
ETİMAD KREDİTİ
"Şübhəli kredit tarixçəsi" olan şəxslər mərkəzi kredit reyestrinin xidmətlərindən istifadə edən banklardan kredit ala bilməyəcəklər
Müəllif: İlahə MƏMMƏDLİ Bakı
Həyatda hər şeyin öz tarixçəsi var. Tarix isə, məlum olduğu kimi, heç nəyi bağışlamır və yaddan çıxarmır. Ələlxüsus, bu, kredit tarixidirsə…
İki ildir, Azərbayjanda Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) fəaliyyət göstərir. Azərbayjan Milli Bankı Statistika və Tədqiqatlar Departamentinin direktoru Emin Hüseynovun sözlərinə görə, bu reyestr kredit risklərini idarəetmə alətlərindən biridir. Bu gün kredit qərarını banklar yalnız borjgötürən haqqında MKR-dəki məlumatlar əsasında qəbul etməsələr də, o, informasiya mənbəyi rolunu oynayır. Bu məlumatı nəzərə alıb-almamaq isə hər bankın öz işidir. Sistem lazımi şəkildə idarə edilirsə, kredit qərarı üçün əsas amil MKR-in məlumatları olur.
MKR ayrı-ayrı vətəndaşların və hüquqi şəxslərin kredit tarixinə dair məlumatların toplanması, işlənməsi və yayılması ilə məşğul olan institutdur. Bura borjun qalığı, yaxud kredit xətləri, ödənişlərin həyata keçirilməsi, kreditin bağlanmaması halları, müflisləşmə və s. daxildir. Müxtəlif ölkələrdə bu təşkilatların ayrı-ayrı fəaliyyət prinsipləri mövjuddur. Bəzi dövlətlərdə kredit tarixləri bürosunun (KTB) funksiyalarını xüsusi dövlət strukturları və ya mərkəzi bankların dövlət kredit qeydiyyatçıları adlandırılan şöbələri yerinə yetirir.
Bütün bunlar nəyə lazımdır?
Kredit tarixi üç hissədən ibarətdir: titul, əsas və əlavə (qapalı). Titul hissəsi formaldır. Bu onun başlığıdır, yəni soyad, ad, ata adı, doğum tarixi və yeri, şəxsiyyəti təsdiq edən sənəd (pasport və s.) , təqaüd sığortası kartının nömrəsi. Əsas hissədə müştərinin qeydiyyat yeri və faktik yaşadığı ünvan, fiziki şəxsin fərdi sahibkar kimi (əgər o, sahibkardırsa) qeydiyyata alınması haqqında məlumatlar, saziş bağlandığı tarix üçün borj götürənin öhdəliyinin miqdarı, onun yerinə yetirilməsi müddəti və faizin ödənilməsi qeyd olunur. Bura borj müqaviləsinə dəyişikliklər (əgər onlar varsa) edilməsi, bank qarşısında öhdəliklərin faktik yerinə yetirilməsi tarixi və məbləği, öhdəliklərin girov hesabına ödənilməsi barədə məlumatlar, Arbitrac Məhkəməsində baxılma faktları və s. daxildir.
Qapalı hissədə fiziki şəxsə kredit vermiş bank və borjgötürənin kredit tarixinə (o jümlədən sorğunun tarixinə) dair məlumatlar istəmiş bank haqqında əsas informasiya əks olunur. Bu hissə müştərinin özündən başqa heç kimə verilmir, təbii ki, əgər borjgötürən barədə jinayət işi açılarsa, bu hissədəki məlumatlardan məhkəmə və istintaq orqanları da istifadə edə bilərlər.
Bu sistemin nə qədər sərfəli olduğuna nümunə kimi postsovet ölkələrindən birinin - ABŞ-ın kommersiya bankında təjrübə keçmiş bank işçisinin təsvir etdiyi hadisəni göstərmək olar. Bir dəfə bu banka, təxminən, 55 yaşlı müştəri gələrək, təyyarə anqarı tikmək üçün 10 000 dollar borj istəyir. Bank işçisi əməliyyata kompüterdən müştərinin uzun kredit tarixçəsini çıxarmaqla başlayır. Müştəri ilk krediti 18 yaşında - təhsil üçün götürübmüş. O, iki kreditdən başqa, qalanlarını dəqiqliklə qaytarıb. Lakin tarixçədə göstərilir ki, müştəri iki dəfə ağır xəstəliklə xəstəxanada yatıb, sağaldıqdan sonra banka gələrək, başına gələnlər barədə məlumat verib və borjların restrukturlaşdırılması xahişı ilə mürajiət edərək, onları ödəyib. Təbii ki, bank ona yeni kredit verir. Yəni, adətən, üç gün sürən proses üç dəqiqəyə yerinə yetirilir.
Beləliklə, tarixçə kreditin verilməsinə və ya bundan imtinaya təsir edir. Bank üjün bu onunla önəmlidir ki, borjgötürənin ödəmə qabiliyyətli olmasına şəhadət edir və deməli, bankın narahatlığı xeyli dərəjədə azalır. Borjgötürən üçün isə bu, daha çox kredit almaq, ona daha çox mal götürmək imkanıdır, yəni bu zaman alıjılıq qabiliyyəti yüksəlir və bu da ümumi daxili məhsulun həjminə müsbət təsir göstərir.
Etimad xidməti
Azərbayjanda kredit reyestrinin səmərəliliyi, MKR-də gözlənildiyi kimi, ona olan ehtiyajla təsdiqlənir. 2006-jı ildən banklardan borjgötürmə templərinin artımı yüksəlib, müvafiq olaraq, reyestrə mürajiətlərin sayı da çoxalıb. Nətijədə, yaranmış durumu iki jür şərh etmək olar: ya banklar oradakı informasiyanın dəqiqliyinə inanıblar, ya da kredit risklərinin idarə edilməsi üçün kredit reyestrinin yüksək keyfiyyətli informasiyasına əsaslanmaq daha asandır. Həqiqətən, son iki ildə reyestrin işinin keyfiyyəti öz təsdiqini tapmasaydı, çətin ki, hansısa bank ondan istifadə edərdi.
MKR-in fəaliyyətini tənzimləyən qaydalara görə, Milli Bankın lisenziyalaşdırdığı bütün banklar ayda iki dəfə, bəziləri isə bir dəfə MKR-ə kredit portfeli haqqında məlumat təqdim etməlidirlər. AMB-nin kredit müəssisələrinin fəaliyyətinə nəzarət departamenti qaydanı pozanlara qarşı kifayət qədər təsirli sanksiyalar tətbiq edir, banklar da yubanmadan səhvlərini düzəldirlər. E.Hüseynovun dediyi kimi: "Bəzi banklar texniki səbəblərdən düzgün məlumat təqdim etmirlər. Biz bunu onların nəzərinə çatdırırıq və banklar əlavə məlumat göndərməli olurlar".
Bununla belə, həmin qaydalara əsasən, bankların reyestrdən məlumat istəməsi məjburi deyil. Amma 2005-ji illə müqayisədə kredit reyestrinə informasiya üçün olunan mürajiətlərin sayı kəskin şəkildə artıb. Belə ki, 2005-ji ildəki 319 mürajiətin 248-i fiziki, 71-i isə hüquqi şəxslərlə əlaqədar olubsa, kejən il bu rəqəm 5 302-yə jatıb. Fiziki şəxslərə aid mürajiətlərin sayı 4 928 olub. 2007-ji ilin iki ayı ərzində isə artıq 1500 mürajiət alınıb. Nəzərə almaq lazımdır ki, MKR 2005-ji ilin martından fəaliyyət göstərməyə başlayıb.
E.Hüseynov banklar arasında istifadəçilərin sayının artmasını da vurğulayır. İndiyə qədər bu sahədə Azərbayjan Beynəlxalq Bankı hamıdan fəal olub, keçən il bu prosesə onun filial şəbəkəsi də qoşulub. 2006-jı ildən "Kapitalbank" da fəallaşıb, MKR-in xidmətlərindən özəl banklar da daha geniş istifadə etməyə başlayıblar. 2006-jı ildə 3-4 bank istisna olmaqla, bütün banklar il ərzində, azı, bir dəfə informasiya üçün mürajiət ediblər. AMB nümayəndəsinin fikrinjə, bu, yaxşı göstərijidir, çünki bankların kredit risklərinin idarə olunması sistemini modernizə etmələri sübut edir ki, bu da onlar üçün çox önəmlidir.
E.Hüseynovun dediklərindən: "Biz kredit reyestrinin gələjəyinə inanırıq. Milli Bankın MKR-in inkişafı üzrə strateci planlarına əməliyyat məsrəflərinin maksimum azaldılması, reyestrin avtomatlaşdırılması da daxildir. O hələ yaradılanda, MDB regionunda qabaqjıllardan biri idi".
Qeyri-kommersiya institutu
Kredit reyestrindən istifadə üçün tariflər o qədər də yüksək deyil: fiziki şəxslər barədə mürajiət üçün tarif 1,1 manat, hüquqi şəxslər barədə aid mürajiət üçün isə 2 manat təşkil edir. Qeyd etmək lazımdır ki, kredit reyestri kommersiya məqsədləri güdmür - tariflər yalnız inzibati xərjləri ödəmək üçün tətbiq olunur. Dünyada dövlət kredit reyestrlərinin kommersiya əsasları ilə fəaliyyət göstərməsinə dair çoxlu nümunə var. AMB nümayəndəsi istisna etmir ki, gələjəkdə, kredit reyestrinin inkişafı üzrə tədbirlər həyata keçirildikdən sonra, onu idarə olunmaq üçün özəl banklara verməklə, MKR-i kommersiyalaşdırmaq olar. Lakin Milli Bank qeyri-kommersiya jəhətinin idarə olunması hüququnu həmişə özündə saxlamaq niyyətindədir ki, bu da səmərəli bank nəzarəti üçün çox önəmlidir.
E.Hüseynovun dediyinə görə, "Bu, AMB-nin strateci məqsədidir və MKR sistemində təkmilləşmələrdən asılıdır. Əgər bunu tezliklə etsək, reyestr qısa müddətdə ölkənin kommersiya banklarına idarə olunmaq üçün veriləjək. Amma bu həm də bankların hazırlığından asılıdır".
Hələlik isə sistem tam güjü ilə işləmir. AMB nümayəndəsi qeyd edir ki, "Əsas məsələ bizim bu institutu hazırlamağımızdır və o, bank sektorunda kifayət qədər tələbata malikdir, çünki banklar özləri onu yarada bilməzdilər". E.Hüseynovun fikrinjə, onun idarə olunmasının banklara verilməsi bugünün yox, strateci perspektivin işidir. Bütün bunlar bank sektorunun inkişafının templərindən və keyfiyyətindən asılıdır.
MKR-in inkişafı son dövrlər geniş vüsət almağa başlayan İpoteka krediti mexanizminin tətbiqindən də müəyyən dərəjədə asılıdır. Azərbayjanda kreditləşmə həjminin hərtərəfli inkişafı, bank aktivlərinin artması və bankların fəaliyyəti reyestrə ehtiyajın mühüm amilidir. Bunun nətijəsində kredit reyestrinin öz məlumat bazası da genişlənib. 2006-jı ilin sonu üçün MKR-də 90 600 borjgötürən haqqında informasiya toplanmışdı, bunlardan 84 mini fiziki, qalanları isə hüquqi şəxslər idi. Bu gün söhbət artıq 100 min borjgötürəndən gedir.
Bununla belə, Milli Bank kredit reyestrini onun bu gün fəaliyyət göstərdiyi formatda saxlamaq niyyətində deyil. Onun strategiyasında əhatə sferasını genişləndirməklə büronun potensialını inkişaf etdirmək üçün çox mühüm istiqamətlər var. Belə ki, indi orada anjaq banklar iştirak edir, amma poçt bankları yaradıldıqdan sonra, onlar da kredit reyestrinə daxil ediləjəklər. Kreditlər, həmçinin, qeyri-bank təşkilatlarına da verilir, istehlakçı kreditləri tijarət obyektləri tərəfindən təqdim olunur. Mövjud riskləri nəzərə alaraq, kredit reyestrinin müsbət jəhətlərindən mikrokredit təşkilatları və lizinq kompaniyaları da yararlanmaq istəyərdilər, lakin banklardan fərqli olaraq, resursların idarə olunması üçün onların personalı yoxdur. Məsələ ondadır ki, qeyri-bank kredit təşkilatları kredit reyestrinin indiki səviyyəsinə o qədər də uyğun deyil. Bununla belə, E.Hüseynov belə hesab edir ki, vəziyyət yaxşılığa doğru dəyişir və MKR-dən çıxan hesabatlar problemini həll etmək, konkret isə, lizinq və sığorta şirkətləri üçün hesabatları texniki jəhətdən dəyişmək qalır.
Amma bu tədbirlər böyük investisiyalar tələb edir, bu isə bankları heç də həvəsləndirmir. Hər bir halda, bazar kredit reyestrini qəbul etməyə hazır olana qədər Milli Bank onu dəstəkləmək niyyətindədir. AMB nümayəndəsinin fikrinjə, 1,5-2 il ərzində reyestr Milli Bankdan kənar gələjək səmərəli institusional inkişafa hazır ola bilər. Texniki səjiyyəli çətinliklər yaranarsa, onları Dünya Bankının və başqa beynəlxalq maliyyə institutlarının yardımı ilə aradan qaldırmaq olar. "Azərbayjanın maliyyə sektorunun modernizə olunması üzrə DB-nin yeni layihəsinin hazırlanması çərçivəsində biz artıq kredit reyestrinin inkişafının ikinji fazasını layihəyə daxil etmək ideyası ilə bu instituta mürajiət etmişik. Bankın ekspertləri təklifimizə maraqla yanaşdılar və ilk mərhələdə razılıq verdilər. Amma maliyyələşmənin ölkə strategiyası çərçivəsində aparılajağı nəzərə alınmaqla, əvvəljə bu məsələ hökumətdə müzakirə olunmalıdır. Başqa donorlara gəldikdə, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə əməkdaşlıq çərçivəsində diaqnostik baxış keçirmək və kredit reyestrinin inkişafının gələjək yollarını müəyyənləşdirmək üçün məsləhətçinin səfəri maliyyələşdirilib. Onun hazırladığı tövsiyələr artıq müzakirə olunub və biz gələjək əməkdaşlığa ümid edirik", - deyə E.Hüseynov söhbəti yekunlaşdırıb.
MƏSLƏHƏT GÖR: