
ETİBAR ET, ANCAQ HƏM DƏ YOXLA
İnşa olunan evin keyfiyyətinə görə məsuliyyəti kim daşımalıdır?
Müəllif: Rəsmiyyə QƏMBƏROVA Bakı
Bir jizgi filmi qəhrəmanının "Ev tikməyə nə var ki? Şəklini çəkərik, girib içində yaşayarıq!" deyimi ilə, çətin ki, indi razılaşan tapıla. Xüsusən də nəzərə alsaq ki, öz işinə məsuliyyətsiz münasibət və ya tikinti materiallarına həddən artıq qənaət yüzlərlə insan üçün xoşagəlməz nətijələrə gətirib çıxarır.
"Altes Construction" Tikinti-İnvestisiya Şirkətinin baş direktoru Şamil Süleymanlı ilə dialoqumuz zidd fikirlər üzərində qurulmuşdur. Bu, Azərbayjanda və Xəzər regionunda yeganə tikinti şirkətidir ki, tanınmış beynəlxalq şirkətin təsdiq etdiyi keyfiyyət zəmanəti ilə evlər təhvil verir.
- Hər bir kəsin məşğul olduğu işi tərifləməsi ümumi haldır. Tikinti sahəsində əsas aksent keyfiyyətə edilir, bu zaman verilən bəyanatlar bir o qədər də inandırıjı olmur. Siz bu barədə nə deyə bilərsiniz?
- Mənzil alan üçün ən mühüm məsələ nədir? İlk növbədə - keyfiyyət. 12 il ərzində əldə edilən müsbət nətijələrə "Altes Construction" şirkətinin timsalında dəfələrlə əmin olmuşam və bizim ilk binalarımız da elə bunun sayəsində ərsəyə gəlib. Bizi tanıyırlar, bizə inanırlar və mürajiət edirlər. Onu da demək istərdim ki, sürətlə dəyişən müasir dünyada irəliləmək üçün daim təkmilləşmək zəruridir.
Belə ki, 2006-jı ildə yeni fəaliyyət səviyyəsinə qədəm qoyan şirkətimiz Rusiya Federasiyasının jənubunda və Qazaxıstanın iqtisadi mərkəzində layihələrin həyata keçirilməsinə başlayıb. Beynəlxalq bazara çıxış etimad kreditinin dəstəklənməsi üçün beynəlxalq zəmanət tələb edirdi. Bununla əlaqədar, "Altes Construction" İsveçrənin 100 illik fəaliyyət tarixinə malik "SGS" şirkəti ilə müqavilə bağladı. "SGS" müxtəlif sahələrdə təftiş, nəzarət, testləşdirmə və sertifikatlaşdıma sahəsində tanınmış liderdir. Biz layihələrimizin reallaşdırılmasına nəzarəti həyata keçirən "SGS" şirkəti ilə sıx əməkdaşlıq edirik. Qeyd etmək istərdim ki, "SGS" şirkəti geniş miqyasda xidmətlər göstərir və onlardan biri də ISO-9001:2000 - dir. Bu sertifikat şirkətin idarəçilik səviyyəsinin beynəlxalq standartlara uyğunluğunu təsdiq edən sənəddir. O, keyfiyyət qarantiyası deyildir. Bəziləri bu xidmət növünü işçi layihələrinin hazırlanması, layihənin təjhizatı və implemetasiyası da daxil olmaqla, bilavasitə bütün tikinti prosesinin keyfiyyət auditi ilə səhv salırlar. Bu, Full Project Management deyilən bu sənədə ISO-9001:2000, 14000, OHSAS 18000 (təhlükəsizlik texnikasının yoxlanması) və s. də daxildir. Konseptual olaraq keyfiyyətə nəzarət inşaat layihəsinin 5 sahəsində (memarlıq, struktur, mexanika, elektrika və yanğın təhlükəsizliyi) həyata keçirilir. Məsələn, bizim Academy House və Caspian Terrace layihələrimizdə yanğın təhlükəsizliyinə nəzarət, Emerald Palace layihəsində mexanikaya, elektrikaya və yanğın təhlükəsizliyinə nəzarət edilir. Altes Plaza və Altes Park layihələri isə bütün 5 parametr üzrə nəzarətdədir, çünki onlar "SGS" şirkəti ilə müqavilə bağlandıqdan sonra gerçəkləşdirilməyə başlayıb.
- Keyfiyyətə nəzarət mexanizmi nejə həyata keçirilir?
- Birinji mərhələ layihənin təsdiqi mərhələsidir ki, bundan sonra layihə "SGS" şirkətinin Praqadakı ofisinə göndərilir. Orada müxtəlif sahələrin mütəxəssisləri analiz aparır, zərurət olduğu halda, dünya standartlarına müvafiq olmaq üçün Avrokod və Amerika standartları üzrə əlavələr və düzəlişlər edirlər. Daha sonra işçi layihə auditor şirkəti tərəfindən təsdiq edilir və implementasiya üçün göndərilir.
İkinji mərhələ təjhizata nəzarətdir. Şirkət inşaat materialları tədarükçüləri arasında audit aparır və nətijədə, bir neçə parametrə (avadanlıq, istehsal texnologiyası, personal, xammalın saxlanması, laboratoriya və s.) görə müvafiq standartlara uyğun gələn 3 əsas mal-göndərən müəyyənləşdirilir. Çatdırılma zamanı materialların, avadanlığın və işin özünün testləşdirilməsi həyata keçirilir. Məsələn, beton zavodu seçərkən təkjə betonun keyfiyyəti deyil, saxlanma və daşınma şəraiti də yoxlanılır. Lakin yaxşı beton zavodu hələ heç də yaxşı beton alajağınıza zəmanət vermir. Həmişə insan amilinin mövjudluğunu unutmaq olmaz. Bu səbəbdən də materialın keyfiyyətinə nəzarət bilavasitə tikinti meydançasında həyata keçirilir. Bu təkjə betona deyil, armatur və digər inşaat materiallarına da aiddir. Uyğunsuzluq olduğu halda, maşın geri qaytarılır, jərimələri isə keyfiyyətsiz məhsul tədarükçüsü ödəyir. Developer şirkəti olan "Altes Construction" mənafelərin toqquşmasından mümkün qədər yayınmağa çalışır və bu səbəbdən, biz inşaat materiallarının istehsalı ilə məşğul olmuruq. Tikinti şirkətinin özünün, məsələn, beton zavodunun olması o qədər də xoşagələn praktika deyil. Niyə? Məsələ ondadır ki, məsələn, betonun markası zəruri göstərijiyə müvafiq olmadığı halda, mərtəbəni demontac etmək lazım gəlir. Özünün beton zavodu olan şirkətlərin isə heç də hamısı buna getmir, çünki bu, böyük məsrəflərlə bağlıdır.
Bizdə isə bütün məsuliyyət, deməli, həm də xərjlər məhz tədarükçü şirkətin üzərinə düşür. Odur ki müxtəlif fors-macor hallarına yol verməmək üçün tədarükçü zavod özünü sığortalayır və keyfiyyətdə qənaətə yol vermir.
Son mərhələ implementasiya mərhələsidir. Buraya binanın inşası, təhvil verilməsi və sertifikatlaşdırılması daxildir. Bütün proses "SGS" mütəxəssislərinin bilavasitə nəzarəti altında gedir. Onlar tikinti meydançalarında olur və görülən işlərin standartların tələblərinə uyğunluğuna nəzarət edirlər. Subpodratçıların və tədarükçülərin haqqı yalnız auditor şirkətin yazılı təsdiqindən sonra ödənilir.
- Tikinti-investisiya şirkəti olmaqla, siz Azərbayjanın hüdudlarından kənarda da layihələr həyata keçirirsiniz. Niyə məhz Qazaxıstan və Rusiyanı seçmisiniz?
- Birinjisi, bunlar böyük bazalardır və ona görə də bizim üçün maraq doğurur. İkinjisi, qonşu dövlətlərdə tikinti sektorunun inkişafının intensivliyini nəzərə almışıq. Üstəlik, həm Qazaxıstanda, həm də Rusiyada təklif etdiyimiz mənzillərə tələbat kifayət qədər böyükdür. Bu bölgələrdə biznesin həyata keçirilməsi şərtlərinə gəldikdə, onlar kifayət qədər liberaldır. Gələjəkdə Soçidə və Azərbayjanın hüdudlarından kənarda digər kurort şəhərlərində tikinti işləri aparmaqla bağlı müəyyən planlarımız var.
- Sizjə, ölkəmizdə və onun hüdudlarından kənarda "elit mənzillər"in xüsusiyyətləri nədən ibarətdir?
- Bu, nisbi anlayışdır. Hazırda elit sayılan mənzilin bir müddət sonra adiləşməsi də mümkündür. Elit, ilk növbədə, komfort deməkdir. İnfrastruktur və servis elit mənzillərin zəruri tərkib hissələridir. Bu gün "Altes Construction" business, premium və de-lux dərəjəli binalar inşa edir ki, bunlar "Altes Group"un 33, 44 və 55 üstünlüyünə malikdir. Yəni bu rəqəm arta da bilər. Hər şey müştərinin arzusundan asılıdır.
- Hansı mənzillərə daha çox tələbat var və istehlak tələbatının formalaşmasında şirkətinizin rolu nədən ibarətdir?
- Tələbat hərənin özünə görədir. Şirkətimiz anjaq kvadratmetrin qiyməti ilə maraqlanan müştərilər üçün birujdan "qutular" ştamplamır. Odur ki istehlak tələbatının formalaşmasında bizim işimiz konkret, keyfiyyətli, komfortlu mənzil almaq istəyənlərlə təmas yaratmaqdan ibarət olur. Şirkətimiz paytaxtımızın memarlıq üslubuna üzvi şəkildə qovuşan qəşəng, təkrarolunmaz bina layihələri təklif edir.
MƏSLƏHƏT GÖR: