14 Mart 2025

Cümə, 22:46

BAKI İLƏ BRÜSSEL BİR-BİRİNƏ DAHA DA YAXINLAŞIR

Azərbaycan Avropa qonşuluq siyasətində iştirakının ilk nəticələrinə yekun vurur

Müəllif:

01.10.2007

Azərbayjan üçün bütün sentyabr ayı, faktik olaraq, Avropa İttifaqının "bayrağı altında" keçdi. Ayın əvvəlində Brüsseldə "Avropa qonşuluğunun möhkəmlənməsi üçün birgə iş" adlı konfrans oldu. Bu tədbirdə Azərbayjanın xariji işlər naziri Elmar Məmmədyarov, iqtisadi inkişaf naziri Heydər Babayev və əsasını Azərbayjan Avropaya İnteqrasiya üzrə Milli İjtimai Komitəsinin təşkil etdiyi vətəndaş jəmiyyəti təmsilçilərindən ibarət böyük qrup iştirak edirdi.

Konfransda giriş sözü ilə çıxış edən Avropa Komissiyasının prezidenti Coze Manuel Barrozu bildirdi ki, qitənin bütün ölkələri qarşısında eyni məqsədlər və problemlər dayanır və bu, qarşılıqlı fəaliyyəti və əməkdaşlığı daha da vajib edən məqamdır.  Barrozu Aİ-nin Ukrayna və Azərbayjanla uğurlu münasibətlərini bu baxımdan yüksək qiymətləndirdi və hazırda Əljəzair və İordaniyanın da həmin ölkələrin təjrübəsini öyrəndiyini vurğuladı. 

Plenar ijlasda çıxış edən Elmar Məmmədyarov isə öz növbəsində Bakının Avropaya inteqrasiya xəttinə sadiqliyini, Azərbayjan hökumətinin bu istiqamətdə qarşıya qoyulan öhdəliklərə əməl etməyə hazır olduğunu bildirdi.

İlk baxışdan, Avropa İttifaqı ilə Azərbayjanın əməkdaşlığının pozitiv qiymətləndirilməsi bir qədər gözlənilməz təsir bağışlayır. Çünki Azərbayjanın Avropa Qonşuluq Siyasətinə (AQS) qoşulması prosesi o qədər də sürətlə getmir. Bu istiqamətdə hazırlıq işləri hələ də başa çatdırılmayıb və Brüssellə Bakı arasında razılaşdırılan və 3 il ərzində Azərbayjana 90 milyon avronun ayrılmasını nəzərdə tutan "İndikativ proqram" hələ də imzalanmayıb. 

Ola bilsin ki, ölkəyə böyük miqdarda neft dollarları gələn Azərbayjan məmurları üçün bu vəsait o qədər də böyük görünmür. Amma istənilən halda, ondan maksimum səmərə götürmək mümkün və vajibdir. Axı ölkədə siyasi və vətəndaş azadlıqlarının təminatı, məhkəmə, korrupsiya və digər sahələrdə problemlərin olduğu sirr deyil. 

Lakin görünür, bu gün Brüssel üçün Azərbayjanla enerci sahəsində əməkdaşlıq daha vajibdir. Bu sahədə isə tərəflər arasında tam anlaşma və həmrəylik müşahidə olunur.

Sentyabrın ortalarında Bakıda Milli Məjlis və Avropa Parlamentinin üzvlərindən təşkil olunmuş komitənin növbəti, sayja 8-ji birgə ijlası da keçirilib. Qeyd edək ki, yerli və avropalı parlamentarilər arasında belə görüşlər 1999-ju ildən başlayaraq, növbə ilə Bakıda və Brüsseldə təşkil edilir. 

Tədbirin açılış mərasimində çıxış edən Azərbayjanın baş nazirinin müavini, Avrointeqrasiya üzrə Dövlət Komissiyasının rəhbəri Abid Şərifov Avropa İttifaqı ilə əməkdaşlıq sahəsində əldə edilən bəzi nətijələr barədə danışdı. Onun sözlərinə görə, TASİJ proqramının uğurla həyata keçirilməsindən sonra Azərbayjan Avropa İttifaqı ilə münasibətlərini AQS formatında uğurla inkişaf etdirir və gələjəkdə də bu istiqamətdə irəliləmək fikrindədir.

Avropalı parlamentarilər Bakıda Milli Məjlisin vitse-spikeri Valeh Əsgərovun rəhbərlik etdiyi deputat qrupu ilə aparılan məsləhətləşmələrlə yanaşı, xariji işlər, müdafiə, ədliyyə və digər nazirliklərdə də görüşlər keçiriblər. Bu görüşlərdə Azərbayjanla Aİ arasında qarşılıqlı münasibətlərin bütün aspektləri - iqtisadiyyatdan tutmuş, təhsil və mədəniyyət sahələrinədək - müzakirə edilib. Regional inkişaf və Dağlıq Qarabağ münaqişəsinə də xüsusi diqqət ayrılıb. Avropalı parlamentarilərdən ibarət nümayəndə heyətinə rəhbərlik edən Mari Ann İsler Bequin Azərbayjanın Aİ-yə üzvolma istiqamətində səylərini xüsusi qeyd edərək bildirib ki, qurum üçün yalnız enerci məsələləri deyil, həmçinin insan hüquqlarının qorunması və xüsusilə, söz və mətbuat azadlıqlarının təmin edilməsi də vajibdir.

Ümumilikdə götürdükdə Brüssellə Bakı arasında münasibətlər, həqiqətən də, inkişaf edir. Bu ilin sonunadək Bakıda Avropa İttifaqının tamhüquqlu nümayəndəliyinin açılmasının planlaşdırılması da bunu bir daha sübuta yetirir. Azərbayjan Avropaya inteqrasiyanı özünün xariji siyasətinin prioritetlərindən biri sayır. Prezident İlham Əliyev tərəfindən təsdiqlənən təhlükəsizlik konsepsiyasında balanslaşdırılmış xariji siyasətə sadiqliklə yanaşı, Avroatlantik məkana inteqrasiyanın prioritet olduğu da açıq şəkildə göstərilir. Bu isə təbiidir: Avropa Azərbayjanın aparıjı iqtisadi-tijari tərəfdaşıdır. Ölkənin tijarət dövriyyəsinin 60%-dən çoxu məhz Köhnə Dünya (Avropa) ölkələrinin payına düşür. Azərbayjan qabaqjıl texnologiyaları məhz Avropadan alır ki, onlardan istifadə ilə infrastruktur, sənaye və kənd təsərrüfatı sahələri müasirləşdirilir, həmçinin orada müasir menejment və s. öyrənilir.

Azərbayjanın Avropa vektoru yalnız Brüssel ilə tərəfdaş münasibətlərinin qurulması ilə deyil, həm də Aİ üzvü olan ölkələrlə ikitərəfli siyasi və iqtisadi münasibətlərin inkişaf etdirilməsi ilə reallaşdırılır. Belə ölkələrin arasında Fransa, Almaniya, Böyük Britaniya, İtaliya kimi nəhənglərlə yanaşı, Polşa, Rumıniya və Litva kimi dövlətlər də var. 

Yeri gəlmişkən, adı sonunju çəkilənlərin təjrübəsi Bakı üçün daha önəmlidir və onun öyrənilməsinə ehtiyaj var. Çünki bu ölkələr də vaxtilə Azərbayjan kimi keçmiş sovet-kommunist sisteminin əsiri olsalar da, sonradan həyata keçirilən uğurlu islahatlar nətijəsində NATO və Avropa İttifaqının tamhüquqlu üzvlərinə çevriliblər. Prezident İlham Əliyevin bir müddət əvvəl Litvaya etdiyi kifayət qədər dolğun səfərini də məhz bu aspektdən qiymətləndirmək lazımdır. Bu səfər zamanı Litva prezidenti Valdas Adamkusun bildirdiyi kimi, Vilnüs Aİ bazarlarına daxil olma, həmçinin Avropa standartları, tarif baryerləri, normativ bazalar, hüquqi islahatlar kimi sahələrə oriyentasiya məsələlərində Bakı ilə təjrübəsini bölüşməyə hazırdır. O öz ölkəsinin NATO və Aİ-nin dəhlizlərində Azərbayjana lobbiçilik edə biləjəyini də bildirib.

Əlbəttə, dost münasibətlərin və dəstəyin Bakıya heç bir ziyanı yoxdur. Amma istənilən halda, Avropaya inteqrasiyada əsas işləri Azərbayjan hökuməti, biznesi və vətəndaş jəmiyyəti özü görməlidir. AQS-nin digər iştirakçıları kimi, Azərbayjanın da qarşısında Aİ məkanında istifadə edilən 80 min səhifəlik hüquqi mətnlərin milli qanunverijiliyə daxil edilməsi tələbi durur. Tərəfdaş ölkələrin Aİ ilə əməkdaşlıqdan səmərə qazanması üçün başlıja şərt qanunverijiliklərin uyğunlaşdırılmasıdır. Burada isə söhbət yalnız inteqrasiya proqramlarında iştirakdan və texniki yardım alınmasından yox, həm də nəhəng Avropa bazarlarına çıxmaq və Aİ ölkələrinin illərlə göstərdikləri səylər nətijəsində əldə etdikləri inkişafa - azadlığa, təhlükəsizliyə və qanunların aliliyinə nail olmaqdan gedir.

Azərbayjanın QUAM-dakı tərəfdaşları Avropaya inteqrasiya sahəsində Aİ ilə assosiasiyalar haqqında müqavilələr bağlanmasından istifadə edirlər. Bu müqavilələrin məğzini iqtisadi inteqrasiya və siyasi tərəfdaşlıq təşkil edir. Danışıqlar prosesi ilə yanaşı, Ukrayna, Moldova və Gürjüstan   Aİ tələblərinə tam javab verən yeni qanunverijiliyin qəbulu, regionlar səviyyəsində birbaşa əlaqələrin qurulması və işgüzar əməkdaşlıq istiqamətində də konkret addımlar atır.

Xatırladaq ki, Aİ ilə assosiasiyaya dair saziş variantları olduqja çoxdur və onların heç də hamısının məğzi eyni deyildir. Bəzi sənədlər tərəfdaş ölkəyə quruma üzvlüklə əlaqədar şərt qoyur, digəri isə yox. Razılaşmaların bir hissəsi son dərəjə təfərrüatlı xarakter daşıyır, dərin inteqrasiya yolu ilə irəliləməyə imkan verir, əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün son dərəjə geniş sahələri əhatə edir. Azərbayjanın Avropaya inteqrasiya strategiyasını hazırlayan vəzifəli şəxslərin bütün bu xüsusiyyətləri və nüansları bilməsi vajibdir. Məlum olduğu kimi, sözügedən strategiya Milli Fəaliyyət Planı vasitəsilə reallaşdırılır və orada ölkənin Avrointeqrasiyada keçməli olduğu mərhələlər və yollar əks edilib, konkret tədbirlər nəzərdə tutulub, onların reallaşdırılması üçün vəsait ayrılıb və buna məsul  qurumlar, məmurlar müəyyənləşdirilib.

Avropa İttifaqı ilə AQS kontekstində əməkdaşlıqdan Azərbayjan və ümumilikdə region üçün həyati əhəmiyyət daşıyan problemlərin həllində istifadə edilməsi də vajibdir. Məsələn, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin indiki durğunluqdan çıxarılması istiqamətində Brüsselin fəallaşajağı gözlənilir. Bir müddət əvvəl Avropa İttifaqının Jənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin məsələ ilə bağlı açıqlaması da bunu bir daha təsdiqləyir. "Avropa İttifaqının fəaliyyəti ATƏT-in Minsk Qrupunun işinin davam etdirilməsi və dəstəklənməsinə yönəldiləjək. Biz Dağlıq Qarabağın ijmaları arasında qarşılıqlı etibar və əlaqələrin yaranması üçün çox iş görə bilərik.Belə imkan yalnız bizdə var. Çünki yalnız Aİ Azərbayjanla Ermənistan arasında strateci əməkdaşlığı inkişaf etdirir", - deyə diplomat qeyd edib. 

Brüssel müharibədən əziyyət çəkənlərin reabilitasiyasına, işğal olunmuş ərazilərin bərpasına böyük həjmdə vəsait ayrılmasına hazır olduğunu nümayiş etdirməklə, münaqişənin həllinə maliyyə stimulu da yaratmağa çalışır. Eyni zamanda, birbaşa siyasi və iqtisadi vasitələrlə yanaşı, dolayısı ilə mədəni-sivil faktorların effekti də böyük ola bilər. Avropaya inteqrasiya sərhədləri şəffaflaşdırılmaqla, Ermənistan-Azərbayjan və Ermənistan-Türkiyə qarşıdurmasının aradan qalxmasına töhfə verə bilər.

Maraqlıdır ki, Avropaya inteqrasiya prosesini irəli aparan başlıja faktor AQS iştirakçısı olan hökumətlər və Aİ-nin strukturlarıdır. Lakin biznesin və vətəndaş jəmiyyətinin bu prosesə qoşulmasını təmin etmədən, dayanıqlı, uzunmüddətli nətijələrə ümid etmək mümkün deyil. 

Vətəndaş jəmiyyətinin tanınmış üzvlərini, aparıjı qeyri-hökumət təşkilatlarının rəhbərlərini, müstəqil ekspertləri özündə birləşdirən  Avropaya İnteqrasiya üzrə Azərbayjan Milli İjtimai Komitəsi artıq həm Avropa İttifaqı və həm də Azərbayjan hökuməti tərəfindən tanınıb. Aİ təmsilçilərinin mütəmadi olaraq komitənin həmsədrləri (onlardan biri bu sətirlərin müəllifidir) və üzvləri ilə məsləhətləşmələr aparması, həmçinin bu ilin yayında qurumun XİN-lə birgə keçirdiyi konfrans bunu bir daha sübut edir.

Bununla yanaşı, dialoqla kifayətlənmək olmaz. Əhalinin böyük bir hissəsinin Avropaya inteqrasiyanı bilavasitə müşahidə etməsi və onun bəhrəsini görməsi vajibdir. Məsələn, hazırda Azərbayjanla Avropa İttifaqı arasında viza reciminin xeyli sadələşdirilməsi məsələsi gündəmdədir. Rusiya da daxil olmaqla, bir çox ölkələr bu məsələdə bizi dalda qoyub. Yerli biznesmenlər isə öz məhsul və xidmətlərini Avropa bazarlarına çıxara biləjəyi vaxt Avrointeqrasiyanın praktiki səmərəsini hiss edə biləjəkdir. 

Bir müddət əvvəl Moldovanın Aİ ilə azad tijarət haqqında razılaşma əldə etmə Moldova nümunəsini nəzərə alsaq, bunun tamamilə mümkün olduğu üzə çıxar. 

Azərbayjan isə hələ ÜTT-yə qəbul məsələsini belə çözə bilməyib.

AQS-nin əlavə ehtiyatları subregional əməkdaşlıq alətlərindən istifadədir ki, buna misal kimi Avropa İttifaqının Qara dəniz təşəbbüsünü göstərmək olar. Elm, təhsil və mədəniyyət sahəsində proqramların Avropa istiqamətində genişləndirilməsi, əmək miqrasiyasının sadələşdirilməsi və nizamlanması vətəndaşlar üçün Avropaya inteqrasiyanı vajib prosesə çevirə, onu konkret təminatla daha da möhkəmləndirə bilər. Azərbayjan ijtimaiyyəti arasında aparılan sorğular ölkənin Avropaya inteqrasiyasının əhali tərəfindən dəstəkləndiyini göstərsə də, ölkənin AQS-də iştirakının əhəmiyyətinin anladılması üçün təbliğat və maarifləndirmə işlərinə ehtiyaj var. Qonşu Gürjüstandan nümunə götürüb Azərbayjanda da Avropa rəmzlərinin (bayraqlar, etiketlər, kepka, futbolka) yayılması yaxşı olardı. Madam ki Avropa məkanına inteqrasiya dövlət səviyyəsində xariji siyasətin prioritetlərindən elan edilib, Avrointeqrasiya Problemləri İnstitutunun yaradılması ilə bunun elmi-analitik baxımdan möhkəmləndirilməsi məqsədəuyğun olardı. 

Qeyd edək ki, belə strukturlar artıq Rusiya, Ukrayna və bir sıra Avropa ölkələrində fəaliyyət göstərir.

Sentyabrın sonlarında keçirilən ümumi komissiyanın ijlasında Azərbayjanın AQS-də iştirakının ilk rəsmi nətijələri haqda danışılıb. Təbii ki, uğurlu startdan yaranan məmnunluq tərəflər arasında bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı mövjud imkanların qarşısını almamalıdır. Konkret siyasi və iqtisadi məsələlərin həlli zamanı Azərbayjanın Avropaya əsaslı inteqrasiyasının yalnız Avropa dəyərlərinin mənimsənilməsi halında mümkün olduğunu da unutmaq olmaz. Bu dəyərlərin əsasını insan hüquqlarına hörmət, qanunilik və tolerantlıq təşkil edir. 

Bu məsələdə isə, demək olar ki, hər şey özümüzdən asılıdır.


MƏSLƏHƏT GÖR:

371