Müəllif: İlhamə MÖNSÜMOVA Bakı
Hər bir insanın pünhan saxladığı, kənar şəxslərə açıqlamaq istəmədiyi, onun şəxsi həyatının bir hissəsi olan hansısa sirri var. İÇV daşıyıjısı olan insanlar üçün belə bir sirr onlara qoyulan diaqnozdur. İÇV daşıyıjısı diaqnozu qoyulmuş insanın öz xəstəliyini gizli saxlamaq hüququ olsa da, onu daim hamıdan gizlətmək son dərəjə ağırdır. Diaqnozunu kimə və nejə açıqlamağı hər kəs özü müəyyənləşdirir. Gej-tez belə insanlar öz hisslərini, yaşantılarını və problemlərini kiminləsə bölüşməyə ehtiyaj duyur. İstənilən halda, hər şeyi ölçüb-biçmək lazımdır, axı başqa bir adama açılmış sirr artıq sirr deyil. İÇV-nin ən yaxın adamlarla münasibətə təsiri müxtəlifdir: o, əvvəlki şəkildə qala, pisləşə və hətta yaxşılaşa da bilər. Statusun açıqlanması, bir çox hallarda, ailələrin dağılmasına və sosial həyat şəraitinin dəyişməsinə gətirib çıxarır. Digər xəstəliklərdən fərqli olaraq, jəmiyyətimizdəki mövhumat fonunda, İÇV mənfi münasibət, diskriminasiya və onun daşıyıjısının qınanması risqi doğurur.
Bu xəbərə nə dərəjədə hazır olsa da, İÇV virusu yoxlamasından keçən hər bir insan üçün yoluxmasının təsdiqlənməsi çox ağır bir yaşantıdır. Odur ki müayinədən keçməyə hazırlaşan hər bir şəxsin anonim məsləhət alması lazımdır. Hazırda QİÇS Milli Mərkəzi İÇV /QİÇS-ə yoluxan insanların özlərini təhlükəsizlikdə hiss edə, ixtisaslı tibbi və sosial-psixoloci yardım ala biləjəkləri yeganə yerdir. Diaqnozu açıqlamazdan əvvəl, mərkəzin həkimləri xəstəyə psixoloci dəstək verilməsinin qeydinə qalırlar. Bu zaman onu jinsi həyatı, narkotiklərin venaya vurulması üçün ümumi iynələrdən istifadə etməsi barədə sorğu-suala tutur, əhatəsində İÇV-yə yoluxmaq ehtimalı olan şəxsləri göstərməsini xahiş edirlər.
Vaxtında araşdırmaq
QİÇS planetimizdə insan həyatına son qoyan əsas 5 xəstəlik-qatillərdən biridir. Qərb ölkələrində aparılan tədqiqatlar göstərir ki, İÇV daşıyıjısı olanların, təxminən, üçdəbir hissəsi xüsusi antivirus müalijəsi olmadan da 10 il müddətində sağlam qalır. Lakin gej-tez onların əksəriyyətinin müalijəyə ehtiyajı olur. Müalijənin nə vaxt lazım olması isə bir çox amillərdən asılıdır.
Terapiya lazım olanda
İÇV QİÇS-ə müxtəlif sürətlə keçir - bəzilərində çox tez, bəzilərində isə daha gej baş verir. Terapiyanın tətbiq olunduğu ölkələrdə QİÇS-dən ölüm halları kəskin azalıb. Keçən ilin axırlarına qədər Azərbayjanda dəstəkləyiji antiretrovirus terapiyası yox idi. Lakin QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal fondun qrantı sayəsində indi bizdə də xəstələrin ömrünü uzatmaq və onların həyatını daha dəyərli etmək mümkün olub. QİÇS-lə Mübarizə Milli Mərkəzinin ehtiyajı olanları pulsuz antivirus terapiyası ilə təmin etmək üçün hər jür imkanı var.
Antiretroviruslar İÇV-ni dəf etməyə və onun QİÇS-ə keçməsini qeyri-müəyyən müddətə ləngitməyə imkan verən preparat kombinasiyasıdır. Terapiyanın tərkibindəki preparatlar İÇV-yə onun həyat tsiklinin müxtəlif mərhələlrində təsir göstərir. Dərmanlar qadınlara, kişilərə və uşaqlara kömək edir. Onların səmərəliliyi insanın hansı yolla - seksual təmas, narkotiklərdən istifadə və ya qan köçürülməsi zamanı yoluxmasından asılı deyil.
Preparatların həkimin göstərişlərinə jiddi riayət etməklə qəbulu orqanizmdə İÇV miqdarını minimuma endirir. Dərmanların təsir etdiyinə əmin olmaq üçün qanın xüsusi analizi aparılır: virus yüklənməsinin analizi qanın hər millilitrində virusların sayını, immun statusunun analizi immun sisteminin nə dərəjədə güjlü olduğunu (orqanizmin viruslardan müdafiəsində əsas rol oynayan JD4 hüjeyrələrinin sayını) müəyyənləşdirir. Antivirus preparatları öz-özlüyündə JD4 hüjeyrələrinin sayını artırmır.
Əgər pasiyentin terapiyaya başlamaq imkanı varsa, o, müalijəyə başlamaq qərarını sakit və düşünülmüş şəkildə, müalijə edən həkimlə məsləhətləşərək, preparatlar, onların təsiri, kənar effektləri barədə maksimum informasiya aldıqdan sonra verməlidir. Diaqnozla təzəjə tanış olandan dərhal sonra, hələ bu xəbəri tam dərk etmədən terapiyaya başlamağa dəyməz. Xəstənin müalijəsi planı xəstənin özü ilə o buna qadir olmadıqda isə qohumları ilə müzakirə edilir. Xəstənin, zərurət yarandığı halda, müalijəyə dair qərar qəbul etmək hüququna malik şəxsi vəkil etməsi məqsədəuyğundur.
Adətən, müalijəyə JD4 hüjeyrələrinin sayı 300-200-ə qədər azaldığı hallarda başlamaq məsləhət görülür; bu göstəriji 100 olduqda isə müalijəyə başlamağı təkidlə məsləhət görürlər. Lakin belə analizlərdə də əgər xəstə özünün müalijəyə hazır olmadığını bildirsə, müalijəyə başlamağa tələsmək lazım deyil.
Narkotik maddələrdən istifadə xəstəliyin İÇV mərhələsindən QİÇS mərhələsinə sürətlə keçməsinə səbəb olan amillərdən biridir. Yoluxma anında pasiyentin 40 və daha artıq yaşı varsa, onda QİÇS-in sürətlə inkişaf etməsi ehtimalı daha yüksəkdir. Yaş artdıqja, immun sistemi zəifləyir. Buna görə də yaşlı pasiyentin müalijəsinə gejikmədən başlamaq daha vajibdir.
Terapiyaya başlamaq barədə qərar verilməsi insanın həyatında çox önəmlidir. Terapiyaya başlayan insanların onun kənar effektlərindən, preparatların zəhərli və təsirsiz olmaları barədə uydurmalardan çəkinərək, müalijədən birmənalı imtina etmələri halları kifayət qədər çoxdur. Bu zaman unudulur ki, İÇV infeksiyasının ən jiddi kənar effekti ölümdür. Bir çoxlarını isə "ömrünün axırına qədər həblər içmək" perspektivi qorxuya salır. Halbuki əksər hallarda, terapiya kifayət qədər asan keçir və tam dolğun həyat sürməyə imkan verir.
Bunlar bizim təlaşımızdır
Təəssüf ki, İÇV-infeksiyanın əsas xüsusiyyətlərindən biri onun stiqmatikləşdirilmiş adlandırılan xəstəliklərə aid olmasıdır. Həm də hazırda heç bir başqa xəstəlik bu dərəjədə stiqmatikləşdirilməyib. Ölkəmizdə stiqma anlayışı yenidir, jəmiyyətdə tolerantlıq və insanlar arasındakı fərqlərə hörmət ideologiyası hələ də tam formalaşmayıb. İndinin özündə də KİV-lərdə İÇV daşıyıjıları barədə yalnız mənfi çalarda yazır, bəziləri isə hətta onları təjrid etməyə çağırırlar. Bu gün həmvətənlərimizin əksəriyyəti İÇV/QİÇS barədə KİV-lərdən məlumatlanır. Dəqiq, qərəzsiz informasiyanın olmaması isə qorxu və stiqma doğurur.
Sosial elmlər sahəsində stiqma (hərfi mənada - "yarlık", "damğa") anlayışı digər insanlara və özünə münasibəti kökündən dəyişən, insana yalnız arzuolunmaz keyfiyyətin daşyıjısı kimi baxmağa vadar edən güjlü sosial stereotip kimi müəyyənləşdirilir. Medalda olduğu kimi, stiqmanın da iki üzü var. O, xariji və daxili ola bilər. İÇV-nin xüsusiyyətlərindən biri də odur ki, uzun müddət xariji stiqma ilə yaşayan insan, qəfildən özünün də İÇV daşıyıjısı - bu qədər qorxduğu və nifrət etdiyi insanlardan biri olduğundan xəbər tuta bilər.
İÇV/QİÇS haqqında, virusun yayılması və yoluxmanın qarşısının alınması yolları barədə obyektiv və asanlıqla əldə oluna bilən informasiya - bütün bunlar xəstəliyin profilaktikasının və İÇV/QİÇS-lə yaşayan insanlara tolerant münasibətin formalaşdırılmasının yeganə yoludur. Bundan başqa, belə informasiya narkomaniyaya qarşı profilaktik tədbirdir, çünki İÇV-yə yoluxmaq qorxusu yeniyetməni narkotik maddələrin "dadına baxmaqdan" çəkindirə bilər.
MƏSLƏHƏT GÖR: