15 Mart 2025

Şənbə, 00:42

AMERİKA GÜNAHKAR AXTARIŞINDA

Abş-ı beynəlxalq arenada hökmranlıq uğrunda "son döyüş" gözləyir

Müəllif:

01.04.2007

Martın 21-də "Nyu-York tayms" qəzetində son dərəjə kəskin, dürüst plan əsasında yazılmış virtuoz bir məqalə işıq üzü gördü. Məqalənin - "Bəlkə Nik Çeyni İran jasusudur?" başlığı həm təbəssüm doğurur, həm də diqqəti jəlb edir. Nikolas Kristoferin yazısında inandırıjı şəkildə açıqlanan "faktlar"la tanış olarkən, oxuju gah "Əlbəttə, bu yalandır!", gah da "Amma həqiqətə də oxşayır!" - deyə düşünür. Curnalist ardıjıl olaraq sübut edir ki, son illər ərzindəki gur siyasi fəaliyyəti ilə (hətta prezident Buşdan da gur) Tehrana bir çox töhfələr bəxş edib ki, bunlardan da ən önəmliləri İİR-in qatı düşmənlərinin - Əfqanıstanda taliblərin, İraqda isə Səddam Hüseyn recimlərinin aradan qaldırılmasıdır. Kristofun fikrinjə, İran vitse-prezidentə "İsrailin Livana İranın maraqlarını təmsil edən "Hizbullah"ı, demək olar ki, bütün ərəb dünyasının xalq qəhrəmanına çevirən" müdaxiləsini dəstəklədiyinə görə də şübhəsiz minnətdardır. 

"Avropa və Asiyada ABŞ-ın keçmiş müttəfiqlərinin toqquşması və bununla da İİR-in nüvə ambisiyaları ilə mübarizə üçün vahid blok halında birləşmək şansının, demək olar ki, itirilməsi" də Çeyninin "xidmətidir". Məqaləsinin sonunda Kristof vitse-prezidentin jasus olmadığını, əlbəttə, etiraf edir, lakin bununla yanaşı, onu da qeyd edir ki, "Buş və Çeyni ABŞ maraqlarına bilərəkdən yox, bajarıqsızlıqları üzündən zərər vurublar". "Milli maraqlarımı təkjə bəd əməllər qarşısında deyil, səriştəsizlik qarşısında da ajizdir. Odur ki belə fəlakətli nətijələr doğura bilən siyasi addımları fərqləndirməli və onlardan imtina etməliyik. Belə zərərli addımların ümumi jəhətləri göz önündədir: "şərlə" danışıqlara getməkdən imtina; problemlərin həlli üçün hərbi güjə əl atmağa hazır olmaq; müttəfiqlərə etinasızlıq; xüsusən, tünddərili və müsəlman adları daşıyan insanlara münasibətdə həbsdə qeyri-müəyyən müddətdə saxlamaq, hətta işgənjə vermək üçün əxlaqi və hüquqi prinsiplərin pozulması". Amerikanın ən nüfuzlu mətbu orqanlarından birinin gəldiyi bu qənaət artıq müəyyən düşünjələr doğurur…

 

Təjavüz hələ heç də səmərə demək deyil

11 Sentyabr 2001-ji il hadisələrindən sonra öz siyasətini dəfələrlə sərtləşdirən ABŞ xariji siyasət sahəsində, demək olar ki, bütün dünyada total hüjuma keçdi.

Əgər əvvəllər Vaşinqtonun hərəkətlərində siyasi təzyiq metodları üstünlük təşkil edir və güj tətbiqinə nisbətən az-az rast gəlinirdisə, hazırkı mərhələdə bu ölkənin istənilən fəallığı sabit təjavüzkar xarakterə malikdir.   

Amerika-müsəlmanlar, Amerika-Rusyia, Amerika-Avropa siyasi mübarizələri Jorj Buşun hakimiyyəti dövründə başlanan yeni kəskinləşmə mərhələsi vaxtaşırı açıq qarşıdurmaya keçir. Amerika administrasiyasının hərəkətlərindəki aqressivlik dünyanın əksər ölkələrinin mənafelərinə toxunan çoxlu mənfi halların meydana çıxmaına gətirib çıxardı. ABŞ-ın İraqdakı hərəkətləri, keçmiş sovet respublikalarına münasibətdəki siyasət, J.Buşun müəyyənləşdirdiyi "şər məhvəri" ölkələrinə (əsasən, İrana) göstərilən təzyiqlər müasir dünya siyasətinin yeni və təhlükəli meyllərini nümayiş etdirdi. İndi artıq bu siyasətin praktik  ideologiyası başqa ölkələrin suverenliyinə nifrət, beynəlxalq hüquqa etinasızlıq, ikili standartlardan və "kim güjlüdürsə, haqlıdır" prinsipindən geniş istifadə kimi xüsusiyyətlərə malikdir. 

Amerika siyasətinin əsas vektoru bütün dünyada tam hərbi-siyasi və iqtisadi hökmranlığın əldə edilməsinə yönəldilib. Prinsipjə, bu istiqamət ABŞ-ın Ağ evin "milli təhlükəsizlik sahəsi"ndə açıqladığı yeni siyasətində aşkar səsləndirilmişdi. Burada ABŞ-ın yaxın gələjəkdə, Ağ evin fikrinjə, üzləşəjəyi bütün əsas qarşıdurmalar - terrorçuluq, "qeyri-müntəzəm" adlandırılan müharibələr, İraqdakı durum, Çin kimi yeni dövlətlərin artmaqda olan nüfuzu və s. sadalanır. Yeni "strategiya" Jorj Buşun terrorçulara, nüvə, bioloci və kimyəvi silahlara malik və ABŞ-a düşmən olan dövlətlərə qarşı preventiv müharibələr haqqında doktrinasını təsdiqləyir. Sənəddə deyilir: "Zərurət olduğu halda, əzəl özünümüdafiə prinsipindən çıxış edərək, biz ABŞ-a hüjum başlamazdan əvvəl, hətta düşmənin hüjumunun vaxtı və yeri bilinmədiyi halda da, güjdən istifadəni istisna etmirik. ABŞ-ın siyasəti, son nətijədə, dünyamızda tiranlığa son qoymaq məqsədilə hər bir millətdə demokratik hərəkat və institutların axtarışı və dəstəklənməsidir". Birləşmiş Ştatların mübarizə aparajaqları "despotik sistemli" ölkələr siyahısına Belarus, İran, KXDR, Suriya, Kuba, Birma və Zimbabve daxildir.

ABŞ-ın dünyadakı durumuna kifayət qədər əlamətdar qiyməti Riçard Armitac verib. Onun sözlərinə görə, "Bu gün, XXI əsrin əvvəlində Birləşmiş Ştatlar unikal bir mövqe tutmaqdadır. Bu, müqayisə oluna bilməyən diplomatik, iqtisadi, hərbi və mədəni qüdrətə malik olan bir ölkədir. Xalqımız dünyada öz maraqlarını yeritmək üçün tariximizin istənilən anından daha böyük vasitə və imkanlara malikdir. Bir millət kimi, biz liderliyin həyata keçirilməsi üçün əvvəlki istənilən andan daha yüksək məsuliyyət daşıyırıq… Birləşmiş Ştatlar öz mənafeyi naminə müstəqil hərəkət etmək hüququnu həmişə özündə saxlasa da, milli təhlükəsizliyimiz başqa ölkələrlə konstruktiv, fəal rol oynayaraq, Birləşmiş Ştatlara müdafiə olunmaqda yardımçı olduqda möhkəmlənir".

Lakin bu məqsədlərə yetişmək üsulları heç də birmənalı deyil, çox vaxt neqativdir və bir çox hallarda, qarşıya qoyulan məqsədlərlə ziddiyyət təşkil edir.

Məsələn, "İraqda diktatura ilə mübarizə", bir tərəfdən, yeni qaynar nöqtənin, qeyri-sabitlik zonasının meydana çıxmasına gətirib çıxardı, digər tərəfdən, bütövlükdə bölgəyə mənfi təsir göstərdi, həmçinin, bütün dünya iqtisadiyyatı üçün uzunmüddətli mənfi nətijələr (bu barədə daha ətraflı bir qədər irəlidə) doğurdu. İrana göstərilən möhtəşəm təzyiq də elə həmin neqativ siyasi və iqtisadi meyllərin güjlənməsinə rəvaj verdi. Bundan başqa, amerikalıların bu yaxınlarda İsrailin Livandakı hərəkətlərini açıq şəkildə olmasa da, susmaqla de-fakto dəstəkləmələri onsuz da qeyri-sabit olan Yaxın Şərq bölgəsində qarışıqlığı bir az da artırdı. Təhlillər göstərir ki, müəyyən durum yarandığı halda, hələlik o qədər də güjlü olmayan bu müharibə alovu ərəb, hətta bütövlükdə müsəlman dünyası ilə irimiqyaslı qarşıdurmaya çevrilə bilər ki, bunun nətijələrini əvvəljədən proqnozlaşdırmaq mümkünsüzdür. Bu nətijələri yalnız müxtəlif müstəvilərdə modelləşdrmək olar ki, bu da ayrıja bir mövzudur və biz burada onun injəliklərinə varmayajağıq.

Postsovet məkanında həyata keçirilən "narınjı həmlə" yalnız MDB daxilindəki ziddiyyətləri güjləndirdi, Rusiyanın, bütövlükdə Qərbə, ayrılıqda götürüldükdə isə ABŞ-a hər vəjhlə müqavimət göstərmək qənaətini möhkəmləndirdi və ittifaq institutlarının bərpası ilə bağlı jəhdlərdə yeni meyllər doğurdu. Həm də hazırda Rusiya ilə daha böyük siyasi inteqrasiya istəyi təkjə Moskvadan deyil, ayrı-ayrı totalitar liderlərinin öz hakimiyyətləri üçün təhlükənin "okeanın o tayından" gəldiyini dərk edən keçmiş ittifaq mərkəzlərindən irəli gəlməkdədir. Nümunə kimi Özbəkistanda baş verən keçə-nilki hadisələrı göstərmək olar: sabitliyi pozmaq jəhdi yatırıldıqdan sonra, prezident İslam Kərimov Putinə MDB-nin güjləndirilməsi, postsovet məkanı ölkələrini daha sıx inteqrasiya edə bilən və "xariji təhdidlərə qarşı birgə çıxış etmək imkanı verən" yeni millətfövqü institutlar qurulması barədə birbaşa təkliflə mürajiət etdi. Rusiya "narınjı axın"ı Qırğızıstanda da özünə lazım olan məjraya yönəltməyə nail oldu və orada hakimiyyətin, faktiki, zor güjünə dəyişdirilməsi iş başına aşkar rusiyayönümlü qüvvələrin gəlməsi ilə nətijələndi. 

Əfqanıstan və İraqda Amerikanın müdaxiləsinə qədərki durumdan danışarkən qeyd etmək lazımdır ki, bu dövlətlərdə ijtimai-siyasi qarşılıqlı münasibətlərin daxili sistemi demokratik ideallardan çox uzaq olsa da, bununla belə, idarəetmə sistemində müəyyən institusionallıq göz qabağında idi. Bu ölkələrdə hərbi əməliyyatlar həyata keçirən ABŞ, faktiki, orada idarə olunan sistem yarada bilməyərək, onları xaosa düçar etdi ki, bu da artıq bu gün özünü büruzə verməkdə olan uzunmüddətli mənfi nətijələr doğurmağa qadirdir.

Beləliklə, iddia etmək olar ki, öz fəaliyyəti nətijəsində ABŞ indiki prezidentin "müəyyənləşdirdiyi" qeyri-sabitlik halqasından da (Sakit okean sahillərindən Məğribə qədər) geniş qeyri-sabitlik halqası qazandı. İpə-sapa yatmayan və nüvə sınaqları keçirəndən sonra daha inadkar olan, Sakit okean böl-gəsinin bir çox ölkəsi, o jümlədən, Yaponiya üçün təhlükə yaradan Şimali Koreya ilə nüvə proqramına dair danışıqların dalana dirənməsi… Əfqanıstan böhranı, İranla bağlı durum, İraqdakı hərj-mərjlik, pers-pektivdə nəinki Suriyaya, hətta hələ də intiqamçılıq meyllərini yaşamaqda olan Misirə də təsir göstərməyə qadir olan ərəb-İsrail disbalansı… Sadalananların bir hissəsi artıq yaxın gələjəkdə mümkün olan təhlükələrdir.  

 

Döyüşüb qurtardılar…

Yaranmış durumu yekunlaşdıraraq, Amerikanın indiki siyasətinin bir neçə əsas neqativ nətijələrini gös-tərmək mümkündür. Birinjisi, ərazisinin yarıdan çoxuna narkobaronların nəzarət etdikləri elə həmin Əfqanıstanda narkotiklərin istehsalı və trafiki dəfələrlə artdı. İkinjisi, Əfqanıstanda, İraqda və bütövlükdə Yaxın Şərqdə qarşıdurma nətijəsində silah alverinin həjmi dəfələrlə böyüdü. Həm də burada durum, faktiki, ən adi, hətta monitorinq  nəzarətindən də kənarda qalmaqdadır. Bu qeyri-leqal biznesdə Rusiyanın iri mafioz strukturlarının iştirak etdiklərini də nəzərə alsaq, durumun fajiəviliyi daha aşkar nəzərə çarpar. Üçünjüsü, terrorçu qruplaşmalara müəyyən zərbələr endirilməsinə baxmayaraq, amerikalıların təjavüzkar hərəkətləri nətijəsində müsəlman ölkələrində amerikalılara qarşı duran terror təşkilatlarının təsiri, nüfuzu və populyarlığı daha da artdı və son meyllərə əsasən, onlar əks-hüjuma keçmək üçün fəal şəkildə güj toplamaqdadır. Əslində, ABŞ-ı müsəlman ölkələrində terrorçulara qarşı genişmiqyaslı müharibəyə sövq edən ben Laden də elə məhz buna nail olmağa jan atırdı. Dördünjüsü, faktiki, beynəlxalq ijtimaiyyətin nəzarətindən kənarda qalan İran və Şimali Koreya kimi ölkələr hərbi nüvə inkişafının tempini son dərəjə artırdılar ki, həmin dövlətlərdə son bir neçə ay ərzində baş verən hadisələr də buna dəlalət etməkdədir. Beşinjisi, neftin və digər enercidaşıyıjılarının qiymətləri kəskin şəkildə artdı. Son nətijədə, bu artıq indidən proqnozlaşdırılan böyük ümumdünya böhranı doğura bilər ki, bundan bütün dünyada əhalinin sosial baxımdan ən az müdafiə olunan hissəsi böyük zərər çəkəjək. Altınjısı, ikili standartlar siyasəti bir çox postsovet ölkəsində demokratik dəyərlərə inamın zəifləməsinə gətirib çıxardı ki, bu da həmin ölkələrdə müxalifətdəki demokratik dü-şərgələrin güjlü böhranına, totalitar recimlərin (bir çox hallarda, ABŞ tərəfindən dəstəklənən) güjlənməsinə, onlarda insan haqları və korrupsiya ilə bağlı ümumi durumun ümumi pisləşməsinə gətirib çıxardı.  Yeddinji və ən əsası, ABŞ-ın rəqibləri ilə qarşıdurması geriyə yolun olmadığı nöqtəyə gəlib çıxır ki, bu zaman status-kvonu bərpa etmək mümkünsüz olajaq, durumun sonrakı inkişafı isə dünya siyasətində nəhəng dəyişikliklər doğurajaq ki, bu da hətta güj mərkəzlərinin və dominantların tam dəyişməsinə də gətirib çıxara bilər.   

 

Vaşinqtonun qurbanları

Jərəyan edən hadisələrin təhlili göstərir ki, dünyada katalizatoru ABŞ-ın siyasəti və onun doğurduğu həmin siyasətə əks-təsir göstərmək jəhdləri olan mərkəzdənqaçma prosesləri başlanıb. Lakin tarixdən bildiyimiz kimi, siyasi xəritənin və nüfuz dairələrinin dəyişdirilməsi həmişə çox ağrılı və neqativ proseslərlə müşayiət olunur. Vaşinqtonun hərəkətləri nətijəsində təzahür edən bəzi neqativ meyllər üzərində dayanaq.

 

1. Əfqanıstan

Əfqanıstanda yaranan durum təkjə bölgənin deyil, bütün dünyanın təhlükəsizliyi üçün təhlükə doğurur. Belə ki, lazımi nəzarət olmadığından, bu ərazidə narkotik maddələr istehsalında baş verən partlayış nətijəsində onların axını bir çox dövləti bürüməkdədir. Əfqanıstandan narkotik maddələr axını, az qala, bədnam "qızıl üçbujaq"dan gələn axını da üstələməkdədir. Nətijədə, burada destruktiv qüvvələrin əlində iri kapitallar jəmləşir ki, bunlar, bir tərəfdən, terrorçu qüvvələr tərəfindən istifadə edilir, digər tərəfdən, başqa sahələrə, məsələn, silah alverinə yönəldilir. Bundan əlavə, məlum olduğu kimi, qeyri-leqal pulların bolluğu həmişə onların başqa dövlətlərdə leqallaşdırılması və "yuyulması" zərurətinə gətirib çıxarır ki, bu da qeyri-leqal biznesin inkişaf etməmiş dövlət sisteminə malik ölkələrə qovuşmasını doğurur və son nətijədə, onun hakimiyyət strukturlarına nüfuz edərək, həmin dövlətlərin siyasətinə təsir göstərməyə qadir olan qüvvəyə çevrilməsinə gətirib çıxarır. Bundan başqa, Əfqanıstandakı durum qarşılıqlı ərazi iddiaları olan iki nüvə dövlətinə - Hindistan və Pakistana güjlü təsir göstərir. Əslində, Əfqanıstanda hərbi əməliyyatın səbəbi, perspektivdə, hərbi kampaniyadan əvvəlki durumdan da pis durumun meydana çıxmasına gətirib çıxara bilən nətijələrlə sonujlandı.

 

2. İraq

İraqın dövlət strukturunun darmadağın edilməsi böyük bir münaqişəli bölgənin meydana çıxmasına gətirib çıxardı. Bu hərbi kampaniyanın çoxlu mənfi siyasi və sosial-iqtisadi nətijəsi oldu. Birinjisi, hətta BMT qətnamələri şəklində belə əldə etmək istəməyən amerikalılar açıq-aşkar dünya ijtimaiyyətinin rəyinin əleyhinə getdilər. Bu isə, öz növbəsində, Amerika siyasətinin ədalətli olmasına inamı sarsıtdı, indiyə qədər "ali beynəlxalq instansiya" sayılan BMT-nin güjsüzlüyünü nümayiş etdirdi, ABŞ-ın aşkar hökmranlığı və onların rəyinə etinasızlığı ilə barışa bilməyən Rusiya və Avropa ilə qarşıdurmanın güjlənməsinə gətirib çıxardı.

İkinjisi, bu nəinki nəzarət edilməsi, hətta tənzimlənməsi də çox çətin olan dinlərarası və etnik münaqişələrin meydana çıxmasına səbəb oldu. Üçünjüsü, terrorçuluğun indiyə qədər mövjud olmayan və onu planetin başqa nöqtələrinə "ixraj etməyə" qadir olan  daha bir mərkəzi yarandı. Dördünjüsü, İraqda durumun qeyri-sabitliyi ətraf dövlətlər üçün birbaşa təhlükə yaradır ki, hazırda Türkiyə artıq həmsərhəd ərazilərdə hərbiləşdirilmiş kürd qruplaşmalarının güjlənməsi ilə əlaqədar  bunu hiss etməkdədir. Beşinjisi, ABŞ-ın İraqın neft hasil olunan ərazilərini öz nəzarətinə götürməsinə baxmayaraq, ölkədə səngimək bilməyən müharibə, həmçinin, dünya bazarlarına çıxarılan neftin yarısını təmin edən bölgədə bütövlükdə qeyri-sabitliyin hökm sürməsi karbohidrogen xammalın qiymətinin artmasına səbəb oldu. 

 

3. Dünya iqtisadiyyatı

İndiki mərhələdə bu, neft ixraj edən ölkələrə müəyyən dərəjədə sərfəlidir (yeri gəlmişkən, Vaşinqton bunu istəməsə də, Rusiyanın maliyyə-siyasi mövqeyinin də möhkəmlənməsinə də). Lakin perspektivdə qiymət artımı təkjə idxalçı ölkələrin deyil, ixraj edən ölkələrin özlərinin iqtisadiyyatı üçün də mənfi nətijələr doğura bilər. Məsələ ondadır ki, neftin kəskin bahalaşması bütün dünyada istənilən istehsalın da kəskin bahalaşmasına səbəb oldu. Bir çox sənaye ölkəsinin iqtisadiyyatı artıq zorla duruş gətirir. Ekspertlər neft və neft məhsulları istehlakçılarının birinji üçlüyünə daxil olan Çində gözlənilən iqtisadi böhranla bağlı hələ keçən ildən həyəjan təbili çalırdılar. Mart ayında əmin ola bildiyimiz kimi, böhran artıq başlayıb. Qısa müddətdən sonra o, Amerika, Avropa və hətta Rusiya fond bazarlarını da bürüdü. Təhlükə dəf edildi. Lakin fond bazarındakı enməni qısa müddət ərzində durdurmaq mümkün olmasaydı, bu, çox güman ki, bütün qitələrdəki beynəlxalq əmtəə və valyuta bircalarında çökmə doğuraraq, qlobal iqtisadi iflasa gətirib çıxarajaqdı. Belə bir böhran zənjirvari şəkildə neftin özünün qiymətinin də kəskin düşməsinə səbəb olajaqdır ki, bu da hazırda onun qiymətinin yuxarı olmasından həddən artıq böyük gəlir əldə edən ölkələrə zərbə olajaq. Pessimist proqnozlar özünü doğrultduğu halda, sosial böhranın miqyasının (kütləvi müflisləşmələr, bütün dünyada müəssisələrin bağlanması, işsizlik və i. a.) yalnız təsəvvür etmək olar. Təhlükə isə hələ də qalmaqdadır. 

Odur ki ABŞ neft və neft məhsullarının daha bir iri ixrajatçısı olan İrana zərbə endirəjəyi halda, bunun çox mənfi nətijələri ola bilər. Biz hələ İrana qarşı hərbi kampaniyanın ABŞ üçün daha qanlı və ağır olajağını demirik. Əlbəttə, ABŞ-ın, sadəjə, atom stansiya-ları və laboratoriyalarına zərbə endirməklə kifayətlənərək, irimiqyaslı hərbi əməliyyatlara başlamaması ehtimalı da var. Amma çətin ki, amerikalılar ilk addımı atdıqdan sonra dayana bilsinlər. Dövlət hakimiyyəti institutunun İrandakı sistemdən qat-qat zəif olduğu İraqda da belə oldu. Birləşmiş Ştatların mollakratiya recimini yalnız kənardan zərbə endirməklə ləğv etməyə nail olajağını (Vaşinqtonun əsas məqsədi də elə budur) təsəvvür etmək çox çətindir. Üstəlik, Fars körfəzində bütün dünya iqtisadiyyatını çökdürməyə qadir olan böhranın həlli daha qəti hərəkətlərə əl atılmasını tələb edəjək.

 

Optimizm üçün əsas yoxdur

Məlum olduğu kimi, proqnozlar o qədər də dürüst şey deyil. Burada həmişə hadisələrin inkişafının müəyyən modelləşdirilməsinə əsaslanmaq tələb olunur. Yalnız iş-işdən keçəndən sonra ağlı başına gələnlərə tay olmamaq üçün hadisələrin inkişafının o qədər də optimist olmayan variantını nəzərdən keçirməyə çalışaq.

İraq hadisələri, həmçinin, İranla güjlənməkdə olan hazırkı qarşıdurma müsəlman dünyasının bir çox təmsilçilərinin Amerika və bütövlükdə Qərb siyasəti ilə bağlı hər bir şeyi inkar etməsi üçün katalizator rolunu oynadı. Amerikalıların dəstəklədikləri İsraillə Livan arasında bu yaxınlarda baş verən münaqişə qarşıdurmanı daha da kəskinləşdirdi və o, Yaxın Şərqdəki "arı yuvası"nı bir az da qızışdırmağa qadirdir. Onun nətijələri isə bu qısamüddətli qarşıdurmadan qalib çıxdıqlarına əmin olan ərəblərin əhval-ruhiyyəsini daha da güjləndirir. "Hizbullah" hərəkatını raketlər və silahla təmin edən (o jümlədən, İraq ərazisi vasitəsilə) İran da dolayısı ilə bu münaqişəyə jəlb edildi. Bundan başqa, İran İraq müqavimət qüvvələrinə, demək olar, aşkar yardım da göstərir.

İrana qarşı gözlənilən hərbi kampaniyanın bütün bölgə üçün fəlakətli nətijələri barədə çox danışılıb və yazılıb. Bu dövlətlə münaqişə təkjə iki dövləti deyil, minimum bütün həmsərhəd ölkələri də bu və ya digər dərəjədə əhatə edəjək. Amerikalılar üçün bu müharibənin ikinji Vyetnama çevrilməsi də tamamilə mümkün variantdır (amma daha pis sonluqlu). Yəqin ki, Tehranın hazırda onsuz da kifayət qədər güjlü olan reciminə Rusiya kömək edəjək. İqtisadi-siyasi maraqları ABŞ-ın hazırkı hərəkətləri ilə şərtlənən hadisələrin inkişafında güjlü şəkildə asılı olan Çinin də İrana yardım edəjəyi istisna deyil.

Beləliklə, Vaşinqtonun "geriyə yol olmayan" nöqtəyə, özünəməxsus Rubikona çatdığını demək olar. Birləşmiş Ştatlar üçün bu, "son döyüşə" çevrilə bilər, çünki nətijədən çox şey asılı olajaq.  

ABŞ İran üzərində nəzarəti ələ keçirə bildiyi halda, amerikalılır, faktiki, dünyanın neft və qaz ehtiyatlarının yarıdan çoxuna nəzarət edəjək, Mərkəzi Asiya ölkələrinə birbaşa çıxış əldə edəjək, Rusiyanı qərbyönümlü halqa ilə əhatələyərək, onun "siyasi jaynaqlar"ını, demək olar ki, tam kəsmiş olajaqlar. Bundan başqa, ABŞ-ın bölgənin enerci ehtiyatlarına nəzarət etməsi sayəsində Çinin - Amerikanın ikinji rəqibinin iqtisadiyyatı bu gün olduğundan da daha artıq dərəjədə Vaşinqtonun təsiri altında olajaq və nətijədə, ABŞ "dünya candarmı" qismində, az qala,     məhdudiyyətsiz səlahiyyətlərə malik yeganə siyasi qütbə çevriləjək.

Lakin təhlükə ondan ibarətdir ki, amerikalıların tamamilə mümkün olan məğlubiyyəti təkjə bölgənin deyil, dünyanın bir çox ölkələrinin də jəlb olunduğu qlobal hərbi münaqişəyə çevrilə bilər. Aydındır ki, hamını inadla bunun əksinə inandırmağa çalışsa da, ilk addımı atan ABŞ sonrakı addımları da atmaq məjburiyyətində qalajaq. Başqa sözlə, İrandakı siyasi recimi tam dəyişmək üçün təkjə havadan endirilən dəqiq bomba və raket zərbələrinin bəs edəjəyini, ərazilər üzərində real hərbi nəzarət olmadan bunun mümkün olajağını demək çox çətindir. Digər tərəfdən, artıq indidən aydındır ki, ABŞ üçün İrana qoşun yeridilməsi hadisələrin inkişafının ən əlverişsiz istiqamətidir. İldırımsürətli müharibə alınmayajaq. Ölkəni "etnik amil"dən yararlanaraq "daxildən" partlatmağın mümkünlüyü o qədər də inandırıjı görünmür. Bundan başqa, ABŞ öz ölkəsində də məlum "Vyetnam sindromu" ilə üzləşə bilər ki, bu dəfə həmin sindrom Vaşinqtonun bundansonrakı uzun illər üçün siyasətində böyük dəyişikliklər doğurmağa qadirdir.  

Beləliklə, məğlubiyyət nətijəsində amerikalılar çox geri düşərək, siyasi müstəvidə avtomatik olaraq Rusiya və Çin kimi ölkələrin, həmçinin, Avropa Birliyinin irəli çıxması üçün şərait yaradajaqlar. Yəqin ki, BMT-nin fəaliyyəti təftiş olunajaq, çox güman, daha böyük xaosa düçar olmuş Yaxın Şərqdə aksentlərin dəyişməsi baş verəjək. Amerikanın diktatı olmadıqda, ayrı-ayrı ölkələrin digər ölkələrə qarşı mövjud ərazi iddiaları əsasında dünyanın bir çox bölgəsində lokal münaqişələr yaranajaq. İsrailin dövlətçiliyi də təhlükə altına düşə bilər. Bundan başqa, Avropa və Asiya qitələrinin müəyyən dezinteqrasiyasını doğura bilən proseslər də başlaya bilər ki, bu da birinjinin ikinjidə jərəyan edən proseslərdən təjrid olunması zərurətindən irəli gələjək. Avropanın BMT tipli, lakin daha təsirli, bir və ya iki dövlətin təsirinə məruz qalmayan özəl strukturunu yaratmağa jəhd göstərəjəyini təxmin etmək mümkündür. Aralarında ziddiyyətlərin artıq mövjud olduğu bəzi Asiya dövlətlərinin nüvə silahına malik olmaları, həmçinin, vaxtilə mövjud olmuş xariji nəzarətin olmaması qlobal fəlakətlərə gətirib çıxara bilər. 

Beləliklə, nüfuz dairələrinin, ən azı, 10 il müddətinə yenidən bölüşdürülməsindən danışmaq olar. Amerikalılar isə həmin müddət ərzində itirdikləri mövqeləri yenidən geri qaytarmağa, arxivə təhvil verilən və artıq üstünü toz basmaqda olan köhnə xariji siyasətlərini üzə çıxarmağa çalışajaqlar. Lakin keçmişi yada salsaq, Vaşinqton üçün buna nail olmaq qat-qat çətin olajaq.

Durum bir də onunla mürəkkəbləşir ki, amerikalılar və avropalılar Tehranın nüvə silahına yiyələnməyə jan atan molla reciminin sürətlə öz məqsədinə yaxınlaşdığını müşahidə edirlər. Avropa bundan qayğılandığını ifadə etsə də, təkbaşına bunun qarşısını almağa, birinjisi, çalışmayajaq, ikinjisi, buna heç qadir də deyil. O, İrana qarşı müəyyən siyasi sanksiyaları yalnız dəstəkləyə bilər. Hərbi müdaxilə isə istisna edilir. Başqa sözlə, "vəlvələ başladığı halda", bütün "çirkli işləri" yerinə yetirmək yenə də məhz Amerika hərbçilərinin nəsibi olajaq. Uğursuzluğa düçar olduqları halda isə elə həmin avropalılar Vaşinqton administrasiyası başda olmaqla, məhz onları günahkar biləjəklər.  

Yeri gəlmişkən, hərbi əməliyyatın iflasa uğraması NATO siyasətinin tam təftişinə də gətirib çıxara bilər, o jümlədən də Jənubi Qafqaz bölgəsində. Qərbyönümlü xariji siyasət yürüdən Azərbayjan və Gürjüstan üçün buradan irəli gələn neqativ nətijələrlə. Rusiyaın dominantlığının bərpasının nələrə gətirib çıxara biləjəyi göz önündədir. Yalnız bir şey tamamilə aydındır: Rusiya rəhbərliyinin hazırda yarımjan olan MDB kimi millətlərarası instituta pessimist münasibətini dəyişəjəyi yəqindir. Lakin bu abbreviaturanın məna yükündə, həmçinin, "Moskva" anlayışında keçmiş sovet respublikalarının SSRİ dağılandan sonrakı 16 il ərzində uzaqlaşmaq istədiyi bir çox şeyləri ehtiva edəjək… 


MƏSLƏHƏT GÖR:

463