15 Mart 2025

Şənbə, 00:30

FENOMEN SİRRİNİN AÇILMASINA DAİR ETÜDLƏR

Tezliklə azərbaycanda məşhur müğənnimiz alim qasımovun yaradıcılığına həsr olunmuş kitabın təqdimat mərasimi keçiriləcək

Müəllif:

01.09.2007

"Alim" adlı kitab  işıq üzü gördü. Bu, məşhur Azərbayjan müğənnisi Alim Qasımova həsr olunmuş ilk fundamental əsərdir. Kitab musiqişünas və publisist Natəvan Faiqin (Mustafayevanın) dördillik gərgin zəhməti  sayəsində ərsəyə gəlib. Əsərin "kiçik təqdimat" mərasimi İsveçrənin Montre  şəhərində keçirilən presticli jaz müsabiqəsində ikinji yerə layiq görülmüş  pianoçu Şahin Növrəslinin  bu ilin  avqust  ayında  təşkil etdiyi mətbuat konfransında  olmuşdur. Həmin tədbirdə  bu  kitab musiqiçiyə müəllifdən və nəşrin sponsorundan minnətdarlıq əlaməti kimi təqdim edilmişdir. Kitabın rəsmi təqdimat mərasiminin  bu ilin  sentyabr  ayında keçirilməsi  nəzərdə tutulub.

Bu kitabın yazılma ideyası nejə   meydana  gəlib? Dörd il  bundan  əvvəl  "Azərbayjan xəbərləri" qəzetinin mədəniyyət şöbəsinin müdiri işləyən Natəvan   xanım  böyük istedada malik müğənnimizin YUNESKO mükafatına layiq görülməsi ilə əlaqədar  ondan  müsahibə alarkən   Alim haqqında  sanballı bir kitab qərarına gəlmişdi. Ona görə ki, söhbət zamanı  dünya şöhrətli xanəndə  musiqişünas  xanıma şikayətlənib demişdi ki,  hər dəfə  xariji turnelərdən qayıdarkən  onun fanatları  ətrafına toplaşaraq ondan xatirə hədiyyələri - yaradıjılığına həsr olunmuş qısametraclı filmlər, məqalələr, kitablar istəyirlər. Alim isə  bütün bunları vermək iqtidarında olmur. Olmayan şeyi nejə verəsən? Bunu böyük ədalətsizlik sayan  Natəvan xanım Alim haqqında fundamental bir kitab yazmaq qərarına gəlmişdi.  Musiqişünas xanımın bu təşəbbüsünü Alim özü də bəyənmişdi. Alim özünün həyat və yaradıjılığı barəsində curnalistdə aydın təsəvvür yaratmaqdan ötrü  onu  ailə məjlislərinə, tələbələri ilə keçirdiyi  muğam dərslərinə dəvət etməyə başlamışdı. Natəvan xanım, hətta Alimin  bu və ya digər kompozisiyalarını lentə aldırma proseslərində də bir müşahidəçi kimi iştirak edir, tərjüməçi funksiyasını yerinə yetirməkdən də çəkinmirdi. Bütün bunlar yeni yazılajaq kitabın anlaşıqlı sücet  xəttinin formalaşmasına xidmət edirdi. Nəhayət ki, kitab ərsəyə gəldi.  Kitabın  redaktoru və ön sözün müəllifi  məşhur yazıçı Çingiz Abdullayev, resenzenti dünya şöhrətli bəstəkar Firəngiz Əlizadə, məsləhətçisi isə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylidir. Amerikanın məşhur violonçelçalanı, əfsanəvi "İpək yolu" ansamblının rəhbəri Yo-Yo-Manın "Mən çox xoşbəxtəm ki, Alim Qasımov ilə bir vaxtda yaşayıram…" sözləri kitabda epiqraf kimi yer alıb. Alimin yaradıjılığı və Natəvan Faiqin publisistikası ilə yaxından tanış olan  daha bir nəfər - dövrümüzün böyük violonçelçalanı Mstislav Rostropoviç də kitabın nəşr olunajağı günü səbirsizliklə gözləyirdi. Əfsuslar olsun ki, böyük sənətkara bugünü görmək qismət olmadı.

Zaman göstərdi  ki, təkjə kitab azlıq edəjək. Çap nəşri ideyasının qığıljımından böyük layihə  atəşi alovlandı. Nəşrə ön sözü tanınmış qələm ustası Çingiz Abdullayev yazıb, elə redaktor da odur. Rəyçi dünya şöhrətli bəstəkar Firəngiz Əlizadə, məsləhətçi  Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylidir. Kitaba epiqraf kimi məşhur amerikalı violonçel  ustası, əfsanəvi "İpək yolu" ansamblının rəhbəri Yo-Yo-Manın sözləri seçilib: "Xoşbəxtəm ki, Alim Qasımovla eyni dövrdə yaşayıram…".

Yeri gəlmişkən, müasirliyimizin daha bir dahi violonçel ifaçısı, Alimin yaradıjılığı və Natəvan Faiqin publisistikası ilə yaxından tanış olan Mstislav Rostropoviç də bu kitabın nəşrini səbirsizliklə gözləyirdi. Əfsuslar olsun ki, tale ona bugünü görməyə aman vermədi…

 

Təkrarsızlıq anları

"Alim" kitabının mətni məqsədli üslub müxtəlifliyini, "parıltılı" tərjümeyi-hala uyğun sücetlikdən xali, əvəzində, bütöv bir sıra məna qatını, çoxplanlı musiqişünas düşünjələrini və həqiqi istedadın pərəstişkarı olan peşəkarın heyranlığını əks etdirən yaradıjılıq nümunəsidir. Onun canr təyinatını  müəyyənləşdirmək  asan  iş deyil, lakin Natəvan xanım özü belə deyir: "Bu kitabın canrı "məhəbbətin etirafıdır". Elə bu səbəbdəndir ki, müəllif yazdığı kitabında publisistika ilə yanaşı, şeirlərə də yer vermişdir. Sərbəst vəznli, "qafiyəsiz  şeirlərə"… Muğamdan danışanda şeirsiz keçinmək olmaz axı".

Kitabda ayrıja olaraq verilmiş şərhlər blokunu  Azərbayjan musiqi mədəniyyətinin bir növ mini-ensiklopediyası saymaq olar. Natəvan Faiq mətndə  xatırladılan və əsərlərindən sitat gətirilən Azərbayjan mədəniyyət və elm xadimləri  haqqında qısa bioqrafik  məlumat verməklə yanaşı, muğamlara aid əsas terminlərin və milli musiqimizin digər məqamlarının izahına  geniş yer verməklə muğamsevərlərin bu bənzərsiz sənət  aləminin dərinliklərinə nüfuz etmələri üçün geniş imkan yaratmışdır. Alimin uşaqlıq illərindən  yaxşı tanıdığı joğrafi obyektlərimizin - Qobustan qavaldaşından tutmuş qayaüstü rəsmlərinədək və Abşeronun  Atəşgahından tutmuş Yanardağınadək heyranlıq doğuran təbiət möhtəşəmliklərinə xüsusi yer ayrılmışdır. Kitabın  mətni vizual hissə  - fotoblok  və  videoblok  ilə (kompüter dizaynı Javanşir Əzizovundur)  üzvi vəhdət təşkil edir. Bu qiymətli nəşr injə zövqlə tərtib olunmuşdur. Kvadratformatlı gözoxşayan  futlyara kitabın Azərbayjan, rus və ingilis dillərində nəşr edilmiş  üç  nüsxəsi qoyulmuşdur. Hər üç kitabda yalnız mətn ümumidir. Nüsxələrin  illüstrasiya  sırasına gəldikdə isə üzqabığı və müəllif üçün xüsusi,  az qala sakral əhəmiyyətli  birinji və axırınjı fotolardan savayı,  heç bir şəkil təkrar olunmur. Bu, bir növ, xanəndənin üçjildli fotoalbomudur. Kitab elə təkjə bu jəhətinə görə Alim Qasımov istedadının pərəstişkarları üçün qiymətli hədiyyədir. Fotoblok materialları   həm müğənninin şəxsi arxivindən, həm də onun fanatlarının kolleksiyalarından  toplanmışdır. Qeyd edilməlidir ki, kitabın Azərbayjan dilindəki nüsxəsində şərhlər bloku verilməyib. Ona görə ki, hər bir azəbayjanlı,  məsələn, tarın nə olduğunu, kimə xanəndə deyildiyini bilir, Nizamini, Füzulini və digər klassik şairlərimizi yaxşı tanıyır. Ona görə də bu danılmaz  həqiqətləri təkrarlamağa ehtiyaj qalmır. Amma  bu qəbildən məlumat əjnəbi oxujular üçün mətnə əsl açar, kod ola bilər. Natəvan Faiq bu şərh blokunu  özünün şəxsi vətənpərvərlik aksiyası hesab edir. Materialların mötəbər məxəzlərə əsaslanmaqla verilməsi xalqımızın mədəni irsini  mənimsəmək hərisliyində olanların - hər şeyi özününkü hesab edən ermənilərin arzularını ürəklərində qoyur. Bu jəhət özünü kitabın vizual sırasında da qabarıq göstərir. Məsələn, kitabın  qoşa illüstrasiya səhifələrinin birində "Aman ovçu", "Qara gilə", "Qarabağ şikəstəsi", "Sarı gəlin" və digər Azərbayjan melodiyalarından götürülmüş məqamlar əsasında  yaradılmış  kollac nümayiş etdirilir.Bu, ermənilərin bizim musiqi şedevrlərimizi  çoxdan bəri inadkarlıqla özlərininki kimi təqdim etməsinə qarşı qoyulan keçilməz səddir.

 

Alimin musiqi dünyasının sirri  

Kitabın illüstrasiyalarının və tərtibatının  müəllifi tanınmış qrafik və heykəltəraş Mirteymurdur. Musiqişünas Natəvan xanım ilə injəsənət xadimi Mirteymur ilə sıx yaradıjılıq təmasında çalışması sayəsində mətn və vizual sıra  arasında üzvi vəhdət meydana gəlmişdir. Mirteymurun "Muğam" qrafik silsiləsi çox təsirli alınmışdır. Onun birinji  vərəqi - musiqi alətləri ilə  natürmort, demək olar ki, eskiz təsiri bağışlayır. İkinji  səhifədə bu fundamental, lakin  sadə özül tədrijən   ornamentlə bəzənməyə başlayır. O, sonra  göz önündəjə  başqa şəkil alır və nəhayət, son vərəqdə  xırda naxışlarla bəzənmiş linear rəsm çox mürəkkəb arabeskə çevrilir. Burada  ornament dolğunluğu  muğamda səsin dolğunluğunu  simvolizə edir.

"Alim" layihəsinin illüstrasiya sırası sürpriz və sirlərlə doludur. Belə ki, tanınmış qrafika ustası Mirteymurun  işləri sırasına  8 yaşlı Nəzrin Məmmədovanın "Muğam" rəsminin daxil edilməsi çox uğurlu alınmışdır. Hətta şrift də sirlə doludur. Məsələn, kitabın üz qabığında "Alim" sözündəki   hərflərdən birinin iti zirvəsinin xeyli yuxarı qalxması  görkəmli xanəndənin  Allah dərgahına yalvarışının ifadəsidir. Alim haqqında yuxarıda xatırladılan filmin  kitabda yer alması onun tərkib hissələrinin  bitkinliyi  ideyasının məntiqi  davamıdır. Disk  kitabın forzasında yerləşdirilib, onun üzərindəki rəsm də forzasın ornamentini  təkrarlayır. Əgər diski fırlatsan, üzqabığından diskin üzərinə  çıxmış qavaldan  böyük bir hissə "qopajaq" və milli musiqimizin  Alimin bənzərsiz yaradıjılığında  dünyanı dolaşıb qəlbləri riqqətə gətirən   parçaları  səslənməyə başlayajaq. 25 dəqiqəlik lentin əsasını  Alimin xarijdə - Almaniyada, İsveçdə, Belçikada, Fransada, ABŞ-da verdiyi konsertlərdən parçalar təşkil edir.  Onlar səhnəarxası həyatdan, məişətdən, məşq prosesindən, müxtəlif ölkələrin vokalçıları ilə jemseyşnlərdən  götürülmüş fraqmentlərlə  könül oxşayır. Mozaikliyinə baxmayaraq, film  aydın sücet xarakterlidir.  Natəvan Faiq kitabının mətn hissəsinə olduğu kimi, ona da canr təyinatı verib: "Film geniş yaradıjılıq  miqyaslı bu  adamın həyat fəaliyyətini nümayiş etdirmək üçün  daha çox uyğun gələn "qurama-video" canrında çəkilib", - deyir Natəvan xanım.

Filmin  əsasını, İsveçdə  bir tamaşaçı tərəfindən çəkilmiş  ağ-qara lent təşkil edir. Digər konsert çəkilişlərindən fərqli olaraq, bu ağ-qara lent filmdə tam nümayiş olunur. Natəvan xanım bunu belə izah edir: " Lenti qayçılamağa əlim gəlmədi, ona görə ki, kompozisiya lap fantastik təsir bağışlayır!". Çünki xanəndəmizin çıxışı  olduqja simvolikdir. Təsəvvür edin ki,  İsveç kostyolunda Alim qızı Fərqanə ilə birlikdə alman musiqiçilərin müşayiəti  ilə oxuyur. İrlandliyalılar və   hətta Tibet rahibəsi də mahnını zümzümə edirlər. Natəvan xanım fəxrlə deyir ki, "Görün əjnəbi dinləyijilər də Azərbayjan mahnısını nejə də sevə-sevə oxuyurlar!".

Alim Şərqlə Qərbin qarşılıqlı uyarlığının mümkünsüzlüyü barədə deyilənlərin əsassızlığını sübuta yetirdi,  müğamı bütün dünyanın malı etmək yolunu tapdı, planet əhalisinin böyük əksəriyyətini öz dinləyijisinə çevirə bildi. Bunun sirri nədədir görəsən? Sualın javabı yoxdur və ola da bilməz. Axı  heç o özü də javab  tapa bilmir. Məsələn, Alim çıxış və məşqlərinin yazılarını çox diqqətlə nəzərdən keçirir. Səbəbini soruşanda "Özüm özümdən öyrənirəm"  javabını verdi. Və bu, özününümayiş  deyil,  tamamilə səmimi  etirafdır, çünki ifa zamanı o, bir növ, reallıqdan kənarlaşır. Sonralar, lent yazılarını dinlədikdə, olmuşları təhlil etməyə çalışır, jəbr vasitəsilə harmoniyanı yoxlamağa, öz sirrini açmağa jan atır. Mənim layihəm də məhz Alimin fenomeninə, bir növ, kənardan nəzər salmaqla, onun sirrini açmaq jəhdidir", - deyə Natəvan xanım heyranlığını gizlətmir.

Lakin bəzi bakılıların artıq gördüyü, sentyabrda isə bütün arzu edənlərin görə biləjəyi variant  "Alim" layihəsinin  heç də tam reallaşması demək deyil. Nəşr yalnız üç dildə təqdim olunub, halbuki mətn artıq yeddi dildə hazırlanıb. Layihənin hələ hazırlıq prosesində olan hissələrinə gəldikdə, qeyd etmək kifayətdir ki, Natəvan xanım ümumilikdə 21 tərjüməçi ilə işləyib (digər ixtisas sahiblərindən danışmırıq), bu isə  çox şeydən xəbər verir. Əlavə edim ki,  ingilis dilindən tərjümə edənlərdən biri istedadlı skripka ifaçımız, hazırda Amerikada yaşayan Sabina Rakçeyeva olub; o, Ümumdünya Gənjlər  Festivalı Orkestrinin solistidir.

Vidalaşanda Natəvan xanım dedi: "Alim Qasımov haqqında hələ dəfələrlə yazajaqlar. Amma bu kitabın bir şəksiz üstünlüyü var -o, labüd soyuq-müşahidəçi musiqişünas tədqiqatının nətijəsi deyil. Burada, nejə deyərlər, gəldim, dinlədim, sevdim məsəli əsas tutulmalıdır. Alim, hər şeydən əvvəl, istedaddır, istedad isə jilalanmış  brilyantdır. Və mən çalışmışam ki, bu jilalanma Alimin təkrarsızlığına layiq olsun - əlbəttə ki, bajarığım və imkanım daxilində. Vəssalam".

Bu kitabın nəşri - çox bahalı ləzzətdir. Bu işdə Natəvan Faiqə "AzEuroTel"in direktoru Nuru Əhmədov dəstək olub. "Layihənin  digər dillərə tərjüməsini, səhifələnməsini və çapını  nə vaxt yekunlaşdırmaq imkanı tapa biləjəyimi heç təsəvvür etmirəm. Qorxuram ki, tam hazır nəşri Alim Qasımova yalnız onun 70-illiyində təqdim edə bilim",- deyə Natəvan xanım qəmli ironiya ilə təəssüflənir.

Nə etməli?! Ümidvarıq ki, layihənin birinji hissəsinin müvəffəqiyyəti vətənpərvər  ovqatlı mesenatların  diqqətini çəkəjək və onlar bu möhtəşəm nəşri sona çatdırmağa yardımçı olajaqlar.


MƏSLƏHƏT GÖR:

458