25 Noyabr 2024

Bazar ertəsi, 02:53

ATILMIŞ UŞAQLARA QAYĞI GÖSTƏRİN

Prezident tərəfindən təsdiq olunan dövlət institutsuzlaşdırma proqramı artıq həyata keçirilməyə başlanıb

Müəllif:

15.03.2007

Dövlət uşaq müəssisələrində olan uşaqların adi ailələrə verilməsinin zəruriliyi barədə söhbətlər Azərbayjanda artıq çoxdan dolaşmaqdadır. Lakin indiyədək bu istiqamətdə real addımlar yox idi. Amma indi, görünür, durum yaxşılığa doğru dəyişə bilər. Hələ keçən il dövlət başçımız İlham Əliyev öz sərənjamı ilə institutsuzlaşdırma, yəni dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi haqqında 2006-2015-ji illər üçün Dövlət Proqramını təsdiq etdi. İndi artıq proqram həyata keçirilməyə başlanıb. 

Proqramın preampulunda qeyd olunduğu kimi, hazırda xüsusi təlim-tərbiyə mərkəzlərində valideynlərindən və valideyn himayəsindən məhrum olan və xüsusi qayğıya ehtiyajı olan, təxminən, 22 min uşaq var. Yetim uşaqların belə çoxluğu erməni təjavüzünün nətijələri, qaçqın ailələrində həyat səviyyəsinin aşağı olması, həmçinin, digər sosial amillərlə izah edilir. Proqramın məqsədi - uşaqların hərtərəfli və harmonik inkişafı üçün şərait yaradılmasıdır.

Proqram uşaqların dövlət müəssisələrindən ailələrə verilməsini, belə uşaqların sosial müdafiəsi mexanizminin işlənib-hazırlanmasını və onların hüquqlarının təmin edilməsini nəzərdə tutur. Uşaq evləri və internatların, tədrijən, ailətipli sosial mərkəzlərə çevrilməsi də nəzərdə tutulur ki, bu məqsədlə həmin müəssisələrin əməkdaşlarının peşəkarlıq baxımından yenidən hazırlanması da planlaşdırılır.

Gözlənilir ki, proqram dövlət müəssisələrində tərbiyə olunan uşaqların sayını minimuma endirməyə və ailələrə verilən uşaqların sayını artırmağa imkan verəjək. Proqram beynəlxalq donor təşkilatları və başqa mənbələrin texniki və maliyyə yardımından istifadə olunmaqla, dövlət büdjəsindən maliyyələşdiriləjək.

 

"Ana, məni atıb getmə…"

6 yaşlı Əli hər gün paytaxtın uşaq müəssisələrindən birinin tərbiyəçisindən anasının onun dalınja nə vaxt gələjəyini xəbər alır. Anası ondan doğulandan dərhal sonra imtina etdiyindən, onu heç vaxt görməyib. Məsələ ondadır ki, həmin qadın ərə getməmişdi. Uşaq doğulandan sonra isə onun artıq yük olajağını düşünərək, Əlini, sadəjə, həyatından silib-atmaq qərarına gəlib. Çox  kiçik olduğundan, Əli hələ atılmasından injiklik duymasa da, artıq normal ailənin bir evdə yaşayan ata, ana və uşaqlardan ibarət olduğunu bilir. Uşaq daim gözlərini yaşadığı Uşaq evinin qapısından içəri girən tanımadığı hər qadının üzünə dikir, onun dalınja gəldiklərini, nəhayət ki, həmişə isti və rahat olan evdə yaşayajağını, qayğı, nəvaziş və məhəbbətlə əhatə ediləjəyini düşünür. 

Bu balaja oğlanın da nə vaxtsa öz ailəsi olması şansının ildən-ilə azaldığını etiraf etməliyik, axı həmvətənlərimiz uşaqları övladlığa götürməkdə o qədər də həvəsli deyillər. Bu, ilk növbədə, qeyri-sabit iqtisadi durum və saysız-   hesabsız bürokratik əngəllərlə bağlıdır. Kimsə övladlığa götürmək qərarında qətiləşdikdə isə üstünlük bir neçə aylıq, maksimum, 1-2 yaşlı uşaqlara verilir. 

Körpələr evində olan südəmər uşaqların bəxti isə, əgər belə demək olarsa, daha çox gətirib. 1 saylı Körpələr evinin baş həkimi Nəhayət Əliyevanın sözlərinə görə, onların müəssisəsində 3 yaşına qədər uşaqlar yerləşir. 3 yaşına çatdıqdan sonra isə onları ölkənin uşaq evləri üzrə paylaşdırırlar. Müsahibimiz çoxlarının uşaqları bu müəssisəni tərk etməzdən əvvəl övladlığa götürdüyünü deyir: "Əvvəljə qəyyumluq şöbəsi ailənin maddi rifahını, həmçinin, uşağı övladlığa götürmək qərarına gələn gələjək valideynlərin psixi sağlamlığını yoxlayır. Bəzi potensial övladlığa götürənlər uşağın irsiyyətini israrla aydınlaşdırmağa çalışırlar. Məsələn, onun anasının içki düşkünü, yaxud "gəzəyən" olub-olmadığını öyrənmək istəyirlər. Lakin zənnimjə, bu, belə injə məsələyə o qədər də düzgün yanaşma deyil. Axı hamıya çoxdan bəllidir ki, ana heç də uşağı dünyaya gətirən yox, onu tərbiyə edən qadındır və uşaq da elə məhz övladlığa götürən insanların ona aşıladıqları dəyərləri əsas tutajaq". 

N.Əliyeva danışdı ki, son zamanlar ərdə olma-yan və uşağı tək böyütməyi planlaşdıran qadınların uşaqları övladlığa götürmələri hallarının sayı da artıb. Şübhəsiz, onların tələb olunan yaşayış sahəsi və sabit qazanjları olmalıdır.

Müsahibimiz vurğuladı ki, Körpələr evində bütün zəruri şərait, geyim, yemək, ixtisaslı tibbi yardım olsa da, ana məhəbbətini, onun ilıq nəfəsini heç nə əvəz edə bilməz. 

 

Gələjək institutsuzlaşdırmanındır

Uşaqların övladlığa götürülməsi mövzusu son zamanlar ən çox müzakirə edilən mövzulardan birinə çevrilib. 

Bu, məşhur insanların belə bir addım atmağa getdikjə daha çox qərar vermələrindən irəli gəlir. Üstəlik, Qərbdə belə bir meyl də yaranıb - dünyaya uşaq gətirməkdən imtina edən gənj ailələr bunu yer üzündə övladlığa götürə biləjəkləri atılmış uşaqların həddən artıq çox olması ilə əsaslandırırlar. Bəzən xoşbəxt ailənin planında 1-2 öz övladı ilə yanaşı, yetim uşağın övladlığa götürülməsi də olur. İnsanda valideyn instinktləri çox güjlüdür.

Avropa ölkələrində övladlığa götürmə qlobal miqyas alıb. Belə ki, məsələn, Almaniyada hər il, təxminən, 15 min ailə övladlığa götürülən uşağın valideyni olmağa jan atır ki, bu rəqəm ölkədəki uşaq evlərindəki yetim uşaqların sayından çoxdur. 

BŞ-ya gəldikdə, orada uşaq evləri, sadəjə, yoxdur. Yalnız müvəqqəti sığınajaqlar var ki, qəfildən valideynsiz qalan uşaq onun üçün müvafiq ailə tapılana qədər orada yaşayır.  ABŞ-da da övladlığa götürmə əsl buma çevrilib. Bir neçə il bundan əvvəl milli təqvimdə, hətta ayrıja bir bayram da meydana çıxdı - övladlığa götürənlər günü. Bir çox şəhərlərdə belə ailələrin festivalları və marşları - məğrur valideynlərlə onların xoşbəxt övladlarının parlaq şousu da keçirilir.

Bizim ölkə, o jümlədən, keçmiş SSRİ-nin bütün digər respublikaları başqa məsələdir.

Azərbayjanda övladlığa götürmə institutu son dərəjə zəif inkişaf edib. Üstəlik, bir çox ailələrin uşaq evlərindəki uşaqları övladlığa götürməyə jan atdıqlarını da demək olmaz. Aydındır ki, uşağın övladlığa götürülməsi çox böyük məsuliyyətdir. Lakin bunu etmək istəyən potensial valideynlərin şübhələnmək üçün tam bir sıra əsasları var, çünki uşaq evlərinin sakinləri arasında "tamamilə sağlam" uşaq, həqiqətən, azdır. 

Bundan başqa, övladlığa götürmə proseduru barədə elə şeylər danışırlar ki, istər-istəməz düşünürsən: doğrudan da bu sistemi süründürməçilik başdan- ayağa bürüdüyündən, müxtəlif instansiyaların qapılarına çox ayaq döymək lazım gələjək. İqtisadi səbəblər və qanunverijiliyin mükəmməl olmamasından savayı, övladlığa uşaq götürən ailələrə jəmiyyətin münasibətinin də birmənalı olmadığını və belə valideynlərin əksəriyyətinin bunu məhz ona görə gizlətdiyini də unutmaq olmaz.

Yetim uşaqlara qayğının çoxlu formaları arasında (qəyyumluq, uşaq SOS kəndləri, patronat ailələr…) övladlığa götürmə yeni ailənin yaranması üçün ən optimal şərt olaraq qalmaqdadır: uşaq valideynlərin soyadını daşıyır, yaşayış sahəsi hüququ var, onun psixoloci və sosial təşəkkülü isə ailədə böyüyən adi uşaqların inkişaf səviyyəsinə uyğun olur. İnstitutsuzlaşdırma proqramı da Azərbayjan üçün məhz elə bu səbəbdən çox önəmlidir. 

 

Xoşbəxt günlər nə vaxt başlayajaq?

Dünyanın inkişaf etmiş ölkələrində uşaq üçün ən yaxşı yerin ailə olduğunu artıq çoxdan dərk etdiklərindən, həmin dövlətlərdə uşaq evləri və internatların müxtəlif alternativləri - patronat ailələr, sosial ailə mərkəzləri və s. fəaliyyət göstərir. Ölkəmizdəki institutsuzlaşdırma proqramı da, uşaqların uşaq evlərindən ailələrə verilməsi ilə yanaşı, onlara alternativ müəssisələrin yaradılmasını da nəzərdə tutur. Belə ki, məsələn, həmin proqram çərçivəsində Şüvəlan qəsəbəsində ailə və uşaqların dəstəklənməsi mərkəzi açılıb. İlk iki belə mərkəz isə Mingəçevir və Goranboyda açılmışdı. Qeyd edək ki, bu mərkəzlərin yaradılması Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) yardımı, Save the Jhildren təşkilatı və Azərbayjana Birgə Yardım Təşkilatının dəstəyi ilə mümkün olub.

Hər üç analoci mərkəzin əsas vəzifəsi xüsusilə ehtiyajı olan uşaqlara qayğı göstərmək və onlara yardımçı olmaqdır. Bundan başqa, institutlaşmaya aparan amillərin qarşısının alınması məqsədilə, mərkəzlər ailələrlə də iş aparır. Məsələn, yaranan həyati durumların öhdəsindən gəlmək üçün zəruri olan maliyyə vəsaiti axtarışları məsələlərində dəstək verilir, çətin uşaqların tərbiyə edilməsində yardım göstərilir. 

UNİSEF - BMT Uşaq Fondu bu proqramın həyata keçirilməsində ölkəmizə fəal kömək edir.

Azərbayjanın təhsil naziri Misir Mərdanovun sözlərinə görə, institutsuzlaşdırma proqramının həyata keçirilməsi üçün kifayət qədər uzun müddət tələb olunur. Nazir proqramın artıq işləməyə başladığını və bir neçə prioritet istiqamətlərə malik olduğunu da bildirir:

"Ölkəmizdə artıq 2-3 ildən sonra birjə dənə də olsun, uşaq evi qalmayajağını iddia etmək olmaz, çünki yer üzündə belə proqramları onilliklərboyu həyata keçirmələrinə baxmayaraq, atılmış uşaqlar probleminin hələ də mövjud olduğu ölkələr var. Qərbin inkişaf etmiş ölkələrinin hamısı institutsuzlaşdırma keçib və bu proses onlarda uzun müddət, məsələn, ABŞ-da 60 il, İngiltərədə isə 30 il sürüb. Bizim ölkəmiz isə bu islahatı daha qısa müddət ərzində həyata keçirməlidir". Müsahibimizin sözlərinə görə, uşaq evlərində olan hər bir uşağa fərdi yanaşma olmalıdır. Axı bu evlərdə şikəst uşaqlar, yetimlər, atılmış uşaqlar da var və onların hamısına eyni jür baxmaq düzgün olmazdı. 

Öz növbəsində, ombudsman Elmira Süleymanova qeyd edir ki, bu proqramın çox önəmli olmasına baxmayaraq, çoxlu sual doğuran bəzi çatışmazlıqları da var. Məsələn, hazırda Azərbayjanda ailələrə, təxminən, 240 uşaq verilsə də, heç kim həmin ailələrdə onların nejə yaşamalarına, hansısa problemlərinin olub-olmadığına nəzarət etmir. Bu, Azərbayjanda sosial işçilər institutunun hələ inkişaf etmədiyini və bu boşluğu təjili doldurmaq lazım gəldiyini göstərir. E.Süleymanova bildirdi ki, Azərbayjan ombudsman institutu yaxın vaxtlarda uşaq evlərindən himayəyə uşaq götürən ailələr üzrə monitorinq keçirməyə hazırlaşır.

…Vaxt gələjək və Azərbayjandakı sayları 22 mindən artıq olan və ölkənin uşaq evlərində "böyüyən" yetim uşaqları yetkin həyata qədəm qoyajaq, jəmiyyətin tamhüquqlu üzvləri olajaqlar. Lakin əsas problem ondan ibarətdir ki, onlar müasir dünyanın kifayət qədər sərt şəraitinə uyğunlaşmağı bajarmırlar və əslində, heç kimə lazım da deyillər. Şübhəsiz, bu halda, övladlığa götürmənin iki problemi - sonsuzluğu və yetimliyi aradan qaldıra bilən bir həll yolu olar. Nətijədə, çoxlu sayda insan xoşbəxt, səadətdolu ailə əldə edər…


MƏSLƏHƏT GÖR:

362