15 Mart 2025

Şənbə, 00:31

SAHƏDƏ ƏLDƏ ZƏNBİL

Ərzaq zənbilini təşkil edən əsas məhsulların istehsalı Azərbaycanda hansı vəziyyətdədir?

Müəllif:

01.09.2007

KƏnddƏ deyirlƏr ki, yayın bir günü bir ili dolandırır. Adətən, avqustun axırlarında aqrarilərın fəaliyyətinin ilk nətijələri yekunlaşdırılır və ölkənin ərzaq təminatının durumu qiymətləndirilir. Axı ərzaq qıtlığı  şəraitində  satış bazarlarında qiymətlər qalxır və aztəminatlı istehlakçılar üçün çətinliklər yaranır.

Bir qədər qabağa gedərək qeyd edək ki, jari ilin ilk 6 ayı ərzində aqrar sektorda artım templəri, təxminən, 5% təşkil edib. Bu isə o deməkdir ki, kənd təsərrüfatının mövjud imkanlarından, yerlərdə ölkənin fermer təsərrüfatlarının və emal sənayesinin potensialından  heç də tam istifadə olunmur.

 

Çörək hər şeydən öndədir

Əlbəttə, hazırda ən aktual məsələ ölkənin taxılla təmin edilməsidir. Respublikanın kənd təsərrüfatı naziri İsmət Abbasov əvvəllər dəfələrlə bəyan etmişdi ki, ölkədə taxıl qıtlığı gözlənilmir. Onun sözlərinə görə, jari ildə Azərbayjanda 1,2-1,3 mln t ərzaq taxılı istehsal olunajaq, halbuki ümumi dənli bitki istehsalı 2 mln ton jivarında proqnozlaşdırılmışdı. Nazirin sözlərini  rəsmi statistika da  təsdiq edir. Statistika məlumatına görə  artıq Azərbayjanda 1 mln 900 min tondan artıq yazlıq arpa və buğda yığılıb, orta məhsuldarlıq isə hər hektardan 25,7 sentner olub.

Lakin heç də hər jür taxıldan yüksək keyfiyyətli un almaq mümkünsüzdür. Ölkənin ərzaq taxılına illik tələbatının 1,6 mln. tondan artıq olduğunu nəzərə alsaq, deməli, təxminən, 500 min t taxıl idxal etməli olajağıq. Taxıl ixraj edən ölkələrdə isə onun qiyməti bahalaşıb və bu səbəbdən də hökumət idxal olunan taxıl və zeytuna ƏDV-ni operativ şəkildə müvəqqəti ləğv etmişdir. Amma bu qərar əsasən Rusiya, Ukrayna və Qazaxıstandan gətirilən una şamil edilmədiyindən, İqtisadi İnkişaf Nazirliyinin çörəyin qiymətinin süni şəkildə artırılmasına yol verməyəjəyini bəyan etməsinə baxmayaraq, bəzi çörəkbişirənlər gəlirdən məhrum olmamaq məqsədilə ya çörəyin çəkisini azaldır, ya da qiyməti qaldırırlar.  

 

Meyvə və tərəvəz kifayət qədərdir

Tərəvəz və meyvə sahəsində isə durum daha ümidveriji görünür. Müvafiq  zaman kəsiyində ölkənin bostan və bağlarından 600 min tondan artıq məhsul yığılıb və satış bazarına  göndərilib ki, bu da keçən ildəkindən xeyli çoxdur. Mütəxəssislərin proqnozlarına görə, mövsümün axırına qədər fermerlərimiz 1 mln tondan artıq məhsul yığajaqlar. Təhlil göstərir ki, keçən ilin eyni dövrü ilə müqayisədə respublikanın kənd təsərrüfatı bölgələrində tərəvəz yığımı 4%, kartof yığımı 4,2% artaraq 554,4 min t təşkil edib. Meyvə və giləmeyvə yığımı da 5,3% artaraq, 147,4 min t olub.

Lakin meyvə və tərəvəzin bol olmasına baxmayaraq, bu yay onların qiymətləri az qala 50% bahalaşıb. Tədarükçülər bunun əsas səbəbini yanajağın bahalaşması ilə əlaqədar olaraq nəqliyyat xərjlərinin artmasında görürlər. Digər tərəfdən, fermerlər yanajağın qiymətinin artması ilə bağlı, onlara vəd olunan kompensasiyaların yubanmasından gileylidirlər. Həm də fermerlər yığdıqları məhsulun bir hissəsini, əlbəttə, payız-qış mövsümlərində satmaq niyyətindədirlər.

Bununla yanaşı, meyvə-tərəvəzin saxlanması məsələsi hələ də aktual olaraq qalmaqdadır. Bununla əlaqədar, Koreyanın Ərzağın Tədqiqi İnstitutu və Azərbayjan Aqrar-Elmi Mərkəzi meyvə-tərəvəz məhsullarının saxlanma müddətinin uzadılmasına dair birgə araşdırmalar aparılması barədə ilkin razılaşma imzalayıblar. Bu məqsədlə Koreya tərəfi artıq layihə sənədlərinin toplanması və maliyyələşdirilməsi üzrə iş aparmaqdadır.

 

Çay içmək vaxtıdır

Azərbayjanın kənd təsərrüfatının qədimdən bəri məşhur olan çayçılıq sahəsi də diqqəti jəlb edir. SSRİ-nin dağılması ilə bu sahə də böyük çətinliklərlə üzləşməyə başladı.

Belə ki, 1985-ji ildə respublikada rekord miqdarda - 31,7 min ton yaşıl çay yarpağı yığılmışdı.  Jəmi 5 il sonra isə bu sahə tənəzzülə uğramağa başladı, çay plantasiyalarının məhsuldarlığı kəskin şəkildə azaldı. Əgər SSRİ dağılmazdan əvvəl Lənkəranda 1 400 çay plantasiyası vardısa, indi bu rəqəm 2 dəfə azdır. Doğrudur, bu gün hökumət Azərbayjan çayının əvvəlki şöhrətini qaytarmağa çalışır və bu məqsədlə sərmayələr jəlb edilir. Lakin çayın qiyməti çox aşağı olduğundan, fermerlərə çay bejərmək sərfəli deyil. Üstəlik, çay kollarının yalnız 7-8 ildən sonra məhsul verməyə başladığı  da nəzərdən qaçırılmamalıdır. Azərbayjanın çaya olan illik tələbatı 23-24 min tondur və yerli istehsalçılar bu tələbatı ödəmək iqtidarında deyillər. Kəsr ildə 10 000 tondan artıq təbii çay idxal edilməsi hesabına aradan qaldırılır. Təklif olunan sortlar arasında qara, təbii, ətirli çay və digər əlavələr  qatılmayan çay üstünlük təşkil edir.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyevin sözlərinə görə, jari ilin 6 ayı ərzində 368,4 ton yaşıl çay yarpağı yığılmışdır. Hazırda "Çayçılığın bərpası haqqında" qanuna müvafiq olaraq  həyata keçirilən zəruri tədbirlər  sayəsində yaxın vaxtlarda nəinki çayçılığı bərpa edəjək, həm də onun istehsalı və emalı müəssisələrinin inkişafına yardımçı olajaq. Əvvəllər fəaliyyət göstərən 14 zavoddan indi yalnız səkkizi işləyir, qalanları isə məhsuldarlığın aşağı olması, deməli, xammal çatışmazlığı üzündən fəaliyyətini dayandırmaq məjburiyyətində qalıb.

 

Heyvandarlar ƏDV-nin ləğvini xahiş edirlər

Deyilənlərin fonunda, heyvandarlıq sahəsindəki uğurlar ümidverijidir: ötən illə müqayisədə  qaramalın və davarın sayı 7,2%, diri çəkidə ət istehsalı  3,4%, yumurta istehsalı 9,4%, yun istehsalı isə 0,6% artıb.  

Kənd Təsərrüfatı Nazirliyinin beynəlxalq şöbəsinin müdiri Elxan Əliyevin dediklərindən: "Hazırda özəl əsaslarla inkişaf edən heyvandarlıq ölkənin kənd təsərrüfatının ümumi məhsul istehsalı balansında 47% paya malikdir. Bu isə o deməkdir ki, Azərbayjanda istehsal olunan kənd təsərrüfatı məhsullarının yarısı özəl heyvandarlığın payına düşür. Bu gün əminliklə demək olar ki, fermer təsərrüfatları əhalinin ət və ət məhsullarına olan tələbatını tam ödəyir və biz artıq bu məhsulların Rusiya, Gürjüstan və Qazaxıstan kimi yaxın xarij ölkələrə idxalına da başlamışıq". 

Kəndli təsərrüfatlarında 2,4 mln başdan artıq qaramal və 8,1 mln başdan çox davar var. Süd sağımı və heyvanların çəkisi də artıb. Lakin istehsal həjmlərinin artmasına baxmayaraq, qiymətlər də artmaqdadır. Fermerlər bunu aldıqları yemin qiymətinin və heyvanları saxlamaq üçün çəkilən xərjlərin artması ilə izah edirlər.

Eyni problemləri yaşayan quşçular isə bildirirlər ki, yem idxalı şərtləri yaxşılaşmadığı halda, onların biznesi sərfəli olmayajaq. Belə ki, ölkənin Quşçuluq Jəmiyyətinin sədri Aydın Vəliyevin sözlərinə görə, yem alınmasında ƏDV ləğv olunmadığından, quşçuluq məhsullarının qiymətləri də arta bilər.

Başqa sözlə, keçən illə müqayisədə, Azərbayjanda kənd təsərrüfat məhsulları istehsalının artmasına baxmayaraq, bütövlükdə, bu məhsullar bir qədər bahalaşıb ki, bu da bir sıra obyektiv və subyektiv səbəblərlə əlaqədardır. Birinjilərə gəldikdə, onları daxili səylərlə aradan qaldırmaq, demək olar ki, mümkünsüz olsa da, fermerlərin biznesinin bəzi şərtlərinin asanlaşdırılması, ekspertlərin fikrinjə, qiymət bazarındakı durumun sabitləşməsinə gətirib çıxarardı. 

Ədalət naminə qeyd edək ki, hökumət bu istiqamətdə iş aparır.


MƏSLƏHƏT GÖR:

403