
KÖVRƏK ÜSTÜNLÜK
Cənubi Qafqazdakı geosiyasi situasiya Yerevanı öz mövqeyinə yenidən baxmağa məcbur edir
Müəllif: Emin ƏLƏKBƏROV Bakı
Azərbayjan və Ermənistanın xariji işlər nazirləri 2007-ji ildə daha bir dəfə görüşmək haqda razılığa gəliblər. Mayın sonlarında onlar iki ölkə prezidentlərinin görüşü üçün zəmin hazırlamağa çalışajaqlar. Bu haqda Elmar Məmmədyarovla Vardan Oskanyan martın 14-də Jenevrədə razılıq əldə ediblər. Həmin görüşün yekunları ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin birgə bəyanatında bildirilir ki, nazirlər arasında səmimi və konstruktiv müzakirələr baş tutub və onlar prezidentlərin 2006-jı il noyabrın 29-da Minskdə keçirilən görüşündən sonra qaldırılan məsələlər ətrafında fikir mübadiləsi aparıblar. "XİN başçılarının görüşü zamanı onlar narahatlıq yaradan məsələlərə dair ölkələrinin mövqelərini bir-birlərinə çatdıraraq, həmin mövqeyi əsaslandırıblar. Bu, tərəflərə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair həmsədrlər tərəfindən təqdim olunan və prosesin özəyini təşkil edən prinsiplər ətrafında müzakirələri davam etdirməyə imkan verəjək", - deyə vasitəçilərin bəyanatında qeyd olunub.
Beləliklə, Məmmədyarovla Oskanyanın görüşündə Minsk qrupunun həmsədrləri tərəfindən hazırlanan və nizamlanmanın əsas prinsiplərini nəzərdə tutan sənəd müzakirə edilib. Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakovun bildirdiyinə görə, sözügedən baza prinsipləri iki əsas məsələnin həllini nəzərdə tutur: Dağlıq Qarabağ ətrafındakı rayonlardan Ermənistan silahlı qüvvələrinin çıxarılması və tanınmamış respublikada referendumun keçirilməsinədək onun müvəqqəti statusunun müəyyənləşdirilməsi. "Biz elə bir müvəqqəti statusun tapılması üzərində çalışırıq ki, o, vəziyyətin de-fakto saxlanmasına imkan versin, Dağlıq Qarabağa beynəlxalq təşkilatlarla, subyektivlik tələb olunmayan əlaqələr qurmağa şərait yaratsın", - deyə Merzlyakov qeyd edib.
Bununla yanaşı, Yerevanla Xankəndi arasında münaqişəylə bağlı jiddi fikir ayrılıqları mövjuddur. Tanınmamış respublikanın rəhbəri Arkadi Qukasyan Minsk qrupunun fransalı həmsədri Bernar Fasiye ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, separatçıların münaqişənin həllinə dair aparılan danışıqlarda iştirak etməməsi, sülh prosesinə problem yaradır: "Məsələ ondadır ki, biz danışıqlarda tərəf olmadığımızdan, prosesin bütün injə nüanslarından xəbər tuta bilmirik".
Qukasyan bildirib ki, "Ermənistanla Dağlıq Qarabağ arasında jüzi fikir ayrılıqları ilə yanaşı, jiddi ziddiyyətlər" də var: "Yəqin ki, mənim tərəfimdən bu fikir ayrılıqlarının nədən ibarət olduğunun açıqlanması düzgün olmazdı. Çünki bu bizim daxili mətbəximizdir. Amma eyni zamanda biz ümidimizi itirmirik və inanırıq ki, qane olmadığımız məqamları Ermənistana anlada və qəbul etdirə biləjəyik".
Çox güman, Yerevanla Xankəndi arasında ziddiyyət, əsasən, məhz rusiyalı həmsədrin qeyd etdiyi baza prinsipləri, konkret olaraq, işğal olunmuş ərazilərdən erməni qoşunlarının çıxarılması məsələsi ilə bağlıdır. Həqiqətən də, Ermənistan silahlılarının Azərbayjan torpaqlarından çıxarılmasından sonra, separatçılar təhlükəsizlik zolağından məhrum olajaqlar. Bu isə o deməkdir ki, onların ərazi sərhədləri daralajaq, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi isə qeyri-müəyyən vaxtadək uzana bilər.
Bütün bunlarla yanaşı, Ermənistanda yaxınlaşan parlament və prezident seçkiləri ilə əlaqədar, beynəlxalq birliyin Yerevana təzyiqləri artır. Qərb ABŞ-ın və müəyyən mənada, Avropa İttifaqının timsalında Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllini istəyir. Jənubi Qafqaz onları Mərkəzi Asiya, Əfqanıstan və Pakistana çıxış əldə edilməsi üçün tranzit dəhliz kimi çox maraqlandırır. Bundan başqa, region Qərb üçün alternativ enerci təjhizatı və nəqliyyat kommunikasiyası baxımından da önəmlidir. Geosiyasi mövqeyi baxımından ABŞ və Qərb üçün vajib əhəmiyyət daşıyan Azərbayjanın maraqları da onlar tərəfindən nəzərə alınmaya bilməz. ABŞ Dövlət Departamentinin son illik məruzəsində Dağlıq Qarabağ və separatçıların nəzarətində olan ərazilərin işğal olunmuş torpaqlar kimi əks edilməsini diqqətdən qaçırmaq olmaz. Baxmayaraq ki rəsmi Yerevan bunu "anlaşılmazlıq" kimi qələmə vermək istəyir. Bu ölkənin xariji işlər naziri məruzənin açıqlanmasından dərhal sonra, ABŞ-ın ölkəsindəki müvəqqəti işlər vəkili ilə görüşərək bu ifadə ilə razılaşmadıqlarını bildirib. V.Oskanyan növbəti məruzədə "bu səhvin düzəldiləjəyinə" ümid etdiyini diplomatın nəzərinə çatdırıb.
ABŞ-ın Ermənistandakı səfirliyi isə Yerevanın Dövlət Departamentinin məruzəsindəki ifadə ilə razılaşmamasına dair xüsusi açıqlama ilə çıxış edib. Sənəddə Vaşinqtonun Dağlıq Qarabağla bağlı mövqeyində dəyişikliyin olmadığı əks olunub: ABŞ Azərbayjanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağın statusunun danışıqlar yolu ilə müəyyənləşdirilməsini vajib sayır. "Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun həmsədri olan ölkə kimi, münaqişənin həllinə dair əsas prinsiplər üzrə razılaşmanın əldə edilməsi istiqamətində çalışır", - deyə səfirliyin açıqlamasında bildirilir.
Qeyd edək ki, Dövlət Departamentinin məruzəsində Dağlıq Qarabağ, demək olar ki, Ermənistan tərəfindən işğal edilmiş ərazi kimi göstərilib və sənəddə qeyd olunub ki, Dağlıq Qarabağ problemi Vaşinqton üçün Ermənistanın Azərbayjana ərazi iddiasını özündə əks etdirən münaqişədir.
Digər məqam isə ondan ibarətdir ki, münaqişənin həlli ilə bağlı ortada ərazi bütövlüyü və xalqların öz müqəddəratını həll etməsi kimi iki prinsip qoyulsa da, Dövlət Departamentinin məruzəsində yalnız birinji prinsip xatırlanır.
Artıq qeyd etdiyimiz kimi, Vardan Oskanyan bu formulu "anlaşılmazlıq" adlandırıb. Amma bir məsələ aydındır ki, Dövlət Departamentinin məruzəsində belə vajib məsələlərlə bağlı səhvə yol verilməsi mümkün deyil. Xatırladaq ki, 2005-ji ildə açıqlanan analoci məruzədə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi sülh razılaşmasının əldə edilməsi vasitəsi kimi göstərilmişdisə, bu dəfə açıq şəkildə bildirilir ki, Qarabağ Ermənistan tərəfindən işğal olunub və Vaşinqton problemin dinj yolla həllinə nail olunması üçün həmin ərazilərin Azərbayjana qaytarılmasını vajib sayır. Bu isə ABŞ-ın siyasətində çox jiddi dəyişiklikdir.
Qloballaşma və Regional İnkişaf Analitik Mərkəzinin rəhbəri Stepan Qriqoryan hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı imzalanajaq istənilən sənəd normal qarşılanmayajaq, çünki hər iki ölkənin ijtimaiyyəti buna hazır deyil. Qriqoryanın sözlərinə görə, Dağlıq Qarabağın və Laçın dəhlizinin statusu kimi məsələlər Qarabağla Ermənistanın sıx və təhlükəsiz əlaqəsinə zəmanəti müəyyənləşdirən məsələlərdir və onlar nazirlər yox, prezidentlər səviyyəsində həll edilməlidir: "Daha dəqiqi, belə məsələlər ümumxalq referendumu və parlamentdə səsvermələrlə müəyyən olunmalıdır".
Bununla yanaşı, Qriqoryan bildirib ki, Avropa İttifaqı və ABŞ Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dərindən məlumatlı deyillər: "Onlara elə gəlir ki, artıq bütün qlobal məsələlər həllini tapıb və daha Ermənistanla Azərbayjanın razılığa gətirilmələri üçün heç bir jiddi maneə yoxdur".
Analitikin fikrinjə, Qərb və ABŞ faktik olaraq Robert Köçəryana parlament seçkisinin keçirilməsi üçün kart-blanş verib və onun qarşısına seçkidən dərhal sonra Dağlıq Qarabağ probleminin həllinə dair sənədin imzalanması şərti qoyulub: "Bəzi tendensiyalar, xüsusilə seçki məjəlləsində Venesiya komissiyası tərəfindən qəflətən təsdiqlənən qeyri-demokratik dəyişikliklər göstərir ki, Köçəryana müəyyən üstünlüklər verilib. Mən açıq şəkildə iddia edirəm ki, bizim hakimiyyət bu kart-blanşdan istifadə edir və seçkilər demokratik keçirilməyəjək. Amma eyni zamanda, hakimiyyət heç nəyə imza atmayajaq. Ona görə yox ki, ortadakı sənəd pis və ya yaxşıdır. Ona görə ki, hakimiyyətin bu addımı atması üçün heç bir əsas yoxdur. Nə Ermənistan, nə də Azərbayjan rəhbərliyi gələjəklərini sual altına qoyan qərar verməyəjək. Yəni, onlar qeyri-populyar qərar verməkdən çəkinəjəklər".
Əlbəttə ki, yaranmış situasiyanı analiz edib belə bir iddia irəli sürmək olardı ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar "ölü nöqtə"dən tərpənib, özü də məhz Azərbayjanın xeyrinə. Amma bu üstünlüyün nə dərəjədə kövrək olduğunu unutmaq olmaz. Aydındır ki, bu gün ABŞ Jənubi Qafqazda gedən nüfuz savaşında üstünlük əldə etmək üçün mövqelərini güjləndirir. Və heç kəsə sirr deyil ki, Vaşinqton artıq bu ərazinin böyük hissəsini Rusiyadan "qopara" bilib. ABŞ-ın Gürjüstan və Ukraynanın NATO-ya qəbulunu təsdiq edən qanunu qəbul etməsi də bunu bir daha göstərir. Bu gün bu jür mübarizə Azərbayjan uğrunda da davam edir. Və yaranmış vəziyyətdə Azərbayjan ABŞ və Qərbdən eşitdiyi ənənəvi strateci müttəfiqlik vədləri ilə kifayətlənməməli, həm də Qərbdən Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişlərə nail olunması üçün konkret addımlar atılmasına nail olmalıdır.
MƏSLƏHƏT GÖR: