
ƏGƏR MENECMENT DÜZGÜNDÜRSƏ
Sığorta bazarında rəqabətə ancaq stabil şirkətlər tab gətirə bilər
Müəllif: Rəsmiyyə QƏMBƏROVA Bakı
Bu gün Azərbayjanın sığorta bazarı inkişafının yeni mərhələsinə qədəm qoyub. Vaxtilə bank sektorunda olduğu kimi, etibarsız və əhəmiyyətsiz oyunçular bazarı tərk edir və meydanda yüksək keyfiyyət standartlarına javab verməyə qadir daha dözümlü və jiddi şirkətlər qalır.
Bu gün bazarın şəksiz lideri nizamnamə kapitalına görə (8 mln 800 min AZN), Azərbayjanın ən böyük şirkəti - Beynəlxalq Sıgorta Şirkəti (BSŞ) Azərbayjanda fəaliyyət göstərən və 29 lisenziya almış şirkətlərin nizamnamə kapitalları jəminin 21,25 %-nə sahibdir.
Nümunəvi statistika
BSŞ Azərbayjan Beynəlxalq Bankı tərəfindən təsis olunub, 5 fevral 2005-ji ildə qeydiyyatdan keçib, 2002-ji il aprelin 1-dən isə lisenziyalı sığorta şirkəti kimi fəaliyyət göstərir. Hazırda müştərilərinə 29 sığorta növü üzrə yüksəksəviyyəli xidmət göstərir.
BSŞ bütün fəaliyyəti müddətində Azərbayjanın sığorta bazarında aparıjı şirkətlərdən birinə çevrilib, müştərilərinin kommersiya və fərdi sığorta üzrə ehtiyajlarını ödəyərək onların arasında nüfuz qazanıb. Buna nail olmaq üçün şirkət müştərilərə fərdi yanaşmanı öz işinin əsas prinsipinə çevirib, onların tələbatına javab verən sığorta məhsulu yaratmağa jan atır.
Bütün bunlar şirkətin statistik göstərijilərində də öz əksini tapıb. Belə ki, keçən il şirkətin sığorta mükafatlarının həjmi 6,67 mln manat, sığorta ödənişlərinin həjmi isə 1,61 mln manat təşkil edib ki, bu da ötən dörd il ərzində, təqribən, üç dəfə artıma bərabərdir.
Bu şirkətin sığorta mükafatlarının ümumi yığım portfelinin tərkibi də maraqlıdır. Belə ki, keçən il burada avtomobil sığortası üstünlük təşkil edirdi - 42%. Ardınja BSŞ müştəriləri bədbəxt hadisələrdən (13 %), əmlak (12 %), tibbi (10 %), məsuliyyət (8%), daşınan yüklərin sığortasına üstünlük veriblər. Portfeldə 4% məjburi sığorta növləri üzrə mükafatlar və 5% digərləri təşkil edir.
Qeyd etmək lazımdır ki, 2005-ji və əvvəlki illərlə müqayisədə portfeldəki bölgü bir qədər dəyişib. Məsələn, 2003-2004-jü illərdə məsuliyyətin sığortalanmasına üstünlük verilirdi ( müvafiq olaraq, portfelin 50%-i və 51%-i), yalnız 2005-ji ildə bu növ sığortanın payı 18%-ə və 2006-sı ildə 8%-ə endi. Əvəzində, avtosığortadan mükafat yığımlarının xüsusi çəkisi əhəmiyyətli dərəjədə - 2003-04 illərdəki 38%-dən 2005-06-jı illərdəki 42%-ə qədər artıb. Bu gün məşhurlaşmağa başlayan tibbi sığortada da artım dinamikası müşahidə olunur - 2003-jü ildəki 4%-dən 2006-jı ildəki 10%-ə qədər.
Güj peşəkarlıqdadır
Göründüyü kimi, azərbayjanlı müştərilərin sığorta xidməti növlərinə olan tələbatları dəyişir və anjaq bazarın peşəkar oyunçuları bu dəyişikliklərə vaxtında reaksiya verməyə qadirdirlər. Bu mənada Beynəlxalq Sığorta Şirkətinin üstünlükləri sırasına keyfiyyətli qulluq və geniş xidmət spektri ilə yanaşı, qiymət siyasəti də daxildir - onun təklif etdiyi tariflər optimal və müyəssərdir. Bununla yanaşı, şirkət bazarda öz payını genişləndirmək üçün müştərilərinə yeni sığorta məhsulu və xidmətlər təklif edir.
Beynəlxalq Sığorta Şirkətinin aldığı ISO 9001-2000 keyfiyyət sertifikatı şirkətin idarəetmə sistemi və işinin beynəlxalq normalara uyğunluğunu təsdiq edən daha bir mühüm amildir.
Tərəfdaşlar və müştərilər qarşısında öhdəliklərin yerinə yetirilməsi şirkətin sığorta xidmətlərinin geniş profilindən, əhəmiyyətli sığorta ehtiyatlarından, faktik iş təjrübəsindən və peşəkar işçi personalından asılıdır. Yarandığı gündən Beynəlxalq Sığorta Şirkətində təjrübəli sığortaçılar çalışırlar. Şirkətin güjü xidmətləri bilavasitə hazırlayan və təqdim edən işçilərin peşəkarlığında və təjrübəsindədir. Bir neçə xariji dil bilən, yüksək peşəkarlığa malik sığorta mütəxəssislərindən və idarəçilərdən ibarət işçi personalın səmərəli fəaliyyəti nətijəsində, Beynəlxalq Sığorta Şirkəti dünyanın qabaqjıl sığorta və broker şirkətləri tərəfindən dəstəklənir və hazırda xariji sığorta bazarına çıxış əldə edib.
Bu gün BSŞ qarşısına qoyulmuş vəzifələrdən biri yerli bazarın reallıqları nəzərə alınmaqla beynəlxalq standartlara uyğun sığorta təminatının təklif olunmasıdır. Şirkət vətəndaşların sığorta haqqında bilik səviyyələrinin yüksəldilməsinə xüsusi diqqət yetirir. Bu məqsədlə şirkət populyar İnternet səhifələrində və digər kütləvi informasiya vasitələrində vaxtaşırı məqalələr dərj etdirir.
MƏSLƏHƏT GÖR: