
ŞƏRQ –– İNcƏ MƏSƏLƏDİR
Prezident İlham Əliyevin Tacikistana rəsmi səfəri regionda tamamilə yeni situasiya yaradıb
Müəllif: Namiq MAYILOV Bakı
Ötən ay Azərbayjanın xariji siyasətində kifayət qədər əlamətdar hadisə ilə yadda qaldı. Söhbət martın 15-16-da prezident İlham Əliyevin Tajikistana etdiyi səfərdən gedir. Bu, ikitərəfli münasibətlərin tarixində Azərbayjan dövlət başçısının Düşənbəyə ilk rəsmi səfəri idi. Əlbəttə, dövlətlər arasındakı münasibətlərdə belə irəliləyiş nəzərdən qaça bilməz. Odur ki hərə baş verənlərə öz yanaşmasını irəli sürdü. Bəziləri bu səfərə iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafı baxımından yanaşdı, bəziləri isə onu Azərbayjanın Əfqanıstan, xüsusilə də İranla həmsərhəd olan ölkə ilə Qərbin lobbiçiliyini həyata keçirməsi kimi qəbul etdi.
Biz bu mövqelərdən hər hansını qabartmaq fikrində deyilik. Amma qeyd etmək lazımdır ki, Azərbayjan, ilk növbədə, müstəqil dövlətdir və o, bölgədə öz təsiri və nüfuzu ilə fərqlənir. Ölkə prezidentinin istənilən xariji səfərinə isə Azərbayjanın öz maraqları nöqteyi-nəzərindən yanaşmaq lazımdır. Yalnız bundan sonra üçünjü tərəfin bu səfərdən əldə etdiyi hansısa qazanj haqda fikir yürütmək olar.
Məlum olduğu kimi, İlham Əliyevin Düşənbəyə səfərinin gedişində Azərbayjanla Tajikistan arasında dostluq və əməkdaşlıq haqda razılaşma, həmçinin, müxtəlif sahələrdə əməkdaşlığı əhatə edən 10 sənəd imzalandı. Buraya investisiyaların təşviqi, nəqliyyat əlaqələri, turizm, vizasız gediş-gəliş, gömrük və humanitar sahələrdə əməkdaşlıq aiddir. Bundan başqa, Tajikistanda Azərbayjan səfirliyinin açılması və bu ölkənin prezidenti İmoməli Rahmanovun 2007-ji ilin sonlarında Bakıya səfər etməsi haqda razılıq da əldə olundu.
İkitərəfli razılaşmaların həyata keçirilməsinə nəzarət üçünsə, tərəflər iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yaradılması haqda razılığa gəldilər.
Göründüyü kimi, Azərbayjanla Tajikistan arasında dövlətlərarası münasibətlər özünün yeni inkişaf mərhələsinə qədəm qoyur. İlham Əliyevin səfəri çərçivəsində imzalanan sənədlərin xarakteri göstərir ki, Bakı ilə Düşənbə arasında iqtisadi münasibətlərdə maraqlar, əsasən, üst-üstə düşür.
Əsas diqqət isə, nəqliyyat və investisiya sahələrinə yönəldilib. Tajikistan tərəfi açıq şəkildə bəyan edib ki, o, Azərbayjan sərmayələrinin öz iqtisadiyyatına jəlb edilməsində maraqlıdır. "Tajikistan zəngin təbii ehtiyatlara malikdir və buraya enerci daşıyıjıları da daxildir. Azərbayjanlı həmkarlarımızın malik olduğu böyük təjrübə, texnologiya və investisiya imkanları ölkələrimiz arasında bu sahələrdə ikitərəfli əlaqələrin qurulmasında müsbət rol oynaya bilər", - deyə İmoməli Rahmanov bildirib. Prezidentin sözlərinə görə, artıq onlarda iqtisadiyyatın müxtəlif sahələrinə aid 400-dən artıq investisiya layihəsini əhatə edən hazır paket var.
İlham Əliyev isə öz növbəsində bir daha bildirib ki, Azərbayjan Tajikistan iqtisadiyyatının inkişafı prosesində iştirak etməyə hazırdır. O artıq ötən ildən etibarən, Azərbayjan investorlarının xariji ölkələrə sərmayələr yatırmağa başladıqlarını xatırladıb: "Artıq bizim şirkətlərimiz yaxşı dünya təjrübəsinə və maliyyə imkanlarına malikdirlər və onlar xarijə sərmayə qoymağa başlayıblar. Əminəm ki, mənim bu səfərim, burada imzalanan sənədlər, həmçinin, bundan sonra fəal dialoqun davam etdirilməsi, müxtəlif nümayəndə heyətlərinin qarşılıqlı səfərləri nətijəsində Tajikistan iqtisadiyyatının hansı sahələrinə investisiya qoyuluşunun vajib olduğunu açıq şəkildə üzə çıxarajaq".
Prezident Tajikistanın neft yataqlarının işlənməsi sahəsində əməkdaşlığın mümkünlüyünü də istisna etməyib.
Ekspertlər hesab edirlər ki, Azərbayjan Tajikistana məxsus Kaşkokum, Qərbi Olimtoy, Güldərə və Renqana kimi yataqların işlənməsində iştirak edə bilər. Əlbəttə ki, burada söhbət böyük həjmdə neft hasilatından getmir. Amma belə əməkdaşlıq Tajikistana özünün yanajaq balansını qaydaya salmağa və Özbəkistan qazından imtina etməyə şərait yaradajaq. Azərbayjan isə maliyyə gəlirləri ilə yanaşı, MDB-nin Asiya hissəsində əlavə siyasi dividendlər əldə edə bilər.
Beləliklə, vaxtilə Qərb investisiyalarını özünə jəlb edən Azərbayjan artıq bütün region ölkələri üçün potensial investora çevrilib. Dünya miqyaslı neft-qaz müqavilələrindən böyük gəlirlər əldə edən ölkəmizin qazandığı lider mövqeyi, artıq yalnız Jənubi Qafqazla məhdudlaşmır.
Qeyd edək ki, 2006-jı ilin yekunlarına görə, Azərbayjanla Tajikistan arasında tijarət dövriyyəsinin həjmi 140,8 milyon dollar təşkil edib. Tajikistanın ötənilki ümumi tijarət dövriyyəsi isə 3,1 milyard dollardır ki, bu məbləğin 1,3 milyard dolları MDB ölkələrinin payına düşür.
Göründüyü kimi, Düşənbənin MDB ölkələri ilə tijarət dövriyyəsinin 10%-dən artığı Azərbayjanın adı ilə bağlıdır. İki ölkə arasında kifayət qədər zəif iqtisadi əlaqələrin mövjud olduğu bir şəraitdə, bunu böyük rəqəm hesab etmək olar. Eyni zamanda, inkişaf tempi də yüksəkdir - ilə 25-30%. Özü də o halda ki, hələlik iki ölkə arasında tijarət dövriyyəsi, əsasən, alüminium istehsalı sahəsində əməkdaşlıq nətijəsində formalaşır. Tərəflər isə hesab edir ki, digər perspektivli sahələrdə də tijarət dövriyyəsinin artırılması üçün böyük potensial mövjuddur.
Azərbayjan Tajikistanla nəqliyyat əlaqələrinin güjləndirilməsində də maraqlıdır. Avropa ilə Asiya arasında əlaqələndiriji bənd olan Azərbayjan, demək olar ki, bütün təşəbbüsləri öz üzərinə götürür və Böyük İpək Yolunun bərpası istiqamətində böyük işlər görür. Bu mənada, Azərbayjanın Jənubi Asiya ölkələri ilə tijarət üçün mühüm əhəmiyyətli tranzit dövlət olduğu nəzərdən qaçırılmamalıdır.
Digər tərəfdən, Avrasiya nəqliyyat dəhlizinə fəal şəkildə jəlb olunması Tajikistana kifayət qədər böyük dividendlər vəd edir. Belə ki, bununla Tajikistan Qafqaz və Avropa bazarlarına birbaşa çıxış əldə edir.
Bundan başqa, yəqin ki, Düşənbə İ.Əliyevin Bakı-Tbilisi-Qars layihəsinə qoşulmaqla bağlı təklifi ətrafında elə də jiddi tərəddüd etməməlidir. Səfər zamanı Azərbayjan prezidenti deyib: "Yaxın vaxtlarda biz Bakı-Tbilisi-Qars dəmir yolunun inşasına başlayajağıq. Bu, Asiya ilə Avropa arasında körpü olajaq və düşünürəm, gələjəkdə Tajikistan üçün də bu layihəyə qoşulmaq maraqlı olajaq. Bu, regional əməkdaşlığın elementidir və layihədə iştirak edən bütün tərəflər üçün səmərəli olajaq".
Şübhəsiz, Azərbayjanın tərəfdaşları və müttəfiqləri də belə əməkdaşlığın möhkəmlənməsində maraqlıdır. Avropa İttifaqı və ABŞ-ın dünyaya inteqrasiya kursu götürmüş Azərbayjan ilə MDB-nin öz regionuna qapılaraq qalmış ölkələr arasında əməkdaşlığın inkişafında maraqlı olduğu şübhə doğurmur. Özü də bu maraq hərbi-siyasi perspektivlərlə yanaşı, nəqliyyat dəhlizlərinin inkişafı, həmçinin, gələjəkdə elə Avropanın özünün enerci mənbələrinin diversifikasyası ilə bağlı ola bilər.
Hərbi-siyasi blok olan NATO-nun da öz fəal tərəfdaşı olan Azərbayjanla bu Mərkəzi Asiya ölkəsi arasında münasibətlərin qaydaya salınmasında maraqlı olduğu şübhəsizdir.
Bu baxımdan, ABŞ etibarlı tərəfdaşı olan Azərbayjan vasitəsilə Tajikistana çıxış əldə etməyə çalışa bilər.
Artıq qeyd etdiyimiz kimi, bu ölkə Əfqanıstan və İranla həmsərhəddir və bu baxımdan, Düşənbə Vaşinqtonun "Əfqanıstan" və "İran siyasəti"ndə heç də Azərbayjandan az əhəmiyyət kəsb etmir.
Bununla yanaşı, ABŞ-ın Tajikistana İran və Əfqanıstana zərbə endirmək üçün meydan kimi baxdığını iddia etmək olmaz. Çünki bunun üçün Vaşinqtonun kifayət qədər digər imkanları var. Buraya İraq və Əfqanıstandakı koalisiya qüvvələrini, Türkiyə, Qətar və Küveytdəki hərbi bazaları, həmçinin, Fars körfəzindəki təyyarədaşıyan gəmiləri aid etmək olar. Digər tərəfdən, Tajikistan ABŞ-ın İran və ya Əfqanıstanla bağlı planları üçün hər hansı təhlükə yaratmır. Ən azı ona görə ki, bu ölkədə Rusiyanan hərbi mövjudluğu yox dərəjəsindədir.
Azərbayjanın Tajikistan iqtisadiyyatında mövjudluğu isə bu Mərkəzi Asiya ölkəsinin xariji siyasətindəki prioritetlərində disbalansı aradan qaldıra bilər və bu, rəsmi Bakının balanslaşdırılmış xariji siyasətinin daha bir göstərijisidir.
MƏSLƏHƏT GÖR: