
ÖZƏLLƏŞDİRMƏNİN İKİNCİ NƏFƏSİ
Onun ikinci mərhələsində hökumət əvvəlki səhvlərə yol verməməyə çalışır
Müəllif: İlahə MƏMMƏDLİ Bakı
Azərbayjanda özəlləşdirmə həyata keçirildiyi dövr ərzində, şübhəsiz, hissolunajaq dərəjədə dəyişikliklərə məruz qalıb. Obyektivlik xatirinə etiraf etmək lazımdır ki, dəyişikliklər, əsasən, müsbət xarakterlidir. İqtisadi islahatlar, sahibkarlığın inkişafına üstünlük verilməsi, ölkənin bütövlükdə bölgədəki rolu və onun potensialı dövlətsizləşdirmə sahəsindəki dəyişikliklərin yalnız müsbət-yönlü olmasını labüd edir. Dövlət əmlakının özəlləşdirilməsi sahəsində uğurlar güjlü, rəqabət qabiliyyətli, diversifikasiya olunmuş bazar iqtisadiyyatına gətirib- çıxarmalıdır. Bu, Azərbayjanda dövlət əmlakından istifadənin səmərəliliyinin artırılması üzrə tədbirlərin genişləndirilməsi ilə nətijələnməlidir.
Birinji jəhd alınmadı
Azərbayjan hökumətinin dövlət müəssisələrinin özəlləşdirilməsinə başlamasından, demək olar ki, 12 il keçib. Anjaq Azərbayjanda əmlakın dövlətsizləşdirilməsi prosesi keçid dövrünü yaşayan digər ölkələrdəkinə nisbətən daha gej (kiçik özəlləşdirməyə 1995-ji ildə başlanılıb) başlayıb. Buna baxmayaraq, ilk dövrlərdə o da xeyli sayda mənfi hallarla rastlaşdığından, birinji mərhələ ləngliyə məruz qalıb.
Azərbayjanda dövlət mülkiyyətinin sahibkar mülkiyyətinə verilməsinin başlanğıjında ortaya hüquqi bazada problemlər çıxmışdı, stimullaşdırıjı amillər inkişaf etməmişdi, müəssisələrdə və bütövlükdə iqtisadiyyatda həllini gözləyən problemlər yetərinjə idi. Bütün bunlar indiyədək jəmiyyətin, yerli və beynəlxalq ekspertlərin diqqət mərkəzində qalmaqdadır. Məsələn, zaman göstərdi ki, Azərbayjan dövlət əmlakının qiymətləndirilməsi təjrübəsilə tanış olmadığından, dövlət müəssisələrinin reallığa söykənməyən şişirdilmiş qiymətləri investorları qorxudurdu. Bu məsələdə yeganə istisna 1998-1999-ju illərdə Qaradağ sement zavodunun özəlləşdirilməsi oldu. Zavod avtoritetli Qərb maliyyə məsləhətçisi (Fransanın "Kredi Kommersial de Frans" investiya bankı) jəlb edilməklə fərdi sxem üzrə özəlləşdirildi. Məsləhətçi zavodun aktivlərini hökumətin iştirakı olmadan "dünya beşliyi"nin üzvü olan auditorla birlikdə beynəlxalq standartlar üzrə qiymətləndirdi, obyektin tender (investisiya müsabiqəsi) üçün satışqabağı hazırlığını həyata keçirdi və tenderin özünü də təşkil etdi. Nətijədə, bu özəlləşdirmə layihəsi hələ də postsovet məkanında ən uğurlu layihələrdən biri sayılır, zavod isə sement istehsalını özəlləşdirmədən əvvəlki 200 min tondan indiki 2 mln tona çatdırdı. Bu layihənin reallaşdırılmasında yaxından iştirak edən mənbələr təsdiq edirlər ki, onun Qərb standartlarına müvafiq həyata keçirilməsində o zaman Qaradağ rayonundan deputat seçilən və bu obyektin maksimum səmərəli (maliyyə və sosial baxımdan) özəlləşdirilməsinə maraq göstərən İlham Əliyevin siyasi dəstəyi sayəsində mümkün oldu. Məlumdur ki, investor kontraktın sırf maliyyə şərtlərinin yerinə yetirilməsi, zavodun səhmlərinin alınması ilə yanaşı, öz üzərinə zavod fəhlələrinin və onların ailə üzvlərinin, həmçinin rayon sakinlərinin sosial müdafiəsinə dair öhdəliklər də götürüb.
Azərbayjan hökuməti ilk vaxtlarda, özəlləşdirilən müəssisələrin borjları məsələsində qəti qərara gələ bilmirdi. Bu isə həmin müəssisələrə marağı azaldırdı.
Qiymətli kağızlar bazarının elementlərinin və texniki infrastrukturunun natamam fəaliyyəti kapitalın iqtisadiyyatın sahələri arasında hərəkətini çətinləşdirir və xariji investorların özəlləşdirmə prosesində iştirak imkanlarını xeyli dərəjədə azaldırdı.
İlk proqramın reallaşdırılması prosesində özəlləşdirmənin o qədər də adekvat olmayan metodlarından istifadə edilirdi. İş hətta Azərbayjan xalqının mental xüsusiyyətləri ilə əlaqədar çətinliklər yaranması ilə nətijələnirdi Özəlləşdirmə prosesinin özündəki aşkar nöqsanlar, korrupsiya və bəzi rəhbər işçilərin səriştəsizliyi, administrativ aparatda islahatların natamamlığı, qeyri-neft sektoruna qoyulmuş vergi yükü, özəlləşdirilən müəssisələrə maliyyə resurslarını sərfəli faiz dərəjələrilə jəlb etməyə imkan verməyən sərt kredit siyasəti ilə müşayiət olunurdu.
Bütün bu səbəblər dövlətsizləşdirmə prosesinə həm yerli mini-investorlar, həm də neft qoxusunun maqnit kimi çəkdiyi xariji investorlar tərəfindən marağın itirilməsinə gətirib çıxardı. Rəsmi məlumatlara görə, kiçik müəssisələrin 1996-98-ji illərdəki sürətli özəlləşdirilməsi sonrakı illərdə səngidi.
Digər tərəfdən, özəlləşdirmədən sonrakı dövrdə obyektlərə dövlət nəzarətinin olmaması yaradılan özəl müəssisələrin öz aktivlərinin bir hissəsini satmasına yardımçı oldu. O zaman özəlləşdirmə prosesinin şəffaflığının aşağı olması, özəlləşdirmədən önjə müəssisələrin sağlamlaşdırılmaması və i. a. da neqativ rol oynadı.
Təşəbbüs №2
Hazırda hökumət özəlləşdirmənin orta və iri müəssisələrin dövlətsizləşdirilməsini nəzərdə tutan ikinji mərhələsini həyata keçirilməsinə jəlb olunmuşdur. Bu sahədəki siyasətinə düzəlişlər edən hökumət müəssisələrin xüsusi mülkiyyətə verilməsi mexanizmini təkmilləşdirmiş, qanunverijilik bazasını yaxşılaşdırmış və özəlləşdirmə metodlarının sayını yeddiyə çatdırmışdır. Bütövlükdə, ölkədə investisiya şəraiti yaxşılaşmış (lisenziyalaşdırılmalı fəaliyyət növləri ixtisara salınmış, sahibkarlar üçün yaradılmış süni əngəllər aradan qaldırılmışdır və i. a.), makroiqtisadi göstərijilər daha sabit yüksəliş dinamikası nümayiş etdiməyə başlamışdır.
Digər tərəfdən, Azərbayjan prezidentinin dövlət əmlakının özəlləşdirilməsinə və dövlət müəssisələrinin idarə olunması prosesinin təkmilləşdirilməsinə dair əlavə tədbirlər haqqında 23 avqust 2006-jı il tarixli Sərənjamına müvafiq olaraq, dövlət mülkiyyətinin dövlətsizləşdirilməsi qaydası da dəyişdirilmişdir. Belə ki, investisiya müsabiqələrinə çıxarılan səhmlər paketi 85%-dən 51%-ə qədər azalmışdır,onun 15%-i isə, əvvəllər olduğu kimi, qapalı abunə yolu ilə əmək kollektivinə verilir. Qalan səhmlər isə səhm paketi investisiya müsabiqəsi və ya fərdi layihələr üzrə satışa çıxarılandan sonra (əmək kollektivinə verilən hissə çıxıldıqdan sonra), bərabər hissələrə bölünməklə pul və çek hərrajlarına çıxarılır. Əvvəllər dövlət müəssisələri investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilərkən (85%), qapalı abunədən qalan paket də müsabiqəni udan investora verilirdi. Nətijədə, o, investisiya müsabiqəsi vasitəsilə, demək olar ki, bütün səhm paketinə sahib olurdu.
Birinji mərhələdə özəlləşmə çeklərindən investisiya müsabiqələrində qismən ödəniş vasitəsi kimi istifadə edilməsi çek bazarında zəif rezonans yaradırdı. İkinji özəlləşdirmə proqramının qəbulu isə uzun müddət çek bazarını bərpa etməyə qadir olmadı. Bu, böyük özəlləşdirmənin ilkin mərhələsindəki investisiya durğunluğu ilə bağlı idi. Çek bazarında janlanma 2002-ji ildən başladı. Nətijədə, çeklərin qiyməti $9-11-ə qədər artdı və hazırda da həmin qiymət qalmaqdadır.
Hökumətin 1 iyul 2007-ji il yekunlarına həsr olunmuş ijlasında Azərbayjanın Dövlət Əmlakını İdarəetmə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun verdiyi məlumata görə hazırda özəlləşdirmə prosesinin gedişində 15 mln dövlət özəlləşdirmə çeki və 2 mln özəlləşdirmə opsionu hesabdan silinmişdir.
1997-ji ildən başlayaraq ölkədə 7,8 mln özəlləşdirmə payı (bir payda 4 çek olmaqla) buraxılıb. Onların qüvvədə qalma müddəti dəfələrlə uzadıldıqdan sonra, özəlləşdirmə payları 1 yanvar 2008-ji ildə dövriyyədən çıxarılajaqdır.
Yeri gəlmişkən, son vaxtlar çeklərin hesabdan silinməsi prosesində fəallıq müşahidə olunmaqdadır. Silinmək üçün çek və opsionlar təqdim edilməsi tələbinin qoyulduğu investisiya müsabiqələri kifayət qədər tez-tez keçirilməyə başlayıb. Ayda 2 dəfədən az olmamaqla çek hərrajları da keçirilir. Silinmənin üsullarından biri də əmək kollektivlərinin özəlləşdiriliən müəssisələrin səhmlərinə güzəştli abunə olunmasıdır ki, bu yolla artıq 1,3 milyon dövlət özəlləşdirmə çekini silmək imkanı yaranmışdır.
Nəzərə çarpan nətijələr
Özəlləşdirmə proqramının reallaşdırılması sahəsində bugünkü duruma gəldikdə, artıq dövlət əmlakından istifadənin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması haqqında Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin vaxtında və səmərəli həyata keçirilməsi üzrə tədbirlər planı hazırlanıb. İşlərin əlaqələndirilməsi, operativlik və səmərəliliyin təmin olunması məqsədilə Dövlət Əmlakını İdarəetməı Komitəsində daimi əlaqələndiriji komissiya yaradılıb. Müəssisələrlə aidiyyətli dövlət orqanları arasında səmərəli əlaqə mexanizmi yaradılması, həmçinin nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi zamanı nəzarət üçün koordinatorlar təyin olunub. Dövlət Proqramının ijrasından ötrü təxminən 30 normativ-hüquqi sənəd layihəsi işlənib-hazırlanıb. Xariji müəssisələrlə əməkdaşlığın təşkili məqsədilə görülməli və görüləjək tədbirlər də ərsəyə gətirilməkdədir.
Azərbayjan Respublikasının Prezidenti İlham Əliyevin "Dövlət əmlakının saxlanması və idarə olunması mexanizmi haqqında" 6 iyun 2007-ji il tarixli fərmanı ilə investision özəlləşdirilmə və idarəetməyə verilmə qaydaları da təsdiq edilib. Qaydalarda fərdi layihələr və investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən müəssisələrin monitorinqinin keçirilməsi nəzərdə tutulur. Monitorinqlər investisiyaların jəlb olunması pers-pektivlərini, investisiyaların müd-dətini, tamlığını, faktik həjmini, istehsal həjmlərində, müəssisələrin bazar payındakı dəyişikliyi, müəssisələrin rəqabət bajarığını artırmaq üçün görülən tədbirləri, qabaqjıl texnologiyaların tətbiqini, əməliyyat recimini və maliyyə vəziyyətini, aksiyaların sayının və aksionerlərin tərkibinin dəyişilməsini, torpaq mülkiyyətindən istifadəni müəyyənləşdirmək məqsədi ilə keçiriləjəkdir.
Bundan başqa, dövlət əmlakının idarə olunması Dövlət Proqramı, özəlləşdirməönü sağlamlaşdırma və restrukturlaşdırma qaydaları, aksioner jəmiyyətlərdə dövlət paketinin idarə olunması qaydaları təsdiqini tapmış, "Özəlləşdirilən müəssisələrin qiymətləndirilməsi haqqında əsasnamə"yə əlavələr və düzəlişlər edilmişdir.
Dövlət Proqramı dövlət büdjəsinin, müəssisə və təşkilatların vəsaitləri, qrantlar və digər maliyyə yardımları hesabına həyata keçiriləjək. Nazirlər Kabineti özəlləşdirilən müəssisələrin borjlarını tənzimləməli, həmçinin müəssisələrin kapitalında dövlətin payının qeyri-qanuni azaldılmasına yol verən təşkilatların işinə məhkəmə yolu ilə baxılmasına nəzarət etməlidir.
MƏSLƏHƏT GÖR: