25 Noyabr 2024

Bazar ertəsi, 01:19

SUSUZ ƏLİMİZ YERDƏ QALIR…

Azərbaycanın transsərhəd çaylarının qonşu ölkələrdə çirkləndirilməsi davam edir

Müəllif:

01.04.2007

Martın 22-də bəşəriyyət Ümumdünya su gününü - ən önəmli beynəlxalq ekoloci tarixlərdən birini qeyd etdi. Dünya birliyi üçün təmiz içməli su problemi ən kəskin problemlərdən biridir. XX əsr ərzində su istehlakı 7 dəfə artıb. Planetdə şirin su ehtiyatları fajiəvi şəkildə azalmaqdadır. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, 2020-ji ildə planetin bütün əhalisi su çatışmazlığı ilə üzləşə bilər. Yer üzündə su ehtiyatları kifayət qədər olsa da, onlar qeyri-bərabər paylaşıb. Bununla əlaqədar, XXI əsrdə silahlı münaqişələrin səbəblərindən biri məhz su ehtiyatları uğrunda mübarizə ola bilər. Dünyadakı suyun xeyli hissəsi insanın istifadəsi üçün yararsızdır, çünki 97%-i duzlu sudur. Şirin suyun payına jəmi 2,5% düşür və bunun da xeyli hissəsi yerin çox dərin qatlarında və ya buzlaqlarda yerləşdiyindən, əlçatmazdır. İstifadəsi mümkün olan şirin su ehtiyatları isə Yer üzündəki su ehtiyatlarının jəmi 0,26%-ni təşkil edir.

Kranlarımızdan fasilələrlə axan suyu törədə biləjəyi nətijələr üzündən içmək və xörək bişirmək üçün istifadə etmək qorxuludur. Ondan istifadəyə görə ödəniş son zamanlar dəfələrlə artırılsa da, bu, suyun keyfiyyətinə o qədər də təsir göstərməyib. Bütün bunlar vətəndaşların haqlı narazılığını doğurur. Təsərrüfat məqsədləri və içmək üçün istifadə olunan əsas su mənbələrinin çirklənməsi, su kəmərləri və kanalizasiya şəbəkələrində çoxsaylı qəzalar isə yenə də qalmaqdadır. Səth su hövzələrinin çirkab suları ilə çirklənməsi kifayət qədər çoxdur, insanın səhhəti üçün zərərli olan pestisidlərin qalıq miqdarı hələ də yüksəkdir və əksər hallarda mümkün konsentrasiya həddindən yuxarıdır. Qaynatma, gümüş və ya silisiumla təmizləmə, filtrdənkeçirmə, dondurma, həmçinin, elektrik və ya maqnit sahəsi ilə təsir suyun yalnız bir və ya iki xarakteristikasını dəyişir.  

Bakının su təjhizatı həm səth sularının (Samur və Kür çaylarından), həm də yeraltı suların (Şollar) çatdırılması ilə həyata keçirilir. Qüvvədə olan qanunlara görə, iri şəhərlərin bir neçə müstəqil su təjhizatı mənbəyi olmalıdır. Odur ki ölkə prezidentinin sərənjamı ilə hazırda Bakı şəhərinin su təjhizatı üçün yeni su kəməri layihələşdirilir (uzunluğu 300 km, su borusunun diametri 2 metr, su sərfi 5 kub m/san.). Bu layihənin ijraçısı "Azərsu" Jəmiyyətidir. 

 

Suyu nejə yaxşılaşdırmalı?

Bundan başqa, prezident İlham Əliyevin sərənjamı ilə 2003-jü ildə ekoloci baxımdan sabit sosial-iqtisadi inkişafa dair proqram təsdiq edildi ki, bu proqrama əsasən, 2010-ju ilə qədər Azərbayjanın hər bir sakininin təmiz və keyfiyyətli sudan istifadə etmək imkanı olmalıdır. Beləliklə, artıq bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə hökumətinin tapşırığı ilə "İçməli su ehtiyatlarının artırılması və onun keyfiyyətinin yüksəldilməsi" proqramının işlənib-hazırlanması ilə məşğuldur. Proqram çərçivəsində ölkənin, təxminən, 149 min sakininin yaşadığı 50 kəndində yeni sutəmizləyiji filtrlər quraşdırmaq planlaşdırılır. Təmizləyiji qurğuların quraşdırılmasından savayı,  yerli sənayenin yeni ekoloci istiqamətini formalaşdırmaq da planlaşdırılır. Hökumətdə məişət və çirkab sularının utilləşdirilməsinin formalarının seçilməsinə dair müzakirələr aparılır. Bu suların təkrar sənaye emalı üsulunun tətbiqi, yaxud müxtəlif axar hövzələrə, yəni dəniz və çaylara axıtmanın təmin edilməsi üçün kanallar çəkilməsi mümkündür.

Nazirlik hər bir rayonda 5-10 belə təmizləyiji qurğu quraşdırmağı planlaşdırır ki, bu da çirkab sularını birbaşa yarandıqları yerdə təmizləməyə imkan verəjək.  

Azərbayjan ətraf mühitin mühafizəsi sahəsində 17 müxtəlif beynəlxalq konvensiyanın, o jümlədən, "Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında" konvensiyanın üzvüdür. Biz qonşu ölkələri də bu konvensiyalara qoşulmağa çağırırıq. Lakin Gürjüstan və Ermənistan onlarda iştirak etmədiklərindən, bu, Azərbayjanın içməli su mənbələrinin - Kür və Araz çaylarının məhz onlar tərəfindən çirkləndirildiyini hesab etməyə imkan verir. Bu çaylar isə ölkəmizin içməli su ehtiyatlarının, təxminən, 80%-ni (34-35 kub.km kimi qiymətləndirilir) təşkil edir. 

Ermənistan Azərbayjan ərazisinin 20%-ni işğal etdiyindən, Kür çayı hövzəsinin ölkəmizin hüdudlarından kənarda çirkləndirilmə səviyyəsindən danışmaq son dərəjə çətindir. Lazımi ekoloci nəzarət olmadığından, təbii ehtiyatlar vəhşijəsinə istismar edilir, su ehtiyatlarının fəal çirkləndirilməsi prosesi jərəyan edir. 

 

Transsərhəd çayların durumu

Məlumdur ki, təmizləyiji qurğular olmadığından, hər jür çirkab suları (dağ-mədən kombinatlarından, elektron sənayesi müəssisələrindən və s.). əsasən, birbaşa Kür çayına axıdılır (ildə 350 mln kub.m). Ölkənin içməli su təjhizatının, təxminən, 80%-nin Kürün payına düşdüyünü nəzərə alsaq, çay axarındakı suyun keyfiyyətinin istənilən şəkildə pisləşməsi əhalinin sağlamlığı üçün təhlükəli ola bilər. Bu səbəbdən, transsərhəd Kür və Araz çaylarında çirklənmənin səviyyəsinin araşdırılması üçün 2005-ji ildə Qazaxda (Kür və onun qolları) və Beyləqanda (Araz) analitik laboratoriyalar yaradılıb. Laboratoriyalarda hər gün suyun tərkibinin ən müasir avadanlıq vasitəsilə analizi aparılır. Analizlərin nətijələri "Azərsu"ya, həmçinin, bunda maraqlı olan rayonların hakimiyyət orqanlarına ünvanlanır. Hazırda həmin məlumatların nazirliyin internet-saytında mütəmadi əks etdirilməsi və təzələnməsi üçün tədbirlər görülür.

İşğal olunmuş ərazilərdə yerləşən Sərsəng su anbarı xüsusi təşviş doğurur. Qarşısını ölkədə ən hündür bəndin (726 m) kəsdiyi 565 mln kub.m həjmində su hövzəsi Tərtər çayının aşağı axarıboyu məskunlaşmış 400 min nəfər üçün real təhlükə yaradır. Yay vaxtı ermənilərin azərbayjanlılar yaşayan kəndlərin suyunu kəsməsi halları olur ki, bu da güjlü su qıtlığına gətirib çıxarır. Qış vaxtı isə çox vaxt yaşayış məntəqələri, infrastruktur və kommunikasiyalar su anbarından axıdılan suyun altında qalır.

 

Problemlərin həlli…

Transsərhəd su ehtiyatları ilə durumun yaxşılaşdırılması üçün Ekologiya Nazirliyi bölgə səviyyəsində beynəlxalq normalara uyğun müvafiq tədbirlər həyata keçirir. Qarşıya qoyulan bu məsələlərin müvəffəqiyyətlə həlli üçün beynəlxalq təşkilatlar, donor ölkələrlə əlaqələrin inkişaf etdirilməsinə və ətraf mühitin mühafizəsinə dair dövlətlərarası sazişlərin bağlanmasına böyük önəm verilir. Beynəlxalq institutların himayəsi ilə transsərhəd su axarlarının mühafizəsi üzrə bir sıra regional layihə həyata keçirilir. Layihələrin əsas məqsədləri Kür çayında suyun keyfiyyətindən  irəli gələn neqativ transsərhəd təsirin  qarşısının alınması, ona nəzarət və azaldılmasıdır.  2006-jı ildə isə TAJİS-in "Çayları idarəetmənin birgə proqramı" layihəsi çərçivəsində suyun çirklənməsinin monitorinqi laboratoriyalarına 116 689 avro dəyərində avadanlıq təqdim edilib. Bundan başqa, Almaniyanın Ətraf Mühitin Mühafizəsi və Atom Təhlükəsizliyi Federal Nazirliyinin maliyyələşdirdiyi "Kür çayı hövzəsində qəza vəziyyətlərinin qarşısının alınması üçün tədbirlərin işlənib-hazırlanması və tətbiqi" layihəsi əsasında çayın mühafizəsi üzrə beynəlxalq komissiyanın yaradılması imkanı, Kür çayı hövzəsində əsas xəbərdarlıq və hazırlıq elan edilməsi mərkəzlərinin tətbiqi məsələsi nəzərdən keçirilir. Paralel olaraq, Jənubi Qafqazın su ehtiyatlarının idarə olunmasına dair USAID, UNDP/EEF layihələri işlənir, Ekologiya Nazirliyinin Kür çayının çirkləndirilməsi ilə əlaqədar müvafiq gürjü strukturları ilə əməkdaşlığı da inkişaf etdirilir. 

Bütün bunlarla yanaşı, daha bir problem milli iqtisadiyyatın inkişafında önəmli rol oynasa da, həm də ətraf mühitin çirkləndirilməsinin fəal mənbəyi olan neft sektoru da əsas problemlərdən biridir. Məsələ ondadır ki, bu sektorun əsası hələ 1840-jı illərdə qoyulub. O vaxtdan ölkədə 1,5 mlrd t neft hasil edilib. Lakin bəzən hasilat səmərəsiz üsullarla aparılıb ki, bu da Abşeron yarımadasının çirkləndirilməsinə səbəb olub. Neft hasilatının nətijələri 800 su hövzəsinin (41-i təbiidir), 15 min ha torpağın çirklənməsinə gətirib çıxarıb. Doğrudur, neft kontraktları çərçivəsində neftlə birlikdə çıxarılan səmt qazının utilləşdirilməsinin təmin edilməsi üzrə tədbirlər atmosferə sənaye tullantılarının atılmasının həjmini əhəmiyyətli dərəjədə azaldıb. Əgər əvvəllər bu göstəriji ildə 2,2-2,3 mln t təşkil edirdisə, indi 800 min tona qədər azalıb. Lakin ölkədə işləyən bəzi şirkətlər Azərbayjanın ekoloci sisteminə vurduqları zərəri ödəməkdən yayınırlar.


MƏSLƏHƏT GÖR:

429