15 Mart 2025

Şənbə, 00:45

YADLAR ARASINDA ÖZÜMÜZÜNKÜ…

Məşhur Azərbaycan rəssamı Avropa və asiyada öz dinini - Azərbaycana məhəbbəti təbliğ edir

Müəllif:

01.04.2007

Əşrəf Heybətov vətəndən uzaqlarda olsa da, onun üçün çox şey edə bilib. Rəngkarlıq akademiki, YUNESKO Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Azərbayjanın əməkdar rəssamı, "Dünya xalqlarının injəsənəti" assosiasiyasının beynəlxalq mükafatı laureatı, Rusiya Rəssamlar İttifaqının, Almaniya Rəssamlar Birliyinin üzvü, sülh səfiri, Azərbayjan İnjəsənət Xadimlərinin Avropa Assosiasiyasının sədri… Azərbayjanlı rəngkarlıq ustasının fəxri adlarını saymaqla qurtarmaz. 

Bu gün Əşrəf Heybətovu dünya vətəndaşı adlandırırlar və bu, dəb xatirinə edilmir. 1981-ji ildə, M.Əliyev adına İnjəsənət İnstitutunun rəssamlıq fakültəsini  bitirən kimi (burada onun müəllimlərindən biri Azərbayjanın xalq rəssamı Mikayıl Abdullayev olmuşdu),  Azərbayjandan getsə də, Bakı və Moskva arasında yaşayıb-yaradaraq, əsərlərində vətəni tərənnüm edib. 1995-ji ildə Ə.Heybətov Almaniyaya köçərək, burada rəsmləri ilə doğma yurdunu şöhrətləndirib. Burada onu "Almaniyada Azərbayjanın ən məşhur injəsənət xadimi" adlandırırlar.       Rəssamın "xidməti siyahısı" möhtəşəmdir: olimpiya obyektlərinin tərtibatı, Moskva Olimpiadasının bədii proqramında iştirak, 1980-ji ildə RSFSR Bədii Fondunun müəllifi. 1995-ji ildən Ə.Heybətov Almaniya, Türkiyə, İsveç, Belçikanın bir çox şəhərlərində, Malta, Moskva, Bakıda fərdi sərgilərini təşkil edir. 2006-jı ildə sənətkarın rəsmləri Jenevrədə, BMT Millətlər Sarayında fərdi sərgisində nümayiş  etdirilib. 

Heybətovun əsərləri ABŞ, Türkiyə, İsrail, Fransa və başqa  ölkələrdə çoxsaylı özəl kolleksiyalarda saxlanılır. Rəssamın eskizləri əsasında Nepalda xalçalar toxunub. Almaniyada Heybətovun illüstrasiyaları ilə iki kitab nəşr olunub. Bundan başqa, o, Almaniya, Moskva və Bakıda  nəhəng monumental divarüstü pannoların müəllifidir.

Müxbirimiz rəssamla Azərbayjan və türk diasporları rəhbərlərinin martın 9-da Bakıda keçirilən forumunda görüşüb. Ə.Heybətov həm də ijtimai xadim kimi  səmərəli fəaliyyət göstərir. Almaniyada milli azlıq nüma-yəndəsi kimi o, Xarijilərlə İş Üzrə Şuraya üzv seçilib. Heybətov həmyerlilərinin alman mühitinə mədəni inteqrasiyası  məsələləri ilə məşğul olur. Azərbayjan rəssamının bu şurada iştirakı müxtəlif alman şəhərlərində dəfələrlə keçirilmiş beynəlxalq mədəniyyət günlərinin təşkilini  də nəzərdə tutur.

Rəssam öz əsərlərində doğma Azərbayjana olan hisslərini və münasibətini əks etdirməyə jan atır. Belə ki, indi yaşadığı Koblensdə nəhəng rəngkarlıq işində (450 kv.m, "Reynland-Plats simfoniyası") o, alman tematikası ilə yanaşı, Qız Qalası və Şərq motivlərini  də təsvir edib. Bu, Koblensə hədiyyə idi.

"Mən Azərbayjanı bajardığım kimi təbliğ edirəm. Mütaliə edən, düşünən alman ziyalıları, şübhəsiz,  Azərbayjan haqqında məlumatlıdırlar. Amma mənjə, kifayət qədər yox. Mənim sərgilərim - Azərbayjan rəssamının sərgiləridir. Onların hər birində Azərbayjan Bayrağı asılır, milli musiqi səsləndirilir. Emalatxanamda Azərbayjanın nəhəng xəritəsi var. Vətəndən uzaqda yaşayan hər bir azərbayjanlı onun imiji üçün nəsə edərsə, ölkəmizin dünyadakı nüfuzu qat-qat artar". - Bu, dünya şöhrətli rəssamımızın sözləridir.

 

Hər yerdə azərbayjanlı olmaq 

Rəssamın yaradıjılığı rəngarəngdir. O, 27 mövzu və seriyanı əhatə edir. Ə.Heybətov portret, tarixi və müasir canrlarda da işləyir. Rəssam məşhur siyasətçilər, diplomatlar, mədəniyyət və elm xadimlərinin portretlərini jəkib. Bu yaxınlarda 80 yaşı tamam olan Nobel mükafatı laureatı Günter Qrassın portreti üzərində işini tamamlayıb. Bundestaqda yubileyi qeyd olunanda, portret, Azərbayjan rəhbərliyi adından Qrassa təqdim olunajaq. Lakin rəssamın əsas mövzusu həmişə doğma Azərbayjan olub - Heybətovun yaradıjılığında Şərq ənənələri və Qərbin müasir plastikası sıx qovuşur. 

"Əsas problemim vaxt çatışmazlığıdır. Hər şeyi əhatə etmək mümkün deyil, amma çox şey etmək istəyirəm. Moskvada yaşayanda Bakı Yurddaşlıq Jəmiyyətinin işində iştirak edirdim. 1997-ji ildə Mayns şəhərində mənim təşəbbüsüm və Azərbayjan səfirliyinin dəstəyi ilə "Bakı" jəmiyyətinin təsis yığınjağını keçirdik. İlk vaxtlar hətta "Bakılı" bülleteni çap edilirdi. Təəssüf ki, bu gün həmvətənlərimdən narazıyam. Bir sıra tədbirlər keçirildi, amma həmyerlilərim onlarda heç də həmişə iştirak etmirdilər. Məni başa düşmürdülər. Almaniyanın hər şəhərində Azərbayjan ijması rəsmi qeydiyyatdan keçib, amma onların heç birinin mədəni və sosial proqramı yoxdur. Problem həm də ondadır ki, bəzi milli təşkilatlar öz jəmiyyətlərini "mədəni" adlandırırlar, amma heç bir mədəniyyətdən söhbət belə getmir. Berlində bir neçə Azərbayjan jəmiyyəti gərgin münasibətdədir, hərçənd, birlikdən danışırlar.  Təəssüf ki, biz anjaq milli bayramları keçirir və tariximizin fajiəli səhifələrini xatırlamaq üçün toplaşırıq. Azərbayjanın imijinə laqeyd münasibətə aid birjə misal çəkim. "11 Sentyabr. Nyu-York" pannosunu yaradanda istəyirdim ki, o, fajiə baş vermiş şəhərə  Azərbayjan və xalqımız adından təqdim olunsun.  Əvvəljə Berlindəki Azərbayjan səfirliyinə mürajiət etdim, amma dəstək almadım. Sonra rus konsulu ilə danışdım və o, ideyanın aktuallığını qiymətləndirərək, həmin dəqiqə təklifimə reaksiya verdi. Bu əsər 4 il tanınmamış qaldı və anjaq Rusiyanın Bonnda baş konsulu Q.A.Gerodesin təşəbbüsü və ABŞ-ın baş konsulu Jorj Noulesin  vasitəçiliyi ilə panno Nyu-York vətəndaşlarına hədiyyə kimi təqdim olundu". Nyu-York meri tezliklə Koblensə rəssama ünvanladığı məktubunda terrorizm əleyhinə mübarizəyə  töhfəsinə görə Heybətova minnətdarlığını bildirdi.  

Azərbayjan və türk diasporları rəhbərlərinin forumunda Azərbayjan  Mədəniyyət Xadimlərinin Avropa Assosiasiyasının sədri kimi iştirak edən Ə.Heybətov vurğuladı ki, "Türk və Azərbayjan diasporlarını birləşdirmək ideyasını irəli sürən şəxs çox böyük müdriklik nümayiş etdirib".

"11 ildir Almaniyada yaşayıram, bundan əvvəl 16 il Moskvada yaşamışam. Deməliyəm ki,  fəaliyyətimdə mənə əsas köməyi türk ijması göstərir. Bundan əlavə,  Azərbayjanın fajiəli tarixi - 20 Yanvar, Xojalı soyqırımı haqqında həqiqətləri alman ijtimaiyyətinə çatdırmağı özümə borj bilirəm. Dağlıq Qarabağ ətrafındakı durum barədə həqiqəti danışıram. Bu işdə alman FDP (Müstəqil Demokratlar Partiyası) partiyasına üzvlüyüm mənə yardım  edir.  Xariji vətəndaş olduğum üçün bu partiyaya məni istisna kimi qəbul ediblər. Yəni Azərbayjan prezidenti İlham Əliyevin dediyi kimi, dünya azərbayjanlıları yaşadıqları mühitə, parlamentlərə, partiyalara inteqrasiya olunmalıdırlar, mən də bunu edirəm. Alman nazirləri ilə təmaslarım var. Tanış olduğum hər kəsə Qarabağ, Azərbayjan haqqında alman dilində broşürlər təqdim etmişəm".  

 

 Olmuş və olajaq hadisələr

Bakıya səfərindən əvvəl rəssam Baden-Badendə kejirilən rus-alman forumuna dəvət alıb və "Vətəndaş jəmiyyətinin yaranmasında mədəniyyətin rolu haqqında" mövzusunda nitq söyləyib. Bu ijlasın moderatoru Azərbayjana bir daha səfər etmək arzusunu bildirmiş məşhur rus akademiki Sergey Kapitsa idi. Sonunju dəfə o, Azərbayjana 20 il əvvəl, Heydər Əliyevin dəvəti ilə gəlmişdi. Ə.Heybətov Kapitsanın xahişini ölkəmizin rəhbərliyinə çatdırıb ki, bu böyük elm xadimi Azərbayjana yüksək səviyyədə dəvət alsın. Bu il akademik Kapitsanın  da 80 yaşı tamam olur.

Ə.Heybətov  bu yaxınlarda həyatında baş vermiş çox sevinjli hadisədən də bəhs etdi. O, kolleksiyasının ən nadir injisini, 24 yaşında çəkdiyi  "Salam, Azərbayjan"  əsərini Azərbayjan prezidenti İlham Əliyevə hədiyyə etmək imkanı qazanıb. Əsər dövlət başçısına onun Almaniyaya səfəri zamanı təqdim olunub.

"1981-ji ildə Moskvada Beynəlxalq Əlaqələr İns-titutunda ilk sərgim keçirildi. O illər  İlham Əliyev bu institutun aspiranturasında oxuyurdu. Bu əsərin də nümayiş olunduğu sərginin təşkilinə məhz İlham Əliyev yardım etdi. 1985-ji ildə SSRİ  Mədəniyyət  Nazirliyi  başqa əsərlərlə yanaşı, "Salam, Azərbayjan"ı da almışdı.  1995-ji ildə Almaniyaya köçəndə, mən bütün əsərlərimi pulla aldım. Bu, rəsm kolleksiyamın injisidir. O mənə çox əzizdir. Və prezident İlham Əliyevə böyük hörmətlə, həm də təşkilinə onun yardım etdiyi sərgidən xatirə olaraq, rəsmi  dövlət başçısına hədiyyə verməyi özümə borj bildim. Mehriban xanım Əliyeva dedi ki, haqqımda oxuyub, yaradıjılığımla tanışdır. O mənə müvəffəqiyyətlər arzuladı". 

Tezliklə Ə.Heybətovun sərgisi Vatikanda da təşkil olunajaq. Artıq bu barədə XİN səviyyəsində razılıq əldə olunub. Əşrəf Heybətov orada dini mövzuda əsərlər seriyasını nümayiş etdirmək niyyətindədir. Beləliklə, o, bu mövzuya mürajiət etmiş yeganə Azərbayjan rəssamı olajaq. Sərgidə Əhdi-ətiq və Əhdi-jədid motivləri əsasında çəkilmiş 35 böyük  iş təqdim olunajaq. 

Ə.Heybətov qeyd etdi ki, planlaşdırılan sərgi Vatikanda fevralda keçirilməli idi. Amma Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hajı Allahşükür Paşazadənin Roma papası ilə görüşü zamanı keçirmək qərara alındığı  üçün, sərgi bir qədər sonra təşkil olunajaq.  

Bundan başqa, mayın 18-də Berlin "Türk evi"ndə Ə.Heybətovun  "Türk Dünyası" mövzulu sərgisi keçiriləjək. Tədbir Türkiyənin baş konsulu Əhməd Alpanın patronacı ilə təşkil olunajaq. Mayın 28-i isə "Azərbayjan rəngləri" sərgisi çərçivəsində rəssamın yaradıjılığı ilə Brüsseldə NATO-nun mənzil-qərar-gahında tanış olajaqlar. Bu il Azərbayjan Mədəniyyət Nazirliyinin və yazıçı Çingiz Aytmatovun  dəstəyi ilə Ə.Heybətov əsərlərini YUNESKO-da (Parisdə) təqdim edəjək. Sərgi "İnsan dünyası, insan dünyada" adlanajaq. 3-4 oktyabrda Strasburqda, Avropa Şurasında Azərbayjan nümayəndəliyinin himayəsi ilə "Şərq və Qərb arasında" sərgisində rəssamın əsərləri nümayiş olunajaq.

Rəssam Əşrəf Heybətov Şərq və Qərb mədəniyyətini sintez edir. Avropa və Asiyanın bədii plastikasını özündə birləşdirən sənətkar Avrasiya məkanı mədəniyyətinin daşıyıjısına çevrilib.


MƏSLƏHƏT GÖR:

434