Müəllif: Səkinə SULTANQIZI Bakı
Azərbayjanda tarixin müxtəlif dövrlərində ijtimaiyyətin dinə münasibəti müxtəlif olub - total dindarlıqdan, onun tam inkarınadək. Məlum olduğu kimi, tarix pozitiv və neqativin ən yaxşı indikatorudur və bu gün belə bir nətijəyə gəlmək olar ki, ifratçılıq sivilizasiyanın inkişafı üçün heç də həmişə yaxşı faktor deyil. Jəmiyyətdə dünyəvilik ilə dindarlıq arasında balans olmalı və hər bir şəxs öz istəyinə uyğun seçim etməlidir.
Azərbayjan Konstitusiyasının 18 və 48-ji maddələrinə əsasən, din dövlətdən ayrıdır və biz hər bir şəxsin öz seçimində azad olduğu dünyəvi jəmiyyətdə yaşayırıq. Artıq heç bir qorxu hiss etmədən insan özünün bu və ya digər dini konfessiyaya aid olduğunu açıq şəkildə söyləyə, həmçinin istədiyi dini inkar edə bilər. Bununla yanaşı, ölkəmizdə bu sahədə heç də hər şey tam qaydasında deyil və jəmiyyətdə mütəmadi olaraq dini zəmində mübahisələr yaranır. Son bir neçə ildə Azərbayjanda zərif jinsin nümayəndələri arasında müsəlman qadın geyimi olan hijab bağlayanların sayı xeyli artıb. Bu tendensiya ijtimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır. Deməli, qarşı tərəflərin heç birinin maraqlarına ziyan vurmadan ortaq məxrəjin tapılması bir o qədər də asan deyil. Çünki hər kəs yalnız özünün tamamilə haqlı olduğuna əmindir və narazı tərəfi dinləmək belə istəmir. Bu səbəbdən də ortaq məxrəjin axtarışı hələ də davam edir.
Hijab maneə nöqtəsi kimi
Hazırda dünyanın bir sıra ölkələri bu problemlə qarşılaşıb və hərə onu özünəməxsus şəkildə çözməyə çalışır. Hələ 1925-ji ildə Türkiyə prezidenti Mustafa Kamal Atatürk xüsusi qərarla rəsmi tədbirlər zamanı hijab bağlamağa qadağa qoyaraq, Türkiyə dövlətinin dünyəvi xarakterini nümayiş etdirməyə çalışdı. "Mülayim islamçılıq" şüarı ilə hakimiyyətə gələn Türkiyənin hazırkı iqtidarı isə daha da irəli gedib: baş nazir Rəjəb Tayyip Ərdoğan deputat və nazirlərin hijab bağlayan xanımlarını, ümumiyyətlə, ijtimai tədbirlərə dəvət etməməyə qərar verib. Maraqlıdır ki, hökumət başçısının öz həyat yoldaşı da hijab geyir. Onu da qeyd edək ki, Türkiyənin ali məktəblərində bu ənənəvi geyimdən istifadəyə xüsusi nəzarətçilər və ədiyyə orqanları tərəfindən jiddi şəkildə nəzarət edilir ki, bu da ijtimaiyyətin ayrı-ayrı təbəqələrində jiddi narazılıq doğurur.
Beləliklə, artıq çoxdandır ki, hijab geyimdən özünəməxsus simvola çevrilib. O, son dərəjə müxtəlif münasibətlər doğurur və kifayət qədər jiddi ijtimai-siyasi kolliziyaların səbəbinə çevrilir. Məsələn, artıq çox sayda müsəlman ijmalarının məskunlaşdığıı bir sıra Avropa dövlətlərində də hijaba qadağa qoyulması məsələsi aktuallaşıb.
Məsələn, Fransa parlamentinin dövlət məktəblərində dini atributlardan istifadənin qadağan olunmasına dair 2004-jü ildə qəbul etdiyi qərar həm ölkə daxilində, həm də dünya ijtimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Parlamentin qərarına əsasən, ölkədə yaşayan müxtəlif dini etiqadlılara - sikxamlara çalmadan, yəhudilərə kipdən, müsəlmanlara hijabdan, xristianlara böyük xaçlardan istifiadə etmək yasaqlanıb.
