
TERRORLA PARLAMENTARİZM ARASINDA
Şimali irlandiya münaqişəsinin mənşəyi
Müəllif: Roma NEYMAN Bakı
Şimali İrlandiya (Northem İreland) - Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının İrlandiya adasının şimal-şərqində yerləşən tərkib hissəsidir. Ona münasibətdə tez-tez Olster (Ulster) adından da istifadə edilir, çünki Şimali İrlandiya İrlandiyanın bu tarixi vilayətinin böyük bir hissəsini tutur.
Köklər
Şimali İrlandiyanın, təxminən, 1,5 mln əhalisinin yarısı şəhərlərdə yaşayır. Ən böyük şəhəri Belfastdır, ondan sonra isə Londonderri, yaxud Derri gəlir. Şimali İrlandiya əhalisinin, təxminən, 3/5 hissəsi protestantlardan, 2/5 hissəsindən bir qədər çoxu isə katoliklərdən ibarətdir. Sonunjular Londonderri şəhəri, Fermana və Tiron qraflıqlarında əhalinin böyük hissəsini təşkil edirlər. Əhalinin indiki tərkibi hələ də İrlandiyanın XVII əsrdə ingilislər və şotlandlarla məskunlaşdırılmasının doğurduğu nətijələri əks etdirməkdədir. Bu kampaniya ingilislərin müstəmləkəçilik siyasəi çərçivəsində həyata keçirilirdi: irland torpaq sahiblərinin əlindən alınan ərazilər ingilis və şotland köçkünlərinə verilirdi. Olstrerdə ilk müstəmləkəçilər burada 1609-ju ildə etnik irlandlardan olan iri feodal zadəganlarının başçılıq etdikləri güjlü üsyan yatırıldıqdan sonra peyda oldular. İngiltərə və Şotlandiyadan gələn istilaçılara qovulan və məhv edilən mülkədarların torpaqları paylanıldı. Bu insanların irlandların dil və mədəni ənənələri ilə heç bir bağlılığı yox idi, metropoliyaya mənsub olmaları isə protestant olmalarından bilinirdi ki, bu da katolik olan irlandlardan fərqli etika, davranış tərzi və dəyərlər sistemini nəzərdə tuturdu.
Olsterdə "protestant" özünüdərkinin təşəkkülünün önəmli mərhələsi protestant ingilis kralı Oranlı Vilhelmin 1690-1691-ji illərdə öz rəqibi - İrlandiyaya gələrək, burada Britaniya taxt-tajı uğrunda mübarizə aparmaq üçün yerli katolik əhalidən ordu toplamaq istəyən şotland kralı, katolik təriqətinə mənsub Yakov üzərində hərbi qələbələri oldu. İrlandiyadakı iğtişaşların birdəfəlik yatırılması nətijəsində irlandlara torpağa sahib olmaq, silah gəzdirmək, alver etmək, məktəblərdə oxumaq və ilk növbədə, ingilislərə düşmən olan katolik təriqətinə mənsub olmaq qadağan edildi. Protestantların əksəriyyəti Şimali İrlandiyanın Birləşmiş Krallıqla ittifaqının davam etdirilməsinə tərəfdar çıxsa da, katoliklər İrlandiya Respublikası ilə birləşməyə üstünlük verirlər. Dini əqidələr siyasi baxışlarla, demək olar ki, tam eyniləşdirilir və jəmiyyətdəki dərin parçalanmanı əks etdirir.
Siyasət və siyasətçilər
1920-ji ildən Şimali İrlandiya İrlandiya hökuməti haqqında Akt əsasında idarə edilirdi. Akt Şimali İrlandiya parlamenti üçün kifayət qədər geniş muxtariyyət nəzərdə tutaraq, müdafiə, xariji siyasət, kral ailəsinin təminatı, gəmiçilik, poçt, ali məhkəmə ijraatı və bəzi vergi məsələlərini Britaniya parlamentinin ixtiyarına verirdi.
Lakin 1972-ji ildə Böyük Britaniya hökuməti Şimali İrlandiya parlamentini buraxdı. Qanunverijilik hakimiyyəti Britaniya parlamentinə, ijra hakimiyyəti isə ölkə nazirlər kabinetinin üzvü olan Şimali İrlandiya işləri üzrə nazirə keçdi. 1875-ji ildə seçilən konstitusiya konventi 1976-jı ildə, 1982-ji ildə seçilən məşvərət assambleyası isə 1986-jı ildə buraxıldı. Bütün bu müddət ərzində birbaşa idarəetmə sistemi fəaliyyət göstərirdi və belə bir durum 2000-ji ilə qədər davam etdi.
1970-80-ji illərdəki terror savaşı həm irlandlar, həm də ingilislərin, həm katolik, həm də protestantların milli özünüdərkinin yüksəlməsi, müvafiq dillər və ənənələrə marağın artması fonunda baş verirdi ki, bunun əsas səbəbkarları ifrat millətçi partiyalar - katoliklərin Şinn Feyn və protestantların Olster Demokratik Partiyası idi. Yalnız 90-jı illərdən etibarən jəmiyyətdə həm katoliklər, həm də protestantlar arasında iqtisadi və sosial məsələləri açıq şəkildə ön plana çəkən partiyaların nüfuzunun artması nətijəsində jəmiyyətdə müəyyən dönüş yaranmağa başlandı.
Katoliklərin həyat şəraitinin yaxşılaşdırılması, irland siyasi məhbuslarının azad edilməsi, hər iki tərəfdən radikal hərbiləşdirilmiş təşkilatlara qadağa qoyulması, İngiltərədən birbaşa idarəetmənin ləğvini mümkün etdi. Koalision protestant-katolik hökuməti, ümumi parlament və əyalətin hər iki ijmasının - həm katoliklərin, həm də protestantların aparıjı partiyalarının təmsil olunduqları vahid Şimali İrlandiya Assambleyası yaradıldı. Hər iki tərəfdən olan ən nüfuzlu hərbiləşdirilmiş təşkilatlar atəşkəs elan etdilər.
Kim kimdir
Uzun müddət Şimali İrlandiyada ən nüfuzlu siyasi partiya, əsasən, protestantlardan ibarət olan, Birləşmiş Krallıqla ittifaqı dəstəkləyən və Böyük Britaniyanın Mühafizəkarlar Partiyası ilə əlaqə saxlayan Olster Yunionist Partiyası (OYP) olub. 1970-ji illərdə yunionistlər bir neçə fraksiyaya parçalandı ki, bunlardan ən nüfuzluları OYP və daha radikal Demokratik Yunionist Partiyadır (DYP). Son illər DYP mövqelərini əhəmiyyətli dərəjədə möhkəmləndirib və liderliyi OYP-nin əlindən alıb.
Katoliklər arasında Böyük Britaniya ilə ittifaq əleyhinə çıxan əsas qüvvə İrlandiya Respublikaçılar Ordusudur (İRO). Bu qeyri-leqal hərəkatın siyasi qanadı kimi, Şinn Fey çıxış edir. Hazırda Şinn Feyn Olsterdəki katolik azlığın bölgənin İrlandiyaya birləşdirilməsinə tərəfdar çıxan aparıjı siyasi qüvvəsidir.
Katoliklərin ikinji aparıjı siyasi partiyası isə Şimali İrlandiyanın İrlandiya Respublikası ilə xalq razılığı mexanizmi vasitəsilə birləşdirilməsinə tərəfdar olan Sosial-Demokrat və Leyborist Partiyasıdır (SDLP).
Alyans Partiyası Böyük Britaniya ilə ittifaqı dəstəkləyən, katolik və protestant ekstremizminə qarşı çıxan mötədil mərkəzçi qrupdur.
"Pasxaərəfəsi jümə sazişi"
1997-ji ildə hakimiyyətə gələn leyboristlər dövlət nümayəndələri ilə atəşkəs elan etmiş Şinn Feyn partiyasının rəhbərliyi arasında təmaslara ijazə verdilər. Hökumətlə Şimali İrlandiya partiyaları arasında danışıqlar 1998-ji ildə Olsterdə özünüidarənin bərpasına yol açan tarixi "Pasxaərəfəsi jümə sazişi"nin əldə edilməsinə gətirib çıxardı. Buna nail olunmasında Olster Yunionist Partiyasının lideri Devid Trimbl və Mötədil Partiyanın lideri Jon Hyum əsas rol oynadılar və onların xidmətləri Nobel sülh mükafatı ilə qiymətləndirildi. Saziş aşağıdakıları nəzərdə tuturdu:
- Şimali İrlandiyanın statusunun yalnız onun sakinlərinin razılığı ilə dəyişdirilməsi;
- İrlandiya Respublikası hökumətinin bütün ada üzərində suverenitetə dair konstitusion iddialarını geri götürmək təəhhüdü;
- devolyusiya, yəni hakimiyyət səlahiyyətlərinin və inzibati funksiyaların qismən Londondan Belfasta (əyalətin paytaxtı) ötürülməsi və bu çərçivədə Şimali İrlandiyada geniş səlahiyyətlərə malik regional assambleya (yerli parlament) və nazir vəzifələrinin iki əsas ijmanı - protestantları və katolikləri təmsil edən siyasi qüvvələr arasında partiyaların jəmiyyətdəki siyasi nüfuzundan asılı olaraq (burada meyar seçkilərdə qazanılan səslərin faizidir) bölüşdürüldüyü hökumətin təsis edilməsi;
- Belfastla Dublin arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün Şimal-Jənub nazirlər şurasının, həmçinin, Britaniya-İrlandiya şurasının yaradılması;
- "siyasi" məhbusların azad edilməsi və yaraqlıların, ilk növbədə, İRO-nun tərk-silah edilməsi.
Xüsusi qeyd etmək lazımdır ki, bu saziş tezliklə Böyük Britaniyanın dövlət quruluşunda edilən jiddi dəyişikliklərin bir hissəsi oldu. Şotlandiya və Uelsdə də devolyusiya, yəni səlahiyyətlərin yerli hakimiyyət orqanlarına ötürülməsi həyata keçirildi. 1999-ju ildən etibarən, Edinburq və Kardiffdə müvafiq olaraq, şotland parlamenti və Valliya (Uels) assambleyası fəaliyyət göstərir. Hazırda İngiltərənin özünün də bölgələrində assambleyalar yaradılması müzakirə edilməkdədir.
Lakin tezliklə yunionistlərlə millətçilər arasında ziddiyyətlər yenidən kəskinləşdi. İRO liderlərinin silah tətbiq etməmək və onu təhvil vermək barədə planını dəstəkləmələrinə baxmayaraq, real tərk-silahdan imtina etdiklərinə görə, birinji nazir və OYP lideri Devid Trimbl vəzifəsindən imtina etdi və bununla da siyasi böhran doğurdu. Olsterin siyasi qüvvələri bölgəni birgə idarə etmək barədə razılığa gələ və müəyyən edilmiş vaxta - avqustun 12-nə qədər ali qanunverijilik orqanında yeni birinji naziri seçə bilmədilər. Vəziyyət həm də onunla ağırlaşırdı ki, regional parlamentə seçkilərdə həm protestantlarda, həm də katoliklərdə mötədil qüvvələr aparıjı mövqeləri itirdilər və onlara daha radikal qüvvələr - DYP və Şinn Feyn sahib oldu. Nətijədə, 10 avqust 2001-ji ildə Britaniya hökuməti Şimali İrlandiya Assambleyasının fəaliyyətini dayandırdı. 2002-ji ilin payızında isə Şimali İrlandiyada parlament həyatını bu günə qədər iflij edən hadisə baş verdi - oktyabrın 14-də Şimali İrlandiyada həm qanunveriji, həm də ijra hakimiyyəti orqanı olan parlamentin fəaliyyəti İRO ünvanına parlament daxilində jasusluq fəaliyyəti ilə məşğul olmaq barədə ittihamlarla əlaqədar donduruldu. Həmin vaxtdan London Şimali İrlandiyada birbaşa idarəetmə həyata keçirir.
MƏSLƏHƏT GÖR: