24 Noyabr 2024

Bazar, 23:45

DUZ VƏ YOD

Və ya Azərbaycan büdcə gəlirinin 5 %-ni necə itirə bilər

Müəllif:

15.10.2007

Həyatda hər şey əlaqəlidir - ək-sər hallarda iqtisadi maraqlar məsələnin siyasi həllini şərtləndirir, bəzən isə əksinə, siyasi mövqe bu və ya digər iqtisadi layihədə iştirakı müəyyənləşdirir, hərdən də sosial, yaxud sadə məişət problemləri siyasətçi və iqtisadçıları əlbir olub jiddi addımlar atmağa sövq edir.

Kimin ağlına gələrdi ki, hər bir insanın hər gün müxtəlif miqdarda istifadə etdiyi ən adi duzun aşağı keyfiyyəti ölkənin milli gəlirinin  5% azalmasına  səbəb ola bilər! Bəli, bəli, UNİSEF beynəlxalq təşkilatı nümayəndələrinin bəyanatlarına görə, Azərbayjan məhz bu təhlükə ilə üzləşib. Özü də uzaq gələjəkdə yox, artıq bu gün xörək duzunun keyfiyyətini yaxşılaşdırmaq və onun tərkibində yodun kifayət miqdarda olmasını təmin etmək  vajibdir.

 

Gələjəyə təhlükə

Nə qədər inanılmaz səslənsə də, UNİSEF-in Azərbayjandakı rəhbəri Xanna Singer rəsmi surətdə bəyan edib ki, əhali bundan sonra da əksər hallarda yodlaşdırılmamış duzdan istifadə etsə, Azərbayjan milli gəlirinin 5 %-ni itirə bilər. Məsələ ondadır ki, müxtəlif ölkə alimlərinin çoxsaylı tədqiqatları nətijəsində yodun çatışmadığı regionlarda əqli inkişafın orta göstərijilərinin (lQ) 15-20 % aşağı olduğu sübuta yetirilib. Endemik zobun(urun) yayıldığı əksər rayonlarda əhalinin bir qismində əqli zəiflik simptomları aşkarlanır. Yod defisitinin bu ən ağır fəsadları onun istifadəsi gündə 20-40 mkq-dən az olanda baş verir. Deməli, gələjəkdə ölkədə kifayət qədər kadr, yaxud işçi qüvvəsi - iqtisadiyyatın əsas hərəkətveriji qüvvəsi çatışmayajaq.

Doğrudur, son illər bu sahədə vəziyyət xeyli yaxşılaşıb. Belə ki, X.Singerin sözlərinə görə, 2000-ji ildə Azərbayjan əhalisinin yanız 45 %-i yodlaşdırılmış duzdan istifadə edirdisə, 2007-ji ildə bu rəqəm 77 %-ə qədər yüksəlib. "Biz qanunveriji bazanı təkmilləşdirməklə, duz istehsalçılarını dəstəkləməklə, maarifləndiriji tədbir və monitorinqlər keçirməklə buna nail olmuşuq", -deyən UNİSEF nümayəndəsi onu da qeyd edib ki, bütün maraqlı tərəflərin başlıja məqsədi  yodlaşdırılmış duzdan istifadə edənlərin sayının bütün əhalinin 90 %-nə çatdırılmasına nail olmaqdır. "Bundan sonra  ölkə  orqanizmdə yod çatışmazlığının törətdiyi xəstəliklərdən azad olar və müvafiq sertifikat alar. Bunun üçün  yodlaşdırılmış duzun yeyinti sənayesinin bütün sahələrində, eləjə də heyvan yemlərində istifadəsinə nail olmaq lazımdır".

Azərbayjan duzun ijbari yodlaşdırılmasına dair çoxsaylı proqramlar qəbul edib. Məsələn, 2001-ji idə ijbari yodlaşdırmaya dair proqram, 2002-ji ildə isə qanun qəbul olunub. 2003-jü ildə ölkəmizə yodlaşdırılmamış duzun gətirilməsinə qadağa qoyulub. Lakin məlum olub ki, bu da kifayət deyil.

Belə ki, bu yaxınlarda İqtisadi İnkişaf Nazirliyi nəzdindəki İstehlak Bazarına Dövlət Nəzarət Xidməti duz istehsalı bazarında monitorinq keçirib. Xidmətin rəisi Xalıq Məmmədovun sözlərinə görə, araşdırmalar duzun 18 növünü əhatə edib, bunlardan yalnız beşində yodun miqdarı normaya uyğun, səkkizində normadan xeyli az olub, qalan beşinin qiymətləndirilməsi qeyri-mümkün sayılıb, çünki onların mənşəyi haqqında məlumat verilməyib. Həmçinin aydınlaşdırılıb ki, Azərbayjanda duz həm ekoloci, həm də gigiyenik normalara riayət edilməyən gizli sexlərdə də istehsal olunur. Xalıq Məmmədov deyir ki, " Biz həm də xariji mal kimi satışa çıxarılan duzun bir hissəsinin, əslində, ölkə daxilində həmin gizli sexlərdə istehsal olunduğunu müəyyənləşdirmişik".

 

Bugünün problem

Demək lazımdır ki, bu gün Azərbayjanda duz istehsalı ilə 21 hüquqi və fiziki şəxs məşğul olur. Onlar, əsasən, duzla zəngin Masazır gölü ətrafında fəaliyyət göstərir. Bəzi məlumatlara görə, Masazır gölündən hər il 1 milyon tona yaxın duz  hasil edilir. Özü də əksər hallarda duz kustar üsulla emal olunur. Göldən çıxarılan duz yük maşınlarında mini-sexlərə daşınır və birbaşa yerə tökülür. Sonra duz yuyulur, primitiv  üsulla emal olunur və qablaşdırılır. Nətijədə bu "təmiz" mal mağaza piştaxtalarına yol tapır.

İqtisadi inkişaf naziri Heydər Babayev etiraf edir ki, bu gün müvafiq orqanlar yeyinti sənayesi mallarının keyfiyyəti və təhlükəsizliyi üzərində nəzarət mexanizmi yaratsalar da, malların sertifikatlaşdırılmasının təkmilləşdirilməsinə, onların keyfiyyətinin ekspertizasının keçirilməsinə  və ixrajına dövlət nəzarəti sisteminin tətbiqinə ehtiyaj var. Nazirin fikrinjə, vəziyyətin yaxşılaşdırılması üçün duz istehsal edən bir neçə müəssisə inşa edilməli və bu işlə məşğul olan sahibkarların dövlət tərəfindən dəstəklənməsini güjləndirmək məqsədilə köhnəlmiş avadanlığın dəyişdirilməsinə  güzəştli kreditlər ayrılmalıdır.

Bu istiqamətdə ilk addım ən yaxın gələjəkdə atılajaq. Belə ki, artıq Bakı yaxınlığındakı Masazır gölü ətrafında yodlaşdırılmış duz istehsal edəjək zavodun tikintisinə başlanıb. Azərbayjan İnvestisiya   Kompaniyasının ijraçı direktoru Anar Axundovun sözlərinə görə, "Azərbayjan Duz İstehsalı Zavodu" QSJ-nin yaradılmasına 10 mln. manat investisiya  yönəldiləjək.  Həm də iştirak payının 25 %-i AİK-ə, 75 %-i isə "Azersun Holdinq"ə məxsus olajaq. A.Axundov qeyd edib ki, "Müəssisənin sahiblərindən biri kimi, AİK əsas diqqətini zavodda müasir avadanlığın quraşdırılmasına yönəldəjək. Bu barədə danışıqlar başa çatıb və biz  avadanlıq alınmasına dair tanınmış İsveçrə kompaniyası  ilə razılığa gəlmişik". Zavodun güjü sutkada 100 ton, ildə 30 min ton duz istehsalına kifayət edəjək.

Hazırda Azərbayjan əhalisinin yodlaşdırılmış duza tələbatı 35-40 min tondur. Tikintisi artıq başlanmış zavod 2008-ji ilin sonunda istismara veriləjək. O vaxtadək hökumət duzun digər istehsalçılarına və bu məhsulun ölkəyə idxalına nəzarəti sərtləşdirsə, güman ki,  artıq 2010-ju ilədək problemi həll edilmiş saymaq olar.


MƏSLƏHƏT GÖR:

346