Müəllif: Səkinə Sultanqızı Bakı
Son illər məmurların dilindən "islahat" sözünü tez-tez eşitməkdəyik. Təjrübə göstərir ki, bu heç də boş söz deyil. Həqiqətən, artıq heç kimi ən çeşidli yeniliklər, xüsusən də müxtəlif nazirlik və idarələr, yəni bilavasitə əhali ilə işləyən strukturlar tərəfindən tətbiq olunan sosial yönümlü yeniliklərlə təəjjübləndirmək mümkün deyil. Bəzi islahatlar əhali tərəfindən böyük rəğbətlə qarşılanır, bəziləri isə jəmiyyətdə mübahisələr doğurur.
15 sentyabr əlamətdar tarixdir və o artıq yaxınlaşmaqdadır. Bir neçə ildir ki, ölkəmizdə yeni tədris ili əvvəllər olduğu kimi, sentyabrın 1-də deyil, payızın bu ilk ayının ortasında başlayır. Lakin yalnız sevinj doğurmalı olan yeni dərs ili uşaqlar və onların valideynləri üçün növbəti sınağa çevrilir. Orta təhsil sistemində islahatlar tam sürətlə irəliləyir və yəqin ki, yeni 20072008-ji tədris ili yeniliklərin sayına görə ən yaddaqalan dövr olajaq.
Məktəbli forması
Dərs ilinin başlanması ərəfəsində Azərbayjan Respublikasının təhsil naziri Misir Mərdanov "Vahid məktəbli formasının tətbiqi haqqında" 953 saylı əmr imzalayıb. Nazirlər Kabinetinin təsdiq etdiyi "Təhsil Qanunu"nun 48-ji maddəsinə və məktəblər haqqında əsasnamənin 58-ji bölməsinə əsasən, Təhsil Nazirliyinin rəhbərliyi Azərbayjanın bütün məktəblərində vahid məktəbli formasının tətbiqinə qərar verib. Burada həm də məktəb müdiriyyətinin, müəllimlərin, valideyn komitələrinin, təhsil sistemi işçilərinin ijtimaiyyət arasında bu məsələyə dair izahat işləri aparması nəzərdə tutulub. Nazir M.Mərdanovun sözlərinə görə, Azərbayjan müstəqillik qazandıqdan sonra məktəb formasının "olub-olmamasına" dair çox müxtəlif rəylər söylənirdi. Bu məsələ uzun müddət müzakirə olundu.
"İjtimaiyyətlə Təhsil Nazirliyinin rəyləri fərqli idi. Lakin Təhsil Nazirliyi tezliklə məktəblərdə forma tətbiq etməyi qərara aldı. Yəqin zaman özü bu qərarı şərtləndirdi. Doğrudur, məktəblərimizin əksəriyyəti üçün məktəbli formasının tətbiqi gözlənilməz olmayajaq. İndiyə qədər məktəblərdən vahid formanın tətbiqini tələb edən hər hansı bir sənəd olmasa da, ölkənin əksər ümumtəhsil müəssisələrində əvvəllər də geyimə müəyyən tələblər verilirdi", - deyə nazir qərarı şərh edib.
Yeri gəlmişkən, o, məktəbli formasının qiyməti barədə də danışıb. Ölkə təhsil idarəsinin rəhbərinin sözlərinə görə, onun qiyməti 30-50 manat arasında olajaq. Deməliyik ki, bu rəqəmlər əksər ailələri, xüsusilə yaşayış səviyyəsi aşağı olanları şok vəziyyətinə salıb. Bu da təəjjüblü deyil. Axı hələ çoxuşaqlı ata-anaları nəzərə almasaq, məsələn, 2-3 şagird olan ailələrə məktəbli forması baha başa gələjək. Bundan başqa, yaddan çıxarmayaq ki, formadan əlavə, uşaqlar üçün qalan məktəb ləvazimatını - dəftər, qələm, karandaş, bəzi dərsliklər, idman forması, çanta da almaq lazım olajaq. 15 sentyabr ərəfəsində övladları üçün məktəb ləvazimatı almış valideynlərin dediyinə görə, paytaxtın ən ujuz qiymətli mağazalarından alınmış mallardan ibarət "məktəbli səbəti"nin qiyməti 60 manat jivarında olub.
Məktəblilər üçün vahid formanın tətbiqinin vajibliyinə dair əhalinin və nazirliyin rəyləri kəskin fərqlidir. Təhsil Nazirliyi ümumtəhsil məktəblərində demokratik, sağlam mənəvi-psixoloci atmosferi təmin etmək, şagirdlər arasında sosial bərabərlik hissi formalaşdırmaq üçün vahid məktəbli forması tətbiq etməyi qərara alıb. Lakin valideynlərin əksəriyyəti bu addımın siniflərdəki sosial təbəqələşmənin qarşısını ala bilməyəjəyinə əmindirllər.
Paytaxt sakini, iki şagird anası Şəhla Məmmədova hesab edir ki, bütün uşaqlar vahid forma geysələr belə, imkanlı ailələrin uşaqları yenə ümumi kütlədən seçiləjəklər: "Varlı həyatın atributları onsuz da belə ailələrin uşaqlarını fərqləndirəjək. Mobil telefonları, bahalı məktəb ləvazimatını, uşaqları məktəbə gətirib-aparan maşınları heç kim qadağan etməyəjək, ona görə də məktəbli formasının tətbiqinə ehtiyaj görmürəm".
Lakin Təhsil Nazirliyinin ümumi təhsil şöbəsinin müdiri Arif Muradov belə düşünmür. Onun fikrinjə, məktəbli forması, hər şeydən əvvəl, şagirdləri tərbiyə edir: "Bu yenilik uşaqlar arasındakı sosial fərqləri yumşaldajaq, həm də onları daha intizamlı edəjək. Bundan əlavə, məktəbli forması şagirdlərin təhsilə daha məsuliyyətlə yanaşmalarına səbəb olur".
Müsahibimizin sözlərinə görə, məktəbli formasına keçid tədrijən reallaşajaq, lakin heç kim ölkənin bütün məktəblilərini ümumi standartlarla geyindirmək fikrində deyil. Məktəbli formasına verilən əsas tələblər ənənəvi - ağ-qara geyimi nəzərdə tutur. A.Muradovun məlumatına görə, bu il ibtidai sinif şagirdləri mütləq qaydada məktəbli formasına keçəjək, növbəti tədris ilindən isə bu geyim ölkənin bütün ümumtəhsil məktəblərində tətbiq olunajaq. Maraqlıdır ki, dəbin, atelyenin, formanın parçasının seçimini nazirlik məktəb direktorlarının öz öhdəsinə buraxıb. Qeyd etmək lazımdır ki, uşaq və yeniyetmə geyimlərinin hazırlanması ilə həm də gigiyena və epidemiologiya üzrə mütəxəssislər, psixoloqlar, həmçinin bir sıra digər mütəxəssislər məşğul olmalıdır. Məktəbin bu yeniliyin öhdəsindən nejə gələjəyi hələlik aydın deyil. Doğrudur, Təhsil Nazirliyi vəd verir ki, hələ vaxt olduğuna görə, heç bir məktəb valideynləri forma almağa məjbur edə bilməz, çünki bu qərar növbəti ildən tam qüvvəyə minəjək.
Uşaq hüquqlarının qorunması liqasının sədri Yusif Bəkirov əmindir ki, məktəbli formasının tətbiqi şagirdlərin valideynləri üçün yalnız əlavə maliyyə problemləri yaradajaq. Onun fikrinjə, bu yeniliyi ijtimaiyyətlə müzakirə etmək lazım idi, çünki o, 1,6 milyon şagirdin marağına toxunur.
Y.Bəkirovun fikrinjə, iki komplekt formanın qiyməti kənd əhalisi üçün xüsusən baha olajaq. Forma gündəlik geyimi əvəz etmədiyindən, valideynlər əlavə geyimlər almaq üçün vəsait axtarmağa məjbur olajaqlar.
Bu əsnada təkjə şagirdlərin deyil, müəllimlərin də geyimini dəyişmək meylləri yaranıb. Belə ki, Bakı Təhsil İdarəsində qadın müəllimlərin şalvarda məktəbə gəlməsini düzgün hesab etmirlər. Bu məsələ, hətta idarədə müzakirə mövzusuna çevrilib və məktəb direktorlarına tövsiyə olunub ki, pedaqoqların işə hansı geyimdə gəldiklərinə nəzarət etsinlər. İdarənin şöbə müdiri Zəminə Əliqızı problemin yaxın vaxtlarda Təhsil Nazirliyində müzakirə olunajağını bildirib. O həmçinin qeyd edib ki, bu yalnız Bakı məktəblərinə aid ediləjək.
Bu bəyanat hüquq müdafiəçilərinin də dəstəyini qazanıb. Azərbayjan Qadınlarının Hüquqlarını Müdafiə Jəmiyyətinin hüquq müdafiəçisi Sədaqət Paşayeva əmindir ki, jəlbediji geyim, o jümlədən dar şalvarlar şagirdlərin tərbiyəsinə və təhsilinə neqativ təsir göstərir. "Əlvan geyim, makiyac və saç düzümü şagirdlərin diqqətini təhsildən yayındırır, ona görə də məhdudiyyətlər tətbiq olunmalıdır", - deyə o, fikrini bildirib.
Tədris yerdəyişmələri
Ümumtəhsil sahəsində yeniliklər, deyəsən, yalnız şagird və müəllimlərin zahiri görünüşünün dəyişdirilməsi ilə yekunlaşmayajaq. Məlum olub ki, 2008/09-ju tədris ilində orta məktəblərdə "Əlifba"dan istifadə olunmayajaq. Bu barədə Azərbayjan Təhsil Nazirliyi dərsliklər və nəşriyyatlar şöbəsinin müdiri Faiq Şahbazlı məlumat verib. Onun sözlərinə görə, milli kurrikulumun tətbiqi ilə əlaqədar 2008/09-ju tədris ilində birinji siniflərdə tədris prosesində "Əlifba"nı yeni dərslik - "Ana dili" ilə əvəz etmək qərara alınıb. O, "Əlifba"nın materiallarını və oxu mətnlərini əhatə edəjək. Əvvəllər bu vəsaitlər ayrı-ayrılıqda tədris edilirdi. Yeni dərsliyin hazırlanması üçün tender elan olunub. Gələn ilin mayında vəsaitin qiymətləndirilməsi və növbəti tədris ilində onun şagirdlərə təqdim olunması planlaşdırılır.
Jari tədris ilinin maraqlı yeniliklərindən biri də şagirdlərin biliklərinin qiymətləndirilməsi ilə bağlı olajaq. Təhsil naziri Misir Mərdanovun sözlərinə görə, biliklərin gündəlik qiymətləndirilməsi sistemi ləğv olunajaq. Lakin hələ bu da yekun deyil.
Bu ilin tədris yenilikləri sırasında orta təhsil müəssisələrinin məktəb proqramında ibtidai və yuxarı siniflərdə yeni fənlərin nəzərdə tutulması maraq doğurur. Belə ki, yeni tədris ilindən ibtidai siniflərdə "İnformatika və həyati əsaslar" , yuxarı siniflərdə isə "Gənjlərin çağırışa qədərki hazırlığı" fənləri tədris olunajaq.
Yeri gəlmişkən, sonunju fənnin proqramlarının tərtibində Təhsil Nazirliyinin əməkdaşları ilə birlikdə Fövqəladə Hallar Nazirliyinin işçiləri də iştirak ediblər.
"Gənjlərin çağırışa qədərki hazılığı"nın tətbiqi ilə İHH-nin ("İbtidai həbi hazırlıq") ləğv olunajağı və bu kursun yeni fəndən nə ilə fərqləndiyinə dair suallar meydana çıxır.
F.Şahbazlının bizə dediyinə görə, yeni fənn İHH-dən köklü surətdə fərqlənəjək və muasir Azərbayjan reallıqlarını əks etdirməyə başlayajaq. Bu fənn 10-11-ji siniflərdə tədris olunajaq. Fərqlərin nə dərəjədə dərin olajağı və konkret nələri əhatə edəjəyi hələlik məlum deyil. Amma belə bir fikir yaranır ki, bu fənn yalnız işarə qoyulmaq üçün formal siyahıya əlavə olunajaq.
Aydındır ki, ölkəmiz illərlə elan olunmamış müharibə şəraitində yaşadığından, böyüyən nəslin, heç olmasa, elementar hərbi biliklərə yiyələnməsi vajibdir. Digər tərəfdən, məsələn, adı çəkilən İHH-nin bu məsələ ilə əlaqədar faydalı məlumat verdiyini və hərbi iş bajarıqlarının formalaşmasına yardım göstərdiyini iddia etmək bir qədər şişirtmə olardı.
Vaxtilə İHH gənjlərin hərbi təhsilə yiyələnməsində əhəmiyyətli rol oynayırdı, lakin o zamanlar çoxdan keçmişdə qalıb. Bu fənn həm sıravi hazırlığı, həm avtomatla tanışlığı, həm də tibbi yardımın əsaslarını ehtiva edirdi. Bundan başqa, vaxtaşırı bir neçə günlük çağırışlar keçirilirdi ki, şagirdlər nəzəri biliklərini təjrübədə sınaqdan çıxarsınlar. Belə tədrisin mövqeyi çox sadə idi - oğlanlar güllə atmağı, qızlar isə döyüşlərdə yaralananlara yardım göstərməyi öyrənirdilər.
İndi hər şey başqa jürdür və məktəblərin əksəriyyətində heç avtomat maketləri, əl qumbarası modelləri belə yoxdur; tədris silahından isə hətta danışmağa dəyməz, yəni İHH-nin tədrisi üçün vajib olan maddi-texniki baza mövjud deyil. Ən yaxşı halda, divarlardan məktəblilərə döyüş silahının təsvir olunduğu köhnə, tozlu plakatlar baxır.
Belə məşğələlər çox darıxdırıjı keçir və şagirdlər yeni biliklər qazanmaq yox, dərsin sonunadək birtəhər oturmaq haqqında fikirləşir, çox vaxt isə onlara lazımsız görünən dərsdən qaçırlar.
Yuxarı sinif şagirdlərinin əksəriyyəti vurğulayır ki, İHH nəzəriyyə və plakatların nümayişi ilə kifayətlənməyib, onlara əsgəri xidmətin əsaslarına dair təjrübi bajarıqlar aşılamalıdır, bəziləri isə bu fənnə məktəbdə anjaq fakültətiv formada yer olduğunu israr edirlər.
Xatırladaq ki, hələ keçən il məktəblərdə İHH-nin ləğv olunajağı barədə şayiələr dolaşırdı. Təhsil naziri Misir Mərdanov o zaman məlumatı təkzib etdi, amma Azərbayjanda bu fənnin tədrisinin istənilən səviyyədə olmadığını da vurğuladı. O dövrdə Fövqəladə Hallar Nazirliyi ilə Təhsil Nazirliyi arasında imzalanan birgə əməkdaşlıq barədə razılaşma əsasında xüsusi proqram hazırlandı.
Bu işin nətijəsi məlumdur: İHH-nin yerini tuta biləjək yeni fənn tətbiq olunajaq, lakin onun uzunömürlülük dərəjəsini yalnız zaman göstərə bilər.
Sirr deyil ki, milli məktəblərimizdə xeyli sayda fənnin tədrisi indiyə qədər sırf formal xarakter daşıyır, bununla əlaqədar, onların məktəb proqramında saxlanması vajibliyini şübhə altına almaq olar. Belə ki, Qərb ölkələrində məktəblilər öyrənmək istədikləri fənləri seçmək imkanına malikdirlər, əlbəttə, bu, məjburi fənlərə, tutalım, riyaziyyata, xariji dillərə və s. şamil olunmur. İjbarilik həmişə məhsuldar olmur. Deyək ki, uşağın rəssamlığa meyli yoxdursa, peyzac və natürmort çəkməyə jan atmaqla ondan heç vəjhlə dahi rəssam alınmayajaq.
Və ya nəğmə dərslərində şagirdləri növbə ilə yoldaşları qarşısında oxumağa məjbur edirlər. Bəziləri üçün bu, dərs yox, zövq mənbəyidir, onlar özlərini artıq mikrofonla səhnədə görürlər. Başqaları üçün isə bü, əsl işgənjədir: axı onlar bilirlər ki, "qulaqlarını ayı tapdalayıb".
Çoxları bu dərslərin fakültətiv keçirilməsi haqqında ağıllı fikirlər yürüdürlər; onda uşaqlar ürəkləri istəyən məşğuliyyəti seçə bilərlər. Əks halda, onlar qüvvə və vaxtlarını boş yerə sərf edərək, bu məşğələlərdən nə konkret nətijə, nə də mənəvi zövq alırlar.
Permanent problemlər
Ölkəmizin təhsil sistemində indiyə qədər kifayət miqdarda "ağ ləkələr" var və bəzən bu seqmentdə islahatlara nədən başlamağın daha məqsədəuyğun olduğunu müəyyənləşdirmək çətinlik törədir. Pedaqoci kadrların kifayət qədər yüksək olmayan səviyyəsi, bölgələrdə müəllimlərin çatışmaması, dərsliklərlə əlaqədar qarışıqlıq - bu, ölkənin "təhsil problemləri"nin tam olmayan siyahısıdır.
Misal üçün, 2007-2008-ji tədris ilində Naxçıvan MR Şahbuz rayonunun 23 orta məktəbinə I-X siniflər üçün 23 müəllim tələb olunur. Bu məlumat rayon təhsil şöbəsindən verilib. İHH müəllimlərinə tələbat xüsusilə yüksəkdir- bu fənn üzrə 20 müəllim çatışmır. Ermənistanla sərhəddə yerləşən Şada kənd məktəbinin 11 müəllimə ehtiyajı var. Bu dağ kəndində artıq 88 yerlik məktəb binası tikilir. Eyni zamanda, dövlətimiz artıq ölkənin ujqar yerlərində işləməyə razılaşan mütəxəssislərə maddi dəstək verməyə başlayıb. Təhsil nazirinin sözlərinə görə, bu il bölgələrə 1308 gənj mütəxəssis göndərmək planlaşdırılır.
Eyni zamanda, əksər məktəblərin binasının, maddi-texniki bazasının yeniləşdirilməsi, qazanxanaların tikilməsi kimi problemlər hələ də qalmaqdadaır. Bu gün üçün Azərbayjanda minə yaxın orta məktəb qəza vəziyyətindədir və əsaslı təmirə ehtiyajı var; yeni məktəblərin tikilməsi və köhnələrin təmiri məqsədilə 2-2,2 mlrd manat tələb olunur.
75-80 tədris müəssisəsi çox pis vəziyyətdədir. Bu, əsasən, ötən əsrin 20-30-ju illərində tikilmiş anbar və klub tipli binalarda yerləşdirilən məktəblərdir. Bu haqda Təhsil Nazirliyi iqtisadiyyat şöbəsinin müdir müavini Orxan Kərimov məlumat verib.
Onun sözlərinə görə, nazirlik "2008-2012-ji illərdə yeni binaların və məktəblərin əsaslı təmiri, tikilməsinə dair Dövlət Proqramı" layihəsini hazırlayaraq hökumətin müzakirəsinə verib. Yaxın zamanlarda prezidentin onu təsdiqləyəjəyi gözlənilir. Təhsil Nazirliyinin nümayəndəsi inandığını bildirib ki, "onun reallaşması qəza vəziyyətində olan məktəblər problemini həll etməyə imkan yaradajaq".
Bununla yanaşı, qeyd etmək lazımdır ki, son illər Azərbayjanda hökumətin, fond və xariji şirkətlərin hesabına yeni avadanlıqlarla təjhiz olunmuş 1000-ə yaxın məktəb tikilmiş, onların maddi-texniki bazası beynəlxalq standartlara uyğunlaşdırılmışdır. O.Kərimov məlumat verib ki, Azərbayjan Respublikası prezidentinin bu yaxınlarda imzaladığı "Qəza vəziyyətində olan ümumtəhsil məktəbləri üçün yeni binaların tikilməsi və bir sıra məktəblərdə əsaslı təmirin aparılması" haqqında sərənjam 21 məktəbi əhatə edəjək.
Yeni binaların tikintisini və bir sıra tədris müəssisələrində əsaslı təmir aparılmasını tezləşdirərək işləri 2007-ji ildə başa çatdırmaq məqsədilə Prezidentin Ehtiyat Fondundan Təhsil Nazirliyinə 14 mln manat ayrılajaq. Siyahıya Ujar, Jəlilabad, Qobustan, Şamaxı, Kürdəmir, Qusar, Salyan rayonlarında və Bakıda yerləşən, qısa müddətdə təmir olunması nəzərdə tutulan məktəblər daxil edilib. Bundan başqa, həmin regionlarda yeni binaların tikilməsi də nəzərdə tutulur.
Beləliklə, dərs ili artıq başlayıb, müəllimlərə, valideynlərə və şagirdlərə yalnız ümid etmək qalır ki, yaxın zamanda dövlətin əsas təhsil idarəsi onları təkjə növbəti islahatlarla şoka salmayajaq, həm də ölkə təhsilinin ardınja illərlə sürünən "köhnə" problemlərin həlli ilə jiddi surətdə məşğul olajaq.
MƏSLƏHƏT GÖR: