16 Mart 2025

Bazar, 00:01

BORU KƏMƏRİ -- HƏM MƏQSƏD, HƏM VASİTƏ...

Rusiya xəzər neftinin dünya bazarına tranziti uğrunda mübarizədə növbəti addımını atdı

Müəllif:

01.04.2007

Son zamanlar dünyada enerci təhlükəsizliyinin təminatı və nəqliyyat marşrutlarının diversifikasiyası ilə bağlı proseslər xüsusi aktuallıq alıb. "Region Plus" curnalı dünyada gedən "boru kəməri müharibəsi"nin hərtərəfli təhlilini özündə əks etdirən bir neçə məqaləni oxujuların mühakiməsinə verir. 

Martın 15-də Afinada Rusiya-Bolqarıstan-Yunanıstan sammitinin gedişində tərəflər arasında Burqas-Aleksandrupolis neft kəmərinin inşası haqda razılaşma imzalanıb. Razılığa əsasən, borunun uzunluğu 258 km, nəqletmə imkanı isə 35-50 milyon ton olajaq. Layihənin dəyəri 800 milyon - 1 milyard dollar arasındadır.

Bu layihənin köməyi ilə Yunanıstan və Bolqarıstan neftlə təminatını yaxşılaşdırmaq, tranzit ödəmələri əldə etmək, yeni iş yerləri açmaq, Balkan regionunda geosiyasi nüfuzunu artırmaq kimi məqsədlər güdür. Güman edilir ki, həm Yunanıstan, həm də Bolqarıstan öz paylarını (onların hər birinin layihədəki payı 24,5%-dir) bu boru ilə uzun müddət "qara qızıl" nəql ediləjə-yinə zəmanət verən iri neft şirkətlərinə satajaq. Layihədə 51% paya sahib olan Rusiya isə öz neftinin bazarlara çıxan yollarını diversifikasiya etmək, türk boğazları və son zamanlar problemə çevrilən Belarus marşrutundan asılılığı aradan qaldırmağa çalışır.

İqtisadçıların hesablamalarına görə, bu neft borusundan istifadə Rusiya neft şirkətlərinin nəqliyyat xərjlərini üçdəbir qədər, hətta ola bilər, iki dəfə azaldajaq. Qeyd edək ki, Novorossiyskdən neft Bolqarıstanın Burqas limanına (bu limanların yerləşdiyi ərazidə su dərin deyil) kiçik tankerlərlə gətirəjək. Amma Aleksandrupolis oraya daha böyük tankerlərin yan alması üçün də əlverişlidir. Bu da Rusiya neftini yalnız Avropa İttifaqı ölkələrinə deyil, həmçinin, ABŞ-a rentabelli şəkildə nəql etməyə imkan yaradır.

Amma bütün bunlar üçün hökumətlərarası razılaşma azdır. Hələ boru kəmərinin layihələşdirilməsi, onun keçəjəyi ərazilərin konkretləşdirilməsi, tarif ödənişlərinin razılaşdırılması, torpaq sahələrinin ayrılması, yarana biləjək digər ziddiyyətlərin və fikir ayrılıqlarının həll edilməsi lazımdır. Odur ki ən nikbin proqnozlara görə, bu neft kəmərinin inşası və istifadəyə verilməsi 2009-ju ildən tez baş tutmayajaq. 

Mütəxəssislərin fikrinjə, texniki baxımdan bu, o qədər də çətin layihə deyil və iştirakçılar onu maliyyələşdirmək iqtidarındadır. Qeyd edək ki, Burqas-Aleksandrupolis neft kəməri hələ çoxdan tikilə bilərdi. Lakin tərəflər, ilk növbədə isə Rusiya, indiyədək müxtəlif bəyanatlarla layihəni ləngidirdi. Nəhayət, indi üç ölkə sözdən əmələ keçmək qərarına gəlib.

Xariji müşahidəçilər baş verənlərlə bağlı bir sıra həllediji məqamı önə çəkir. Onların fikrinjə, bu məqamlardan ən vajibi Xəzər hövzəsindən hasil olunan neftin miqdarının nəzərəçarpajaq dərəjədə artmasıdır. Digər amil kimi isə, əlavə karbohidrogen daşıyıjılarının ənənəvi marşrutlar və mövjud neft kəmərləri ilə nəqlinin mümkün olmamasıdır. 

Məsələ ondadır ki, Qazaxıstan, həmçinin, Rusiyanın özü Xəzərin şimalında neft hasilatını getdikjə artırır. Analitiklərin proqnozlarına görə, yaxın onillikdə burada neft və qaz kondensatı üçqat arta bilər. Lakin artmaqda olan bu həjmin onsuz da kifayət qədər yüklənmiş və dar Bosfor boğazı vasitəsilə daşınması getdikjə daha çətin olur. Türkiyə isə dünyanın ən iri meqapolislərindən olan İstanbulun ekoloci təhlükə ilə üz-üzə qalmasından ehtiyatlandığını gizlətmir. Bu da öz növbəsində, tankerlərin daşınması şərtlərini daha da çətinləşdirir. Hava şəraiti pisləşdikdə, neft və neft məhsulları daşıyan gəmilərin Bosfor boğazına daxil olması məhdudlaşdırılır və nətijədə, həm neft sahibləri, həm də onu daşıyanlar külli miqdarda ziyana düşür. 

Belə olduqda Qara dənizin dar boğazları vasitəsilə Şimali Xəzər şelfindən əlavə həjmdə neftin daşınması çox çətin olajaq. Xüsusilə də nəzərə alınsa ki artıq buna alternativ marşrut olan Bakı-Tbilisi-Jeyhan (BTJ) neft kəməri də işə düşüb.

Bəd proqnozların əksinə olaraq, inşa olunan və istifadəyə verilən bu kəmər bir ildən də az müddət ərzində dünya bazarlarına neftin çıxarılması sahəsində özünü etibarlı və iqtisadi jəhətdən sərfəli marşrut kimi təsdiq edib. Məhz bu səbəbdən kəmərə rəhbərlik edən BTJ Jo. şirkətinin Direktorlar Şurası bir müddət əvvəl BTJ-nin nəql həjmini artırmaq qərarına gəlib. Onların qərarına əsasən, boru kəmərinin sutka ərzində nəql etdiyi 620 min barrellik həjm layihədə nəzərdə tutulduğu kimi, 1 milyon barrelə yüksəldiləjək. 

Bununla yanaşı, gələjəkdə həmin rəqəmin bir qədər də artırılaraq, 1,7 milyon barrelə çatdırılmasının mümkünlüyü nəzərdən keçirilir. 

Onu da qeyd edək ki, Azərbayjan, Türkiyə və bp şirkətinin BTJ-nin Xəzər enerci resurslarını nəql edən əsas marşruta çevirmək istiqamətindəki səyləri rəsmi Vaşinqton tərəfindən də tam dəstəklənir.

Məqsəd aydındır - Rusiya büdjəsinə ayırmaların məbləğini artırmaq. Lakin Bakı-Tbilisi-Jeyhan kəmərinin simasında alternativ marşrutun meydana çıxması Moskvanın bu məsələdə də mövqelərini zəiflədir.

Beləliklə, Burqas-Aleksandrupolis layihəsi Rusiyanın aparılan "boru kəməri oyunu"na javabıdır və burada məqsəd Xəzər neftinin dünya bazarlarına çıxarılması uğrunda mübarizədə özünün rəqabətədavamlılığını artırmaqdır. Yeri gəlmişkən, Moskva bu məqsədini heç gizlətmir də. Prezident Vladimir Putin mətbuat konfransında bunu açıq şəkildə bəyan edib: "Layihə (Burqas-Aleksandrupolis) Xəzər regionundan enercidaşıyıjılarının nəqlinin Rusiya ərazisindən tranzitini genişləndirməyə imkan verə bilər". Rusiyanın "Transneft" şirkətinin rəhbəri Semyon Vaynştok isə bildirib ki, Burqas-Aleksandropulos layihəsi XBKK-nin güjünün artırılmasına imkan verəjək.

Bundan başqa, Burqas-Aleksandrupolis kəməri ilə daşınsa belə, Rusiya nefti Aralıq dənizi bazarlarında Azərbayjan nefti ilə rəqabət apara bilməyəjək. Azərbayjanın AZERI LIGHT markalı nefti yüngül və az sulfidlidir. Sərt ekoloci standartların qüvvədə olduğu Avropa ölkələrinin əksəriyyəti keyfiyyətli Azərbayjan və ya Liviya neftinə üstünlük verir və daha ujuz qiymətə olsa da, Rusiyanın Urals markalı neftinə o qədər də maraq göstərmir. 

Yeri gəlmişkən, Azərbayjanın mövjud Bakı-Novorossiysk neft kəmərindən istifadədən imtinasının əsas səbəblərindən biri də həmin kəmərdə bizim neftimizin Rusiya və Qazaxıstan məhsulu ilə qarışması və nətijədə, onun keyfiyyəti və qiymətinin aşağı düşməsidir. Hər tonda 6-8 dollar itirmək isə ixrajatçı olan Azərbayjana sərfəli deyil.

Odur ki Burqas-Aleksandrupolis neft kəməri layihəsi daha çox Türkiyə və Ukraynanın maraqlarına toxunur. Burada söhbət yalnız Qara dəniz boğazlarından tankerlərin keçməsinə görə ödənişlərin azalmasından getmir. Çünki bu, çoxmilyonlu İstanbulun ekoloci təhlükəsinin azalması ilə tamamilə kompensasiya olunur. 

Daha pis olanı başqa məsələdir:  Burqas-Aleksandrupolis marşrutu ilə paralel olaraq, Qara dəniz limanı olan Samsundan Jeyhana boru xəttinin çəkilməsi nəzərdən keçirilir. Xatırladaq ki, buraya artıq Azərbayjan və İraqın boru kəmərləri də aiddir. Odur ki Samsundan gələn boru kəmərinin əlavəsi Jeyhanı dünyamiqyaslı neft bircasına çevirə bilər.

Burqas-Aleksandrupolis neft kəmərinin inşası, həmçinin, Ukraynanın Odessa-Brodı neft borusunun fəaliyyət şanslarını azaldır ki, onun işləməsi də Kiyevin marağındadır. Ukrayna Odessa-Brodının şimal istiqamətində işləyərək, daha sonra Polşanın Qdansk limanınadək çatdırılmasını istəyir. Amma eyni zamanda o da istisna edilmir ki, Xəzər hövzəsindən hasil olunan neftin miqdarı son dərəjə artajaq və onun qarşılıqlı səmərəli şərtlər daxilində bütün qeyd olunan marşrutlarla nəqlinə ehtiyaj yaranajaq.

Bütün bunlarla yanaşı, boru kəmərləri ilə bağlı yaşanan intriqalar heç də neft nəqli ilə bağlı marşrutların seçilməsi məsələsi ilə məhdudlaşmır. Tərəflər arasında daha sərt rəqabət Mərkəzi Asiya qazının Avropa istehlakçılarına çatdırılmasında meydana çıxır. Burada, həmçinin, marşrutların diversifikasiyası və Rusiyanın monopolist mövqeyinin məhdudlaşdırılması uğrunda mübarizə gedir. Bu baxımdan, martın 22-də Azərbayjanın xariji işlər naziri Elmar Məmmədyarov ilə ABŞ-ın dövlət katibi Kondoliza Rays arasında imzalanan "Energetika sahəsində qarşılıqlı anlaşma memorandumu" diqqəti jəlb edir. ABŞ dövlət katibinin müavininin köməkçisi Metü Brayzanın bildirdiyinə görə, həmin görüşdə tərəflər "regionun enerci daşıyıjılarının, konkret olaraq, təbii qazın Avropa bazarlarına çıxarılması üçün boru kəmərləri şəbəkəsinin çəkilişinə dəstək ifadə ediblər". Sənəddə söhbət Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Yunanıstan və İtaliya istiqamətində əlavə qollarının inşasından gedir. Orada, həmçinin, Rusiya "Qazprom"unu razı salmayajaq bir məqam - Transxəzər qaz kəmərinin tikintisinə dəstək də əksini tapıb. Avropa istehlakçıları üçün Transxəzər boru xəttinin tikintisi ilə qaz nəqlinin diversifikasiyasının məqsədəuyğunluğunu Azərbayjanın xariji işlər nazirinin müavini Araz Əzimov Brüsseldə də bəyan edib. Qeyd edək ki, o, Belçika paytaxtına Bakının Aİ və NATO ilə qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmək məqsədilə yollanıb.

Yekunda bir məqama da toxunmaq istərdik. 2007-ji il martın 19-da əvvəljədən planlaşdırılan ssenariyə əsasən, "Şahdəniz" yatağından çıxan Azərbayjan qazı Bakı-Ərzurum qaz borusu vasitəsilə şərqdən Gürjüstan sərhədini keçib. Elə həmin gün İran qazı jənubdan Ermənistana daxil olub. 

Bu həm qlobal, həm də regional miqyasda gedən boru kəməri duelinin gözlə görünməyən ifadəsi deyilmi? 


MƏSLƏHƏT GÖR:

464