
ÖZƏLLƏŞMƏYƏ -- İKİQAT KAPİTALLA
Hökumət "Kapital Bank"ın dövlətsizləşdirilməsinə ciddi girişib
Müəllif: Anar ABBASOV Bakı
Bazarda dövlət banklarının payının çox olması və bunun özəl bankların rəqabət imkanlarını azaltması Azərbayjanın maliyyə sektorunun köhnə xəstəliyidir. Amma dövlət statusu bəzən həmin bankların özlərinin də əl-qolunu bağlayır, onları bazarda manevr etmək imkanından məhrum edir. Bu problemlərin həlli dəfələrlə hökumətlə beynəlxalq maliyyə təşkilatları arasında kəskin diskussiyalar mövzusu olub. İndi artıq mübahisələrə son qoyuldu. Azərbayjan prezidenti İlham Əliyevin bu yaxınlarda imzaladığı "Kapitalbank Açıq Səhmdar Jəmiyyətinin dövlətsizləşdirilməsi üzrə tədbirlər haqqında" sərənjamla ölkədə böyüklüyünə görə ikinji bankın dövlət himayəsindən çıxarılmasına start verildi.
Proses başladı
Dövlət başçısının imzaladığı sərənjam bankın jari emissiyasının dövlətin iştirakı olmadan yerləşdirilməsi sxemini nəzərdə tutur. Başqa sözlə, birinji mərhələdə bankın aktivlərinin 50%-i beş bərabər hissə şəklində beş hərrajda sərmayədarlara satılajaq, əldə olunan vəsait isə ASJ-nin nizamnamə kapitalına daxil ediləjək. "Dövlət qarşısına bankı modernləşdirmək, onun səmərəliliyini artırmaq, həmçinin, kapitallaşmasını yüksəltmək məqsədi qoyub: dövlətsizləşdirmənin birinji mərhələsi həyata keçirildikdən sonra, bankın nizamnamə kapitalı iki və daha artıq dəfə böyüyə bilər". "Kapitalbank"ın İdarə Heyətinin sədri Rauf Rzayev belə hesab edir.
Hazırda Dövlət Əmlakını İdarəetmə Dövlət Komitəsi, Maliyyə Nazirliyi və Milli Bankdan ibarət xüsusi komissiya yaradılıb. Komissiya bankın aktivlərinin dəyərini qiymətləndirməli, yüksək işgüzar şöhrətə malik, Azərbayjanın iqtisadi maraqları və təhlükəsizliyinə javab verən sərmayədarları seçməlidir. Bu meyarların müəyyənləşdirilməsi prosesi yaxın vaxtlarda başa çata bilər və bu işdə bütün dünyada məşhur olan Ernst & Young auditor şirkəti yardımçı olajaq. Bu işə yekun vurulduqdan sonra, hərrajların keçirilmə müddətləri açıqlanajaq. "Kapitalbank"ın dövlətsizləşdirilməsinin ikinji mərhələsi isə onun tam özəlləşdirilməsini nəzərdə tutur və bu məsələ artıq 2008-ji ilin axırı üçün başa çatdırıla bilər.
Bəs ölkənin ikinji böyük bankını özəlləşdirməklə dövlət hansı məqsədlər güdür? Bu tədbirlər bankın özünə nə dərəjədə yardımçı olajaq?
Sirr deyil ki, bütün bu illər "Kapitalbank", əsasən, dövlət tərəfindən ona verilən bir sıra üstünlüklər hesabına duruş gətirə bilib: pensiya hesabları ilə əməliyyatlar aparıb, qaçqın və məjburi köçkünlər yardımlarını onun vasitəsilə alıblar, Dövlət Xəzinədarlığı və bir sıra digər dövlət strukturlarının hesablarına xidmət göstərib. Məsələn, bu yaxınlarda Nazirlər Kabinetində qərara alındı ki, büdjədə kənd təsərrüfatı üçün subsidiyalar kimi nəzərdə tutularaq ehtiyatda saxlanan 80 mln manatın bölüşdürülməsi üzrə bütün tranzaksiyalar da "Kapitalbank" vasitəsilə həyata keçirilməlidir. Aydındır ki, belə bir yanaşma normal bazar münasibətlərindən uzaqdır və indiki yaxşı vəziyyətinə görə bank menejmentinin səmərəliliyinə və ya bazara bələd olmasına deyil, dövlət statusuna minnətdardır.
Vəzifə mümkün qədər baha satmaqdır
"Dövlət banklarının belə imtiyazlı mövqeyi bütövlükdə maliyyə bazarına mənfi təsir göstərir", - deyə daim şikayətlənən Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu və Ümumdünya Bankı təmsilçiləri dövlət banklarının tezliklə özəlləşdirilməsi zəruriliyini dəfələrlə hökumətə xatırladıblar. Həm də hansı səbəblərdənsə, beynəlxalq maliyyə təşkilatları birinji "qurban" qismində həmişə bazardakı payı ölkənin məjmu bank aktivlərinin, demək olar, yarısını təşkil edən Azərbayjan Beynəlxalq Bankını (ABB) görürdülər. Lakin kiçik "qardaşından" fərqli olaraq, ABB kifayət qədər səmərəli və dövlətin himayəsinə o qədər də ehtiyajı olmayan bankdır. O, əhalinin pullarının jəlb edilməsi, xariji donorlardan məqsədli kredit xətləri alınması, həmçinin, beynəlxalq filiallar şəbəkəsinin yaradılması və iri maliyyə tutumlu istehsal layihələrinin maliyyələşdirilməsində iştirak sahələrində fəal olub. Odur ki jari ilin əvvəli üçün ABB-nin kapitalı 1,78 mlrd manata çatıb, halbuki "Kapitalbank"da bu rəqəm jəmi 149 mln manat təşkil edir. Beləliklə, hökumətin "Kapitalbank"ı birinji özəlləşdirmək qərarı tamamilə anlaşılandır - dövlət səmərəliliyi xeyli aşağı, lakin kifayət qədər dəyərli aktivi şəxsi əllərə verməyə jan atır.
Həm də hökumət "Kapitalbank"ı mümkün qədər baha satmaq fikrindədir: bu məqsədlə son illər burada menejment və idarəetmə sistemində islahatlar aparılıb, 88 filial kompüterləşdirilib, bütün informasiya-hesablaşma sistemini dəyişməyə imkan verəjək FlexJube proqram təminatı tətbiq edilir. Bank SWIFT, Master Card Europe, VISA International beynəlxalq ödəniş sistemlərinin, həmçinin, ölkə daxilində fəaliyyət göstərən "Xəzri" sisteminin həqiqi üzvüdür, 199 bankomatı və 370-dən çox POS-terminalı var və yaxın vaxtlarda daha 100 terminalı olajaq. Bütün bunlar, həmçinin, bankın nizamnamə kapitalının səhmlərin əlavə emissiyası vasitəsilə ikiqat artırılması onu daha da jazibədar etməli və səhmlərinin satış qiymətini qaldırmalıdır.
Şübhəsiz, 50% özəlləşəndən və Azərbayjanın maliyyə sisteminin tam dəyərli elementinə çevriləndən sonra, "Kapitalbank" gələjəkdə bütün bank funksiyalarını işə sala biləjək. O həm ölkə daxilində, həm də xarijdən borj vəsaitləri jəlb etmək, böyük sərmayə qoyuluşlu layihələrdə iştirak etmək və bununla da dövlət dəstəyindən asılılığını xeyli azaltmaq imkanı əldə edəjək.
MƏSLƏHƏT GÖR: