15 Mart 2025

Şənbə, 00:41

ÜZEYİR ZİRVƏSİ

Artıq 6-cı ildir ki, dahi azərbaycan bəstəkarı üzeyir hacıbəyovun doğum günü milli musiqi günü kimi qeyd olunur

Müəllif:

15.09.2007

18 sentyabrın Milli musiqi günü kimi  qeyd olunmasının təşəbbüsçüsü ümummilli lider Heydər Əliyev  olmuşdur. Həmin gün Azər-bayjan milli operasının banisi  Üzeyir Hajıbəyovun xatirəsi bir daha anılır, onun əsərlərindən ibarət konsertlər verilir, sərgilər və digər bayram tədbirləri təşkil edilir. Bizim hər birimiz üçün Üzeyir Hajıbəyov ilk növbədə Azərbayjanın professional musiqi sənətinin təməlini qoyan dahi bəstəkardır. O, yeddi opera, üç operetta, romanslar və onlarja digər kiçik həjmli musiqi əsərlərinin müəllifidir. Amma o həm də özündən sonra böyük bir məktəb qoyub-getmiş publisist, dramaturq, pedaqoq, tədqiqatçı alim və nəhayət, avamlıq girdabında batan millətin inkişafında böyük rol oynamış ijtimayi xadimdir. 

 

Üzeyir ömrünün keşməkeşləri

Üzeyir Hajıbəyov 1885-ji ilin 18 sentyabrında indiki Ağjabədi rayonunda kənd müəllimi Əbdülhüseyn Hajıbəyovun ailəsində anadan olmuş, bir müddət sonra bütün ailə Şuşaya köçmüşdür. Üzeyir ibtidai təhsilini  Şuşanın  ikisinifli rus-tatar məktəbində almışdır. O, 1899-ju ildə təhsilini davam etdirməkdən ötrü Gürjüstandakı Qori Müəllimlər Seminariyasında oxumağa getmişdir. Üzeyir imtahanları müvəffəqiyyətlə verdikdən sonra, tatar şöbəsinə qəbul olunmuşdur. Seminariya illəri (1899-1904) Hajıbəyovun həyatında  yeni,  mühüm  mərhələyə çevrilmişdir. O, seminariyada dünya mədəniyyətinin injiləri ilə tanış olmuş, klassik musiqiyə böyük maraq göstərmişdir. Elə ilk kiçik əsərlərini də bu seminariyada bəstələmişdir. Seminariyada musiqi dərsləri də keçirilirdi. Bütün şagirdlər hökmən skripkada çalmağı öyrənir, simli orkestrdə və xorda iştirak edirdilər. Gənj Üzeyir də skripka və bariton çalmağı öyrənmişdi. Gələjəyin dahi bəstəkarına Qorinin mədəni həyatı güjlü təsir göstərmişdi. Seminariyanın şagirdlərini tətil zamanı Tiflisə də aparırdılar. Onlar Tiflisdə  opera teatrına gedərək, Qərbi Avropa bəstəkarlarının operalarını dinləməkdən xüsusi həzz alırdılar. 1904-jü ildə Qori seminariyasını bitirdikdən sonra, Üzeyiri təyinatla  Azərbayjanın Hadrut kəndinə müəllimlik etməyə göndərmişdilər. O, bu kənddə  rus dili, ədəbiyyat, tarix, hesab dərslərini tədris etməklə yanaşı, uşaqlara musiqi və mahnı oxumaq  dərsləri də keçirdi. Hajıbəyov bir ildən sonra Bakıya  köçərək müəllimlik fəaliyyətini Bakının özündə və  neft rayonu Bibiheybətdə   davam etdirmişdir. O, tənqidçi- publisist   kimi fəaliyyətə başlamışdı.  Üzeyir Hajıbəyovun  publisistik fəaliyyəti çoxtərəflidir. Onun "İrşad", "Həqiqət", "Tərəqqi" kimi qəzet və curnallarda  "Ordan-burdan" başlığı ilə dərj etdirdiyi  məqalə və felyetonlarda həllini gözləyən məişət məsələlərindən, aktual siyasi ideyalardan, Azərbayjan xalqının maariflənməsi uğrunda mübarizədən  və s. bəhs olunurdu. O həm də  musiqimizin injiləri sayılan əsərlər yazmağa başlamışdı. 22 yaşında ikən Ü.Hajıbəyov Şərqdə ilk opera sayılan "Leyli və Məjnun"u yazmışdı. 1909-ju ildə yazdığı "Ər və arvad" operettası ilə isə Azərbayjanda musiqili komediya canrının təməlini qoymuşdur.

 Onun 1921-ji  ildə  təşkil etdiyi Azərbayjanın ilk musiqi məktəbi üç ildən sonra musiqi texnikumuna çevrilib, 1925-1926-jı illərdə isə Azərbayjan Dövlət Konservatoriyasının tərkibinə qatılıb.  Üzeyir Hajıbəyovun rəhbərlik etdiyi musiqi məktəbi "Türk Musiqi Məktəbi" adlanırdı. Azərbayjan gənjləri bu məktəbdə  təhsil alırdılar. 1925-ji ildə azərbayjanlı tələbələrin fəal iştirakı ilə  opera teatrının səhnəsində  "Arşın mal alan" tamaşası oynanılmışdı. Müəllifin diricorluğu ilə göstərilən bu tamaşa böyük uğur qazanmışdı. Üzeyir bəy Türk Musiqi Məktəbində  nəzəriyyədən, harmoniyadan, Azərbayjan muğamlarının  əsaslarından  dərs deyirdi; tədris planına xor, Azərbayjan xalq çalğı alətlərində notla çalmaq dərslərini də salmışdı.  Üzeyir bəy 1931-ji ildə notla çalan ilk Azərbayjan xalq çalğı alətləri orkestrini yaratmışdı.  1936-jı ildə Azərbayjan Dövlət Xorunu təşkil etmişdi. Üzeyir Hajıbəyovun 1932-ji ildə yazmağa başladığı və 1936-jı ildə ərsəyə gətirdiyi  "Koroğlu" operası ilk dəfə səhnəyə 1937-ji ildə qoyulmuş, 1938-ji ildə Moskvada keçirilən Azərbayjan mədəniyyəti ongünlüyündə   böyük uğur qazanmışdır. "Koroğlu" Azərbayjanın musiqi mədəniyyətinin əlçatmaz zirvəsidir.

Üzeyir Hajıbəyov 1937-ji ildən ömrünün sonuna qədər  SSRİ Ali Sovetinin  deputatı olmuşdur. Stalin mükafatı laureatı adına layiq görülmüşdür.

Bütün bu sadalananlar Üzeyir Hajıbəyovun 63 illik həyatının və 45 ildən artıq fasiləsiz fəaliyyətinin ən qısa xronologiyasıdır. Bu quru faktların arxasında isə tükənməz daxili potensiala və enerciyə malik insanın həyat yolu durur. 

 

"Arşın malçı"ya dikilən erməni gözü

Həyatıboyu iki dəfə (1905, 1918-ji illər) ermənilərin azərbayjanlılara qarşı silahlı hüjümünün janlı şahidi olmasına baxmayaraq, Üzeyir bəy xalqına məxsus ürəkaçıqlığı ujbatından riyakar ermənilərin oğurluq faktlarına göz yumub. O deyib ki,  qoy ermənilər  oğurluq etsinlər. Onu da bilsinlər ki, Azərbayjan musiqisi öz güjünü  tükənməz  qaynaqlardan alır. Onların oğurluğu musiqimizin zənginliyinə xələl gətirə bilməz. 

Əsrlərboyu bizim mədəniyyətimizdən, musiqimizdən, tariximizdən və nəhayət ki, torpaqlarımızdan oğurluqları ilə  öz saxta tarixlərini yaradan, bu gün isə həmin "tarix"lərinin qədimliyini sübuta yetirməyə çalışan ermənilər bir zaman dahi Üzeyir bəyin "Arşın mal alan" əsərinə  sahib çıxmaq fikrinə düşmüşdülər. Bu oğurluğun çox maraqlı tarixçəsi var. 

Bu tarix 1913-jü ildə başlayıb. Çünki 1913-jü il Ü. Hajıbəyovun dünyanı dolaşmış bu çox məşhur əsərinin  yaranma tarixidir. Həmin il Peterburq Konservatoriyasında təhsil alan bəstəkar üçpərdəli "Arşın mal alan" komik operasını  yazmış və  onu konservatoriyanın rektoru, məşhur rus bəstəkarı Aleksandr Konstantinoviç Qlazunova göstərmişdi. Əsərlə tanış olan bəstəkar tələbəsinə bu komik operanın Şərq dünyasının şedevri olajağını və dünyanı dolaşajağını demişdi. Üzeyir bəy əsərin partiturasını Bakıdakı sənət dostları Müslüm Maqomayev və Hüseynqulu Sarabskiyə göndərmişdi. Onlar da   bu komik operanı səhnəyə qoymaq üçün hazırlamağa başlamışdılar. Azərbayjan səhnəsində tamaşaya qoyulan bu əsər az bir zamanda sevilmiş və məşhurlaşmışdı. Qafqazın digər xalqlarının da dillərinə tərjümə olunub səhnələşdirilmiş bu əsər geniş xalq kütlələri tərəfindən böyük məmnunluqla qarşılanmışdı.

1905-ji ildə Maqalyan soyadlı erməni recissoru Üzeyir bəyə bu operanı tərjümə edərək səhnələşdirmək arzusunda olduğunu bildirmiş və rəsmiləşdirilmiş  hüquqi  sənədlə, lakin heç bir pul ödənişi olmadan müəllifin razılığını almışdı. Maqalyan librettonu  erməni dilinə çevirdikdən sonra, əsər 1921-ji ildə Türkiyədə, daha sonra Yunanıstanda oynanılmışdı. Bu əsərin yaxşı gəlir və böyük şöhrət gətirdiyini görən recissor bu dəfə daha zirək tərpənərək, əsəri Amerikaya aparmaq qərarına gəlmişdi. O, əsərin əsl müəllifinin, yəni Üzeyir Hajıbəyovun adını göstərmədən "Şərq motivləri" adı ilə  tamaşaya qoymuşdu. Burada əsər Maqalyana onu gözlədiyindən qat-qat artıq mənfəət və şöhrət gətirmişdi. Başabəla oğru recissor Maqalyan qısa müddətdə Üzeyir bəyin komik operası sayəsində zəngin kapital toplaya bilmişdi. Azərbayjanlı sənətkardan oğurladığı əsərlə əldə etdiyi gəliri stabilləşdirmək məqsədilə, qapısına "Arşın mal alan" yazılmış otel də tikdirmişdi. Lakin bu da dələduz erməninin son hiyləsi deyildi. O, 1930-ju ildə Mamulyan soyadlı digər bir erməni ilə Üzeyir Hajıbəyovun "Arşın mal alan" komik operasının  motivləri əsasında eyniadlı film çəkmiş və  yenə də əsəri  öz adlarına çıxmışdılar. Bu nankor ermənilər filmi bir neçə ölkəyə satmağa  müvəffəq  olmuşdular.

1942-ji ildə İranda səfərdə olan Azərbayjanın mədəniyyət xadimləri - Süleyman Rüstəm, Şəmsi Bədəlbəyli, Qılman İlkin və b. Mamulyanın çəkdiyi filmin İranda nümayiş etdirildiyinin şahidi olmuşdular. Onlar Azərbayjana qayıtdıqdan sonra Üzeyir bəylə görüşmüş və bu xəbəri  ona çatdırmışdılar. Bu xəbərdən hiddətlənən bəstəkar elə həmin gün Azərbayjan KP MK-nın birinji katibi Mirjəfər Bağırova mürajiət edir. Bu xəbərdən məyus olduğunu bildirən M.J.Bağırov Üzeyir bəyin Moskvaya mürajiət etməsini məsləhət görür. Bəstəkar belə də edir. Sovet İttifaqının ozamankı xariji işlər naziri Molotova mürajiət məktubu yazır və özünün müəlliflik  hüqüqlarının bərpa olunmasında dövlətin köməyinə ümid  bəslədiyini  bildirir. Molotov Üzeyir bəyin məktubunu İosif Stalinə çatdırır. Bir müddət sonra gejəyarısı Sovet İttifaqı Kinematoqrafçılar Birliyinin sədri Bolşakov Üzeyir bəyin mənzilinə zəng edərək deyir ki, sizin mürajiətinizlə şəxsən yoldaş Stalin tanış olub. Sovet İttifaqının "Ümumdünya Müəllif Hüquqlarının Müdafiə Konvensiyası"na daxil olmadığı səbəbindən, sizin müəlliflik hüquqlarınızı birbaşa müdafiə etmək imkan xarijindədir. Lakin yoldaş Stalin Azərbayjan kinostudiyasında əsərinizin motivləri əsasında eyniadlı filmin çəkilməsi və hazır olandan sonra bütün dünya ölkələrinə yayılması haqqında göstəriş verib".

İkinji Dünya müharibəsinin getdiyinə baxmayaraq, 1942-ji ildə Bakı Kinostudiyasına "Arşın mal alan" filminin çəkilişləri üçün əlli milyon rubl məbləğində pul ayrılmışdı. Görkəmli recissor Əlisəttar Atakişiyevin 1945-ji ildə çəkib-qurtardığı və baş rolları məşhur sənətkarlarımız Rəşid Behbudovun, Leyla Bədirbəylinin janlandırdığı bu film dünya kinosevərlərinin indiyədək də məmnuniyyətlə baxdıqları  ekran  əsəridir. "Arşın mal alan" dünya xalqlarının 66 dilinə tərjümə edilmiş, 49 ölkədə tamaşaya qoyulmuş, 3 dəfə Bakıda (1917,1945,1966), bir dəfə   də   ABŞ-da ekranlaşdırılımışdır.

 

Üzeyir ruhu Şuşa həsrətində

Təəssüflər olsun ki, bütün dünyanı dolaşan "Arşın mal alan" bu gün doğma Şuşanın küçələrini dolaşa bilmir. Ona görə dolaşa bilmir ki, Üzeyiri və onlarja digər böyük şəxsiyyəti yetişdirən, Azərbayjan musiqisinin beşiyi olan Qarabağ torpağı düşmən erməni tapdağı altındadır. Bu həmin düşməndir ki, vaxtilə "Arşın mal alan"ı oğurlayaraq öz adına çıxmağa çalışmışdı. Amma onların bu hiyləsi baş tutmadı, çünki tarix saxtalığı və saxtakarları  sevmir.  Nə saxta qazıntılar, nə alban xaç abidələrinin özününküləşdirilməsi təşəbbüsləri, nə də Azərbayjanın mədəniyyət tarixi sərvətlərinin erməniləşdirilməsi jəhdləri zamanın ələyindən keçməyəjək. Gej-tez Azərbayjan öz əzəli torpaqlarını mənfur ermənilərdən geri alajaq və Üzeyir bəyin Koroğlusu yenə də jıdır düzündə at oynadajaq, "Arşın mal alan" isə qədim küçələri dolaşaraq özünə yar axtarajaq. Yalnız onda Qarabağ üzərində dolaşan Üzeyir bəyin ruhu yenidən rahatlıq tapajaq. 


MƏSLƏHƏT GÖR:

494