14 Mart 2025

Cümə, 22:36

ÜÇÜ BİRİNDƏ

ABŞ-da İraqın bölünməsi barədə düşünürlər

Müəllif:

01.09.2007

İraqın parçalanması artıq inanılmaz bir şey sayılmır. Son zamanlar bu mövzu getdikjə daha tez-tez müzakirəyə çıxarılır. Görünür  ki,  artıq ona alışmağa  başlamışlar. Vaşinqtonun Jons Hopkins Universitetinin və Brukinqs İnstitutunun Beynəlxalq Tədqiqatlar Mərkəzinin təmsilçiləri Edvard Jozef və Maykl o`Henlon müvafiq surətdə məruzə hazırlamışlar. Həmin məruzədə bu Yaxın Şərq ölkəsinin səs-küysüz bölünməsi variantı  təklif olunur.

Belə bölünmə nətijəsində  İraq dünyanın siyasi xəritəsindən silinmir, anjaq  özünün hökuməti və güj strukturları olmaqla, üç böyük regiona parçalanır. Səs-küysüz bölünmə" ideyası sizin xoşunuza gəlsə də, gəlməsə də (çoxları bu ideyadan narazıdır və bu, İraq probleminin həlli üçün təklif olunan yeganə variant deyil) , bu proses artıq başlayıb. Ölkədə hər ay yüz minədək insan zor güjünə ev-eşiyindən qovulur. Jəmiyyət etnik  əlamətinə görə bölünür. İraq, müəyyən mənada, Bosniyaya çevrilir. o`Henlon öz planının Vaşinqtonda təqdimatı zamanı demişdi:  "Yaxşı olmazmı ki, bu prosesi  özümüz  idarə oluna bilən prosesə çevirək  və bu parçalanmanı  bizim yerimizə  "ölüm eskadronu"nun və şəxsi orduların başa çatdırmasını gözləməyək?". Ölkə üç böyük regiona  parçalanajağı təqdirdə, Bağdadın paytaxt statusunu saxlayajağı, lakin yeganə  hakimiyyət mərkəzi  olmayajağı  nəzərdə tutulur. Edvard Jozef əmindir ki, "qərarların çox hissəsinin Bağdadda qəbul edilməsi prosesin daha çox şiələrin nəzarətində olmasına gətirib çıxarajaqdır". "Hazırda İraqda mərkəzləşdirilmiş idarəetmə strukturunun mövjudluğuna çalışmaq intihar etmək kimi bir şeydir".

Bununla bərabər, amerikalı tədqiqatçılar onu da deyirlər ki, İraqın parçalanması əhali arasında kütləvi miqrasiyaya səbəb  ola bilər. Lakin heç kim  zor güjünə köçürülə bilməz. Jozef və o`Henlon əmindirlər ki, sünnilər yəqin ki, ölkənin şiələrə aid hissəsində yaşamaq istəməyəjəklər  və əksinə. Yəqin ki, ərəblər də kürdlərin yaşadıqları  şimal ərazilərdən  öz "dövlət"lərinə köçüb-gedəjəklər. Lakin türkmənlərin aqibətinin nejə olajağı məsələsi  bir o qədər də aydın deyildir. Ona görə ki, kürdlər türkmənləri neftlə zəngin Kərkükdən və ölkənin şimalındakı digər yaşayış məntəqələrindən sıxışdırıb-çıxarırlar. Təbiidir ki, amerikalı alimlər qonşu İranı da diqqətdən kənarda qoymayıblar. o`Henlon əmindir ki, Tehran ən destruktiv vasitələrlə İraqa təsir göstərir: "İrandan nəsə yaxşı bir şey gözləməyinə dəyməz. İranlılar İraqda bizimlə (ABŞ-la) agentləri vasitəsilə vuruşurlar. Onlar istəyirlər ki, biz İraqda, hətta  sabitliyin tamamilə pozulması bahasına  olsa da  məğlubiyyətə uğrayaq. Belə olan halda nə etməli? Düşünürəm ki, yenə də onlarla danışıqları davam etdirmək, hərəkətlərinin qarşısını mümkün qədər almağa çalışmaq, həmçinin İranı bütün dünyanın gözündən salmaq lazımdır".

Qeyd edək ki, Jozef və o`Henlonun ideyası yeni deyildir. ABŞ-ın dövlət katibi postunu tutmağa böyük şansı olan demokrat senator Jo Biden bir müddət əvvəl bəyan etmişdi ki, İraq mərkəzi hökumətin nəzarəti altında olan üç muxtar vilayətə (Kürdüstan, Şiəstan və Sünnistan) bölünməlidir. Senator müəyyən mənada, Bosniya  üzrə   sazişi xatırladan planını Xariji Məsələlər Şurasının sabiq prezidenti Lesli Qelblə birlikdə hazırlamışdır. Biden və Qelb hesab edirlər ki, İraqı yalnız mərkəzi hökumət orqanlarının bəzi vəzifələrinin yerli orqanlara verilməsi   yolu ilə qoruyub-saxlamaq mümkündür. Söhbət ölkənin kürdlər, sünni ərəblər və şiə ərəblər olmaqla, üç dini-etnik qrupa bölünməsi, mərkəzi hökumətin isə yalnız ümumi maraqların təmin edilməsi ilə məşğul olmasından gedir.

Rəsmi Vaşinqton əvvəlkitək İraq parlamenti və  hökumətini möhkəmləndirməyə  səy göstərir, lakin hansısa əhəmiyyətli nətijəyə nail olmayıb. Müşahidəçilərin fikrinjə, məhz bu səbəbdən Amerika administrasiyası işin İraqın parçalanması  ilə nətijələnəjəyini tədrijən etiraf etməyə başlayır. o`Henlon bunu həyata keçirməyin çətin olajağını da boynuna alır. Bununla yanaşı o deyir: "Artıq hamı vətəndaş müharibəsindən, etnik təmizləmədən, zorakılıqdan bezib və bu səbəbdən insanlar vahid İraq ideyasında israr etmək ovqatında deyillər".

Bundan başqa, ekspertlər hesab edir ki, heç bir nətijə verməyən vətəndaş müharibəsinin yaşandığı situasiya ilə müqayisədə, İraqın idarə olunan səs-küysüz bölünməsi halında xərjlər də xeyli azalajaq.

Bütün bunların fonunda ABŞ Dövlət Departamentinin yerli tayfa rəhbərlərinin möhkəmlənməsi məqsədilə İraq əyalətlərinin bərpası məsələsinə xüsusi diqqət ayırması kifayfət qədər maraqlı görünür. Bundan başqa, ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin rəhbəri Karl Levin İraqa baş çəkdikdən sonra, ölkənin baş naziri Nuri əl-Malikini istefa verməyə çağırıb. Bundan bir qədər sonra - avqustun 22-də isə ölkə prezidenti Jorj Buş ABŞ, Kanada və Meksika rəhbərlərinin ikigünlük qapalı görüşündə çıxış edən zaman İraq hökumətinin fəaliyyətindən məyus olduğunu, ölkədə siyasi dialoqa nail ola bilmədiyini bildirib. "Lakin hökuməti dəstəkləyib-dəstəkləməmək İraq xalqının öz işidir", - deyib Buş. Qeyd edək ki, J.Buş sentyabrın 15-də İraqdakı ABŞ kontingentinin sayının artırılmasının nətijələri barədə Konqres qarşısında çıxış etməyə hazırlaşır. Bu çıxışı zamanı prezident gələn ay ijtimaiyyətin mühakiməsinə veriləjək iki məruzəyə əsaslanajaq. Söhbət İraqdakı Amerika ordusunun komandanı, general Devid Petreus və ABŞ-ın Bağdaddakı səfiri Rayan Krokerin məruzələrindən gedir.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, Buş İraq hökumətini tənqid edən zaman hər an oğurlanmaq və öldürülmək təhlükəsi ilə üz-üzə qalıb işləməyin asan olmadığını unudur. Bundan bir müddət əvvəl İraqda ölkənin təhlükəsizlik xidmətinin geyimində olan bir qrup silahlı şəxsin Neft Nazirliyinə məxsus hökumət binasından nazir müavini və dörd biznesmeni girov götürdüyünü xatırlatmaq kifayətdir. Avqustun 14-də isə İraqda ABŞ-ın bu ölkədə hərbi əməliyyatlara başlamasından sonra yaşanan ən böyük miqyaslı terror aksiyası törədilib. Ölkənin şimalında, Mosul şəhərindən 120 kilometr qərbdə, yezidi kürdlərinin məskunlaşdığı ərazidə bir neçə dəqiqəlik fasilələrlə dörd minalanmış benzindaşıyan avtomobil partladılıb. Partlayışın dalğasından 30-dan artıq bina dağılıb. Hadisə nətijəsində 500-dən artıq insanın həlak olduğu bildirilir. Xatırladaq ki, yezidi kürdlər hazırda İraqla bərabər, Türkiyədə, İranda, Suriyada, Gürjüstanda və Ermənistanda  da yaşayırlar. Amma onların ən böyük ijması (100 min nəfərdən artıq) elə İraqda məskunlaşıb. Son zamanlar isə İraqın şimalında yezidi kürdlərlə müsəlmanlar arasında münasibətlər xeyli gərginləşib, bu ilin aprelində yezidi  kürdlər islamı qəbul etmiş öz soyköklərindən bir  qızı hətta daşqalaq etmişdilər...

Sözügedən partlayışların təşkilində yerli polis Suriya ilə sərhəd rayonlarda yaşayan sünnilərdən şübhələnir. Hüquq-mühafizə orqanlarının fikrinjə, İraqın şimalındakı digər şəhər - etnik türkmənlərin yaşadığı Emerlidə baş verən terror aktlarının arxasında da məhz onlar dayanır. Xatırladaq ki, iyulda bu şəhərdə minalanmış yük avtomobilinin partladılması nətijəsində 105 nəfər həlak olmuş, 250-dən artıq insan yaralanmışdı.

Beləliklə, İraqda dinlər və millətlərarası müharibənin tam güjü ilə davam etməsi göz qabağındadır. Mütəmadi olaraq sünni ərəblər şiələri, şiə ərəblər də sünni ərəbləri müntəzəm olaraq qətlə yetirir. Həmçinin, onlar zaman-zaman birlikdə koalisiya qüvvələrinə  də hüjumlar edir. 

Ölkənin şimalındakı kürdlər də özlərini ağa kimi aparırlar. Onlar artıq çoxdandır ki, sanki öz müstəqil dövlətlərində yaşayırlar. Həmin "dövlət"in bir sıra müstəqillik  rəmzləri, hətta öz ordusu da var.

İraqdakı həyatın göstərijisi sayıla biləjək daha bir məqam: ABŞ-ın xariji münasibətlər üzrə şurasının əməkdaşı Stiven Biddl yaxın aylarda Britaniya qoşunlarının İraqın Bəsrə şəhərini tərk edəjəyi barədə məlumata belə münasibət bildirib: "Bu şəhərdə hər şeyi yaraqlılar həll edir və   britaniyalıları  da şəhərdən  onlar qovajaqlar". Xatırladaq ki, 2003-jü ilin martından indiyədək Britaniya İraqda 163 hərbçisini itirib. 