Göründüyü kimi, qadağanın digər dini simvollara da tətbiq edilməsinə baxmayaraq, mübahisə mərkəzinə məhz hijab düşüb. Simvollara qadağa tərəfdarları hesab edir ki, təhsilin dünyəvi xarakteri Fransa ijtimaiyyəti və dövlətinin əsas dəyərlərindən biridir. Onların fikrinjə, bu dəyərlər 1789-ju il Böyük Fransa inqilabı nətijəsində meydana gəlmiş və 1905-ji ildə kilsənin dövlətdən tam ayrıldığı qanunverijiliklə təsdiq olunmuşdur. Fransızların qadağalarına analoci qadağaların AFR-in bəzi federal ərazilərində də tətbiq edilməsi təklif olunmuşdur. Belçikanın əksər məktəblərində də dini atributlar gəzdirmək qadağandır. Belçikanın kütləvi informasiya vasitələrinin verdiyi xəbərə görə, dövlət bu problemə qarışmır. Ona görə ki, şagirdlərin geyim məsələsini hər bir məktəb müstəqil həll edir. Bu ölkənin məktəblərinin əksəriyyətində şagirdlərə bicuteriyadan istifadəyə ijazə verilsə də, onların üzərində dini simvollar olmamalıdır.
Qeyd edək ki, Avropanın heç də bütün təhsil ojaqlarında hijaba qadağa qoyulmamışdır. Məsələn, İngiltərədə hətta bir dəfə 16 yaşlı müsəlman qızı Şabina Bequm (Səbinə Bəyim) Böyük Britaniyanın Apellyasiya Məhkəməsinə mürajiət edərək, onun jibab adlı xüsusi dini libas geyməsi üstündə məktəbdən kənarlaşdırılmasının qanunsuz olduğundan şikayətlənib. Uzun müzakirələrdən sonra məhkəmə qərara gəlib ki, məktəb rəhbərliyinin dini azadlığını pozduğu bu qız uşağına bəraət qazandırsın. Britaniyanın Apellyasiya Məhkəməsinin üzvü Lord Bruk bildirib ki, qızın məktəbə forma əvəzinə xüsusi dini geyimdə gəlməsi səbəbindən onun təhsil ojağından kənarlaşdırılması qeyri-qanunidir və bu, insan haqları üzrə Avropa Konvensiyasına ziddir. Hakim Təhsil Nazirliyini məktəblərdə insan haqlarının qorunması üzrə qanuna daha jiddi əməl etməyə çağırıb.
Bir məqamın da qeyd olunması yerinə düşər. Bilmək lazımdır ki, hijab problemi psixoloci problemdən daha çox milli təhlükəsizlik xarakteri daşıyır. Sual olunur: müsəlman qadını şəxsiyyət vəsiqəsi almaq üçün şəkli hijabla və ya onsuz çəkdirməlidir?
Dövlət maraqları hər şeydən üstündür
Azərbayjanda bütün vətəndaşlar üçün istisnasız olaraq eyni qanunlar qüvvədədir və bu səbəbdən vətəndaşlar şəxsiyyət vəsiqəsi və ya xariji pasport alan zaman şəkili baş örtüksüz çəkdirməlidirlər. Bu məsələdə heç kim üçün istisna nəzərdə tutulmayıb. Bu, Azərbayjanın dünyəvi dövlət olması ilə əlaqədardır. Digər tərəfdən, DİN əməkdaşlarının dediklərinə görə, şəxsiyyəti təsdiq edən sənəddəki şəkildə vətəndaşın baş örtüyündə olması onun şəxsiyyətinin müəyyənləşdirilməsinə çətinlik törədir. Dünyada mövjud olan böyük hərj-mərjlik, terrorizm qudurğanlığı şəraitində bu yolverilməzdir. Yeri gəlmişkən, bu yaxınlarda ölkənin bir sıra hüquq- mühafizə əməkdaşlarının daxili işlər naziri Ramil Usubovla görüşü zamanı nazir qeyd edib ki, hazırda bütün dünyada pasportların biometrik sisteminə keçilir və yaxın vaxtlarda Azərbayjanda da eyni təjrübə tətbiq ediləjək. Bu sistemin tətbiqindən sonra hijab geyən qadınların sənədləri ilə bağlı problemlər aradan qalxajaq. Belə ki, yeni pasportlarda şəxsiyyətin müəyyənləşdirilməsi barmaq izləri, gözlərin rəngi və s. əsas götürülməklə həyata keçirilir.Qafqaz Müsəlmanları İdarəsinin mətbuat katibi Hajı Akif isə bildirir ki, Azərbayjanda heç kəsə bu və ya digər dinə etiqad etmək qadağan olunmur. "Bununla yanaşı, Azərbayjanın dünyəvi ölkə olduğunu da unutmaq olmaz", - deyə o qeyd edib. Mətbuat katibi hesab edir ki, sözügedən problemin süni şəkildə yaradılması ehtimalı daha yüksəkdir: "Həqiqətən də, bəzən qadınların hijabda gəzməsinin əleyhinə olan şəxslərə rast gəlinir. Əksər hallarda bu onunla izah edilir ki, Azərbayjanda məktəb və universitetlər dünyəvi xarakterlidirr r və bu səbəbdən orada dini geyimlərdən istifadə edilməsi normal deyil. Lakin belə hallar qayda yox, istisnadır. Eyni zamanda ölkədə mədrəsə kimi dini məktəblər də fəaliyyət göstərir ki, orada inanjlılar düzgün saydıqları formada geyinə bilərlər".
Təhsil Nazirliyindən isə "R+"a bildiriblər ki, ölkədə hər bir məktəbin direktoru oradakı şagirdlərin geyimi ilə bağlı müstəqil qərar vermək səlahiyyətinə malikdir. Orta məktəblərdə şagirdlərə dünyəvi dərslər tədris olunur, daxili nizam-intizam qaydaları, həmçinin geyim formaları ilə bağlı məsələlər direktor tərəfindən tənzimlənir.
Dünyəvi jəmiyyət və din uyğun gəlirmi?
Dini Etiqad və Vijdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin (DEVAMM) rəhbəri İlqar İbrahimoğlu hesab edir ki, hijabla bağlı problemə siyasi nəzər nöqtəsindən baxılmasına ehtiyaj yoxdur. Bu, birmənalı olaraq, insanın dini azadlıq hüququdur. "Hijabdan istifadəyə qadağa qoyulması qadının dini azadlığını pozur ki, bu da bir sıra problemlərin yaranmasına gətirib çıxarır. Azərbayjanda artıq 9-ju ildir ki, hijab geyən qadınların şəxsiyyət vəsiqəsi alması məsələsində yaranan problem açıq qalır. Məsələ ondadır ki, qadın dini inamının güjlü olmasından başaçıq da şəkil çəkdirə bilmir, onun hijablı şəkli isə sənədə vurulmur. Əvvəlki illərlə müqayisədə bu gün sözügedən problem daha geniş miqyas alıb. Bir neçə il əvvəl oxşar halla onlarja və ya yüzlərlə Azərbayjan qadını üzləşirdisə, bu gün sənəd ala bilməyən zərif jins nümayəndələrinin sayı minlərlədir. Bizim apardığımız araşdırma nətijəsində məlum olub ki, 2003-jü ilədək bu problemlə 3,5 min qadın üzləşib", - deyə İ.İbrahimoğlu bildirib.
Yeri gəlmişkən, DEVAMM-ın apardığı monitorinq göstərib ki, Azərbayjan bu problemin daha sərt xarakter aldığı azsaylı ölkələrdəndir. Unutmaq olmaz ki, şəxsiyyət vəsiqəsi almayan qadın faktik olaraq vətəndaşlıq və siyasi hüquqlardan məhrum sayılır.
Qeyd edək ki, qonşu Rusiyada bu problemə 2001-ji ildə son qoyulub. Avropa ölkələri, həmçinin Türkiyədə də qadınlar pasport alan zaman hijabla bağlı heç bir problemlə üzləşmir. Müxtəlif təhsil mərkəzləri və təşkilatlarda hijabla bağlı baş verən problemlərə gəlinjə, son zamanlar Azərbayjanda belə halların sayı xeyli azdır.
Xatırladaq ki, 2001-2002-ji illərdə hijabdan istifadə Bakı Dövlət Universitetində mübahisə mövzusuna çevrilmişdi. Lakin həmin vaxt tələbə qızlar bu haqlarını təmin edə bildilər. 2003-jü ildə Azərbayjan Tibb Universitetinin inanjlı qız tələbələri də eyni məqsədə çatdılar. Sözügedən hal son olaraq Sumqayıt Dövlət Universitetində baş verib. Belə ki, buranın 8 nəfər qız tələbəsi hijab geydikləri üçün universitetdən xarij ediliblər. Lakin Azərbayjanın insan haqları üzrə müvəkkili Elmira Süleymanovanın məsələyə müdaxiləsi tələbələrin universitetə bərpa olunmaları ilə nətijələnib.
Şübhəsiz, hər bir məsələdə ifrata varmaq lazım deyil. Lakin bununla yanaşı, ölkələrin dünyəvi və dini jəmiyyətlər arasında balans yaradılması məsələsi hələ də açıq qalır…
MƏSLƏHƏT GÖR: