
"ATƏŞGAH" HAQQINDA HƏQİQƏT
Suraxanıdakı müqəddəs yer atəşpərəstlərin ibadətgahı kimi önəmini və aktuallığını itirməyib
Müəllif: Solmaz balabƏyli Bakı
Bu və ya digər xalqın, yaxud ərazilərin kökləri və tarixinin qədimliyi barədə tarixi abidələr əsasında fikir yürütmək mümkündür. Bu baxımdan, Azərbayjan da istisna deyil. Belə tarixi abidələrdən biri Bakının 25 kilometrliyində, Suraxanı qəsəbəsində yerləşən atəşpərəstlərin ibadətgahı - Atəşgahdır. Bu dini ibadət yeri uzun əsrlərboyu minlərlə insanın diqqət mərkəzində olub. Tarixjilər və səyyahlar böyük maraqla Atəşgahı ziyarət edirdilər. İbadətgah dünya şöhrətli müxtəlif əsərlərdə ətraflı təsvir olunub. Amma Atəşgah bilavasitə Bakının yaxınlığında yerləşsə də, çoxları onun tarixi barədə, demək olar ki, heç nə bilmir. Nətijədə, jəmiyyətimizdə bu tarixi abidə haqqında həqiqətdən çox uzaq və ziddiyyətli rəylər formalaşıb.
Atəşgah nejə yaranıb?
Eramızın VII əsrinə qədər, Azərbayjan əhalisinin əksəriyyətini atəşpərəstlər təşkil edəndə, bu gün Atəşgahın yerləşdiyi ərazi ibadət yeri idi. İslamın gəlişindən sonra, yerli əhalinin əksəriyyəti dinini dəyişib müsəlman oldu, İslamı qəbul etmək istəməyən bir hissəsi isə İrana və Şimali Hindistana miqrasiya etdi.
Atəşgahın özünün yaranması tarixi XVIII əsrin əvvəllərinə təsadüf edir. O vaxt artıq müntəzəm istifadə olunan İpək yolu ilə Bakıya çoxlu tajir gəlirdi ki, onların da bəziləri vaxtilə Azərbayjandan miqrasiya etmiş atəşpərəstlərin nəvə və nətijələri idi. Təbii qazın fasiləsiz çıxdığı torpaqları görən tajirlər alovun gejə-günduz yandığı bu yerlərin müqəddəsliyinə inandılar və Bakının bir neçə kəndində ibadət mərkəzləri yaratmağı qərarlaşdırdılar. Mərkəzi ibadətgah Atəşgah olmalı idi.
1713-jü ildə hindistanlıların sifarişi ilə azərbayjanlı memarlar onun tikintisinə başladılar. Atəş-gah üçün kifayət qədər böyük ərazi nəzərdə tutulsa da, əvvəljə burada qurbangah və bir neçə "istirahət hüjrəsi" tikildi. Sonrakı iki əsrdə hüjrələrin sayı qonaqlar üçün tikililərin hesabına bir az da artdı. İbadətgah hasara alındı, girişdən sağda isə ətrafı müşahidə etmək üçün Balaxanə adlı qala tikildi. Atəşgahın tikintisi anjaq X1X əsrin sonunda başa çatdı.
Atəşgah kvadrat tikilidir. Həyətin ortasında dörd sütunun uzərində ujalan qurbangah yerləşir, burada həm də alov yanır. Qurbangahın ətrafında 26 kamera - hüjrə, həmçinin, qonaqlar üçün otaq və nəzarət qalası yerləşir. Hüjrələr 2 metr hündürlükdə daş tikililərdəir. Hər qapının yuxarısında 25-i sanskritlə, biri isə farsla əllə yazılmış yazılar var. Qeyd etmək lazımdır ki, Şimali Hindistanda və İranın Yəzd şəhərində də analoci üslubda tikilmiş atəşpərəst ibadətgahları var.
İbadətgahın qonaqları
İbadətgah yaranandan sonra onu hər il yüzlərlə adam ziyarət edirdi. Bu, İrandan, Hindistandan və hətta Azərbayjanın müxtəlif bölgələrindən gələn atəşpərəstlər idilər. Onlar, əsasən, ilin yaz və yay aylarında Atəşgaha ziyarətə gəlirdilər.
Dini ayinlər qurbangaha müxtəlif meyvə və giləmeyvələrin düzülməsindən, dua oxumaqdan, ayaqları çarpazlaşdırmaqdan və mahnı oxumaqdan ibarət idi. Atəşpərəstlərin verdiyi qurban isə hər hansı bir heyvan yox, insan olmalı idi.
Baş kahin qurban verilmək arzusunda olduğunu bildirəni hamının gözü qarşısında yandırırdı. Maraqlıdır ki, Atəşgahın işçilərini din xidmətçiləri hesab edərək, özlərini qurban vermək arzusunda olduğunu bildirənlərə bu gün də rast gəlmək mümkündür. Zəvvarların sözlərinə görə, onlar Atəşgahda qurbanverilmə ayininə dünyaya gəldikləri gündən hazırlaşırlar və belə hesab olunur, bundan sonra əbədi həyata qovuşajaqlar.
Sovet dövründə Atəşgah muzeyə çevrilmişdi və bununla da ibadətgah ziyarətçilərin üzünə bağlandı. Hakimiyyət tarixi irsin unikal abidəsi kimi Atəşgaha xüsusi diqqət yetirirdi və bu, məbədgahın qorunub-saxlanmasında müsbət rol oynadı. Atəşgahın soyuq divarlarının maraqlı muzeyə çevrilməsində istedadlı heykəltəraşlar Əlimirzə və Mirzə Mirzəyevin çox böyük əməyi var. Atəşgahın tikildiyi dövrdə yaşamış insanların məbədgahda yerləşdirilmiş maketləri jazibədarlığı və təbiiliyi ilə seçilir. Bəzi hüjrələrdə qurban verilmək üçün nəzərdə tutulmuş qədim atəşpərəstlərin fiqurları qoyulub. Heykəltəraşlar zərdüştilərin qurban verdikləri insanların əzablarını kifayət qədər reallıqla göstərə biliblər.
Uzun illərboyu Atəşgah yalnız muzey kompleksi kimi fəaliyyət göstərib. Hindistan prezidenti Javahirləl Nehrunun Bakıya səfəri zamanı abidənin paralel olaraq dini mərkəz kimi istifadəsi məsələsi qaldırıldıqdan sonra, "İbadətgah" statusu qazanıb. 1970-ji ildə zəvvarların Atəşgahı ziyarətlərinə qoyulan qadağa götürüldü.
Zəvvarlarla yanaşı, müxtəlif dövrlərdə Atəşgahı Düma-ata, Vereşşagin, Boqolyubov, Dorin kimi məşhur adamlar da ziyarət ediblər və bu onların yaradıjılığında da əksini tapıb. Onlar Bakı yaxınlığındakı "zərdüştilərin möjüzəli məbədgahından" danışır, atəşpərəstlərin dini ayinlərini təsvir edirlər. Buna gözəl nümunə kimi, Düma-atanın Qafqaz haqqında kitabını göstərmək olar.
1851-ji ildə dünya şöhrətli alim Dmitri Mendeleyev Atəşgahın ərazisində laboratoriya yaratmışdı və bu laboratoriya uzun illər fəaliyyət göstərdi. Laboratoriyanın yerləşdiyi tikili indi də qalmaqdadır və yerli sakinlər onu "Kokurevin zavodu" adlandırırlar. Yaxın gələjəkdə onun bərpası nəzərdə tutulur.
Hadisə
Atəşgahda 20 ildən artıq çalışmış Məhbubə Məmmədova təkjə xüsusi maraq doğuran ziyarətçiləri xatırlamır. XX əsrin 80-ji illərinin sonunda baş verən hadisə onun hafizəsində dərin iz salıb. O vaxtlar Atəşgahda aparılan təmir-bərpa işlərinə Məhbubə xanım nəzarət edirdi. Özü də təmirçilərin əsas kontingenti ermənilərdən ibarət idi. M.Məmmədovanın dediyinə görə, onlar hər jür bəhanə ilə işdən boyun qaçırmağa çalışır, üstəlik, divarları deşərək, dağıtmağa jəhd göstərirdilər. M.Məmmədova bu barədə lazımi instansiyalara təjili məlumat verəndən sonra, həmin briqada muzey ərazisindən qovuldu, "təmirçilər"in vurduğu ziyanı aradan qaldırmaq üçün yeni briqada yaradıldı. Sonra aparılmış yoxlama müəyyənləşdirdi ki, "hüjrələr"in qapıları üzərindəki sanskrit yazıların bir hissəsi erməni yazıları ilə əvəz olunub, qurbangahın ortasında isə iki metr dərinlikdə erməni xaçı basdırılıb.
Suraxanıdakı məbəd bu gün də turistlərin böyük marağına səbəb olur. O, zərdüştilərin ibadət mərkəzlərindən biri kimi də öz əhəmiyyətini və aktuallığını itirməyib. Maraq və inam insanların hərəkətlərini daim idarə edən amillərdir.
MƏSLƏHƏT GÖR: