15 Mart 2025

Şənbə, 00:45

TÜRKİYƏNİN İRAQDA 17-Cİ HƏRBİ ƏMƏLİYYATI

DEMƏK OLAR Kİ, QAÇILMAZDIR

Müəllif:

01.04.2007

2007-ji il müasir Türkiyənin tarixində müəyyən qədər çətin il kimi başlayıb. Belə ki, bu il Ankara xeyli sayda kənar təhlükələrlə üz-üzə qalıb. İraqda bitmək bilməyən müharibə, İrana qarşı tətbiq olunan beynəlxalq sanksiyalar, ABŞ ilə Suriya arasında yaşanan ziddiyyətlər, beynəlxalq səviyyədə ermənilərin "soyqırım" haqda yaydığı yalanlarla mübarizə, Avropa İttifaqına qəbul sahəsində meydana çıxan jiddi çətinliklər və digər problemlər Ankaranın qonşularını "qeyri-sabitlik zonası"na çevirib. Buraya ərazi sularının bölüşdürülməsi ilə bağlı Yunanıstanla hələ də davam edən böhranı, həmçinin, Jənubi Qafqazda həll edilməmiş münaqişələri, Vaşinqtonla qarşılıqlı münasibətlərdəki anlaşılmazlıqları da əlavə etsək, Türkiyənin üzləşdiyi mənzərəyə yalnız ajımaq qalır. 

Üstəlik, qarşıdan "seçki dalğası" da gəlir. Bu ilin mayına təyin olunan prezident seçkisindən dərhal sonra, Türkiyədə noyabra planlaşdırılan parlament seçkisi kampaniyasına start veriləjək.

Həm yerli, həm də xariji analitiklər Rəjəb Teyyub Ərdoğan hökumətinin xariji siyasət kursunun fiaskoya uğramaqda olduğunu düşünür. Ölkənin vəziyyətini daha da çətinləşdirən isə İraqdakı, daha dəqiq, onun şimalında kürdlərin sıx məskunlaşdığı rayonlardakı durumdur. Məsələ bundadır ki, 2007-ji ilin payızında Kərkük şəhərinin statusunun müəyyənləşdirilməsi ilə bağlı referendumun keçirilməsi nəzərdə tutulub. İraq kürdlərinin Kərkükü özlərinin gələjək dövlətlərinin mərkəzinə çevirmək istəyi isə heç kəs üçün sirr deyil. Belə bir vəziyyətdə Ankara əlində olan bütün siyasi rıçaqlardan və imkanlardan istifadə edərək, bunun qarşısını almağa çalışsa da, regiondakı situasiya Türkiyənin lehinə jərəyan etmir. Çünki ABŞ və onun dəstəklədiyi Bağdad hökuməti Kərkükdə keçirilməsi nəzərdə tutulan referenduma açıq dəstək verməklə yanaşı, Türkiyə Ordusunun Şimali İraqda hər hansı əməliyyata başlamasının yolverilməz olduğunu bəyan edib.

Bütün bunlar Türkiyə daxilində jiddi ziddiyyətlərə yol açıb və nətijədə, Baş Qərargahla Nazirlər Kabineti arasında fikir ayrılıqları meydana çıxıb. Ərdoğan hökumətinin İraq kürdlərinin liderləri ilə danışıqlar aparmasının tərəfdarı kimi çıxış etdiyi halda, Türkiyə Quru Qoşunlarının komandanı Hüseyn Kıvrıkoğlunun timsalında hərbçilər terrorçuları, daha dəqiqi, PKK-nı dəstəkləyən şəxslərlə dialoqun yolverilməz olduğunu bəyan edib.

Getdikjə ağırlaşan situasiyanı analiz edərkən jəmi bir il ərzində Türkiyənin Şimali İraqla bağlı planlarına dair mövqeyini tamamilə dəyişmiş Vaşinqtonun siyasətinə diqqət yetirmək lazım gəlir. Müqayisə üçün xatırladaq ki, jəmi bir neçə il əvvəl Birləşmiş Ştatlar Türkiyənin Şimali İraqda terrorçuların kökünü kəsmək istəyinə açıq dəstək verirdi. Dövlət Departamentinin nümayəndələri açıq şəkildə bəyan edirdilər ki, "Şimali İraqdan Türkiyə ərazisinə keçən terrorçular hər gün bu ölkədə günahsız insanları qətlə yetirir və ABŞ-la NATO-nun tərəfdaşı olan Ankaranın bu məsələ ilə bağlı mövqeyi tamamilə təbiidir". Lakin Türkiyə Baş Qərargah rəisinin fevralda Vaşinqtona etdiyi səfərdən sonra Birləşmiş Ştatların bu məsələdə mövqeyi tamamilə dəyişib. Başqa sözlə, türk ordusunun Şimali İraqda əməliyyatlar keçirməsinə "yandırılan" "yaşıl işıq" "qırmızı" ilə əvəzlənib.

Qeyd edək ki, 1983-jü ilin yazından başlayaraq 2003-jü ilədək (İraqın işğalına qədər), Türkiyə Şimali İraqda ümumilikdə 16 hərbi əməliyyat keçirib. Bu müddət ərzində Vaşinqton heç vaxt Ankaranın sözügedən siyasətini belə sərtliklə tənqid etməyib. Bunun səbəbi isə çox sadədir.

 

Vaşinqton hədəfləri müəyyənləşdirə bilmir

Türkiyənin qeyd olunan 16 əməliyyatında hədəf konkret olub - terrorçular, Kürd Fəhlə Partiyasının üzvləri. İraq kürdləri və "peşmerqlər" (kürdlərin silahlı birləşmələri) Ankaranın planlarına qarışmayaraq, tam neytral mövqe tutublar. Bəzi hallarda isə, məsələn, 1991-ji ildə olduğu kimi, İraq kürdləri de-fakto müxtariyyət əldə edərək türk ordusuna dəstək verib (bunun səbəbi həmin vaxt kürdlərin iki nüfuzlu liderindən biri olan Məsud Bərzaninin regiona nəzarət uğrunda mübarizədə PKK-dan jiddi zərbə alması idi). 

İndi isə situasiya kökündən dəyişib. Artıq İraqın şimalında kürdlərə məxsus üç muxtar vilayət var.

Türkiyə daxilində bu məsələlərlə bağlı yaranan fikir ayrılığı isə Baş Qərargah rəisi Kıvrıkoğlunun M.Bərzanini və İraqın hazırkı prezidenti Jəlal Təlabaninin PKK-ya dəstək verməkdə və "terrorçuların dostu" olmaqda günahlandırması ilə bağlıdır. Yəni rəis məhz bu səbəblərdən qeyd olunan dairələrlə danışıqlara gedilməsini mümkünsüz sayır. 

Maraqlıdır ki, Kıvrıkoğlunun mövqeyi prezident Əhməd Necdət Sezər tərəfindən də dəstəklənib. Dövlət başçısı bildirib ki, iraqlı həmkarını PKK ilə bağlı mövqeyini dəyişməyənədək o, Ankaraya dəvət edilməyəjək. Xatırladaq ki, Təlabani dəfələrlə çıxışlarında PKK-nı terrorçu təşkilat adlandırmaqdan imtina edib və "PKK-nın Türkiyənin daxili işi olduğunu" bəyan edib. Bundan başqa, Ankara ABŞ-ın bölgədə sabitliyin təmin edilməsi məqsədilə "peşmerqlər"ə verdiyi silah-sursatın bir hissəsinin PKK terrorçularının əlinə keçə biləjəyindən də ehtiyat edir.

Bütün bunların nətijəsində ortaya Vaşinqtonun mövqeyinə jiddi təsir göstərən sual çıxıb. Şimali İraqda Türkiyə Ordusunun hədəfi kim olajaq? PKK, yoxsa onların "əlaltısı" elan edilmiş kürd terrorçuları? Terrorçuların dinj sakinlərdən fərqləndirilməsi üçün hansı meyarlardan istifadə olunajaq? Məsələ ondadır ki, İraq kürdləri əvvəllər ən azı "neytral" qüvvə kimi təqdim olunurdularsa, hazırda onlar da düşmənə çevrilib.

Şübhəsiz, ABŞ və NATO-nun tərəfdaşı olan Türkiyə istənilən halda Şimali İraqda hansısa formada dəstək alajaq. Amma unutmaq olmaz ki, İraqın şimalı müharibə başlanandan indiyədək Amerikanın ən az itki verdiyi ərazidir və burada situasiya məhz "peşmerqlər"in hesabına bir qədər stabildir. Odur ki burada keçiriləjək istənilən hərbi əməliyyat kövrək qüvvələr nisbətini dağıda bilər ki, bu da ABŞ üçün ən azı, arzuolunmazdır. ABŞ Dövlət Departamentinin rəsmisi Tom Keysi bu haqda danışarkən açıq şəkildə bəyan edib ki, Vaşinqton İraqın ərazi bütövlüyünü dəstəkləyir və Türkiyənin bu ölkənin şimalında hərbi əməliyyatlar keçirmək istəyini bəyənmir.

Bir məqamı da unutmaq olmaz ki, Vaşinqton İraqla bağlı yeni strategiyanın konkret müddətdə reallaşdırılmasına çalışır. Əsasən, Bağdad və onun ətrafındakı ərazilərdə təhlükəsizliyin təmin edilməsini nəzərdə tutan bu strategi-ya isə hələlik gözlənilən nətijələri vermir. Bununla yanaşı, Vaşinqtonun İraqa qonşu olan İran, Suriya və Livanla bağlı da yeni strategiyası hazırlanır.

Bu məsələlərdə İran faktorunu da unutmaq olmaz. Ankara kimi, Tehran da kürd dövlətinin yaradılmasını istəmir və buna səbəb İranda çoxlu sayda kürdün yaşamasıdır. Tehranın dəfələrlə Türkiyə ilə sərhəddə yaraqlıların bazalarının məhvi məqsədilə əməliyyatlar keçirdiyini də xatırladaq. 

Beləliklə, İranın nüvə proqramı ətrafında yaşanan böhran və Ankaranın Tehrana qarşı mümkün hərbi əməliyyatlarda iştirak etmək istəməməsi bu iki qonşu ölkənin mövqelərinin yaxınlaşmasına səbəb olub.

 

İyunadək möhlət

Bu günlərdə İraq mətbuatında Türkiyənin bu ölkənin ərazisində genişmiqyaslı hərbi əməliyyatlara başlaması haqda xəbərlər yer alıb. İnformasiya Türkiyə Baş Qərar-gahı tərəfindən dərhal təkzib edilsə də, situasiya gərginləşməkdədir. Bir qədər sonra məlum olub ki, söhbət İraqla sərhəddə məskunlaşan terrorçuların zərərsizləşdirilməsindən gedir. Ankara rəsmilərinin deyilənləri təkzib etməsinə baxmayaraq, Türkiyə KİV-i İraqın jənub sərhədlərinə, xüsusilə Batman, Sirt və Bingel əyalətlərinə böyük hərbi qüvvələrin toplandığını xəbər verir.

Bu məsələdə Ərdoğan hökumətinin İraq kürdlərinin liderləri ilə dialoq təşəbbüsü ilə çıxış etməsi isə nəinki Baş Qərargahın planlarına mane olmur, hətta türk əsgərləri ilə "peşmerqlər" arasında arzuolunmaz gərginliyin qarşısının alınmasına da şərait yaradıb.

Beləliklə, payızadək situasiyanın dəyişməyəjəyi və Kərkükün statusu ilə bağlı referenduma hazırlıqların davam etdiriləjəyi halda, Ankaranın mövqeyində jiddi dəyişikliklərin olajağı gözlənilir. Türkiyə dəfələrlə istənilən vasitə ilə öz sərhədlərində kürd dövlətinin yaradılmasının qarşısını alajağını bəyan edib və bu mövqeyindən, hətta Vaşinqtonla münasibətlərdə böhran bahasına olsa belə, geri çəkilməyəjəyi məlumdur. 

Bir sözlə, qarşı tərəf geri çəkilməsə, hərbi əməliyyatlar qaçılmaz olajaq.

Amma istənilən halda, ekspertlər əmindirlər ki, iyunadək - Türkiyənin yeni prezidentinin adının müəyyənləşməsinə və onun İraqla bağlı siyasətinin açıqlanmasınadək Türkiyə Ordusu hər hansı hərbi əməliyyata başlamayajaq.


MƏSLƏHƏT GÖR:

341