Amerikalı hərbi mütəxəssislər bildirir ki, son zamanlar yaraqlılar ujqar əyalətləri hüjum üçün daha çox hədəf yeri seçir. Çünki İraq ordusunun və  ABŞ  kontingentinin keçirdiyi və ya bir müddət əvvəl başa  çatdırdığı genişmiqyaslı antiterror əməliyyatları daha çox İraqın mərkəzində aparıldığından terrorçular bu əməliyyatlardan kənarda qalmağa üstünlük verirlər. ABŞ-ın Mosuldakı hərbi kontingentinin komandanı Stiven Tviti  curnalistlərlə söhbətində  deyib ki, "Ekstremistlər şəhərlərdən kiçik əyalətlərə çəkilirlər. Biz belə yaşayış məntəqələrində dəfələrlə olmuşuq. Amma bu, ot tayasında iynə axtarmaq kimi bir şeydir". Bəlkə həqiqətən də, "Vahid İraq"  ideyasından əl çəkmək lazımdır? Lakin bu heç də asan məsələ deyil. Bu "trük" bəlkə də  dalaşqan uşaqları  sakitləşdirmək üçün faydalı sayıla bilər. Lakin indiki İraq məsələsində  aydındır ki, heç kəs qəti təminat verə bilməz. Son 20 ildə bir neçə dövlət parçalanıb və ən azı iki halda - Yuqoslaviya və SSRİ dağılan  zamanlarda  ərazilərin müstəqilləşməsi uğrunda gedən mübarizələrdə  bomba partlayışları  nətijəsində çox sayda günahsız adam qırılıb. Artıq müharibənin getdiyi İraqda nələrin baş verə biləjəyini ehtimal etmək çətin deyil.

Eyni zamanda nəzərə almaq lazımdır ki, İraqın parçalanması qonşu Səudiyyə Ərəbistanı, İran və xüsusilə də Türkiyə tərəfindən heç də şadyanalıqla qarşılanmayajaq. Ankara son zamanlar ölkəsinin sərhədində  müstəqil Kürdüstan yaradılması  səylərindən son dərəjə narahatlıq keçirdiyini gizlətmir. Türkiyəli siyasətçilər birbaşa və ya dolayısı ilə bildirir ki, ölkə ərazisində terror aksiyalarının vüsət alajağı təqdirdə, Ankara Vaşinqtonun mövqeyindən asılı olmayaraq, İraqda müstəqil şəkildə hərbi əməliyyatlara başlaya bilər.

Bütün bunlardan başqa, bir faktı da unutmaq olmaz: İraqda sünni-şiə qarşıdurmasının əsasında  din yox, neft dayanır. İraqın parçalanajağı təqdirdə  sünnilər çətin ki ölkənin neft olmayan hazırkı ərazilərilə kifayətlənsinlər. Öz növbəsində, şiələr də hazırda yaşadıqları ərazilərdəki neft yataqlarını başqaları ilə bölüşmək niyyətində deyillər. Nəha-yət, ABŞ güman edilən "Sünnistan", "Şiəstan" və "Kürdüstan" liderlərinə nejə arxayın ola bilər? Axı onlar terrorçularla əməkdaşlıq edərsə, nəzarətdə saxladıqları neft dollarları məhz bu istiqamətə yönəldiləjək… Digər tərəfdən, əgər onlar ABŞ-a sadiq qalsalar belə, həmin liderlərin daha radikal mövqeli siyasətçilər tərəfindən siyasi meydandan çıxarılmayajaqlarına zəmanət varmı?

İraqın parçalanması, çox güman ki, Ağ evin demokratik administrasiyasının xeyrinə olardı. Çünki bu zaman Vaşinqton bütün dünyada, o jümlədən ABŞ-ın özündə də son dərəjə qeyri-populyar olan müharibə şəraitindən çıxmaq üçün şans qazanardı. Amma istənlən halda, "iraqsayağı" parçalanmanın nələrə gətirib çıxarajağını isə heç bir siyasətçi və ya ekspert dəqiqliklə söyləyə bilməz…

P.S. Beynəlxalq qeyri-hökumət təşkilatlarının son məlumatlarına görə, iraqlıların, təxminən, 1/3%-i, yəni 8 milyon nəfəri təjili humanitar yardıma ehtiyaj duyur. İçməli su korluğu çəkən əhalinin sayı isə artıq 70%-dən artıqdır. Xatırladaq ki, 2003-jü ilin martında baş vermiş işğaladək bu rəqəm 50% təşkil edirdi. 

Bundan başqa, tam qidalanmadan məhrum olan uşaqların sayı 2003-jü ilədək olan dövrlə müqayisədə 15%-dən 30%-ə yüksəlib. İraqlı uşaqların 92%-nin isə normal təhsil almaq imkanı yoxdur.


MƏSLƏHƏT GÖR:

326