Müəllif: Zərifə BABAYEVA Bakı
Təkjə qanunla deyil, jəmiyyət tərəfindən də məhkum edilmək bir çox keçmiş məhbusların nəsibidir. Demək olmaz ki, jəzasını həbsxanada çəkib-qurtarmış adamlar bu problemlə yalnız Azərbayjanda üzləşirlər. Hətta ən inkişaf etmiş ölkələrdə belə onların bir çoxu səhvlərinə və jinayətlərinə görə təkjə məhbəsdə deyil, azadlığa çıxdıqdan sonra da əziyyət çəkir, "zek" möhürü ilə yaşayır.
Təkzibedilməz faktlar və sübutlar. Dövlət və qeyri-dövlət təşkilatlarının hesabatlarında deyilir ki, keçmiş məhbuslar azadlığa çıxdıqdan sonra onların jəmiyyətin tam dəyərli üzvlərinə çevrilməsi çox çətindir. Qadınların işi xüsusilə çətin olur. Nətijədə, onların əksəriyyətindən təkjə ərləri yox, övladları, qohumları, dostları və yaxınları da üz döndərirlər. Həm kişilər, həm də qadınlar üçün işə düzəlmək, mənzil problemlərini həll etmək çox çətin olur. Jəmiyyətin özü belə adamları kriminal mühitinə itələyir. Onlar kriminal mühitdə özlərini evlərindəki kimi yaxşı hiss edir. Qərb ölkələrində məhbusların həbsxanalarda yaşayış şəraiti o qədər yaxşıdır ki, azad həyatın çətinliklərilə üzləşən insanlar yenidən həbsxana mühitinə qayıtmaqdan qorxmurlar. Azərbayjan şəraitində isə bu məsələ, bir qədər fərqlidir. Ölkəmizin həbsxanalarında hələlik "kurort" şəraiti olmadığından, keçmiş məhbuslar yenidən həbsxana şəraitinə qayıtmağa elə də həvəs göstərmirlər. Lakin azadlıqda jəmiyyətin tör-töküntüsü "statusu" ilə yaşamaq o qədər ağır olur ki, bu insanlar özləri üçün yeganə çıxış yolunu yenidən jinayətlər törədib, barmaqlıqlar arxasına qayıtmaqda görürlər.
Azadlığa aparan yol
İndiki zamanda yaranan situasiyadan yeganə çıxış yolu 31 may 2007-ji ildə qüvvəyə minən "Penitensiar müəssisələrdə jəza çəkməkdən azad edilən şəxslərin sosial adaptasiyası haqqında" qanunun həyata keçirilməsidir. Hazırda ölkə ijtimaiyyəti bu qanunun realizə yollarını müzakirə edir, həmçinin sənədin kəsərliliyinin təmin edilməsinin optimal variantlarını aramaqdadır. Müvafiq strukturlar və QHT rəhbərləri bununla bağlı bir neçə tədbir həyata keçirmişlər. Ekspertlər, o jümlədən EL İnkişaf Proqramları Mərkəzinin sədri Elmira Ələkbərova bu qanunu yüksək dəyərləndirirlər. Ona görə ki, ölkədə keçmiş məhbusların həyatının yüngülləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsinə başlandığından, tez bir zamanda həbsxanalardakı məhbusların həyat şəraitinin yaxşılaşdırılması məsələsinin də gündəmə gələjəyi real məsələdir. Xatırladaq ki, Ədliyyə Nazirliyi artıq bu istiqamətdə müəyyən işlər görməkdədir. Lakin indi dövlətin və ijtimai təşkilatların bir nömrəli vəzifəsi jəzalarını çəkmiş insanların ijtimai həyata əngəlsiz qayıdışını təmin etməkdir. Lazımdır ki, bu adamlar vaxtilə yol verdikləri səhvlərə görə bütün ömürləriboyu əziyyət çəkməli olmadıqlarını dərk etsinlər. Jəmiyyətin özündə də stereotiplər müəyyən qədər dəyişilməlidir. Lakin əvvəljə elə etmək lazımdır ki, jəzalarını çəkmiş insanlar özlərinin, heç olmasa, ən elementar tələbatlarını ödəyə bilsinlər.
Milli Məjlisin Sosial Məsələlər üzrə Daimi Komissiyasının sədri Hadı Rəjəblinin sözlərinə görə, azadlığa çıxmış şəxslərin sosial adaptasiyası məqsədilə bir sıra tədbirlər keçirilməsi planlaşdırılır. "Sosial adaptasiya mərkəzləri yaradılajaqdır. Bundan başqa, keçmiş məhbuslar azad olunduqdan sonra minimal əmək haqqının iki misli məbləğində birdəfəlik maddi yardım alajaqlar. Yaşayış sahəsi olmayan şəxslərə qanunverijilikdə nəzərdə tutulmuş şəkildə mənzil-kommunal şəraiti yaradılması, işə düzəlməkdə və təhsil almaqda tibbi, psixoloci və hüquqi yardım göstərilməsi planlaşdırılır".
Lakin E.Ələkbərova hesab edir ki, keçmiş məhbuslara maddi yardım birdəfəlik olmamalıdır. Ekspetin fikrinjə, "onların bu yardımı işə düzələnə qədər almaları vajibdir. Bu, xüsusi diqqət yetirilməli olan önəmli məsələdir".
Residivə yol verilməməlidir
"Azərbayjan Həbsxanalarını Müşahidə" Assosiasiyasının sədri Kamil Səlimovun dediyinə görə, jəzadan azad edilmiş şəxslərə güzəran qurmaqda və işə düzəlməkdə yardım göstərilməsi residiv jinayətkarlıqla mübarizədə əsas istiqamətlərdən biridir. Jəzasını çəkib-qurtarmış hər hansı bir şəxsin sonradan özünü nejə ararması jəza-tərbiyə təsirinin nətijələrindən daha çox, ona postpenitensiar readaptasiya amillərinin təsirindən asılıdır. Bəzi amillər islah-tərbiyə təsiri nətijələrinin möhkəmlənməsinə xidmət edir, digər amillər isə əksinə, yeni jinayətlər törədilməsinə səbəb olur. Məhkumun jəmiyyətdən təjridi ilə əlaqədar aldığı jəzanı onun öyrəşdiyi mühitdən ayrılması şəraitində çəkir, beləliklə də sosial faydalı əlaqələrini və simasını itirir. Keçmiş məhkum azadlığa buraxılandan və əvvəlki sosial mühitə düşəndən sonra adaptasiya problemləri hətta onun təsadüfən törətmiş olduğu jinayət zəminində meydana çıxır".
Praktika göstərir ki, azadlıqdan məhrumetmə yerlərindən qayıdan şəxslər azadlıqdakı həyata kifayət qədər pis uyğunlaşırlar. Məhkumların readaptasiya problemləri təkjə onların azad edilməyə hazırlaşdırılmaları ilə deyil, məhbusların bazar münasibətlərinin formalaşdığı jəmiyyətdə yeni etik normaları, davranış qaydalarını qavramaları ilə də bağlıdır.
Assosiasiya sədrinin fikrinjə, Azərbayjanın iri şəhərlərində keçmiş məhbuslara mümkün yardım göstərə bilən ixtisaslaşmış sosial adaptasiya mərkəzlərinin yaradılması zəruridir. Belə adamların işə düzəlmək imkanları barədə əvvəljədən məlumat əldə edə bilmələri üçün xüsusi informasiya vərəqələrinin buraxılması da məqsədəuyğun olardı. Vərəqədə Azərbayjanın boş iş yerləri olan bütün bölgələri göstərilməlidir.
Kamil Səlimovun dediklərindən: "Azərbayjanın "Penitensiar müəssisələrdə jəza çəkməkdən azad edilən şəxslərin sosial adaptasiyası haqqında" qanunun qəbuluna qədər qüvvədə olan qanunverijiliyində və digər normativ aktlarında azadlıqdan məhrumetmə yerlərindən azad olunan şəxslərin sosial reabilitasiyasına dair heç bir konkret tədbir və zəmanət nəzərdə tutulmurdu. Odur ki jəzasını tamam çəkib-qurtarmış şəxslərə sosial adaptasiya mərkəzlərində, ilk növbədə, hüquqi müdafiə problemlərinin həllində yardım göstərilməlidir. Bundan başqa, sosial, mənəvi və tibbi yardım, əxlaqi və maddi dəstək barədə də qayğılanmaq lazımdır. İş yerlərinin yaradılması, mənzil verilməsi, humanitar yardım (dərman, ərzaq, geyim) məsələlərində kömək də çox önəmlidir".
Lakin ekspert hesab edir ki, keçmiş məhbusların adaptasiyasının ən önəmli elementi jəmiyyətdə onlara müsbət münasibətin formalaşdırılmasıdır. Jəzasını çəkmiş belə adamlar özlərini jəmiyyətdən təjrid olunmuş adam saymamalıdırlar.
Rusiya təjrübəsi
1995-ji ildən başlayaraq, Rusiya Federasiyasında jəzasını çəkmiş şəxslərə sosial yardım göstərilməsinə və onların dəstəklənməsinə yönəlmiş konkret tədbirlər həyata keçirilməkdədir. Belə ki, yerli hakimiyyət və idarəetmə orqanlarının, ayrı-ayrı təşkilatların qərarları ilə bir sıra bölgələrdə hansısa səbəbdən yaşamağa yeri olmayan şəxslərin müvəqqəti yaşamaları üçün nəzərdə tutulan sosial adaptasiya mərkəzləri yaradılmışdır. Bu mərkəzlərə jəzasını çəkmiş şəxslər də mürajiət edə bilirlər. Sankt-Peterburqda Sosial, Psixoloci və Hüquqi Araşdırmalar Mərkəzi, həbsdən qayıdan kişilər üçün 15 nəfərlik sığınajaq, psixoloci böhran yardımı xidməti, həbsxanalardan çıxanlar arasında intiharların qarşısının alınması üçün antisuisid psixoterapiya xidməti fəaliyyət göstərir. Məhbuslar üçün isə "Tod"proqramı var (məhbus yarım il azad edilməyə hazılaşdırılır, yarım il isə azadlıqda adaptasiya keçir).
Bu yönümlü dövlət idarələri də mövjuddur. Onlardan biri Sankt-Peterburq meriyasının təşəbbüsü ilə 1993-jü ildə yaradılan Azadlıqdan Məhrumetmə Yerlərindən Azad Edilmiş Şəxslərin Sosial Adaptasiyası Mərkəzidir. Mərkəz kişilər üçün 40 nəfərlik sığınajaqda yer verir, işə düzəlməkdə və qeydiyyata düşməkdə yardımçı olur. Bu qəbildən olan gejələmə yerləri Rusiyanın başqa şəhərlərində - Yekaterinburqda, Permdə də var. Sankt-Peterburqda 1994-jü ildə qeydiyyatdan keçən "Pomoş" Məhbuslara Xeyriyyəçilik "Pomoş" Yardım Fondu da fəaliyyət göstərir. Fondun məqsədi məhbusların və azadlıqdan məhrumetmə yerlərindən qayıdanların reabilitasiyası, jəmiyyətdə həyat şəraitinə adaptasiyası, residiv jinayətkarlığın səviyyəsinin azaldılması üçün şərait yaratmaqdır.
MƏSLƏHƏT GÖR: