15 Mart 2025

Şənbə, 00:28

DÜNYA BUĞDA ÇATIŞMAZLIĞI GÖZLƏNTİSİNDƏ

Taxılçılığa dəstəyi gücləndirən Azərbaycan özünü beynəlxalq təşkilatların proqnozlarından sığortalayacaq

Müəllif:

15.03.2007

Azərbayjanı taxıl bitkiləri, xüsusən də unluq taxıl çatışmazlığı gözləyirmi? Bu məsələnin ijtimaiyyəti narahat etməsi heç də təsadüfi deyil və birbaşa BMT Ümumdünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2007-ji il üçün dənli bitkilərin məhsuldarlığı haqqında proqnozu ilə bağlıdır. Dənli bitkilərlə bağlı durumu qiymətləndirən mütəxəssislərin proqnozları müsbət olsa da, hava şəraiti üzündən, bəzi ölkələr ərzaq qıtlığı ilə üzləşə bilərlər. FAO ekspertlərinin fikrinjə, 2007-ji ildə dünyanın, təxminən, 34 ölkəsində belə bir böhran gözlənilir. Səbəblər müxtəlif ola bilər: quraqlıq, daşqınlar və qızdırma xəstəliyi epidemiyaları, vətəndaş münaqişələri, həmçinin, siyasi və iqtisadi qeyri-sabitlik doğuran hadisələr. Azərbayjan da quraqlıq gözlənilən ölkələr siyahısına daxil edilib. 

Curnalistlərin suallarını javablandıran Azərbayjanın kənd təsərrüfatı naziri İsmət Abbasov vurğuladı ki, ölkə üçün, Ümumdünya Ərzaq Təşkilatının hesabatında qeyd olunduğu kimi, taxıl qıtlığı təhlükəsi yoxdur. Ölkənin aqrar sektorunun başçısı bunu onunla əsaslandırdı ki, Azərbayjanda tikilən taxıl terminallarının tutumu 500 min ton təşkil edir. Ölkə əhalisinin taxıla illik tələbatı 1 mln 600 min t olduğu halda, Azərbayjanda 2 mln t taxıl istehsal edilir. "Odur ki Azərbayjanda heç bir taxıl qıtlığı ola bilməz", - deyə İ.Abbasov vurğuladı.  

 

Səxavətli taxıl zəmisi

İslahatlar dövrü ərzində keyfiyyətli taxıl yetişdirməyi və yüksək məhsul əldə etməyi öyrəniblər. Özəl strukturların fəaliyyətinin təhlili göstərir ki, əməyin mütərəqqi üsullarının və qabaqjıl texnologiyaların tətbiqi ilə onlar təsərrüfatlarının lazımi rentabelliliyinə və yüksək gəlirlərə nail olurlar. İlk dəfə 2001-ji ildə ölkədə taxıl istehsalı 2 mln t həddini aşdı. 

Lakin Azərbayjanın müstəqilliyinin ilk illərində zəif maddi-texniki baza, mineral gübrələr və bitkilər üçün müdafiə vasitələrinin xarijdən alınıb-gətirilməsi üçün maliyyə çatışmazlığı üzündən respublikada istehsal 950 tona qədər azaldı, tələbatın yarısı isə xarijdən taxıl və un məmulatları idxalı hesabına ödənilirdi.  

1991-ji ildən 1996-jı il arasında payızlıq taxılın məhsuldarlığı 21,9 sentnerdən 16,6 sentnerə qədər azaldı. Belə bir, əslində, böhran durumundan qurtulmaq üçün məhsuldar torpaqların yarıdan çoxu dənli bitkilər üçün ayrıldı. Nətijədə, 1997-2003-jü illər arasında məhsuldarlıq sürətlə yüksələrək, hər hektardan 17,6 sentnerdən 25,8 sentnerə çatdı. 1997-ji ildən etibarən təkjə payızlıq buğda əkilən sahələr 537,7 min hektardan 589 min hektara qədər artdı. Bütövlükdə isə həmin dövr ərzində taxıl zəmiləri genişlənərək, 773,8 min hektara çatdı. 2003-jü ildə dənli bitkilərin, xüsusən də payızlıq taxılın məhsuldarlığı əvvəlki illərdən xeyli yüksək oldu. Məsələn, Beyləqan rayonunda orta məhsuldarlıq, demək olar ki, hər hektardan 35 sentner. Şəmkirdə 41 sentnerdən yuxarı, Sabirabadda, təxminən, 37 sentner, Saatlıda isə demək olar ki, 35 sentner təşkil etdi.

Doğrudur, son 2 ildə respublikada taxıl sahələrinin azalması meyli müşahidə edilməkdədir ki, bunun səbəbi ərzaq taxılının qiymətinin aşağı olmasıdır. Sabirabad rayonunun "Ziya" kəndli-fermer təsərrüfatının rəhbəri Jahangir Hajıyevin fikrinjə, bu, taxıl bejərilməsinin Muğan fermerləri üçün sərfəli olmamasına gətirib çıxardı. Belə ki, keçən il rayonun gəlirlə işləyən təsərrüfatları da ziyana məruz qaldılar.

"Yayda biz yumşaq taxıldan babat məhsul yığdıq, lakin onu çox aaşağı qiymətə - kiloqramı 10 qəpiyə satmağa məjbur olduq. Hesablamalarımıza görə, "Ziya" təsərrüfatı 1400 manat zərərə düşüb. Payızlıq taxıl səpininin vaxtı çatanda, keyfiyyətli bağda almağa pulumuz çatmadı. Üstəlik, həm əvvəlki illərdə, həm də bu il dizel yanajağı və benzinin qiymətləri çox bahalaşdı. Bu səbədən də biz taxıl səpmədik. Əgər bu il kəndlilər məhsul yığımını gəlirlə başa vursalar, 2007-ji ilin payızında yumşaq taxıl əkilməsini bərpa edəjəyik".

Belə ki, 2006-jı ildə 784 min hektardan jəmi 2 mln. 78,9 min t dənli bitki yığılıb, hər hektarın orta məhsuldarlığı isə 26,5 t təşkil edib. Keçən payızda payızlıq dənli bitkilər səpini 653,9 min hektarda həyata keçirilib ki, bu da taxıl zəmilərinin sahəsinin azaldığını göstərir. Lakin taxıl səpilən sahələrin genişləndirildiyi rayonlar da var. Məsələn, Göyçay rayonunun  təsərrüfatlarında 11 min hektardan çox sahədə taxıl, təxminən, 5 min hektarda arpa əkilib ki, bu da keçən ilin səviyyəsindən 34 ha çoxdur.

Yerli taxılın qiymətinin çox aşağı olmasının səbəblərindən biri, ilk növbədə, taxılın çörəkbişirmə keyfiyyətlərinə uyğun olmamasıdır. Bir qayda olaraq, bir çox təsərrüfatlarda kəndlilər zülal və özün (taxılın tərkibində ona yapışqanlıq verən zülali maddə - red.) aşağı keyfiyyətdə olduğu taxıl yetişdirirlər. Bu səbəbdən, yerli dəyirmanlar Rusiya, Ukrayna, Qazaxıstanda lazımi miqdarda yumşaq taxıl almağa çalışırlar. Halbuki lazımi bejərmə şəraiti olduğu halda, yerli sortlar idxal edilən analoqlarından heç də geri qalmır. Hətta bəzən onlardan üstün də olur.

 

Milli seleksiyanın imkanları

2006-jı ildə Azərbayjan Elmi-Tədqiqat Torpaqşünaslıq İnstitutunun Tərtər, Qobustan, Jəlilabad, Zaqatala və Şəkidəki dayaq məntəqələri 1000 tondan artıq toxumluq material yetişdirib. Bu, əsasən, yumşaq taxılın akademik Jəlal Əliyev tərəfindən yetişdirilən "Əzəmətli-95", "Nurlu-99", "Qobustan", "Ruzi-84" yumşaq, "Bərəkətli-95", "Tərtər" sərt sortlarıdır. "Əzəmətli-95" və "Nurlu-99"un potensial imkanları çox yüksəkdir: taxıl zəmilərinin hər hektarında məhsuldarlıq 80-90 sentner, dəmyə əkinlərdə isə 40-50 sentner təşkil edib. Belə toxumluq taxılın bir kiloqramı 10 qəpiyə, superelitanın bir kiloqramı isə 15 qəpik və daha baha başa gəlir.  

Ölkəmizdə seleksiyanın inkişafının belə templəri şəraitində ortaya istər-istəməz belə bir sual çıxır: niyə dənli bitkilərin istehsalı hələ də 3 mln t səviyyəsinə çatmayıb?  

Bitkiçilik Məhsullarının Sort Sınaqları Üzrə Dövlət Komissiyasının sədri Fazil Paşayevin dediklərindən: "Arzu etdiyimiz səviyyəyə çatmaq üçün hər jür imkanımız var. Bu məqsədlə kəndlilərimiz üçün dövlət sifarişi müəyyənləşdirmək lazımdır. Hələlik isə, açığı, yerli bazar üçün işləmək o qədər də sərfəli deyil, çünki burada qiymətlər çox aşağıdır. İlin əvvəlində hökumət  fermerlərdən taxılı məqbul qiymətlərlə alajağı barədə öhdəlik götürməlidir. Bizdə taxıl bazarında qiymətlər kortəbii şəkildə formalaşır. Taxıl yetişdirilən istənilən ölkəni götürün - orada taxılın alışı üçün sabit qiymətlər müəyyənləşdirilir. Bazarda qiymət daha yüksək olduğu halda, fermerin öz məhsulunu daha sərfəli şəkildə satmaq imkanı olur. Əks halda, o, yığdığı taxılı dövlətə əvvəljədən razılaşdırılmış qiymətlərə təhvil verir.

Yumşaq və sərt taxıl sortları yetişdirən toxumyetişdirmə müəssisələrinin maddi-texniki bazası zəifdir. Onlar üçün hər jür şərait yaratmaq zəruridir. Bizdə suvarma suyu çox böyük problemdir. Bir qayda olaraq, taxıl zəmilərini, minimum, 3 dəfə suvarmaq lazım gəlsə də, bizdə bunu jəmi bir dəfə edirlər. Odur ki taxıl da zəif, keyfiyyəti isə aşağı olur".  

F.Paşayevin verdiyi məlumata görə, dövlət müəssisələrindən başqa, səpin üçün taxıl yetişdirilməsi ilə respublikanın 26 bölgəsindəki özəl təsərrüfalar da məşğul olur. Bununla belə, onların yetişdirdikləri də ölkənin bütün təsərrüfatlarının tələbatını ödəmir. Səpinin keçirilməsi üçün, minimum, 180-200 min ton səpinlik buğda lazımdır. Onun çatışmayan hissəsi xarijdən idxalla təmin edilir.

Taxıl tədarükünə gəldikdə, qışı problemsiz yaşamaq və yaydakı biçinə qədər duruş gətirmək üçün  Azərbayjana hər il 800 000 - 1 mln ton arası yumşaq taxıl gətirilir. 

Azərbayjana ərzaq taxılı Qazaxıstan Respublikası, Rusiya Federasiyasının Krasnodar və Stavropol vilayətlərindn gətirilir. Bir qayda olaraq, bu taxıl yerli taxıldan xeyli baha qiymətə alınır və bunu görən kəndlilərimiz xariji istehsalçıları maliyyələşdirən tədarükçülərimizdən şikayətlənirlər. Beyləqan rayonunun dövlət toxumluq təsərrüfatının aqronomu Mehman Həsənovun buna münasibəti: "Daxili müqavilələrə görə, 3-jü dərəjəli ərzaq taxılı hər tonuna görə jəmi 100 manata alınır ki, bu da idxal edilən taxıldan iki dəfə ujuzdur. Səbəb isə yenə də müvafiq dövlət orqanları və bazar strukturlarının bazardakı artıq taxılı vaxtında ləğv etməmələridir. Elə alınıb ki, təklif tələbatı əhəmiyyətli dərəjədə üstələyib. Kəndlilərın dolana bilmələri üçün taxılın qiyməti onun maya dəyərindən yuxarı olmalıdır.  

 

Proqnozlar bu qədər qorxuludurmu?

 

Məqalənin əvvəlində taxıl bazarı ilə bağlı Ümumdünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı kimi nüfuzlu qurumun proqnozlarına toxunduq. Təşkilat belə bir qənaətə gəlib ki, dənli bitkilərin, xüsusən də taxıl və qarğıdalının qiymətləri son onillik ərzində ən yüksək səviyyəyə qalxıb. Ekspertlərin fikrinjə, bu, ət və südün qiymətlərinin artmasına da təsir göstərə bilər. 

Keçən ilin məlumatlarına görə, dünyada 591,8 mln t taxıl istehsal olunub ki, bu da 2005-ji ildəkindən (624,5 mln t) istehsal edilən  xeyli azdır. Belə ki, 2006-jı ildə Rusiya 43, 2005-ji ildə isə 47,7 mln t, Ukrayna müvafiq olaraq, 13,8 və 18,7 mln t taxıl istehsal edib. Kanada (26,8 - 26,3)  və ABŞ-da (57,3 və 49,3), Avropa Birliyi ölkələrində (123.6 və 117,6 mln. t) yığım hissolunajaq dərəjədə azalıb. 2006-jı ildə ərzaq idxalına çəkilən xərjlər $374 mlrd həjmində tarixi maksimuma yüksəldi ki, bu da 2005-ji ildəkindən 2% çoxdur. Beynəlxalq statistikanın təqdim etdiyi bu məlumatlardan görünür ki, bütün bunlar dünyanın bir çox ölkəsində çörəyin və dənli bitkilərdən alınan ərzaqların qiymətinin artmasına gətirib-çıxarajaq və bundan "yoxsul" ölkələr xüsusilə əziyyət çəkəjək. 

Lakin Kənd Təsərrüfatı Nazirliyində FAO ekspertlərnin proqnozları ilə razılaşmaq istəmirlər. Burada güman edirlər ki, fermerlər gələjək məhsulun təməlini qoyublar, payızlıq arpa və buğda isə yaxşı jüjərib. "Aqrolizinq" ASJ xarijdə 556 kombayn, 834 traktor və 72 min ton gübrə alaraq, ölkəyə gətirib. Azərbayjan prezidenti İlham Əliyevin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" sərənjamına müvafiq olaraq, hazırda bütün təsərrüfatlara güzəştli qiymətlərlə gübrə verilir, güzəştli yanajaq ayrılır. Nazir İsmət Abbasovun sözlərinə görə, BMT-nin qurumlarından biri olan Ümumdünya Ərzaq Təşkilatının Azərbayjandakı real durum və onun kənd təsərrüfatının imkanları barədə təsəvvürü yoxdur. Odur ki bu ilin yayında taxılımız bol olajaq.


MƏSLƏHƏT GÖR:

500