünürlər. Ehtimal etmək olar ki, Transxəzər qaz kəməri və yaxud elə həmin Nabucco layihəsi ilə bağlı müzakirələrdə əsas diqqət hazırda çıxarılan qazın Avropaya nəqli ilə bağlı rəqabətə deyil, Qərb şirkətlərinin Türkmənistandakı yeni yataqların kəşfiyyatı və işlənilməsinə yönəldilsə, Moskvanın müqavimətini xeyli zəiflətmək olar. 

Bu ölkədə hələ kəşf olunmamış böyük qaz yataqlarının olduğu şübhə doğurmur. Bu yataqlardakı qazı isə investorlar öz bazarlarına təhlükəsiz və sərfəli saydıqları marşrutlarla - Rusiya və İrandan yan keçməklə, Xəzər vasitəsilə Azərbayjan və Gürjüstana, oradan isə Avropaya nəql edəjəklər.

Azərbayjan-Türkmənistan münasibətlərində  növbəti baharın nə vaxt gələjəyini  söyləmək çətindir. Bunun üçün diplomatlar, siyasətçilər, biznesmenlər və curnalistlər jiddi səy göstərməlidirlər. Çünki Azərbayjanla Türkmənistanın tərəfdaşlığı hər iki dövlətin və xalqın milli maraqlarına xidmət edir. Bu əməkdaşlıq Xəzərin iki sahilini  bərə və qaz kəmərləri vasitəsilə birləşdirməklə yanaşı, həm də ənənəvi mehriban qonşuluq və qardaşlıq münasibətlərini bərpa edəjək.


MƏSLƏHƏT GÖR:

472