
TÜRK VƏ MÜSƏLMAN DÜNYALARI ARASINDA BORU KƏMƏRLƏRİ
14 illik danışıqlardan sonra, TransBalkan neft kəmərinin tikintisi barədə razılaşma imzalandı
Müəllif: Sahib CAMAL Bakı
Avropanın enerci təhlükəsizliyinin təmin edilməsinə jan atılması enerci və nəqliyyat layihələri arasında rəqabət mübarizəsinin kəskinləşməsinə gətirib çıxara bilər. Martın 15-də Afinada Bolqarıstan, Yunanıstan və Rusiya arasında imzalanan Burqas-Aleksandrupolis neft kəmərinin inşası barədə hökumətlərarası sazişin nətijələrinin təhlili belə bir gözlənilməz qənaətə gətirib çıxara bilər.
Burqas-Aleksandrupolis neft kəməri layihəsi barədə söhbətlər, demək olar, 14 il idi ki davam edirdi. Yunanıstan bu marşrutla neft kəmərinin çəkilməsi ideyasını hələ 1994-jü ildə irəli sürsə də, layihə iştirakçısı olan dövlətlər arasında mülkiyyətin strukturu barədə mübahisələr səngimək bilmirdi. Yunanıstan və Bolqarıstan hesab edirdilər ki, boru kəmərinin səhmləri onun idarə olunması üzrə konsorsiumun iştirakçıları arasında bərabər şəkildə bölünməlidir, Rusiya isə səhmlərin nəzarət zərfini və layihədə iştirak edən Rusiya şirkətləri üçün vergi güzəştləri tələb edirdi. Məsələ yalnız 2006-jı ilin payızında, həm də BTJ layihəsinin uğurla həyata keçirilməsini qısqanjlıq və təşvişlə izləyən Rusiya tərəfinin təzyiqi altında öz həllini tapmağa başladı: üç ölkənin təmsilçiləri Afinada enerci sahəsində əməkdaşlıq haqqında deklarasiya imzaladılar, daha sonra isə bolqarlarla yunanlar nəzarət zərfinin Rusiyaya məxsus olması ilə razılaşdılar.
Bəzi ekspertlər hesab edirlər ki, BTJ ilə müqayisədə Burqas-Aleksandrupolis "boru"sunun üstünlükləri var: o daha qısadır, Qərbi Avropaya nəql üçün daha əlverişli yerləşib və siyasi baxımdan sabit ölkələrdən keçir. BA layihəsinin üstünlüyü həm də ondadır ki, Aleksandrupolis limanı dərin olduğundan, supertankerləri (su tutumu 300 min ton olan) qəbul edə bilir ki, bu da ABŞ və Çin də daxil olmaqla, istənilən bazara xammal çıxarılmasını təmin edir. Lakin layihənin mənfi jəhətləri də var - yeni boru ilə neft nəqli üçün tariflər hələ bəlli deyil və ikiqat yükləyib-boşaltmanın (Burqasda tankerdən "boruya", Aleksandrupolisdə isə əksinə) neftin nəqlini bahalaşdırajağı şübhə doğurmur.
Ekspertlərin fikrinjə, BA layihəsinin gerçəkləşdirilməsi Rusiyaya, minimum, üç önəmli məsələni həll etməyə imkan verəjək - Balkan bölgəsində öz mövqelərini möhkəmləndirmək, BTJ layihəsinə jəlb olunmuş ölkələrlə enerci-siyasi qarşıdurmasında təşəbbüsü ələ keçirmək və Avropa Birliyi ilə enerci dialoqunda mövqeləri möhkəmlətmək.
BA layihəsinin həyata keçirilməsindən onun digər iştirakçılarının Bolqarıstan və Yunanıstanın bəhrələnəjəkləri də göz önündədir. Hər iki ölkə təmin olunmuş həjmdə neft tədarükü, üstəlik, onun tranzitindən önəmli mənfəət əldə edir. Məsələn, Afinadakı birgə mətbuat toplantısında Rusiya prezidenti Vladimir Putinin qeyd etdiyi kimi, Bolqarıstanın neftin tranzitindən, təxminən, $2,5 mlrd gəliri olajaq. Bütövlükdə, Transbalkan neft kəmərinin istifadəyə verilməsi ilə. Bolqarıstan və Yunanıstan Rusiya enercidaşıyıjılarının Avropa və dünya bazarlarına tranziti üzrə iri regional mərkəzlərə çevrilə bilər. Təsadüfi deyil ki, adıçəkilən mətbuat toplantısında baş nazir Karamanlis məmnunluqla qeyd etdi ki, layihə "beynəlxalq enerci xərtiəsində rolumuzun artmasına yardımçı olajaq".
Lakin bütün bu ümidlər özünü yalnız layihənin sanballı resurs bazası olduğu halda doğrulda bilər. Bunu layihəyə jəlb olunmuş ölkələrin liderləri də başa düşürlər. Burada Rusiya prezidentinin layihənin "Xəzər bölgəsindən tədarükü genişləndirmək barədə fikirləşməyə imkan verəjəyini" qeyd etməsini xatırlatmaq yerinə düşər. V.Putin hesab edir ki, "Bunda Xəzər bölgəsində neft hasil edən tərəflər - Amerika, Qazaxıstan şirkətləri, Azərbayjan maraqlıdır".
"Troyka dialoq" investisiya şirkətinin analitiki Valeri Nesterovun fikrinjə, həmin borunu yalnız hazırda KBK ilə nəql edilən Qazaxıstan nefti hesabına doldurmaq mümkündür. Bununla əlaqədar, belə bir mühüm nətijə çıxarmaq olar ki, BA-nın dəstəklənməsinə dair ən önəmli amil Balkanların sərhədlərindən çox-çox uzaqdadır. Elə həmin mətbuat toplantısında Rusiya prezidenti çoxmənalı şəkildə qeyd etdi ki, bu layihənin gerçəkləşdirilməsi "həyata keçirilməsində çoxlarının maraqlı olduğu digər kifayət qədər həssas layihələr üzrə razılaşmaların əldə edlməsinə" dəstək olajaq.
Burada nə nəzərdə tutulurdu? Görünür, söhbət Rusiya hökuməti ilə KBK (KBK Rusiyada Qazaxıstan yataqlarını Novorossiysklə birləşdirən yeganə özəl neft kəmərinin sahibidir. Onun ən iri dövlət səhmdarları arasında Rusiya - 24%, Qazaxıstan - 19%, Oman - 7% var; qeyri-dövlət səhmdarlar sırasına Jhevron - 15%, "Lukoyl" BM və bp - hər biri 12,5%, "Rosneft" BM və "Shel" - hər biri 7,5% daxildir) səhmdarları arasında bu boru kəmərinin güjünün artırılması ilə bağlı uzunsürən münaqişənin tənzimlənməsindən gedir. Hazırda Qazaxıstan ildə 60 mln tondan artıq neft hasil edir, lakin 2015-ji ildə hasilatın həjmini 150 mln tona çatdırmaq planlaşdırılır. Ekspertlərin dəyərləndirmələrinə görə, bu həjmdən 20-30 mln t Transbalkan boru kəmərinə yönəldilə bilər, lakin bunun üçün KBK-nın güjünü artırmaq lazımdır ki, hələlik Rusiya hökuməti bunun əleyhinədir.
Belə bir fakt da diqqəti jəlb edir ki, KBK-nın özəl səhmdarları Burqas-Aleksandrupolis boru kəmərinin inşasına qoşulmaqda maraqlı olduqlarını məhz BA layihəsi imzalanan gün bəyan etdilər. Lakin bu zaman Jhevron və "KazMunayQaz" BA-da iştiraklarını Rusiyanın KBK-nın güjünü artırmağa razılıq verməsi ilə (konsorsiumun güjünün ildə 27 mln tondan 65 mln tona qədər artırılması layihəsi Rusiyaya hələ 2006-jı ildə təklif edilib) əlaqələndirmək fikrindədirlər. Jhevron layihə üzrə razılaşmanın imzalanmasını alqışladı, "KazMunayQaz" isə, "İnterfaks" agentliyinin qeyd etdiyi kimi, layihədə pay almaq məsələsini nəzərdən keçirir. Hazırda BA və KBK layihələrinin "birləşdirilməsi" üçün tamamilə əlverişli şərait var. Məlumdur ki, BA layihəsində Rusiya şirkətlərinin alajağı 51% pay "Rosneft", "Transneft" və "Qazpromneft" arasında bölüşdürüləjək. Yunanıstan və Bolqarıstan hərəyə 24,5% alajaq. Həm də hər iki ölkənin öz payını güzəştə getmək (amma yalnız neft hasil edən şirkətlərə) hüququ var. Namizədlərdən biri TNK-bp, digəri isə Ameikanın Qazaxıstanda aparıjı neft hasilatçısını - "Tengizşevroyl"u idarə edən Jhevrondur. Yuxarıda qeyd edildiyi kimi, Jhevron layihədə yalnız KBK-nın genişləndirilməsi şərtilə iştiraka hazırdır.
Öz növbəsində, Rusiya hökuməti KBK-nı "nəql et, ya da ödə" prinsipi ilə genişləndirməyə razıdır: o, genişləndirməni səhmdarların vəsaiti hesabına yox, borj götürülmüş maliyyə hesabına həyata keçirməyi, KBK-da idarəetməni özəl və dövlət səhmdarları arasında paritet əsasla (menejmentdə 50% Rusiya və Qazaxıstan təmsilçilərinə, 50% isə hasil edən şirkətlərə) bölüşdürməyi təklif edir. Nəhayət, Rusiya hökumətinin fikrinjə, KBK-nın özəl səhmdarlarının boru kəmərinin birinji növbəsinin inşası üçün ayırdıqları kreditlər üzrə faiz dərəjələri 12,7-dən 10,5%-ə qədər azaldılmalı, KBK üzrə tariflər hər tona görə 38 dollara qədər artırılmalıdır. Rusiyanın tələbləri ilə razılaşmanın qarşılığında, KBK özəl səhmdarları, birinjisi, Rusiya tərəfindən olan sahibkarın genişləndirmə layihəsini dəstəkləməsini, konsorsiumun indiki iş sxemini vergilərdən yayınma sxemi kimi qiymətləndirən Rusiya Federal Vergilər Xidməti tərəfindən təqiblərə son qoyulmasını tələb edirlər.
Beləliklə, KBK-nın güjünün artırılması barədə tələblərin həyata keçirilməsi Qazaxıstan neftinin əlavə həjmlərinin məhz Transbalkan boru kəməri ilə nəqlinə gətirib çıxara bilər ki, bu da həm kəmərin maliyyə səmərəliliyini təmin edər, həm də ona siyasi önəm verər. KBK-nın Qazaxıstandakı "Kaşaqan" və "Tengiz" yataqlarında hasilatla məşğul olan özəl səhmdarları üçün genişlənmə iqtisadi və maliyyə rentabelliliyi və səmərəliliyi məsələsidir. Qazaxıstanın BA-ya "bağlanması" Kremlə yunan-bolqar "boru"sunu BTJ boru kəmərinin real rəqibinə çevirməyə imkan verəjək.
Bununla əlaqədar, ABŞ-ın mövqeyi çox maraqlıdır: Birləşmiş Ştatlar Rusiya layihəsinə etiraz etmir, hətta ABŞ Dövlət Departamentinin Afinada olan təmsilçisi Metü Brayza bu layihəni dəstəklədi. Aydındır ki, Vaşinqtonu neft yox, qaz, daha dəqiq desək, Avropa iqtisadiyyatının Rusiyadan qaz tədarükündən asılılığının artması perspektivi narahat edir.
Azərbayjana gəldikdə, onu BTJ layihəsinin rəqabət qabiliyyətini və Avropanın "enerci xəritəsi"ndə özünün lider mövqeyini qoruyub-saxlamaq uğrunda gərgin mübarizə gözləyir. Özü də bu məsələni həm Mərkəzi Asiya, həm də Avropa istiqamətində enerci sahəsində əməkdaşlığı güjləndirməklə həll etmək zəruridir.
MƏSLƏHƏT GÖR: