14 Mart 2025

Cümə, 11:30

QORXUSUZ VƏ ŞÜBHƏSİZ…

Fondun yaradılmasını depozit sahiblərinin hüquqlarının qorunmasının daha bir forması kimi qiymətləndirmək olar

Müəllif:

15.09.2007

İKB "NİKoyl" İdarə Heyətinin sədr müavini Emil Məmmədovla müsahibəmiz də elə bu və başqa aktual suallarla bağlıdır

- Əmanətlərin Sığortası Fondu bank sektorunun inkişafı üçün nə dərəjədə mühümdür?

- Dövlətin pul-kredit siyasətinin  reallaşdırılmasında  agent funksiyasını əsasən maliyyə institutları, daha doğrusu,  əsasən banklar yerinə yetirirdi. Onların fəaliyyəti ölkənin iqtisadiyyatı üçün son dərəjə zəruridir. Ona görə ki, bu qurumlar ödəmə sisteminə daxil  edildiyindən, depozit sahiblərilə borj  alanlar arasında fəal vasitəçi rolunu oynayır 

Qeyd etmək lazımdır ki, likvid və ödəniş qabiliyyətinə malik  problemlərə çox həssas olan bank sistemi geniş borjalanlar dairəsinə kredit  verir və bunun risklilik dərəjəsini heç də həmişə dərhal qiymətləndirmək mümkün olmur. Axı əslində ölkəni maliyyə təhlükəsizliyi təminatı sistemini formalaşdırmağa  nə  məjbur  edir? Banklar iflasa uğradığı təqdirdə, depozit sahiblərinin zərər çəkə bilmələri təhlükəsi və panika epidemiyası adlandırılanın yayılma risqinin azaldılması zəruridir. Rusiyada 17 avqust 1998-ji ildən sonra başlanan bank böhranını yada salaq. Yeri gəlmişkən, bir ildən sonra - 1999-ju ildə Rusiyada Əmanətlərin Sığorta Fondu (ƏSF) yaradıldı. Həmin fond konkret məqsəd - əhalinin banklara inamını qaytarmaq  məqsədi  güdürdü. Belə bir fondun yaradılmasını istənilən ölkənin siyasi-iqtisadi strategiyasının dürüst müəyyənləşdirilmiş xətti kimi səjiyyələndirmək olar. Ölkəmizdə ƏSF yaradılması isə bankların etibarlılığı, sabitliyi vəziyyətinin və əhalinin onlara olan etimadının daha da möhkəmləndirilməsinə yönəldilib.   

- Başqa sözlə, bunu depozit sahiblərinin hüquqlarının müdafiəsinin daha bir forması kimi qəbul etmək olarmı?

- Şübhəsiz, depozitlərin sığortalanması onların sahiblərini bankların ödəniş qabiliyyətinə malik olmamasından müdafiə edir. Lakin bu heç də bankları ödəniş qabiliyyəti olmamaqdan qorumağa yönəldilməyib. Depozitlərin sığortalanması onların sahiblərini bankların durumunun və onların aktivlərinin keyfiyyətinin monitorinqini keçirmək kimi çətin bir vəzifədən azad edir. Eyni zamanda bu, bütövlükdə bank sisteminə inamı saxlayır. Depozit sahiblərinin fors-macor halları baş verən zaman depozitlərini banklardan  təlaş içərisində  tələm-tələsik çıxarajaqları ehtimalını  azaldır. 

- Bu sistemin işinin uğurlu olmasından hansı əsaslarla danışmaq olar?

-Bu, ölkənin milli bank sisteminin nə dərəjədə  sağlam olduğundan asılıdır. Əmanətlərin sığortalanması sistemi milli maliyyə sisteminin sabitliyinə imkan yaradır. O şərtlə ki, bu sistem ölkənin yaxşı  qurulmuş maliyyə təhlükəsizliyi sisteminin bir hissəsi olmaqla, jəmiyyətin etimadını qazanmaq üçün depozitlərin sığortalanması sistemini yaxşı təşkil etsin, həmçinin, jəmiyyət üçün anlaşıqlı  olsun. Bu sistem yetərinjə  tənzimlənməli, daim  nəzarətdə saxlanmalı, mühasibat uçotu və informasiya verilişi dəqiq aparılmalı, qüvvədə olan qanunverijilik  tələblərinə  jiddi  riayət edilməlidir.

Yadda saxlamaq lazımdır ki, depozitlərin sığortalanması sistemi eyni zamanda müflisləşmiş bankların yalnız məhdud bir hissəsinin öhdəsindən gələ bilər. Onun sistematik bank böhranı şəraitində müstəqil şəkildə duruş gətirəjəyinə inam bəsləmək mümkünsüzdür.

- Fonda üzvlük şərtlərindən razısınızmı?

- Hazırda fondun təklif etdiyi şərtlər bütün zəruri amilləri və bankların istəklərini nəzərə alır. Ona görə ki, banklar  fondun yaradılması ərəfəsində   kifayət qədər fəallıq  göstərmiş, xeyli sayda  işə yararlı   tənqidi fikirlər səsləndirmişdilər.  İnamla demək olar ki,  fondun işi   getdikjə təkmilləşəjək, müəyyən təjrübə toplanajaq və beləliklə də  inkişaf üçün  lazımi şərait yaradılajaq.

- Görülən işlər dünya praktikasına nə dərəjədə uyğundur?

- Əmanətlərin sığortalanması sistemi bir çox ölkədə mövjuddur və hər yerdə  eyni məqsəd - həm bütövlükdə maliyyə sisteminin, həm də bank sektorunun möhkəmləndirilməsi məqsədi güdülür. Anjaq  həmin  strukturun bu və ya digər ölkəsində yaradılmasına imkan verən amillər fərqli ola bilər.

- Depozit bazarında durum nejə dəyişəjək? Bu, faiz dərəjələrinə təsir göstərəjəkmi?

- Hazırda fiziki şəxslərin əmanətləri bazarı bank xidmətləri bazarının ən dinamik inkişaf edən seqmentidir. Əhalinin əmanətlərinin sığortalanması fondunun yaradılması bank sisteminə etimadı yalnız güjləndirə və bu sistemin depozit bazasının artım tempinə müsbət təsir göstərə bilər. Hüquqi şəxslərin depozitlərindən fərqli olaraq (adətən, onlar müəssisələrin  hesablaşma hesablarına xidmət göstərən banklara təhkimdir), əhalinin əmanətlərinin bu və ya digər banka sabit loyallığı yoxdur. Bunun nətijəsindədə, fiziki şəxslərin artmaqda olan gəlirləri banklar arasında sərt rəqabət mübarizəsinin predmetinə çevrilir. Əlbəttə, bankların faiz dərəjələrindən əmanət axınını güjləndirmək məqsədilə manipulyasiya etmək halları da var. Lakin faiz dərəjələri bir çox amillərdən asılıdır. Əmanətlərin sığortalanması fondunun bazarda iştirakı öz-özlüyündə  stavkaya güjlü təsir göstərə bilməz. Ölkə iqtisadiyyatı möhkəmləndikjə, bankların kapitallaşması yüksəldikjə və banklara daha ujuz resursların axını güjləndikjə, faiz dərəjələri də aşağı düşməlidir.


MƏSLƏHƏT GÖR:

333