13 Mart 2025

Cümə axşamı, 06:59

ÜƏP GEDİR VƏ QAYIDACAĞINA SÖZ VERMİR

Ümumdünya ərzaq proqramı (ÜƏP) 2008-ci ilin iyun ayından Azərbaycan ərazisində fəaliyyətini rəsmi olaraq dayandırır

Müəllif:

15.10.2007

Ajlıq bƏşƏriyyƏtin hər zaman rastlaşdığı ən dəhşətli hadisələrdən biridir. Müharibə, quraqlıq, daşqınlar və digər təbii kataklizmlər ərzaq qıtlığı və, deməli, həm də ajlıq doğura bilər. Bəlkə də, kimsə heç ağlına belə gətirə bilməz ki, müasir dünyada insanlar ajlıqdan məhv olurlar. Lakin bu, təkzibedilməz faktdır. BMT-nin məlumatına görə, hazırda dünyada 850 milyondan artıq insan ajlıqdan və ərzaq çatışmazlığından əziyyət çəkir və onların yarıdan çoxu uşaqlardır.

Hər gün ajlıqdan 18 min uşaq ölür. Əhalinin sayı durmadan artdığından, dünyada ajlıq çəkənlərin mütləq sayı da, əvvəlki kimi, hər il təxminən 5 milyon nəfər artır. Məhz bu səbəbdən, ajlıqla mübarizə BMT-nin prioritet vəzifələrindən birinə çevrilib.

BMT strukturlarından biri - Ümumdünya Ərzaq Proqramı bu problemlə mübarizə aparmağa çalışır. Təşkilat fəaliyyətə 1963-jü ildə İqtisadi və Sosial şuraları ilə BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında razılaşma əsasında başlayıb. ÜƏP-in fəaliyyətini Proqramın İjraçı Şurası tənzimləyir ki, ora 36 ölkə daxildir.

Öz işində ÜƏP əsas diqqəti, ilk növbədə, adambaşına son dərəjə az gəlir düşən, xroniki ərzaq qıtlığı ilə üzləşən ölkələrə ərzaq yardımı göstərilməsi, silahlı toqquşmalar və təbii fəlakət qurbanlarının fövqəladə tələbatlarının ödənilməsinə yönəldir. Proqramın aparıjı donorları ABŞ, Kanada, AB dövlətləri (onların arasında Almaniya, Niderland, Danimarka, İsveç xüsusilə fərqlənir), həmçinin, Yaponiyadır. 

Ölkəmizdə Proqram Qarabağ münaqişəsi nətijəsində ilk qaçqın və məjburi köçkünlər meydana çıxan andan fəaliyyət göstərir.  O zaman evsiz-eşiksiz və yaşamaq üçün vəsaitsiz qalan insanların sayı 1 mln nəfəri ötmüşdü.  Aydındır ki, 90-jı illərin əvvəllərində hökumətimiz təkbaşına onları zəruri olan hər şeylə təmin etməyə sadəjə qadir deyildi. Odur ki Azərbayjanın köməyinə müxtəlif humanitar təşkilatlar, o jümlədən ÜƏP gəldi. Məhz bu təşkilat kifayət qədər uzun müddət ərzində qaçqınları və məjburi köçkünləri zəruri ərzaq məhsulları ilə təmin etməklə, onlara əhəmiyyətli yardım göstərirdi. Lakin bu yaxınlarda meydana çıxan informasiyaya görə, ÜƏP-in Azərbayjana göstərilən yardımı əhəmiyyətli dərəjədə azaltdığı bildirilirdi, lap bu günlərdə isə onun ölkəmizi, ümumiyyətlə, tərk etdiyi məlum oldu. Bu informasiya çoxlarını təəjjübləndirdi - axı Qarabağ münaqişəsi hələ də öz həllini tapmayıb, Azərbayjanda qaçqın və köçkünlər hələ də qalmaqdadır. Məsələyə aydınlıq gətirmək məqsədilə, "R+"-un müxbiri BMT ÜƏP-in Azərbayjanda ijtimaiyyətlə əlaqələr üzrə koordinatoru Xalid Mənsurla görüşüb.

-ÜƏP tərəfindən azərbayjanlı qaçqın və məjburi köçkünlərə verilən yardımın həjminin xeyli azaldılması nə ilə bağlıdır?

-Sizə məlum olduğu kimi, ÜƏP Azərbayjanda fəaliyyətə 1993-jü ildə, yəni faktiki,  Qarabağ münaqişəsi başlanandan və ərazinizdə ilk qaçqın və məjburi köçkünlər meydana çıxandan başlayıb. Əvvəljə, ÜƏP 500 min məjburi köçkünə yardım göstərsə də, hazırda bu rəqəm 130 minə qədər azalıb. Burada dərhal bir haşiyə çıxmaq istərdim: yardım göstərdiyimiz insanların sayı ona görə azalmayıb ki, problem artıq aradan qalxıb və Qarabağ münaqişəsi öz həllini tapıb, yaxud bu insanların gələjək taleyi  BMT-ni artıq maraqlandırmır. Yardımın həjminin azalması müstəsna olaraq onunla bağlıdır ki, artıq Azərbayjan hökuməti özü qaçqınlara zəruri kömək göstərmək iqtidarındadır. Bundan başqa, hazırda Azərbayjan özü ÜƏP donorlarından biridir. Onu da qeyd etmək zəruridir ki, yardıma ehtiyajı olan qaçqın və məjburi köçkünlərin sayı da azalıb. Məsələ ondadır ki, onların bir çoxu şəhərlərə köçüb, iş tapıb, mənzil alıb və bu gün özlərini təmin etməyə qadirdir.

-Belə olan halda, ÜƏP-in Azərbayjan ərazisində öz fəaliyyətinə nə zaman xitam verəjəyilə maraqlanmaq istərdik?

-Proqramın Azərbayjan ərazisində fəaliyyəti rəsmən 2008-ji ilin iyun ayında başa çatsa da, bu, o demək deyil ki, Ərzaq Proqramı ölkəni dərhal tərk edəjək. Proqram  fəaliyyətini yalnız Azərbayjan hökuməti özü artıq bizə xidmətlərimizə ehtiyaj qalmadığını və qaçqınları özü təmin etmək iqtidarında olduğunu bildirdikdən sonra tam dayandırajaq. 

-Artıq qeyd etdiyiniz kimi, hazırda 130 min qaçqın və məjburi köçkünə yardım göstərilir. Bu insanlar harada yaşayırlar - şəhərlərdə, yoxsa kənd yerlərində?

-Biz şəhərlərdə yaşayan vətəndaşlara kömək etmirik. Həmin 130 min qaçqın və məjburi köçkünlərin hamısı kənd yerlərində məskunlaşıb. ÜƏP-in İmişli və Mingəçevirdə təmsilçilikləri var, onlar ərzaq yardımlarını da elə oradan alırlar. Bütövlükdə, 15 rayona yardım göndərilir:  6 rayona İmişlidən, 9 rayona isə Mingəçevirdən xidmət göstərilir. 

-ÜƏP Azərbayjanda işlədiyi 14 il ərzində hansı məbləğdə ərzaq yardımı göstərib?

-1994-jü ildən indiyə qədər Azərbayjana ÜƏP tərəfindən ümumi dəyəri $114 mln. olan 150 min ton müxtəlif ərzaq məhsulları göndərilib.

-ÜƏP yalnız qaçqın və məjburi köçkünlərlə işləyir, yoxsa əhalinin buna ehtiyajı olan bütün təbəqələrinə yardım göstərir?

- Azərbayjana gəldikdə, ölkənizin hökuməti qaçqınlardan başqa, əhalinin digər təbəqələrinə yardım göstərilməsi barədə mürajiət etmədiyindən, heç vaxt bu qəbildən olan məsələ ilə üzləşməmişik. Bütün dünya miqyasında fəaliyyətimizdə isə həqiqətən, bəzi ölkələrdə kasıb və imkansz vətəndaşlara yardım göstəririk. Məsələn, Tajikistanda. Lakin belə fəaliyyət yalnız əhalinin imkansız təbəqələrinin faizinin yüksək olduğu ölkələrdə həyata keçirilir, Azərbayjan isə belə dövlətlər sırasına daxil deyil. Adətən, ÜƏP elə ölkələrdə işləyir ki, orada müxtəlif təbii kataklizmlər baş verir, yaxud əhali arasında ölüm halları məhz ajlıq və ərzaq qıtlığı səbəbindən yüksəkdir.

-ÜƏP bu və ya digər ölkəyə onun yardımının lazım olduğunu nejə müəyyənləşdirir: əməkdaşlarınız hansısa monitorinqlər keçirirlər, yoxsa ÜƏP hansısa dövlətə yalnız onun hökumətinin müvafiq xahişindən sonra gəlir? 

-Həqiqətən, bizim dünyada əhalinin ərzaq təminatınn araşdırılması ilə məşğul olan əməkdaşlardan ibarət böyük bir ştatımız olduğundan, ÜƏP yardımımıza ilk növbədə harada ehtiyaj olması barədə təsəvvürə malikdir. Lakin biz hökumətin yardım barədə xahişi olmadan fəaliyyətə başlamırıq. Bu və ya digər dövlətdə fəaliyyətə başlamağımız üçün amillərə gəldikdə, hökumətin müvafiq mürajiətindən savayı, donorlar tərəfindən ayrılan vəsaitin həjminin nəzərə alınması da zəruridir. 

-İndi ki söhbət donorlardan düşdü, bilmək istərdik: onlar yardımı ərzaq, yoxsa pul şəklində ayırırlar? 

-Əksər hallarda, ərzaq şəklində. Lakin istisna hallarda bu, pul şəklində də ola bilər ki, həmin pula biz ərzaq alırıq. Yeri gəlmişkən, ərzağın haradan - yardım alan ölkədən, yaxud qonşu ölkədən alınması barədə qərarı əməkdaşlarımız verirlər. Tender elan edilir və qərar ən sərfəli təklif əsasında qəbul olunur.

-ÜƏP nəhəng həjmdə ərzaqla işləyir. Alınan ərzaq məhsullarının keyfiyyətinə nəzarət nejə həyata keçirilir?

-Siz haqlısınız. Hər il ÜƏP 5 mln t ərzaq məhsulu ilə işləyir və aldığımız bütün ərzaq məhsulları zəruri sanitar-gigiyena normativ və standartlarına müvafiq olmalıdır. Donor ölkə bizə ərzaq təqdim etdikdə, bu, bütün zəruri sənədlərlə müşayiət olunmalıdır. Ərzaq alınmasını biz özümüz həyata keçirdiyimiz hallarda isə keyfiyyət sertifikatlarını əzaq aldığımız şirkətdən tələb edirik.

-ÜƏP-in əhalinin ehtiyajı olan kateqoriyalarına ərzaq məhsulları almaq üçün əsas kimi götürdüyü hansısa bir ərzaq minimumu varmı?

-Xeyr, konkret ərzaq minimumu yoxdur, lakin ümumi pinsip belədir ki,  hər insan sutka ərzində ən azı  2 000 kalori almalıdır. Bizim ərzaq yardımımız ölkəyə asanlıqla gətirilə və əhaliyə paylana bilən "quru pay"dan ibarətdir. Buna mütləq un, yağ, noxud, duz, şəkər daxildir. Lakin bu, standart paket deyil, çünki bəzi ölkələrdə insanlar düyünü undan üstün tuturlar. Ajlıq keçirən uşaqların sayı çox olan ölkələrə isə biz uşaq yeməyi də göndəririk. 

-Niyə ərzaq məhsullarının çeşidi belə məhduddur?

-Məsələ ondadır ki, qalan ərzaq məhsulları, o jümlədən də yarımfabrikatlar daha az saxlanma müddətinə malikdir, onların bir çoxu isə hətta xüsusi saxlama şəraiti tələb edir. Məsələn, ət məhsulları gətirmək üçün böyük soyuduju qurğular almaq lazımdır ki, bu da aldığımız həmin məhsulun qiymətini çox bahalaşdırır. 

-Azərbayjana ÜƏP çərçivəsində son donor yardımını Səudiyyə Ərəbistanı göstərmişdi?

Bəli, həqiqətən, Səudiyyə Ərəbistanı Azərbayjanda 380 məjburi köçkün ailəsinə humanitar yardım edib. Humanitar yardım Səudiyyə Ərəbistanı səfirinin və ÜƏP-in Azərbayjan üzrə  regional direktoru Linn Millerin Beyləqan rayonuna səfərinin gedişində göstərilib. Bu rayonda məskunlaşan 1600 məjburi köçkün ailəsinə Səudiyyə Ərəbistanından gətirilən 3 ton xurma paylanıb. Qeyd etmək lazımdır ki, ÜƏP-in bütün dünya üzrə humanitar yardımı çərçivəsində Səudiyyə Ərəbistanı son 7 il ərzində $54 mln həjmində yardım göstərib.


MƏSLƏHƏT GÖR:

459