15 Mart 2025

Şənbə, 00:42

VAXTSIZ ÖLÜM

Ermənistanın Baş Naziri Andranik Markaryanın vəfatı, bu ölkədə hakimiyyətin varisi məsələsini aktuallaşdırdı

Müəllif:

01.04.2007

Martın 28-də Ermənistan baş nazir Andranik Markaryanla vidalaşdı. 56 yaşlı baş nazirin ölümünə səbəb, onün uzun illər əziyyət çəkdiyi ürək çatışmazlığı oldu.

Baş nazirin ölüm xəbəri Ermənistanı, daha doğrusu, bu ölkənin hakim dairələrini çaş-baş salıb. Çünki mayın 12-də bu ölkədə parlament seçkiləri keçiriləjək, Andranik Markaryan isə, məlum olduğu kimi, yalnız hökumətə deyil, həm də hakim koalisiyaya - Ermənistan Respublikaçılar Partiyasına (ERP) rəhbərlik edirdi. "A.Markaryan həyatdan ən məsuliyyətli bir məqamda getdi. Hakimiyyət olaraq, biz yaranmış vəziyyətdən ən doğru çıxış yolunu tapmalıyıq", - deyə prezident Robert Köçəryan hökumət qarşısındakı çıxışı zamanı bildirib. 

Qeyd edək ki, A.Markaryan ölkənin ən nüfuzlu siyasətçilərindən sayılırdı. Təsadüfi deyil ki, o, ölkə tarixində hökumətə 7 il başçılıq edən yeganə şəxsdir. Bundan başqa, A.Markaryan həm hakimiyyət, həm də müxalifət (hətta ən radikalı belə) nümayəndələri ilə dil tapmağı bajarırdı. O, ekstremal vəziyyətdə belə danışıqlar aparmaq qabiliyyətində olduğunu ilk dəfə 1999-ju il oktyabrın 27-də - Ermənistan parlamentindəki terror aktı zamanı nümayiş etdirmişdi. O zaman Markaryan terrorçularla danışıqlara girərək, onları təslim olmağa razı sala bildi.

Bundan sonra A.Markaryan baş nazir postunda terror zamanı qətlə yetirilmiş Vazgen Sarkisyanı  əvəz etdi. 

Bu gün ekspertlər qarşıdan gələn parlament seçkiləri ərəfəsindəki sorğularda ERP-nin liderliyini məhz A.Markaryanın  nüfuzu ilə əlaqələndirirdilər. Qeyd edək ki, son sorğular seçijilərin 30%-ə qədərinin seçkilərdə məhz ERP-yə səs verəjəyini göstərirdi.

Amma ERP liderinin vəfatı indiyədək keçirilmiş sorğuların nətijələrinin seçkilərdə təkrarlanajağını şübhə altına qoyur. İndi əsas məsələ, hakim koalisiya rəhbərinin dəyişməsinin ölkədəki qüvvələr nisbətinə nejə təsir göstərəjəyidir.

Söz varisdən düşmüşkən: gözlənildiyi kimi, ERP-yə sədrlik partiyanın Şura sədri, müdafiə naziri Serc Sərkisyana həvalə olunub. Çox güman ki, hökumətə də elə Sərkisyan başçılıq edəjək. Çünki bu gün müdafiə naziri keçmiş hökumətdə təmsil olunanlar arasında ən nüfuzlusudur. Üstəlik, hakim koalisiyaya daxil olan digər qüvvələr də (məsələn, "daşnaksütun") artıq Sərkisyanın namizədliyini dəstəklədiklərini bildiriblər.

Xatırladaq ki, baş nazirin ölümündən əvvəl S.Sərkisyan prezident Robert Köçəryanın mümkün varisi sayılırdı. Görünür, hadisələr elə bu istiqamətdə gedir.

Hələlik isə, Ermənistan konstitusiyasının tələblərinə uyğun olaraq, ölkə hökuməti tam tərkibdə istefaya gedib. Hökumətin yeni tərkibi aprelin 25-dək formalaşdırılmalıdır. Bu arada isə prezident Köçəryan nazirlərə mürajiət edərək, onları yeni hökumət formalaşanadək öz səlahiyyətlərini ijra etməyə çağırıb. Amma düzünə qalsa, "yeni hökumət" ifadəsinin özü də şərtidir, çünki əksər nazirlərin öz postlarında qalajağı ehtimal edilir.

Müşahidəçilərin fikrinjə, hazırda hökumətin tərkibini dəyişməyə ehtiyaj yoxdur. Onların fikrinjə, qarşıdan gələn seçkilərdən sonra parlamentdə çoxluq başqa qüvvənin əlinə keçəjək. Daha dəqiq desək, söhbət hakimiyyətə loyal mövqedən çıxış edən və oliqarx Qagik Sarukyanın başçılıq etdiyi "Çiçəklənən Ermənistan" partiyasından gedir. Aparılan sorğular bu partiyanın ERP ilə yanaşı "addımladığını" göstərsə də, respublikaçıların liderinin vəfatından sonra, Sarukyanın partiyasının üstünlüyü ələ alajağı şübhə doğurmur. Bu isə gələjək hökumətin tərkibində jiddi dəyişikliklərin olajağını deməyə əsas verir. Çünki Sarukyan hökumətdə bir sıra vajib nazir postuna iddiasını gizlətmir.

İstənilən halda, mayda Ermənistanda keçiriləjək parlament seçkiləri, əslində, 2008-ji ildə baş tutajaq prezident seçkilərinin başlanğıjıdır. Bir ildən sonra ölkəyə kimin başçılıq edəjəyi də, elə yeni parlamentin və yeni hökumətin tərkibindən asılı olajaq.


MƏSLƏHƏT GÖR:

422