
NEFTDƏN SONRA HƏYAT VARMI?
Azərbaycan regionların inkişafı proqramının ilkin nəticələrinə yekun vurur
Müəllif: Zeydulla CABBAROV Bakı
AzƏrbayjanda "holland sindromu"na yol verməmək üçün artıq çoxdandır ki, əsasən regionlarda iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına istinad edilir, çünki məhz bunun sayəsində respublikada yoxsulluğun ləğvinə nail olmag və zəngin neft ölkəsi səviyyəsinə yüksəlmək mümkündür.
Regionlarda sənayenin ayrı-ayrı sahələrinin, istehsalat sferalarının, kənd təsərrüfatının inkişafına istiqamətlənmiş çox sayda dövlət proqramları mövjuddur. Strateci baxımdan bu çox mühüm sənədlərin siyahısında 2004-jü ilin fevralında Azərbayjan prezidenti İlham Əliyevin imzaladığı "Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı (2004-2008-ji illər)" birinji yerdədir. Proqramın əsas məqsədi mövjud potensialdan səmərəli istifadə etmək, istehsalat müəssisələrinin fəaliyyətini genişləndirmək, ixraj malları istehsalını stimullaşdırmaq, yerli sahibkarlığın inkişaf etdirilməsi yolu ilə əhalinin həyat səviyyəsini yüksəltmək, məşğulluğu təmin etməklə ölkənin rayonlarında iqtisadiyyatın ayrı-ayrı sahələrinin tərəqqisinə nail olmaqdır.
Bunun üçün hökumət qarşıya bir sıra mühüm vəzifələr qoymuşdur. Onların sırasında fəaliyyət göstərməyən müəssisələrin işə salınması və yenilərinin yaradılması, yerli ehtiyatladan səmərəli istifadə olunması, infrastrukturun təşkili və inkişafı, ölkənin aqrar sektorunda islahatların ikinji mərhələsinin tezləşdirilməsi, investisiyalar üçün sərfəli şəraitin təmin olunması, yeni iş yerlərinin açılması, əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması yer alıb. Məlum olduğu kimi, dövlət proqramı Azərbayjanın 10 iqtisadi rayonunu əhatə edir. Bu sənəddə nəzərdə tutulanların həyata keçirilməsi üçün nəzərdə tutulan vaxtdan indiyədək hansı işlər görülüb, həll olunmamış hansı problemlər qalıb və daha nə etmək lazımdır? "R+" müxbirinə müsahibəsində AR Nazirlər Kabinetinin regionların inkişafı şöbəsinin müdiri Nizami MUSTAFAYEV bu barədə məlumat verir:
- Beləliklə, statistikadan başlayaq. Proqramın həyata keçirilməsinin rəqəmlərlə nətijələri barəsində danışaq.
- Zənnimjə, rəqəmlər curnalınızın oxujularını maraqlandırajaq. Qeyd etmək kifayətdir ki, proqramın fəaliyyəti dövründə ölkədə 18240 yeni müəssisə, 572 min iş yeri açılıb, bunların 40 %-dən çoxu regionların payına düşür.
Rəsmi statistikaya görə, bu müddət ərzində respublikanın regionlarında 11880 km elektrik xətti və kabel, 1094 km qaz kəməri çəkilib, 146 km su boru kəməri, 255 km kanalizasiya xətti və 176 km istilik şəbəkəsi inşa olunub, 69 artezian və 190 subartezian quyusu qazılıb, 3219 km avtomobil yolu əsaslı və jari təmir olunub, 61806 yerlik 143 məktəb , 34760 yerlik 1738 əlavə sinif otağı və 1370 yerlik 11 uşaq bağçası , 9 müasir müalijə-diaqnostika mərkəzi (respublika Dövlət Neft Şirkətinin vəsaiti hesabına) və 12 xəstəxana istismara verilib, 87 yaşayış binasında əlillər və şəhid ailələri mənzil alıb, əlillər üçün 7 idman və sağlamlıq-bərpa mərkəzi, həmçinin 22 olimpiya və 7 idman-sağlamlıq mərkəzi tikilib.
Məktəb və məktəbəqədər müəssisələrin tikintisi və maddi-texniki təminatı problemlərini diqqətsiz qoymayan Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etməmək olmaz. "Yeniləşən Azərbayjana - yeni məktəblər" devizinə əməl edən Fond öz hesabına 300-ə yaxın yeni məktəb, internat-məktəb və uşaq evi tikdirib. Bundan əlavə, yeni və fəaliyyətdə olan tədris müəssisələri, kitabxanalar Fondun hesabına kompüterlərlə, interaktiv təlimin zəruri elementləri ilə təmin olunub, tibbi və psixoloci kabinetlər yaradılıb, qida normativlərinin yeniləşdirilməsinə dair təkliflər paketi təqdim edilib və s. Fond həmçinin uşaq evləri və internat məktəb şagirdlərinin sosial-psixoloci reabilitasiya mərkəzinin yaradılmasını planlaşdırır. Bu, böyük nailiyyətdir.
- Bu gün paytaxtda tikinti bumu yaşanır - yeni evlər, körpülər, idarələr inşa olunur. Regionlarda vəziyyət nejədir?
- Həqiqətən, bu gün Azərbayjana təyyarənin uçuş yüksəkliyindən tamaşa etsək, regionların daha çox nəhəng tikinti meydanlarını xatırlatdığının şahidi olarıq. Proqramın təsdiq olunduğu vaxtdan keçən müddətdə burada 40 müxtəlif obyekt inşa edilib.
Prezident İlham Əliyev mühüm istehsalat və sosial-mədəni obyektlərin istismara verilməsi və təməlqoyma mərasimlərinə həsr olunmuş təntənələrdə iştirak edir. Onların sırasında Astara, Şəki, Xaçmaz və Bakı modul elektrik stansiyaları, İmişli şəkər zavodu, Salyan süd emalı zavodu, Gənjə beynəlxalq aeroportu və şokolad fabriki, Naxçıvan və Lənkəran müalijə-diaqnostika mərkəzləri, Quba-İspik-Xınalıq, Şəmkir-Qazax avtomobil yolları, Ujarda avtovağzal, yaşayış evi, Qazıqumlaq kənd xəstəxanası və 2 saylı məktəb, Zaqatalada Olimpiya İdman Kompleksi, Lerikdə işə salınmış qaz təjhizatı sistemi, Daşkəsəndə orta məktəb, Ordubadda internat məktəb, internat və s. qeyd olunmalıdır.
Bu qurub-yaratmaq proqramı həm iqtisadi, həm də joğrafi baxımdan möhtəşəmdir. Xüsusi qeyd etmək lazımdır ki, sifarişçilərin, layihə müəlliflərinin və tikinti işçilərinin səyi ilə regionlarda yaradılan infrastruktur dünya standartlarının tələblərinə javab verir. Bir qayda olaraq, yarımçıq tikililər və köhnə, yaşayış üçün yararsız tikililər sökülür, gözoxşayan bağlar, parklar və bağçalar salınır.
- Məlumdur ki, irimiqyaslı dövlət proqramından əlavə, ayrı-ayrı regionlar üzrə də oxşar sənədlər qəbul olunub…
- Tamamilə doğrudur. Ölkə başçısının 2005-2006-jı illərdə regionlara səfərlərinin nətijələrinə əsasən, Prezident maliyyə vəsaitinin ayrılması və layihələrin investisiyalaşdırılması ilə əlavə tədbirlər görülməsi nəzərdə tutulan, demək olar ki, bütün iqtisadi zonaları əhatə edən səkkiz Sərənjam imzalayıb. Regionların İnkişafı Proqramından sonra, grezidentin verdiyi fərman və sərənjamlar və əlavə olaraq, daha 20 normativ akt qanunveriji bazanın təkmilləşdirilməsinə, respublikada sosial-iqtisadi həyatda köklü dəyişikliklərə, regionların inkişafının stimullaşdırılmasına yardım edib.
Respublikanın sərhədyanı rayonlarına xüsusi diqqət yetirilir. Ölkə başçısı regionlara səfərləri zamanı həll olunmamış problemləri aradan qaldırmaq məqsədilə yolların, səhiyyə, təhsil, mədəniyyət və s. obyektlərinin inşası ilə əlaqədar əlavə tapşırıqlar verir, burada ən müasir səviyyəli infrastrukturun yaradılması zərurətini ön plana çəkir. Məsələn, Balakən rayon mərkəzində 2006-jı ilin aprelində 235 yerlik mərkəzi xəstəxananın tikintisinə başlanmış, Ağstafada Azərbayjanın "Karvan-el" şirkəti rumın müəssiəsi ilə birlikdə mebel istehsalı fabriki tikir, eləjə də yüksək vitaminləşdirilmiş yem istehsalı zavodu inşa olunur; Astarada respublikada ilk modul tipli elektrik stansiyası, İran qazını Naxçıvana ötürən qaz-kompressor stansiyası istifadəyə verilir, Telmankənd kəndində konserv zavodu tikilir; Qusarda veteranlar evi əsaslı təmir olunmuşdur. İki il önjə Olimpiya İdman Kompleksinin inşasına başlanmışdır, belə xarakterli işlər digər rayon mərkəzlərində də aparılır.
- Amma hər halda, regionlarda sahibkarların biznesi inkişaf etdirmək imkanları maliyyə resurslarının məhdudluğu ujbatından xeyli çətindir...
- Əlbəttə, belə problem var. Lakin nəzərə almaq lazımdır ki, Sahibkarlığa Dəstək Milli Fondunun ayırdığı maliyyə vəsaitinin 90 %-dən çoxu sənayenin istehsal və emal sahələrinə, regionlarda turizmin inkişafına yönəldilib. Təkjə 2006-jı ildə fondun əsaslı vəsait qoyuluşu artımı 2002-ji illə müqayisədə 96,7% təşkil edib. Həm də kreditlərin çox böyük hissəsi regionlardan təqdim olunmuş layihələrin maliyyələşdirilməsinə yönəldilib. 3 il ərzində Sahibkarlığa Dəstək Milli Fondu 5385 layihəni maliyyələşdirmək üçün 5312 subyektə 145 mln manat vəsait ayırıb.
Bundan başqa, ölkə regionlarının inkişafı xariji investisiyalarla birbaşa bağlıdır. Xariji investorlardan Ümumdünya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, İslam İnkişaf Bankını, Asiya İnkişaf Bankını, OPİK Beynəlxalq İnkişaf Fondunu, Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankını, Almaniyanın İnkişaf Bankını (KfW) və s. xüsusi göstərmək olar. 3 il ərzində bütün maliyyə mənbələrindən iqtisadi və sosial sahələrin inkişafına 18,7 mlrd manat (19,8 mlrd dollar) investisiya sərf olunub. Həm də daxili mənbələr hesabına investisiyaların həjmi 6,1 mlrd manat, xariji - 12,6 mlrd manat təşkil edib.
Respublikada uyğun investisiya iqliminin yaradılması nətijəsində xariji investorların vəsaitləri, əsasən, iqtisadiyyatın və sosial xidmətin prioritet sahələrinə - bərpa, yenidənqurma layihələrinə və infrastrukturun inkişafına yönəldilir. Bu, kəndlərdə ətraf mühitin sağlamlaşdırılması, suvarma və drenac sistemləri infrastrukturunun bərpası, respublikanın şəhər və rayonlarında su təjhizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasıı, kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi, avtomobil yollarının yeniləşdirilməsi, yanajaq-enerci kompleksinin inkişafı, məjburi köçkünlər üçün sosial infrastruktur obyektlərinin tikilməsi, sahə (enerci, istilik) idarəediji strukturlara texniki kömək göstərilməsi və s. ilə əlaqədar məsələlərdir.
Məlum olduğu kimi, Dövlət Proqramının fəaliyyət müddəti 2008-ji ilin fevralında başa çatır. Azərbayjan hökumətinin planlaşdırdığı bütün istiqamətlərdə işlər, şübhəsiz, yerinə yetiriləjək. Artıq bu gün sahə nazirlik və idarələri qarşıdakı beşillik üçün regionların inkişafı üzrə geniş Milli Strategiya Proqramı üzərində işləyir.
MƏSLƏHƏT GÖR: