15 Mart 2025

Şənbə, 00:34

"BARIŞMAZ" DÖVLƏTLƏR BİRLİYİ NÖVBƏTİ KONSEPSİYANI QƏBUL ETDİ

Moskva postsovet məkanında revanşa hazırlaşır

Müəllif:

15.10.2007

Oktyabrın 5-dƏ Dü-şənbədə Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının (DBŞ) növbəti toplantısı keçirildi. Toplantıda birlik iştirakçıları arasında əməkdaşlığın, təxminən, 20 aktual məsələsi müzakirə olundu. Toplantının işində, Ukrayna prezidenti istisna olmaqla, bütün MDB ölkələri liderləri iştirak edirdilər.

DBŞ  gündəliyinin əsas məsələlər tematikası birliyin gələjək inkişafı, MDB iştirakçısı olan dövlətlərin humanitar və hərbi sahədə qarşılıqlı əməkdaşlığı, terrorçuluq və jinayətkarlıqla birgə  mübarizəsi  ilə bağlı idi. Gündəlikdə ən önəmli məsələ Müstəqil Dövlətlər Birliyinin gələjək inkişaf konsepsiyası və onun reallaşdırılması haqqında və  əsas tədbirlərin konsepsiya layihəsinin hazırlanması üzrə dövlətlərarası işçi qrup tərəfindən təqdim edilən planın müzakirəsi oldu.

Sənəddə qeyd edilir ki, MDB-nin ayrı-ayrı üzvlərinin onun orqanlarının fəaliyyətində və qəbul olunan sənədlərdə məhdud iştirakı "anlaşma və hörmətlə qəbul olunur", çünki bu, milli maraqların xüsusiyyətləri ilə şərtlənir. Mətndə vurğulanır ki, bu, birliyin sonrakı inkişafının bütün variantlarının MDB iştiakçısı olan dövlətlər tərəfindən nəzərdən keçirilməsinə mane olmayajaq. Birlik ölkələri liderləri həmin sənəddə nəzərdə tutulmuş  əsas məqsədlər arasında uzunmüddətli  perspektivdə marağı olan ölkələrin inteqrasiya edilmiş iqtisadi və siyasi  sahədə birləşməsinin vajibliyini müəyyənləşdirdilər. Bildirdilər ki, bütün bunlar hər bir iştirakçı ölkənin səmərəli inkişafının təminatçısı olmalıdır. Sənəddə o da deyilir ki, MDB-nin çoxprofilli xarakteri qorunub-saxlanmalı, qarşılıqlı fəaliyyətin bütün sahələrində harmonik inkişafa önəm verilməlidir. MDB-nin  əsas inkişaf  istiqamətləri arasında aşağıdakılara xüsusi diqqət ayrılmışdır: sosial-iqtisadi sabitliyin və beynəlxalq təhlükəsizliyin qorunması; mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi; iştirakçı dövlətlərin rəqabət qabiliyyətinin güjləndirilməsi və onların dünya təsərrüfatına daxil olmalarının təmin edilməsi; vətəndaşların həyat səviyyəsinin və maddi rifahının yüksəldilməsi, həmçinin dövlətlərdən hər birinn ÜTT-yə qəbulunun təmin edilməsi. Sənəddə daha sonra deyilir: "MDB-nin inkişafının başlanğıj mərhələsinin əsas vəzifəsi birliyin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi olajaq. Hüquqi status, MDB orqanlarının qərarları, dövlətlərin götürdükləri öhdəlikləri yerinə yetirmələrinin təmin edilməsində, onların ijrasının monitorinqi məsələlərində vahid anlaşma vajib məsələdir". MDB dövlətləri habelə milli qanunverijilik aktlarının yaxınlaşdırılmasına, demokatiya və insan hüquqları sahəsində əsas  beynəlxalq prinsip və standartlarının reallaşdırılmasına səy göstərəjəklərini bildirmişlər. Konsepsiyada  o da vurğulanır ki, MDB dövlətləri BMT Nizamnaməsində təsbit olunan dəyərlərə tərəfdardır.

Konsepsiyanı Azərbayjan, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Moldova, Rusiya, Tajikistan, Ukrayna və Özbəkistan liderləri imzaladılar. Qeyd etmək lazımdır ki, Azərbayjan nüma-yəndə heyətinin başçısı bu sənədi xüsusi qeyd-şərtlə imzaladı. Bildirdi ki, Azərbayjan Respublikası bu konsepsiyanın müddəalarını ölkənin milli qanunverijiliyinə və beynəlxalq  öhdəliklərə müvafiq  olajağı təqdirdə qəbul edir. Ölkəmizin xüsusi rəyi həm də ona əsaslanır ki, Azərbayjan MDB çərçivəsində dövlətlərarası əməkdaşlığın məqsədlərini buna maraqlı dövlətlər formatında, bütövlükdə, qəbul etsə də, Birlik ölkələrinin iqtisadi və siyasi inteqrasiyasına yönəlmiş təşəbbüsləri dəstəkləmir. Həmçinin konsepsiyanın xariji siyasi fəaliyyətin koordinasiyasına və MDB iştirakçısı olan dövlətlərin milli qanunverijiliklərinin harmonikləşdirilməsinə yönəldilmiş müddəa və məqsədləri də Azərbayjan Respublikası üçün məqbul deyil. 

Azərbayjan XİN təmsilçilərinin vurğuladıqları kimi, Bakının MDB çərçivəsində əməkdaşlıq problematikasına yanaşmasında prinsipial məqam ondan ibarətdir ki,  bu təşkilatın bütövlükdə fəaliyyəti, o jümlədən Azərbayjanın MDB məkanında inteqrasiya layihə və proseslərinə jəlb olunma dərəjəsi Birlik iştirakçılarının MDB üzvü olan dövlətlərin ərazilərindəki münaqişələrin, ilk növbədə, Dağlıq Qarabağla bağlı erməni-Azərbayjan münaqişəsinin nizamlanması məsələsində prinsipial mövqe tutmağa hazır olmaları ilə birbaşa bağlıdır. Bununla əlaqədar olaraq, Bakı MDB Nizamnaməsində təsbit olunan müddəaların əməli surətdə həyata keçirilməsini və bu münaqişənin Azərbayjanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında tezliklə nizamlanmasına dəstək verilməsini önəmli şərt sayır. 

MDB-nin gələjək inkişafı konsepsiyasının digər bölmələrinə münasibətdə Azərbayjan Respublikası ondan çıxış edir ki, təhlükəsizlik, jinayətkarlıqla mübarizə, beynəlxalq təhlükəsizlik və sabitliyin dəstəklənməsi, yeni təhdid və iddialar əleyhinə çıxma silahlı münaqişələrin əsas səbəbi olan separatçılığa qarşı mübarizədə yeni tədbirlər görülməsilə də tamamlanmalıdır. 

DBŞ toplantısının nəzərdən keçirməsi üçün təqdim olunan bir sıra sənədlər Azərbayjan tərəfindən ona görə dəstəklənmədi və imzalanmadı ki, bunlarda müstəsna şəkildə Azərbayjanın səlahiyyətinə aid olan və onun milli qanunverijiliyilə ziddiyyət təşkil edən məsələyə dair razılaşdırılmış siyasət aparılması nəzərdə tutulurdu. Belə sənədlərə MDB üzvü olan dövlətlərin razılaşdırılmış miqrasiya siyasətinə dair təkliflər, MDB üzvü olan dövlətlərin jinayət yolu ilə əldə olunan gəlirlərin leqallaşdırılması  və terrorçuluğun maliyyələşdirilməsi haqqında müqavilə aiddir.  

MDB Üzvü Dövlətləri Miqrasiya Orqanları Rəhbərləri Şurasının yaradılması barədə saziş, jinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, terrorçuluq və ekstremizmin zorakılıq təzahürlərilə mübarizə sahəsində 2008-2010-ju illər üçün əməkdaşlıq proqramı da xüsusi qeyd-şərtlə imzalandı. Həmin sənədlərdə də Azərbayjan milli qanunverijiliklərin harmonikləşdirilməsi və unifikasiyası barədə müddəaları özü üçün istisna etdi və proqram üzrə hər bir tədbirdə iştirakı barədə ayrıja qərar qəbul etmək hüququnu özündə saxladı.

Azərbayjan tərəfi MDB üzvü olan dövlətlərin mədəni dəyərlərin oğurlanması ilə mübarizəyə və onların qaytarılmasının təmin olunmasında əməkdaşlığa dair Ermənistan tərəfindən hazırlanan və təqdim olunan sazişi də imzalamadı. Bakı belə bir sənədin qəbulunun məqsədəuyğun olmadığını bu məsələlərin hüquqi tənzimlənməsi barədə YUNESKO çəçivəsində kifayət qədər səmərəli və beynəlxalq miqyasda tanınan mexanizmin artıq  formalaşması ilə izah etdi. Bundan başqa, Azərbayjanın işğal olunmuş ərazilərində Ermənistanın  həyata keçirdiyi və yeri gəlmişkən, artıq BMT BA  çərçivəsində müzakirə predmetinə çevrilən dağıdıjılıq siyasəti nəzərə alınaraq, Azərbayjan MDB İjraiyyə Komitəsinə belə bir sənədin hazırlanmasının Birlik üzvü olan başqa bir dövlətə həvalə edilməsi təklifini irəli sürdü. Lakin İK Bakının bu xahişini nəzərə almadı. Bu isə Birliyin rəhbər oqanının Ermənistan-Azərbayjan münaqişəsi məsələsində prinsipial mövqe tutmadığını bir daha bariz şəkildə nümayiş etdirdi. 

Bütövlükdə, Düşənbə sammitinin gedişində Azərbayjan MDB-nin fəaliyyətinin təkmilləşdirilməsinin və onun səmərəliliyinin artırılmasının zəruriliyini dəstəklədiyini bir daha təsdiqlədi. MDB üzvü olan dövlətlər arasında əməkdaşlığın ikitərəfli formatına üstünlük verən və əsasən, humanitar sahədə çoxtərəfli əməkdaşlıqda maraqlı olduğunu vurğulayan Bakı, əvvəlki kimi, MDB sammitlərini yeni müstəqil dövlətlərin liderlərinin Birliyin həyatının və onun üzvləri arasında əməkdaşlığın, həmçinin beynəlxalq və regional durumun aktual məsələlərinə dair fikir mübadiləsi üçün unikal məkan kimi nəzərdən keçirməkdədir.  

MDB liderlərinin Düşənbə görüşü əsas vəzifəsini yerinə yetirdi - demək olar ki, bütün üzv dövlətlər (Gürjüstan və Türkmənistan istisna olmaqla) qurumun əsas sənədini imzaladı (Azərbayjan bir sıra tutarlı qeyd-şərtlərlə sənədə imza atdı.). Bu sənəd  yaxın illər üçün MDB-nin inkişaf perspektivlərini müəyyənləşdirməlidir. Bununla da birlik üzvləri arasında onun inkişafı məsələlərinə dair mövjud prinsipial fikir ayrılıqlarını səngitmək mümkün oldu. Lakin MDB-nin özündə qütbləşmə davam etməkdə, müxtəlif sürətli inteqrasiya meyli isə yalnız güjlənməkdədir. Bunu belə bir fakt da sübut edir ki, MDB-nin aparıjı iştirakçısı - Rusiya "paralel" strukturlar - Avrasiya İqtisadi Əməkdaşlığı (AİƏ) və Kollektiv Təhlükəsizlik Təşkilatı (ODKB) formatında əməkdaşlığa üstünlük verir. MDB sammiti başa çatdıqdan sonra, Düşənbədə AİƏ üzvü ölkələri liderlərinin - Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tajikistan və Özbəkistan, həmçinin bu təşkilatda müşahidəçi olan Moldova və Ermənistan prezidentlərinin görüşü keçirildi. AİƏ sammitində bu inteqrasiya birliyinin inkişafına yönəldilmiş, bütövlükdə, 17 sənəd qəbul olundu. Bunların sıasında aşağıdakılar var:  2006-jı ilin avqustunda əldə olunmuş razılaşmalar əsasında AİƏ çərçivəsində Belarus, Qazaxıstan və Rusiya gömrük ittifaqının formalaşdırılması haqqında sənəd, ittifaqın, ondan çıxmaq və ona qoşulmağın müqavilə-hüquqi bazasını formalaşdıran beynəlxalq müqavilələrin qüvvəyə minməsi qaydası barədə protokol. Bu üç sənədi Rusiya, Belarus və Qazaxıstan liderləri imzaladılar. Mərkəzi Asiya bölgəsinin su-enerci ehtiyatlarından səmərəli istifadə konsepsiyasının layihəsi də imzalandı. Bu zaman Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə həmin məsələ üzrə müstəqil ekspertləri jəlb etmək qərara alındı. 

Bundan başqa, AİƏ üzvü dövlətlərinin ümumi enerci bazarının formalaşdırılması konsepsiyasının layihəsi də qəbul edildi. Moskva bundan Minsk və Astananın enerci təhlükəsizliyi məsələlərinə yanaşmalarına öz təsirini güjləndirmək və bütövlükdə, Qərb ölkələri ilə kəskinləşməkdə olan enerci-siyasi yarışmada MDB məkanında mövqelərini möhkəmləndirmək məqsədilə yararlanmaq niyyətindədir. AİƏ üzvü olan dövlətlərinin nəqliyyat və kommunikasiyalar sahəsində beynəlxalq konvensiya və müqavilələrə qoşulması məsələsi həllini tapdı, Beynəlxalq Aviasiya Komitəsinə AİƏ nəzdində müşahidəçi statusu verilməsi qərara alındı.  

Bütün bu sənədlərin imzalanması ilə Gömrük İttifaqının hüquqi bazası yaradıldı. Bu, keyfiyyətjə yeni inteqrasiya mərhələsinə keçid AİƏ çərçivəsində Belarus, Qazaxıstan və Rusiyanın Gömrük  İttifaqının yaradılması barədə 2006-jı ilin avqust ayında əldə olunan razılaşmalara əsaslanır. Bu zaman təxmin edilir ki, hazırlıq dərəjələrindən asılı olaraq, tədrijən, qurumun digər üzv dövlətləri də həmin üçlüyə qoşulajaqlar.

Qeyd etmək lazımdır ki, AİƏ-nin möhkəmləndirilməsi onun beynəlxalq təmaslarının genişləndirilməsi yolu ilə də həyata keçirilir. İndi Moskva bu meyli möhkəmlətməyə jəhd göstərməkdədir. Düşənbədə BMT BA-nın "BMT və AİƏ arasında əməkdaşlıq" qətnaməsinin layihəsi təsdiq edildi. Bu məsələyə BMT BA 62-ji sessiyasının gündəliyində baxılajaq. AİƏ-nin dünya arenasında mövqelərinin daha da möhkəmləndirilməsinə gəlinjə, bu iş qurumun beynəlxalq fəaliyyəti barədə vaxtlarda təsdiq olunmuş konsepsiyaya müvafiq şəkildə davam etdiriləjək. Bütövlükdə, Rusiya prezidenti bu layihələri "postsovet məkanında inteqrasiya proseslərinin inkişafıında çox önəmli pinsipial və keyfiyyətjə yeni addım" kimi dəyərləndirdi.

Düşənbədə keçirilən üç sammitdən ən önəmlisi sayıla bilən toplantının - tərkibinə Belarus, Qazaxıstan, Ermənistan, Rusiya, Tajikistan və Özbəkistanın daxil olduğu ODKB kollektiv təhlükəsizlik təşkilatının şurasının sessiyası nətijələri də inqilabi səjiyyəli oldu. Sessiyanın sonunda 20 sənəd imzalandı ki, bunlar, ilk növbədə, qurum çərçivəsində sülhməramlılıq fəaliyyətinin mexanizminin normativ və təşkilatı baxımdan rəsmiləşdirilməsinə (Moskva bu ideyaya 2003-jü ildən lobbiçilik etməkdədir), səlahiyyətli orqanların rəhbərlərinin qanunsuz miqrasiya ilə mübarizə məsələlərinə  dair koordinasiya şurasının və fövqəladə hallar üzrə koordinasiya şurasının, təjavüz təhlükəsi olduğu halda, hərbi-texniki yardım göstərilməsi mexanizminin, həmçinin kollektiv təhlükəsizlik qüvvə və vasitələrinin idarə olunması sisteminin yaradılması barədə razılaşmalardır. Sonunjuya xüsusi diqqət yetirmək istərdik. Ən önəmli konkret nətijələr məhz bu sahədə - hərbi-texniki yaxınlaşma sahəsində əldə edildi. Tərəflər qurum üzvü olan dövlətlərin təkjə silahlı qüvvələr üçün deyil, xüsusi xidmət orqanları üçün də Rusiyadan silah və xüsusi texnikanı, faktiki, bu ölkənin daxili qiymətlərilə almaları barədə razılaşmaya gəldilər və müvafiq sənədlərin yekun siyahısını təsdiq etdilər.  

Sülhməramlı qüvvələr haqqında qəbul olunan əsasnaməyə görə, qurum beynəlxalq statusa malik olajaq sülhməramlı briqadalar yaratmaq imkanı əldə edəjək. Sənədin imzamlanması ərəfəsində, qurumun baş katibi Nikolay Bordyucanın açıqladığı kimi, "dünyanın istənilən "qaynar nöqtəsi" sülhməramlılıq fəaliyyəti zonası ola bilər". Doğrudur, Rusiya XİN başçısı Sergey Lavrov Moskvanın bu qüvvələrdən Abxaziya və Jənubi Osetiyadakı "dondurulmuş münaqişələr"in tənzimlənməsində istifadə etmək niyyətində olduğunu hər vəjhlə inkar edirdi. Lakin Rusiyanın "Kommersant" qəzetinin vurğuladığı kimi, daha önəmli olanı budur ki, blok öz məsuliyyət zonasında (Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Tajikistan və Özbəkistan) əməliyyatları tamamilə müstəqil şəkildə, hətta BMT-nin sanksiyası olmadan da həyata keçirə biləjək. Beləliklə, onun postsovet məkanında nizamın və yeni müstəqil dövlətlərin Moskvaya loyallığının təmin edilməsi üçün güjlü hərbi-siyasi struktura çevrilməsi müm-kündür. 

KTŞ ODKB sessiyasında qəbul olunan digər bir sənəd - müqavilənin imzalanmasının 15 illiyi ilə bağlı ODKB dövlət başçılarının Bəyannaməsi də diqqəti çəkir. Burada üzv ölkələrin "beynəlxalq təhlükəsizliyin müasir arxitekturasının formalaşdırılmasında", onun həm də "ODKB ilə həmsərhəd dövlətlərdə sabitliyin möhkəmləndirilməsinə" yardımçı olajaq "çoxfunksiyalı və səmərəli təhlükəsizlik strukturuna çevrilməsində" fəal iştirakı kursu bəyan edilir. 

Postsovet məkanındakı münaqişələri də diqqətdən kənarda qoymayan Bəyannamədə qeyd edilir ki, "Bilavasitə ODKB-nin məsuliyyət zonası yaxınlığında təmərküzləşməkdə olan münaqişə potensialı yeni bölüşdürüjü xətlərin meydana çıxması, inamsızlıq və şübhə atmosferinin bərpası" təhlükəsi yaradır.

Bəyannamədə gözlənilməz (təşkilatın bəzi üzvlərinin bizə dost dövlətlər olduğunu nəzərə alaraq)  və Bakı üçün kifayət qədər xoşagəlməz bir tezis də təsbitini tapdı - "dondurulmuş münaqişələrin" güj işlətməklə, mövjud danışıqlar prosesinin formatından kənar həllinə dair ideya və planlar da müəyyən təhlükə doğurur". Beləliklə, GUAM ölkələrinin "dondurulmuş münaqişələr"ə dair təşəbbüslərdən ənənəvi olaraq narazılığını bildirən Moskva öz mövqeyinin ODKB üzvü olan ölkə tərəfindən dəstəklənməsinə nail oldu ki, bunu Düşənbə sammitinin Azərbayjan üçün o qədər də uğurlu olmayan finalı kimi nəzərdən keçirmək lazımdır.

Bütövlükdə isə başa çatan sammit, bizjə, MDB-nin həyatında əlamətdar hadisə oldu. Birliyin qalmaqda olan səmərəsizliyi və üzv ölkələrin aktual problemlərini həll etməyə qadir olmaması və bunların qanunauyğun olaraq, postsovet məkanında Rusiyanın rolunun zəifləməsinə aparması fonunda Kremlin paralel "postsovet" strukturlarının - AİƏ və ODKB-nin  möhkəmləndirilməsı kursunu tutduğu aşkar görünməkdədir.  Bu qurumlardan birinjisi, Rusiya başda olmaqla, güjlü bir hərbi ittifaqa çevrilir, ikinjisi isə MDB-də üç iri iqtisadiyyat arasında real iqtisadi inteqrasiyanı hərəkətə gətirməlidir. Moskvanın tutduğu bu kurs, həmçinin Vladimir Putinin ən yaxın məsləkdaşlarından biri olan  Xariji Kəşfiyyat İdarəsinin başçısı Sergey Lebedevin Birliyin ijraçı direktoru təyin edilməsi Rusiyanın postsovet məkanında mərkəzdənqaçma tendensiyalarını  dayandırmaq və onun üçün strateci baxımdan önəmli olan bu bölgədə laxlayan mövqelərini bərpa etmək  səylərini bir daha təsdiq edir.



MƏSLƏHƏT GÖR:

447