Müəllif: İlahə MƏMMƏDLİ Bakı
Kreditin alınmasının çətin proseduru, onun ödənilməsinin qısa müddəti, yüksək xərclər, girov təminatına dair yüksəldilmiş tələblər - Azərbaycanın maliyyə sektorunda ikinci qiymətləndirilmənin nəticələri üzrə DB və BVF tərəfindən ay yarım bundan əvvəl çıxarılan qərarlarda bütün bunlar öz əksini tapıb. Tədqiqatlara əsasən, maliyyə mənbələrinə məhdudlaşdırılmış çıxış ölkədə kiçik və orta sahibkarlığın (OKS) inkişafına əsas maneədir. Bu günlərdə Azərbaycan Mərkəzi Bankının (AMB) qəbul etdiyi qərarı bəzi ekspertlər bank kreditləri sahəsində vəziyyətin liberallaşdırılması yolunda ilk addım kimi qiymətləndiriblər. Lakin birbaşa əks qiymətlər də səsləndirilib ...
Kredit daşı
Bu gün, Azərbaycanın karbohidrogenlər ixrac edən digər ölkələr kimi, neftin ixracından gələn gəlirlərin azalması ilə əlaqədar çətinliyin çəkildiyi, Rusiyadakı iqtisadi azalmanın isə bütün regionda artımın perspektivlərinə mənfi təsir göstərdiyi bir vaxtda ölkə iqtisadiyyatının diversifikasiyası Azərbaycan hökuməti üçün bir saylı məsələdir. Axı, özəl sektorun artımını və rəqabətədavamlığını stimullaşdırmaq, habelə yeni və yüksək ödənişli iş yerlərinin yaradılması real şəkildə xarici riskləri yumşalda və ölkənin neft sektorundan asılılığını azalda bilər. Bu hədəflərə çatmaq məqsədilə ölkənin maliyyə sektoru iqtisadiyyatın tələblərinə uyğun olmaq üçün artmalı və öz imkanlarını genişləndirməlidir. Beynəlxalq mütəxəssislər hesab edirlər ki, maliyyələşməyə çıxış KOS-un artımının və iş yerlərinin yaradılmasının açarıdır. Lakin burada əngəl yaradan amillər mövcuddur. Ölkənin ÜDM-də özəl sektorun kreditləşməsinin payı 31% təşkil edir (2014-cü ilin nəticələrinə görə). Bu isə analoji iqtisadi həcmlərə malik ölkələrlə müqayisədə son dərəcə cüzi nəticədir.
Hazırda kiçik və KOS-ların, təxminən, üçdə ikisinin bank hesabı, 13,5%-nin isə kedit xətti var. Kiçik və KOS-ların, təxminən, dörddə üçü kredit almaq üçün heç vaxt müraciət etməyib. Dünya Bankının apardığı sorğuya əsasən, ölkənin 516 kənd təsərrüfatı, sənaye, ticarət, turizm və xidmət sahələrini təmsil edən müəssisələri arasında mikromüəssisələrin 91,9%-i, kiçiklərin 81,9%-i və orta müəssisələrin 72,7%-i heç vaxt kredit götürməyiblər. Bir kredit alanlar arasında 7,9% mikro, 14,8% kiçik və 20% orta müəssisələr təşkil edir. Ancaq 3,3% kiçik və 7,3% orta müəssisə iki və ya daha artıq kredit götürüb.
Bu şəkildə, krediti sahibkarlara daha əlçatar etməklə, iqtisadiyyatın artım templərinə nail olmaq mümkündür. Müqayisə üçün qeyd edək ki, Azərbaycanda və Avropada borc alanların faiz dərəcələri arasındakı boşluq illik, təxminən, 15-20 % təşkil edir.
Banklar bu fərqi cəlb olunan vəsaitlərin daha bahalı olması ilə izah edirlər. Burada həqiqət var, axı, bu ölkədə əhalinin manatla əmanətləri üzrə faizlər bu il 12-16%-ə qədər, xarici valyutada isə 8%-ə qədər yüksəldi. Lakin o da düzdür ki, banklar yüksəldilmiş marja və kreditlərin yüksək əməliyyat xərcləri (Avropa göstəriciləri nisbətində) hesabına heç də pis qazanmırlar. Bu halda kreditlərin bahalı olmasının əsas səbəbi - Azərbaycan iqtisadiyyatında banklar arasında rəqabətin zəif olması ilə bağlıdır. Azərbaycanda bank kreditlərinin faiz dərəcələrinin yüksək olması ilə bağlı problem aktuallığını son 2-3 ildə saxlayır. Onun həlli məqsədilə parlamentarilər hətta Mərkəzi Banka əlavə səlahiyyətlərin təqdim olunması təklifi ilə çıxış da edib. Məqsəd AMB-nin bank kreditləri üzrə dərəcələrin məhdudlaşdırılması üçün inzibati imkanlara malik olmasını nəzərdə tuturdu.
Bu praktikadan istifadə edən (kreditlər üzrə dərəcələrin məhdudlaşdırılması) ölkələrin təcrübəsinə əsasən, bu cür addımlar kölgə iqtisadiyyatının çiçəklənməsinə şərtlər yaradıb. Kölgə iqtisadiyyatı bu ölkələrdə bank sektorunun 30-50%-nə çatır. Məhz buna görə AMB səlahiyyətlərinin artırılmasından imtina etdi. Çünki bu yolu ancaq iqtisadi yollarla nizamlamaq üçün kifayət qədər mənbə və vasitələrə malikdir. Bazara təsir göstərmək üçün 2003-2014-cü illərdə AMB-nin uçot dərəcəsi (faiz dərəcəsi) 15-dən 3,5%-ə endirilib.
Bu arada, 2015-ci il 21 fevral tarixində keçirilən devalvasiya bankların vəziyyətini pisləşdirdi və bu gün onlar ən az kredit dərəcələrinin endirilməsi barədə düşünürlər. Bu gün bankların çaşqınlığı heç əlavə gəlir əldə etmək də yox, öz gəlirlərini qoruyub saxlamaqdan ibarətdir. Kreditlərin ödənilməmə problemləri artır, bu isə bankları yeni kreditləri verərkən daha ehtiyatlı siyasət aparmağa məcbur edir.
Gözlənilməz qərar
Lakin bunun fonunda AMB özünün növbəti "vasitəsini" işə salmaq qərarına gəldi. Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə ərazisində fəaliyyət göstərən kommersiya banklarına müştərilərə verilən istehlak kreditlərinin rəsmiləşdirilməsi üçün tutulan komissiya haqqının 1% həcmində məhdudlaşdırılmasına dair məktub göndərib - komissiya bir sıra banklarda hətta 7-10%-ə çatırdı.
Mərkəzi Bank bu addımını bəzi banklarda yüksək komissiya ödənişi ilə izah edir. Belə ki, nəticədə bu istehlak kreditləri üzrə (FIFD) illik faiz dərəcəsinin faktiki olaraq artmasına gətirib çıxaracaq. Bu isə bəzən bank sektoru üzrə orta FIFD üstələyir.
Qeyd edək ki, kreditlər üzrə komissiya yığımlarının həcmi onların verilmə tarixi, istehlak kreditlərinin həcmindən asılıdır və orta hesabla, 3-7% civarında təşkil edir. Bankların addımlarının necə olacağı və itirilən gəlirlərini necə kompensasiya edəcəklərini demək hələlik çətindir. Müzakirələr bankların daxilində davam edir, həmçinin Mərkəzi Bankla da başlayıb. Nəzərə alsaq ki, bu xərclərə borc alanın həyat sığortası xərcləri də daxildir, indi banklar bu maddə haqda da düşünməli olacaqlar. Azərbaycan Bank Tədris Mərkəzinin (ABTM) rəhbəri Cavanşir Abdullayev hesab edir ki, banklarda kreditin rəsmiləşdirilməsi zamanı komissiya digər ölkələrlə müqayisədə xeyli yüksəkdir. Belə ki, xaricdə kreditlər üzrə faiz dərəcəsi 5-7% civarında dəyişir, bizdə isə belə faizlər ancaq komissiya yığımları üzrə tətbiq edilir.
"Son üç ildə ölkənin Mərkəzi Bankı bir neçə dəfə bankları kreditlər üzrə istər komissiya haqqını, istərsə də faiz dərəcələrini aşağı salmağa çağırıb. Bəzi banklar AMB-nin tövsiyələrini nəzərə aldı, amma onlar kütləvi populyarlıqdan istifadə etmədilər. Buna görə də Mərkəzi Bank inzibati tədbirlərə əl atmalı olub", - deyə o, bildirib.
Bu qərar bankların komissiya gəlirlərinə mənfi təsir göstərəcək. Mümkün itkiləri qismən kompensasiya etmək üçün banklar kreditlər üzrə faiz dərəcələrini artıra bilərlər - deyə C. Abdullayev güman edir. Lakin bankların kredit dərəcələrinin artması şəklində reaksiyası özünü çox gözlətmədi. Demək olar ki, həmin gün iri özəl banklardan biri komissiyanın 1% aşağı düşməsi haqda aralıq qərar qəbul etdi, lakin eyni zamanda kredit üzrə baza faiz dərəcəsini qaldırdı. Bankda qeyd edildiyi kimi, bankın komissiya yığımlarının çox yüksək olmadığını, faiz dərəcəsinin isə rəqabətədavamlı olduğunu nəzərə alsaq, bank üçün Mərkəzi Bankın bu qərarı problem yaratmayacaq. Eyni zamanda bankda əmindirlər ki, digər gəlir növləri hesabına komissiya yığımlarından itkinin kompensasiyası istənilən halda kreditlər üzrə faiz dərəcəsinə təsir edəcək.
Bununla yanaşı, bəzi banklar nə isə dəyişməli olmayacaqlar, çünki komissiyanın həcmi 1%-i heç ötmürdü. Belə ki, komissiya haqlarının 1% civarında məhdudlaşdırılması müştərilərə daha əlverişli kredit şərtləri müəyyən etməyə imkan verəcək. Banklar nəzarət orqanının "qəzəbindən" ehtiyatlanaraq, çətin ki, kredit faizlərinə dair hər hansı ciddi dəyişikliklərə getsinlər.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, bunu nəzərə alaraq, AMB-nin bu qərarı bankların rəqabətqabiliyyətini yüksəldəcək. "Əgər əvvəllər bəzi banklar müştərilərini heç də düzgün olmayan reklam hesabına cəlb edirdilərsə, indi bu hallar azalacaq. Bundan əvvəl banklar yüksək komission haqları vasitəsilə kreditin faiz dərəcəsini də qaldıra bilirdilər. Müştəri 10 min manat kredit götürürdüsə, komissiya haqları 8%, yəni 800 manat təşkil edirdi. Hərçənd ona 10 min manat verilsə də, faiz artıq 10 800 manatdan çıxılırdı. Bütün bunlar kreditin faiz dərəcəsinin artmasına gətirib çıxarırdı", - deyə V. Bayramov qeyd edib.
Bu şəkildə, Mərkəzi Bank əsasən istehlak kreditləri portfelinin artmasıyla ifadə edilmiş böyüyən riskləri aşağı salmağa çalışır. Bu isə öz növbəsində, belə bankların müştəri və əmanətçiləri arasında vəsaitlərin qorunma risklərini artırır. Nəzərə alsaq ki, bu məhdudiyyətlər ancaq istehlak kreditlərinə tətbiq edilir, bankların biznesi kreditləşdirməsi daha sərfəli olacaq. Son illər də bu, xüsusi olaraq tövsiyə edilir. Bu isə ümumilikdə iqtisadiyyatın sonrakı inkişafının dəstəklənməsi deməkdir.
MƏSLƏHƏT GÖR: