15 Mart 2025

Şənbə, 00:43

YOL QAYDALARI

Uzaq yerlərə səfərə yollanmazdan əvvəl turist öz çantasının tərkibinin qeydinə qalmalıdır

Müəllif:

01.08.2007

Məzuniyyət dövrünün qızğın çağıdır və guya daşınan vanna olmadan evdən bayıra çıxa bilməyən əsil-nəcabətli səyyah Uinston Çörçil yadımızdadır. Lakin bunu heç də ekssentrizmin təzahürü kimi qiymətləndirmək lazım deyil: 60-cı illərin əvvəllərinə qədər istənilən səyahət rahatlığa təminat verilməyən bir avantüra idi. Əgər indi təcrübəli "kustolardan" soruşsaq, onlar, hamısı eyni şeyi deyəcək: çamadan çimərliklərdəki kiçik mağazalara yürüşlərin "qənimətlər"inin yerləşməsi üçün kifayət qədər böyük, lakin yalnız bircə dənə, həm də təkərlər üstündə olmalıdır. 

Aydındır ki, bura zəruri olan hər şey - getmək istədiyiniz ölkənin iqlim şəraiti və ilin fəsli nəzərə alınmaqla geyim əşyaları (bu barədə turizm agentindən əvvəlcədən məlumat almaq lazımdır), fotoaparat və maraqlı kitab yerləşməlidir. Ən əsası, pasportu və onun surətini unutmayın. Pasport itərsə, onun surəti evə qayıtmağınızı asanlaşdırar. Tibbi sığortanız (əgər varsa), təyyarə bileti və sürücülük vəsiqəniz də yanınızda olmalıdır. 

Səfər zamanı balaca qayçı, leykoplastır, yod, salfet və bint də (steril olsa, lap yaxşı) karınıza gələ bilər. Sizə lazım olmasa da, başqasının işinə yaraması mümkündür. Evdə olarkən xırda şey olan və istənilən aptekdə asanlıqla tapılan bu sadalananlar özgə yerdə əl altında olmayanda bir çox çətinliklər yarada bilər... Odur ki, yol üçün dərman qutusunu əvvəlcədən hazırlayın. 

 

Dərman qutusunun tərkibi

Beləliklə, xəstəliyə yoluxma risqi üz tutduğunuz ölkədən asılıdır. "Kiçik risk" ölkələrinə ABŞ, Kanada, Fransa da daxil olmaqla, Şimali Avropa və Yeni Zelandiya aiddir. "Orta səviyyəli risk" zonasında Aralıq dənizi ölkələri, Karib adaları dövlətləri (Haiti və Dominikan Respublikasından başqa), həmçinin İsrail və Cənubi Afrika yerləşir. Nəhayət, xəstələnmək ehtimalı Meksika, Mərkəzi və Cənubi Afrikada, Asiya ölkələrində isə daha yüksəkdir.  

Səfər ərəfəsində dərman qutusunun doldurulması bir çoxları üçün həlli, demək olar ki, mümkünsüz bir problemdir. Bir tərəfdən, özünlə bir torba həb və maz daşımaq istəmirsən, digər tərəfdən, bizim alışdığımız və hətta Qərbdə istehsal olunan dərmanların adlarını xarici apteklərdə axtarıb-tapmaq o qədər də asan olmur. Bura onu da əlavə edin ki, ölkəmizdən fərqli olaraq, xaricdə azacıq "ciddi" dərmanlar da reseptlə satılır, açıq satışdakılar isə bizdəkindən xeyli baha olur (temperaturu azaldan ən adi dərman üçün 10-12 avro ödəməli ola bilərsiniz).

Odur ki, dərman qutusu olmadan kurortda işiniz çətin olar. Beləliklə, səyahətə gedərkən, ilk növbədə, dezinfeksiyaedici və sarğı materialları götürmək lazımdır. Sarğı materiallarından fərdi paket, steril bintlər (enli və ensiz), pambıq, adi (rulonşəkilli) və bakterisid plastır (paketlərdə), kağız və nəm salfetkalar zəruridir. Bint və plastırları kəsmək üçün qayçı götürməyi unutmayın. Dezinfeksiyaedici vasitələr sarğı qoymazdan əvvəl yaraları emal etmək üçündür. Odur ki, yod, spirt olmadan ötüşmək mümkünsüzdür.

Mütləq temperaturu aşağı salan, ağrıgötürən vasitələr, məsələn, parasetamol və ya aspirin (suda həll olunan olsa, lap yaxşı), yaxud vərdiş etdiyiniz başqa dərman götürmək lazımdır. 

Kurortlarda ən ciddi durumlardan biri də mədə-bağırsaqla əlaqədar problemlərdir. Statistikaya görə, hətta beşulduzlu oteldə dincəlsə belə, hər üç səyahətçidən birində mədə pozuntusu olur. Hətta "səyahətçi diareyası" deyilən bir anlayış da var. Səyahətçiləri ondan Yomogi pereparatı xilas edir. Siz diareyadan səyahətdən əvvəl gündə 1 kapsul Yomogi qəbul etməyə başlamaqla da xilas ola bilərsiniz. Bu halda, diareya doğuran mikroblar bağırsaqlarınız üçün qorxulu olmayacaq.

Bundan başqa, qarnınızda ağrılar sizi narahat edəcəyi hallar üçün özünüzlə no-şpa götürməyi unutmayın. Mədəniz ekzotik yeməkləri qəbul etmədiyi hallarda isə sizə fermentlər, məsələn, enzimin lazım gələcək.

Beldə zədə və ya ağrının istirahətinizi  pozmaması üçün kaynostatı unutmayın. Kaynostat diyircəkli aplikator şəklində məhluldur. O, ağrını tez kəsəcək, üstünlüyü isə ondadır ki, pal-paltarı batırmır və qoxusu da yoxdur.

Kurortlarda tez-tez rast gəlinən daha bir problem - cürbəcür allergiyalar. Həm də allergiya ona məruz qalmayanlarda da meydana çıxa bilər. Odur ki, özünüzlə mütləq allergiya əleyhinə dərmanlar götürməlisiniz və onlar yuxugətiricisiz olsalar (məsələn, alfeksen), daha yaxşıdır - bütün məzuniyyəti yuxuda keçirməzsiniz. Alfeksen həşərat dişləyərkən əmələ gələn qaşınmanı da aradan qaldırır. Bu mənşəli qaşınmadan həşəratın dişlədiyi yerə naşatır spirtinə batarılmış balaca pambıq parçası qoymaqla da xilas olmaq mümkündür.  

Səyahət zamanı uzunmüddətli dəniz gəzintiləri nəzərdə tutulduğu hallarda, yaxud sizi, ümumiyyətlə, yolda yırğalanma tutursa, aviamore (?) götürməyi unutmayın.

Səyahət zamanı dondurma və sərinlədici içkilərsiz keçinmək olmur. Odur ki, angina və ya boğaz ağrılarından sığortalanmaq da lazımdır. Bu məqsədlə medifon işə yarayar. Anginanın ilk əlamətləri (boğazda ağrı və ya göynəmə) meydana çıxan kimi, ağzınıza 1-2 medifon həbi qoyun. Həblər tədricən əriyərək, vəziyyətinizi yüngülləşdirəcək.

Özünüzlə boğazları o qədər də sağlam olmayan uşaqlarınızı da götürdüyünüz, yaxud özünüz tez-tez anginaya tutlduğunuz halda, mütləq oronorm sprey götürün. O nəinki xəstəliyin əlamətlərini tez aradan qaldıracaq, həm də xəstə boğanızı  sağaldacaq. 

Təəssüf ki, istirahət zamanı heç kəs əsəb streslərindən sığortalanmayıb. Oteldə nömrənin  əvvəlcədən hazırlanmamasının, yaxud hər hansı bir digər xoşagəlməz halın sizi qəfildən yaxalamaması və istirahətinizi pozmaması üçün özünüzlə bitkimənşəli sakitləşdirici, məsələn, Almaniya istehsalı olan ardeysedon naxt götürün. O, sizə nəinki sakitləşmək, stresdən qurtulmaq və qanqaraçılıqlara fəlsəfi yanaşmaqda yardımçı olacaq, həm də iki həb atdıqda, ən gərgin gecədən sonra da şirin yuxu aparacaq.

Burun (məsələn, naftizin və ya qlazolin), qulaq və göz damcılarını da unutmayın.

Yeri gəlmişkən, orqanizminizin durumunu obyektiv qiymətləndirmək üçün (həqiqətənmi xəstələnmisiniz, yoxsa sadəcə istiləşmisiniz) termometr də işinizə yarayar. Amma elektron termometr: çünki civə termometrlə sizi təyyarəyə buraxmazlar. 

Kurortda günün altında xoşagəlməz nəticələr olmadan qaralma ayrıca bir problemdir. Odur ki, dərman qutunuzda qaralma əleyhinə krem, həmçinin çimərlik kremi də olmalıdır. Kremin dəridə qocalma və digər xoşagəlməz nəticələr doğuran ultrabənövşəyi şüalardan müdafiəyə zəmanət verməsi yaxşı olar. Ehtiyat tədbirləri görməyinizə baxmayaraq, çimərlikdə gün sizi "yandırdığı" halda, sizə apteklərdə satılan pantenol sprey və ya bu qəbildən olan istənilən digər krem kömək edər. Belə krem olmadığı halda, adi nəmləndirici kremlər, gellər, ya da kefir və ya xama kimi sınanmış xalq vasitələrindən istifadə etmək mümkündür.

Özünüzlə apardığınız dərmanların öz qablamasında, içində isə istifadə təlimatının olmasına diqqət yetirin - anlaşılmaz həb və ya tozlar gömrükçülərdə lüzumsuz suallar doğura bilər. Lazım olan dərmanı axtarmağa vaxt sərf etməmək üçün bütün dərman qablarının üstündə onların nəyə qarşı olduğunu və necə qəbul edildiklərini yazsanız yaxşıdır. 

Sonda, istirahət zamanı  dərman qutunuzdan istifadə etməməyinizi arzulamaq istərdik. Xoş səyahətlər və gözəl əhval-ruhiyyə!


MƏSLƏHƏT GÖR:

461