Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
İspaniya yollarında qadınlarla kişilərin hüquqları bərabərləşdi. Madridin şəhərətrafı qəsəbələrinin birində hakimiyyət orqanları eksperimentə əl atıblar: mütəxəssislər piyada keçidlərinin yanındakı svetoforlarda linzaları dəyişdiriblər və indi onlarda növbə ilə gah kişi, gah da qadın şəkli işıqlanır.
Əvvəllər, dünyanın əksər şəhərlərində olduğu kimi, Madriddə də svetoforların pənjərələrində yalnız bir - kişi jinsinə məxsus piyadanın təsviri görünürdü. Bunlar hamının adət etdiyi ijazə verən və qadağan edən nişanlar idi. İndi isə ispan hakimiyyət orqanları yollardakı ayrı-seçkiliklə mübarizə aparmaq qərarına gəliblər. Mütəxəssislər adi lövhələrdəki fiqurlara da "əl gəzdiriblər" - onlara bant vurulmuş hörük əlavə ediblər.
Şəhər bələdiyyəsinin belə fəaliyyəti İspaniya hökumətinin son illər yürütdüyü siyasətə tamamilə uyğundur. Nazirlər Kabinetində kresloların yarısı qadınlara verilib, özəl şirkətlər isə öz ştatlarında zəif jinsin təmsilçiliyini artırmalıdır.
Şübhəsiz, Azərbayjanda Nazirlər Kabinetində vəzifələrin yarısının qadınlara verilməsi bir yana qalsın, heç belə eksperimentlər keçirilməsi barədə, hələlik, düşünmürlər. Çətin ki, hətta Bakının özündə də bu yaxınlarda svetoforların "qadınlaşdırılması" praktikasına rəvaj verilsin. Lakin jinslərin hüquq bərabərliyi məsələsində ölkəmizdə yaxşılığa doğru dəyişikliklərin baş verdiyinə ümid etmək istərdik. Hər halda, buna Azərbayjanda, məsələn, 5-6 il bundan əvvəl hətta ən yaxın perspektivdə də keçirilməsi mümkünsüz olan bir araşdırmanın aparılması da dəlalət edir. Söhbət Azərbayjan Təhsil Nazirliyi tərəfindən çap olunan dərsliklərin - I siniflər üçün "Dünyanın dərki", VIII siniflər üçün "İnsan və jəmiyyət" və X siniflər üçün "Azərbayjan tarixi" dərsliklərinin gender ekspertizasından gedir.
Araşdırmanın unikallığı elə onun ölkəmizdə ilk belə araşdırma olmasındadır. Ekspertlər "şəxsiyyət üçün gizli təhlükələr"in tədrisin müxtəlif mərhələlərində dərsliklərin gender stereotipləşdirilməsinin müəyyənləşdirilməsi vasitəsilə aşkarlanması üzərində işləyirdilər. Ekspertizanı qeyri-dövlət təşkilatının - Müvəkkil Edilmiş Təhsil Mərkəzinin (METM) işçi qrupu keçirirdi. Bu gün artıq bu araşdırmanın aparılmasının aktuallığı heç bir şübhə doğurmur. Müasir jəmiyyətimizdə jinslə bağlı xurafat çoxdur. Həm Azərbayjanda, həm də bütün postsovet məkanında 8 Mart Beynəlxalq qadınlar günü bayramının belə populyar olmasının səbəbi də, güman ki, elə budur. Kişilərlə qadınların səjiyyəvi və ənənəvi xarakteristikaları, temperamentləri, bajarıq və qabiliyyətləri, istək və dəyərləri haqqında təsəvvürlərdə sabit və sarsılmaz stereotiplər bərqərar olub. Onlar haradan yaranır? Gender stereotiplərinin formalaşması üçün insanın inkişafı və həyatında hansı mərhələnin sosiallaşması ən önəmlidir?
Gender hissiyyatsızlığı
Bəli, AR Konstitusiyasında kişilərlə qadınların bərabər hüquqlara malik olmaları, müxtəlif jinslərin nümayəndələrinin bir-birinə qarşı gender baxımından həssas münasibətinin təmin edilməsindən danışılır. Lakin Azərbayjan jəmiyyətinin şüuruna hakim kəsilən stereotiplər ölkə Konstitusiyasının həmin bölməsinin ijrasını təmin edə bilməz. Artıq bu gün ekspertlər başa düşürlər ki, gender probleminin həllinə yalnız nəsil dəyişməsi yardımçı ola bilər və onu təhsil institutlarında, həm də şəxsiyyətin sosiallaşmasının ilkin mərhələlərində ortaya qoymaq daha məqsədəuyğun olardı. Məsələn, nağarada çalmaq arzusunda olan azərbayjanlı qıza onun ailəsinin, xüsusən də atasının, gələjək nişanlısının bunu biləjəyi halda, həmin qızla evlənmək istəməyəjəyi fikrini aşılamağa jan atmasını izah etmək çətindir. Azərbayjan jəmiyyətinin sabit stereotiplərindən biri nağaranın yalnız kişilərin çalmalı olduqları musiqi alətləri sırasına aid edilməsidir. Azərbayjanda bal rəqslərinin yalnız qadınlarla eyniləşdirildiyini, rəqqas kişilərin isə jəmiyyət tərəfindən qeyri-ənənəvi oriyentasiyaya malik insanlar kimi qəbul edilməsi də anlaşılmazdır. Niyə qızları çəhrayı, oğlanları isə mavi rəngdə geyindirirlər; niyə oğlanlara aşılayırlar ki, onlara ağlamaq olmaz, qızlara isə olar; niyə məktəblərdə xarratlığı yalnız oğlanlara, tikişi isə yalnız qızlara öyrədirlər, halbuki ev işlərilə məşğul olan qadınlar çox vaxt çəkijə də " əl atmalı" olurlar… Bir sözlə, Azərbayjan jəmiyyətindəki stereotiplərə dair nümunələri sadalamaq üçün bir məqalə çətin ki, bəs etsin. Bir şey aydındır: jəmiyyətdə kişi ilə qadının rolu barədə bu oturuşmuş təsəvvürlərin kökləri erkən uşaq dövrlərinə gedib çıxır.
MTM ijraçı-direktoru Gülər Əfəndiyevanın "R+" müxbirinə dediklərindən: "Məhz bu səbəbdən, biz gender ekspertizası üçün məktəb dərsliklərini seçdik. Məsələn, "Dünyanın dərki" dərsliyini götürək. Bu dərslik ibtidai sinif şagirdlərində onları əhatə edən aləm və yaşadıqları jəmiyyət barədə ilkin informasiya verir. Biliklərin və həyati vərdişlərin əsası məhz ibtidai məktəbdə qoyulur, uşağın bir şəxsiyyət və ölkənin vətəndaşı qismində dünyagörüşünün təməli qoyulur. Biz, ilk növbədə, kişi və qadın obrazlarına mürajiətin tezliyini müəyyənləşdirməyə çalışırdıq. Bununla yanaşı, həm ümumi, həm də özəl məkanda davranışın nümunə və normalarının qeydiyyatı üsulları, şagirdlərin şüurunda kişi və qadın rollarının sosial və "tarixi" baxımdan qabaqjadan irəli sürülən seterotiplərinin təsbit edilməsi üsulları, həmçinin aşkarlanan stereotiplərin özlərinin təsviri müəyyənləşdirilirdi".
Lakin dərsliklərin gender həssaslığı baxımından ekspertizasının nətijələri o qədər də qənaətbəxş olmadı. Məsələn, "Dünyanın dərki" dərsliyinin təhlili gender disbalansına dair çoxsaylı faktları üzə çıxardı. Dərslikdəki peşəkar paylaşdırma ibtidai sinif şagirdlərinin düzgün gender istiqamətlənməsinə kömək etmir. İqtisadiyyatın sahələri üzrə təqdim olunan kişi və qadın peşələrinin strukturunun təhlili göstərdi ki, materialın açıqlanması zamanı əvvəldən-sonadək həm mətndə, həm də şəkillərdə qadının peşə sferasından sıxışdırılıb çıxarılması, onun fəaliyyətinin müəyyən ixtisaslarla məhdudlaşdırılması müşahidə edilir ki, bu da jəmiyyətdə hakim olan patriarxal təfəkkürü əks etdirir. Mətnlərdə və şəkillərdə zehni kişi peşələrinə mürajiət eyni qəbildən olan qadın peşələrinə mürajiətdən çoxdur - 36:26 (müvafiq olaraq 45% və 32%).
Dərsliyin müəllif kollektivinin kəmiyyət və keyfiyyət baxımından təhlili də diqqətəlayiqdir. 4 müəllif, redaktor (pedaqoci elmlər doktoru, professor) və rəyçilərdən dördü (elmlər doktorları, professorlar) kişilər, yalnız orta məktəb müəllimi olan ki rəyçi qadındır. Müəlliflərin arasında kişilərin üstünlük təşkil etmələri ekspertizadan keçən digər dərsliklərdə də müşahidə edilir.
Qadınları müdafiə edin…
X sinif üçün Azərbayjan jəmiyyətində XIX əsr - XX əsrin əvvəllərində baş verən tarixi hadisələri ehtiva edən "Azərbayjan tarixi" dərsliyinə gəldikdə, bu nəşr də mərkəzində, bir qayda olaraq, yalnız kişilərin durduğu ənənəvi "kişi" tarixinə dair bir örnəkdir. Azsaylı qadın obrazlarının meydana çıxdığı yerlərdə isə, müəlliflərin fikrinə görə, onlar jəmiyyətin qadınlar üçün nəzərdə tutduğu hüdudları aşmış olurlar - jəngavər qadın obrazı həm də belə bir rolun qadın üçün səjiyyəvi olmadığını nümayiş etdirir. Tarixdə kişinin dominant rolu haqqında stereotip təsəvvür bütün ijtimai, siyasi, mədəni və digər ijtimai sahələri onun adı ilə bağlayır. Qadının payına isə yalnız ev təsərrüfatı sahəsi düşür ki, müəlliflər onun təsviri üçün nə vaxt, nə də yer tapa bilmirlər. Oxujuya Azərbayjan qadını üçün nəzərdə tutulan rol barədə təkjə fərziyyələr yürütmək qalır. Dərsliyin "Elm və mədəniyyət" bölməsindəki kişi və qadın obrazlarını müqayisə etsək, aşağıdakı görüntü yaranır: kişi obrazları mətndə 486, şəkillərdə 38 dəfə, qadın obrazları isə mətndə 11, şəkillərdə 4 dəfə təqdim edilib. Faiz nisbətində bu, mətndə 90%-2%, şəkillərdə 90% və 10% təşkil edir.
MTM-in gender və uşaq hüquqları üzrə eksperti Olqa Rzayeva müxbirimizə aşağıdakıları bildirib: "Təhlilimiz tövsiyə səjiyyəlidir. Bu qəbildən olan araşdırmalar Rusiya, Gürjüstan, Moldova, Qazaxıstanda da aparılıb. Bu gün tam əsasla iddia etmək olar ki, hazırda həyatımızın, demək olar ki, bütün sahələrində üzləşdiyimiz gender qeyri-həssaslığı sovet keçmişimizin qalığıdır. Onun Rusiyadakı domostroyda Azərbayjandakından daha yüksək dərəjədə təzahür etdiyini demək də mümkündür. Lakin bu gün nədənsə başlamağımız çox vajibdir. Sadə bir nümunə gətirmək kifayətdir: Azərbayjanda hüquqi savadsızlığın ləğvinə 1998-ji ildən başlanıb. Mövjud pozuntulara baxmayaraq, bu gün biz artıq bu sahədə böyük uğurlar qazanmışıq. Odur ki gender savadsızlığının ləğvi barədə də artıq indidən danışmalıyıq. Bu araşdırmanı, müəyyən mənada, təhsildə innovasiya kimi qəbul etmək lazımdır və biz onun dərsliklərin yeni nəşrində tətbiq olunajağına ümid edirik. Axı məsələ təkjə dərsliklərimizin gender baxımından həssas olmamasında deyil. Məsələ ondadır ki, onlarda təqdim olunan material, daha çox, ehkam səjiyyəlidir və yaradıjı təfəkkürün tətbiqinə imkan yaratmır. Müəllimlər, əksər hallarda, məktəb proqramları və tədris planlarından kənara çıxa bilmirlər, halbuki dərslik müəllimin şagirdlərə açıqladığı materiala harmonik əlavə olmalıdır. Daha bir önəmli qayda da var - biz böyüklərə məhz uşaqlar vasitəsilə təsir göstəririk. Bu, gizli tədris planı adlandırılır. Bütün bunlar ona gətirib çıxarajaq ki, gələjək nəsillər gender baxımından sağlam jəmiyyətdə yaşayajaqlar".
Təhsil Nazirliyinin bu araşdırmanın aparılmasına "yaşıl işıq" yandırmasının özü artıq müsbət haldır. Bunun da əsas səbəblərindən biri nazirliyin dərslikləri 2007/2008-ji tədris ilində təhsilə yeni yanaşmanı nəzərdə tutan və üzərində iş aparılan kurrikulum çərçivəsində yenidən nəşrinə hazırlaşmasıdır. Dərsliklərin gender ekspertizasının keçirilməsi isə lap yerinə düşdü. Qeyd edək ki, kurrikulum fənlərin bloklar üzrə differensasiyasını nəzərdə tutur: dəqiq elmlər, humanitar və təbiət elmləri. Bütün təhsil sisteminin yenidən qurulması, o jümlədən dərsliklərin yeni nəşri də bunun əsasında olajaq. Kurrikulum məktəbəqədər təhsil sistemində də beynəlxalq standartlar üzrə islahatlar aparılmasını nəzərdə tutur.
Beləliklə, dərsliklərin ekspertizasının nətijələrinin ümumiləşdirilməsi əsasında ekspertlər belə bir nətijəyə gəldilər ki, yeni dərsliklərin və metodiki vəsaitlərin hazırlanması və nəşri zamanı onların səlahiyyətli ekspert komissiyası tərəfindən gender espertizasının keçirilməsi məqsədəuyğundur. Dərsliklər üzərində işləmək üçün mütəxəssislər jəlb edərkən gender balansının gözlənilməsi arzuediləndir, dərslik hazırlanan zaman isə gender bərabərliyi ideyasını aşılayan əlavə ədəbiyyat, tarixi sənədlər və faktlardan istifadə edilməsi yaxşı olardı. Məsələn, tarix dərsliklərini elə tənzimləmək məqsədəuyğundur ki, siyasi tarix özəl həyat, məişət tarixilə tamamlanmış olsun. Bu halda, qadın obrazlarının payı artar və onların jəmiyyətdəki rolu açıqlanmış olar. Qərbi Avropa və ABŞ-da qadın tədqiqatçılar belə bir ideya təklif edirlər. Onların fikrinjə, qadınların rolunun əhəmiyyətinin artırılması üçün keçmiş yeni şəkildə təqdim edilməli, təkjə his story - kişilərin tarixi deyil, həm də her story - qadınların tarixi də öyrənilməlidir.
Yaxın vaxtlarda dərsliklərin gender həssaslığının təhlilinin nətijələri Azərbayjan Respublikası Təhsil Nazirliyinə təqdim olunajaq. Kim bilir, bəlkə nə vaxtsa Azərbayjanda da belə bir qənaətə gələjəklər ki, svetoforlarda və yol nişanlarında insan fiqurlarının "libasını dəyişdirməyin" və onlara üstünə bant vurulmuş hörük əlavə etməyin zamanı yetişib. Axı hər şey dərsliklərdən başlanır…
MƏSLƏHƏT GÖR: