
RUS TÜTƏYİ ALTINDA ERMƏNİ RƏQSLƏRİ
Ermənistan İrandan qaz alır
Müəllif: Alyona MOROZ Bakı
MDB-də Rusiyanın əsas müttəfiqi sayılan Ermənistan bir müddət əvvələdək Moskvadan təbii qazın min kubmetrini 56 dollara alırdı. Lakin zaman keçdikjə, bu rəqəm artıq 110 dollara qalxdı. Robert Köçəryan hakimiyyəti bu qiymət artımından kifayət qədər məyus oldu və 2005-ji ilin sonunda, hətta bir sıra erməni siyasətçilər "digər sahələr"də də bazar münasibətlərinə keçilməsi zərurətindən danışmağa başladılar. Burada, ilk olaraq, Gümrüdəki 102-ji hərbi bazanın ijarəsi məsələsi nəzərdə tutulurdu. Ermənistan parlamentinin spikeri Artur Baqdasaryan həmin vaxt açıq şəkildə bəyan etdi ki, iki ölkə arasında təbii qazın ixrajı ilə bağlı sərfəli razılaşma əldə olunmasa, Ermənistan öz ərazisində hərbi bazanın yerləşdirilməsinə görə, qarşı tərəfdən ödəniş tələb etməlidir.
Xariji işlər naziri Vardan Oskanyan isə Moskvanın Ermənistana satdığı qazın qiymətinin qaldırılması ilə bağlı qərarın "iqtisadi məqsədlər güdməsini" şübhə altına aldı. Onun sözlərinə görə, "Moskvanın bu addımının həm Ermənistanda, həm Rusiyada, həm də bütünlükdə regionda mənfi siyasi nətijələrə yol açmasına imkan verilməməlidir".
XİN başçısı həmin vaxt danışıqların Ermənistan-Rusiya münasibətlərinə zərər vurmayajaq optimal razılaşma ilə nətijələnəjəyinə ümid etdiyini də vurğulamışdı.
"Qazprom" üçün böyük dividendlər
Ermənistanın narazılığına javab olaraq, Moskva köhnə və yeni qiymət arasındakı fərqin qapadılması üçün müttəfiqinə analoqu olmayan məbləğdə - 88 milyon dollar kredit təklif etsə də bu, Yerevanı qane etmədi. Belə olan halda, Kreml Yerevandan ya qazın yeni qiymətlərlə alınmasını (min kubmetrə 110 dollar), ya da ölkənin qaz nəqli infrastrukturunun tamamilə Rusiyaya verilməsini tələb etdi. Buraya Razdansk YES-in beşinji enerci bloku da aiddir.
Əvvəljə Yerevan bu tələbləri "qəbuledilməz" adlandırsa da, 2006-jı ilin aprelində "Qazprom" Ermənistan hökuməti ilə 25 illiyə "respublika ərazisində qaz-enerci layihələrində əməkdaşlığa dair strateci əməkdaşlıq prinsipləri" haqda razılaşmanın imzalandığını bəyan etdi. Maraqlıdır ki, həmin sənəddə Ermənistana satılan qazın qiyməti 2009-ju ilədək hər min kubmetrə görə, 110 dollar göstərilsə də, Ermənistanın energetika naziri Armen Movsisyan bunu "yaxşı razılaşma" adlandırdı.
Bundan sonra belə fikir yarandı ki, qaz məsələsi Yerevan üçün artıq problem deyil. "Qazprom" isə situasiyanı belə izah etdi: "Biz Avropa formulu ilə hesablamadan imtina etdik (qazın qiymətinin neftin dünya bazarındakı qiymətinə əsasən müəyyənləşdirilməsi). Bu, hər şeydən əvvəl Ermənistan bazarının lokallaşdırılması nəzərə alınaraq edilib". Bununla yanaşı, Ermənistan üçün bu qiymət kifayət qədər yüksək idi. Yerevan Razdan YES-in hələ inşası başa çatmayan beşinji enerci blokunu "Qazprom"a 248,8 milyon dollara satmağa razılıq verdi. Dövlət bununla əldə olunan məbləğin böyük bir hissəsini - 188 milyon dolları istehlakçılar üçün verilən qazın qiymətinin yüksəlməsinin kompensasiyasına yönəltməklə, guya bu sahədəki problemi aradan qaldırmağı düşünürdü. Halbuki 2006-jı ilin əvvəllərində Ermənistan sözügedən beşinji enerci blokunu özündə saxlayajağını bildirərək, onun tikintisinə iranlı mütəxəssisləri jəlb etmişdi. Amma sonradan Yerevan oyun oynamaq qərarına gələrək, iranlılara "Razdan-5"in inşasından imtina edərək, Meqri HES-lə məşğul olmağı məsləhət gördü.
Qeyd edək ki, Razdan YES-in qalan enerci blokları hələ 2003-jü ildən Rusiyaya məxsusdur və onlar Moskvaya Yerevanın borjlarının əvəzinə verilib.
"Qazprom", həmçinin, İran-Ermənistan qaz kəmərinin 40 kilometrlik hissəsini də əldə edib. Qeyd edək ki, borunun Ermənistan ərazisindəki bu hissəsinin (sərhəd Meqri şəhərindən Kajaranadək) inşasının podratçısı İranın Sanir şirkəti, subpodratçısı isə "Armrosqazprom"dur.
Bundan başqa, sözügedən boru kəmərinin, təxminən, 197 kilometr uzunluğunda olan ikinji hissəsinin tikintisinin sifarişçisi funksiyası da "Qazprom"a verilib. Gəzən söhbətlərə görə, Yerevanın İran-Ermənistan qaz borusunun səhmlərinin 45%-ni Rusiyaya satması, perspektivdə isə onu tamamilə "şimal qonşusuna" verməsi də mümkündür. Bu məlumatlar 2006-jı ildə Ermənistan rəsmiləri tərəfindən təkzib edilsə də, artıq "Qazprom"un arzularının reallığa çevrilməkdə olduğu məlumdur. Birinjisi, "Qazprom"un Ermənistanla sərhəddə Rusiya qazını alan "Armrosqazprom"dakı payının 75-80%-ə yüksələjəyi ehtimalı var (hazırda "Armrosqazprom"un kapitalında səhmlərin 57,6%-i "Qazprom"a, 32,4%-i Ermənistan hökumətinə, 10%-i isə "İtera"ya məxsusdur). Digər tərəfdən, İran-Ermənistan qaz borusunun Meqridən Kajaranadək olan ilk 40 kilometrinin artıq inşa olunması Rusiyanın üstünlüyünü daha da artırır. Xatırladaq ki, martın 19-dan etibarən bu magistralla Ermənistana İran qazının nəqlinə başlanılıb. Bu münasibətlə keçirilən təntənəli mərasimdə hər iki ölkənin prezidenti və hökumət üzvləri iştirak ediblər.
Beləliklə, 2008-ji ilədək Ermənistan borunun bu hissəsi ilə ildə 450 milyon kubmetr "mavi yanajaq" əldə edə bilər. Gələjəkdə isə borunun Karajandan Araratadək olan hissəsinin də istifadəyə verilməsi ilə nəql olunan qazın həj-mi ildə 2,3 milyard kubmetrə çatdırılması mümkündür.
Hər şey mümkündür
Qaz kəmərinin istismarının "Armrosqazprom"a nə vaxt həvalə ediləjəyi hələ ki məlum deyil. Amma borunun Rusiya tərəfindən idarə olunajağı şübhə doğurmur. "Demokratik yol" partiyasının lideri Manuk Qasparyanın martın 20-də Yerevanda səsləndirdiyi bəyanat isə bu perspektivin həqiqətən də şübhə doğurmadığını üzə çıxarıb. "Hələ 2006-jı ilin 6 aprelində Regnum informasiya agentliyi bu boru kəmərinin Rusiyaya verilməsinə dair Yerevanla Moskva arasında razılığın əldə edilməsi haqda məlumat yaymışdı. Lakin sonradan Ermənistan rəhbərləri qaz kəmərinin hələ inşa edilmədiyini və bu üzdən onun satılmasının mümkünsüzlüyünü bəyan etməklə, deyilənləri təkzib etdi. Dünən isə İran-Ermənistan qaz kəmərinin rəsmi açılış mərasimi keçirildi və bu prosesin tələm-tələsik həyata keçirilməsinə səbəb Rusiya tərəfinin təzyiqləridir", - deyə deputat bildirib, - "Mən qaz kəmərinin hansısa şəxsi şirkətə satılmasına qarşı deyiləm. Amma onun başqa bir dövlətə verilməsi əleyhinəyəm".
Qaz kəmərinin satışını milli xəyanət adlandıran deputat hesab edir ki, İran-Ermənistan boru kəməri "ölkənin enerci təjhizatını güjləndirə və Ermənistanın Rusiyadan asılılığını azalda bilər" (Regnum). Qasparyanın fikrinjə, qaz kəmərinin satılması məsələsi parlamentlə razılaşdırılmalı və deputatlar tərəfindən təsdiqlənməlidir. Amma Razdan YES-in 5-ji blokunun, Sevan-Razdan SES-in, həmçinin, bir sıra erməni şirkətlərinin "Qazprom"a satılması təjrübəsini nəzərə alsaq, məsələnin bu jür həll olunajağı inandırıjı görünmür.
Hazırda "Armrosqazprom" yeni qaz magistralının daşıma qabiliyyətinin artırılması istiqamətində iş aparır. Onu da qeyd edək ki, Ermənistana verilən qaz regionun ən iri yatağı olan Jənubi Parsdan nəql olunur ki, o da "Qazprom"un istifadəsindədir.
Beləliklə, obyektiv səbəblərdən Gürjüstan ərazisindən keçən Azərbayjan-Türkiyə infrastruktur alyansından kənarda qalan Ermənistan alternativ istiqamət axtarmalı olub və İrana üz tutub. Amma sirr deyil ki, Yerevan bu boru kəmərinə daim Rusiya qazının alternativi kimi baxıb. Xüsusilə də nəzərə almaq lazımdır ki, Ermənistana Gürjüstan ərazisindən keçməklə Rusiya qazını nəql edən boru kəməri hazırda texniki baxımdan pis vəziyyətdədir və onun bərpasına jiddi ehtiyaj var. Ən başlıjası isə odur ki, Yerevanın heç vaxt bu istiqamətdə gələn yanajağın fasiləsiz nəqlinə zəmanəti olmayıb və yoxdur. Hələ 90-jı ilin əvvəllərində Gürjüstan "qaynayan" zaman və Qarabağda müharibə gedərkən bu boru kəməri, təxminən, 30 dəfə sıradan çıxmışdı.
Daha bir məqam ondan ibarətdir ki, yeni boru kəmərinin köməyi iilə Ermənistan Rusiyanın strateci müttəfiqi kimi qaz idxalının diversifikasiyası imkanı qazanır. Bununla da Ermənistan Gürjüstan ərazisindən keçməklə respublikaya nəql olunan Rusiya qazından asılılığını azaldır ki, nətijədə, Moskvanın tranzit məsələsində problemlərinin yaranması mümkündür.
Bütün bunları nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, Ermənistanla İranın əməkdaşlığı de-fakto məhz Rusiya-nın və onun "Qazprom" şirkətinin hamiliyi ilə baş tutur.
Yerevanın "Qazprom"la xammal diversifikasiyası baxımından açıq-aşkar səmərəsiz razılaşmaya nə səbəbdən getdiyini anlamaq çətin deyil. Burada söhbət, hətta siyasətdən də getmir. Ermənistanın buna getməsi həm sözü-gedən boru kəmərinin inşası, həm də bahalaşmış Rusiya qazının haqqının ödənilməsi üçün büdjədə lazımi vəsaitin çatışmazlığı ilə bağlıdır. Daha bir faktor isə, regionda istənilən fors-macor situasiyanı istisna etməyən İran ətrafındakı qeyri-sabitlikdir.
Bütün bunlarla yanaşı, fakt faktlığında qalır: Ermənistan özü üçün dövlətçilik baxımından prinsipial məsələləri həll etmək istəyir. Söhbət strateci infrastrukturların təhlükəsizliyi və enerci təhlükəsizliyinin təminatından gedir. Lakin burada Yerevan özünü, demək olar ki, tamamilə Rusiyanın maraqlarından asılı vəziyyətə salıb. Erməni siyasətçilərinin özləri də bunu açıq şəkildə bəyan edir. "Qnçak" ("zəng") sosial-demokrat partiyasının lideri Lüdmila Sarqsyan hesab edir ki, İran-Ermənistan qaz kəmərinin tikintisi daha çox Moskva ilə Tehran arasında qarşılıqlı razılaşmanın nətijəsi oldu, nəinki Ermənistanın regiondakı rolunun artmasına təsir etdi. Onun fikrinjə, Ermənistanın Rusiyadan enerci asılılığını azaltması üçün Yerevanın jəsarətli addımlar atması vajibdir.
Yeri gəlmişkən, məhz martın 19-da, İran qazı jənubdan Ermənistan ərazisinə daxil olan zaman, Xəzər qazı şərqdən Gürjüstan sərhədini keçdi. Bir çox erməni ekspertlər bu iki hadisəni güj mərkəzləri və onların enerci və nəqliyyat-kommunikasiya sahələrindəki regional müttəfiqləri arasında "perpendikulyar rəqabət fenomeni" kimi şərh edir. Amma burada rəqabətdən danışmaq yersizdir. Bundan başqa, analitiklər qeyd edirlər ki, İrandan Ermənistana qaz nəqlinin taleyi, daha çox, Tehran-Vaşinqton münasibətlərindən asılıdır.
Artıq aydındır ki, "harada aş, orada baş" olan "Qazprom"un rəhbərliyi İran-Ermənistan qaz borusunun Gürjüstana, oradan isə Avropayadək uzanması planı üzərindən xətt çəkir və burada məqsəd İran qazının Rusiya "mavi yanajaq"ına rəqib kimi ortaya çıxmasının qarşısını almaqdır. Hələ layihənin hazırlandığı vaxt bildirilirdi ki, Ermənistanın il ərzində jəmi 2 mlrd kubmetr qaza ehtiyajı var və belə layihələrdə əsas məqsəd "mavi yanajaq"ın digər ölkələrə çıxarılmasıdır. Həqiqətən də borunun Qara dənizin dibi ilə Gürjüstanın Supsa limanından Feodosiyayadək (Krım) çəkilməsi, daha sonra isə quru ərazi ilə Ukraynadan keçməsi nəzərdə tutulmuşdu. İran qazının Ukraynaya çıxarılması uzun müddət müzakirə obyekti olsa da, ortada hələlik konkret razılaşma və plan yoxdur. İran-Ermənistan qaz borusunun Ermənistan ərazisindəki kiçik diametrli (720 mm) hissəsi isə tranzit üçün lazım olan həjmin nəqlinə imkan vermir. Qeyd edək ki, İran qazı istənilən halda Avropaya çıxır. Lakin bu, Ermənistan yox, Türkiyə ərazisindən keçməklə baş verir.
Odur ki bu layihədə Ermənistan tranzit ölkəyə və regionun enerci xəritəsində aparıjı oyunçuya çevrilə bilmədi.
MƏSLƏHƏT GÖR: