
PREZİDENTİ ANLAMALI
Ramzan Kadırov: Kremlin adamı, yoxsa separatçıların yeni ümidi?
Müəllif: Eldar PAŞAYEV Bakı
Aprelin 15-də Çeçenistanın 30 yaşlı prezidenti Ramzan Kadırovun inauqurasiya mərasimi keçiriləjək. Xatırladaq ki, onun bu posta namizədliyi Rusiya prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb və Çeçenistan parlamenti tərəfindən, demək olar ki, yekdilliklə təsdiqlənib. Bu məlumat dünya ölkələrinin diqqətini özünə kifayət qədər jəlb edə bilib. Səbəbsə, əvvəla, Rusiya Federasiyasının bu subyektinin kifayət qədər problemli olması, ikinjisi isə, yeni çeçen liderinin, yumşaq desək, mübahisəli imijidir.
İstənilən halda, Kreml öz seçimini edib və indi respublikanın gələjəyi məhz Kadırovun seçimindən asılı olajaq. Bu isə o deməkdir ki, ümumilikdə Şimali Qafqazın gələjəyi də gənj liderdən asılı vəziyyətdədir. Maraqlıdır ki, həm Rusiyadan, həm də xarijdən olan əksər analitiklər dinj və çiçəklənən Çeçenistanın yaranajağına inanmır və yeni prezidentin mərkəzdən asılı statusda qalıb-qalmayajağına dair proqnozlar səsləndirir. Onları maraqlandıran əsas sual odur ki, "Ramzan Moskvaya qarşı nə vaxtadək loyal münasibətdə ola biləjək?".
Hələlik Kadırov özünü daha çox siyasətçi yox, sahibkar kimi göstərməyə çalışır. Bir müddət əvvəl respublika və federal mərkəzlərin səlahiyyətlərinin bölüşdürülməsi haqda sənədi imzalamaqdan imtina edən prezident, bununla onu gizli separatçı məqsədlər güdməkdə ittiham edən tənqidçiləri xeyli təəjjübləndirib. "Mən belə sənədin imzalanmasının vajibliyinə şübhə ilə yanaşıram və hesab edirəm, hazırda Çeçenistan Respublikası üçün bu məsələ aktual deyil", - deyən Kadırov, öz səylərini nümayişkaranə şəkildə iqtisadi layihələrə yönəldib. Söhbət "Çeçenistanın yeni iqtisadi strategiyası"ndan - 2007-2015-ji illər üçün nəzərdə tutulan sənaye siyasətinin konsepsiyasından gedir. Qroznı ilə Çeçenistanın bərpasını isə Kadırov artıq 2008-ji ilin sonunadək yekunlaşdırmağı düşünür.
Hələ ki onun sözləri ilə əməlləri üst-üstə düşür. 8 Mart Beynəlxalq Qadınlar günündə Qroznı aeroportuna ilk dəfə olaraq Moskvadan gələn sərnişin təyyarəsi enib və bundan sonra həmin reys həftədə üç dəfə həyata keçiriləjək. Kadırov isə yalnız bu istiqamətlə kifayətlənməyi düşünmür. O, Çeçenistan paytaxtının Şimali Qafqazın "hava qapısı"na çevriləjəyinə söz verib. 400 ha ərazidə yerləşən yeni aeroport rayonunda ofis və biznes mərkəzləri yaradılajaq, mehmanxanalar tikiləjək və oradan dəmir yolu keçəjək. Bundan başqa, artıq Qroznıda prezidentin sərənjamı ilə "Hər bir yoxsul sakin üçün mənzil" proqramının ijrasına başlanılıb və bu proqram çərçivəsində indiyədək yoxsul ailələrə 100-dək mənzil hazırlanıb.
Kadırovun digər bir təşəbbüsü Vedeno rayon administrasiyasına biznesmen Əli Simbariqovun rəhbər təyin edilməsidir. Prezidentin hesablamalarına görə, bu qərar jəmi iki ildən sonra terrorçu Şamil Basayevin vətəni və vəhabilərin sevimli məskəni olan bu rayonun "jənnət kurort"a çevrilməsinə gətirib çıxarajaq. "Vedensk rayonunun təbiəti, dağları, gölü və çoxsaylı bulaqları burada turist bazalarının inşasına, dağ kurortunun yaradılmasına imkan verir", - deyə Çeçenistanın yeni lideri bildirib.
Kadırovu ən çox maraqlandıran isə Çeçenistanın neft təsərrüfatıdır. Qeyd edək ki, hazırda respublikada neft hasilatını "Rosneft" şirkəti həyata keçirir. Lakin prezidentin hesablamalarına görə, şirkətin əldə etdiyi gəlir, respublika büdjəsinə daxil olan vəsaitdən daha çoxdur. Kadırov Çeçenistanın yalnız xam neft ixraj etməsindən narazılığını ifadə edib. Onun fikrinjə, respublika özünün neft emalı sənayesini yarada bilər.
Beləliklə, Çeçenistanda yaxın zamanlarda ildə 5 milyon ton neft emal etmək güjündə olan neft emalı zavodunun tikilməsi nəzərdə tutulub.
Bununla yanaşı, Çeçenistan prezidentinin təsərrüfat planları bir çox ekspert və siyasətçilərdə müəyyən şübhələr yaradır. Onların fikrinjə, keçmiş yaraqlıların birdən-birə çoxsaylı mehmanxanalar və dağ bazalarının xidmətçi personala çevriləjəkləri inandırıjı deyil. Odur ki onlar düşünürlər, respublikadakı real durum ilə Kadırovun başladığı işlər arasında böyük uçurum var və yalnız bir aeroportun tikilməsilə həmin uçurumun aradan qaldırılması mümkün deyil.
Eyni zamanda, Kadırovu xəyalpərəst adlandırmaq da çətindir. Bəlkə, onun həqiqətən də Çeçenistanla bağlı xüsusi planı var? Bəs zaman keçdikjə Qroznı Kremldən daha çox azadlıq tələb etsə nejə olajaq? Respublika ilə federal mərkəzin səlahiyyətlərinin bölüşdürülməsinə dair sənədin imzalanmasından imtina olunması, sadəjə, hadisələrin sürətlənməsinə imkan verməmək üçün düşünülmüş taktika deyil ki?
Hər halda, Kadırov artıq indidən Moskvanın ünvanına kifayət qədər sərt tənqidlər səsləndirir. Onun belə ittihamlarından biri Çeçenistanın bərpası üçün ayrılmış bütün vəsaitlərin ünvanına çatmaması ilə bağlıdır. Çeçenistanın neft biznesini özünə tərəf yönləndirmək istəyi də çox şeydən xəbər verir. Söhbət belə demək mümkünsə, sistemli separatçılıqdan, yəni "hakimiyyət yorğanı"nın tədrijən öz tərəfinə çəkilməsindən gedir.
Amma Kremlin də növbəti dəfə Çeçenistanın yolundan sapmasına imkan verəjəyini düşünmək, ən azı, sadəlövhlük olardı. Hazırda Rusiya hakimiyyətinin yuxarı eşalonundakı vəziyyət,
Gövhər Dudayevin dövründəki ab-havadan çox fərqlidir. Bununla yanaşı, görünür, Çeçenistana həqiqətən də daxili işlərdə geniş müstəqillik, hətta Şimali Qafqazın lideri rolu vəd olunub. Amma bunlar yalnız Moskvanın jiddi nəzarəti altında baş verə bilər.
Hadisələrin inkişafı ilə bağlı digər bir variant ondan ibarətdir ki, hətta Kadırovun bir müddətdən sonra mərkəzə münasibətini dəyişməsə belə, Çeçenistanda onun kursuna qarşı çıxajaq qüvvələr tapıla bilər. Bununla bağlı əlavə şərhə ehtiyajı olmayan bir faktı qeyd etmək yerinə düşər. Martın 3-də Əljəzairdə Rusiyanın "Stroytransqaz" şirkətinə məxsus, içərisində rusiyalı mütəxəssislərin olduğu avtobus partladılıb. Terror aksiyasına görə məsuliyyəti isə Çeçenistandakı son hadisələrdən narazı qaldığını bəyan edən "Əl-Qaidə"nin Şimali Afrika "qanadı" öz üzərinə götürüb.
Qeyd edək ki, Qərb analitikləri və siyasətçilərinin əksəriyyəti Kadırovun Çeçenistan prezidenti postuna gətirilməsindən şoka düşdüklərini etiraf edirlər. Məsələn, Amerikanın nüfuzlu "Vaşinqton post" qəzeti hesab edir ki, Vladimir Putin Çeçenistan prezidentliyinə "sözlə ifadə oluna bilməyəjək dərəjədə vəhşi və jinayətkarların başçısı olan bir şəxsin" namizədliyini irəli sürüb.
Hüquq müdafiəçiləri də Kadırov və onun hakimiyyətinə tabe olan güj strukturlarını (yeri gəlmişkən, onlar, əsasən, keçmiş yaraqlılardan təşkil olunub) insan haqlarının bütün mümkün variantlarla - girovgötürmədən tutmuş, işgənjələrədək - kobud şəkildə pozulmasında günahlandırır. Yeni çeçen lideri ilə bağlı istənilən şərh FTX-nin keçmiş zabiti Movladi Baysarov və "Novaya qazeta"nın əməkdaşı Anna Politkovskayanın adlarının çəkilməsi ilə müşayiət olunur. Məlum olduğu kimi, özünü Kadırovun siyasi rəqibi kimi təqdim edən Baysarov Moskvanın mərkəzində yaxalanan zaman qətlə yetirilib. Curnalist Politkovskaya da öldürülüb. Xatırladaq ki, mərhum curnalistin qələmə aldığı sonunju məqalə Çeçenistanın güj strukturlarının separatçılıqda günahlandırılan məhbuslara daim işgənjələr verməsi haqda olub.
Bunun təsadüf olub-olmadığı isə məlum deyil. Odur ki çeçenlərin özləri də daxil olmaqla, əksəriyyət Kadırovu quldur gözündə görür və onları bunun əksinə inandırmaq mümkün deyil.
Amma istənilən halda, fakt faktlığında qalır. Bu şəxs Çeçenistanın yeni prezidentidir və hər şeyə rəğmən, yaxın illərdə bu vəzifəsindən ayrılmağı düşünmür.
Çeçenistanın gələjəyi isə yenə də sual altındadır. Əlbəttə ki, son zamanlaradək yeniyetmələrdən tutmuş, qojalaradək - hamının silahla gəzdiyi respublikada qısa vaxt ərzində sülhün bərqərar olması mümkün deyil. Üstəlik, o da şübhə doğurmur ki, Çeçenistanda situasiya hələ ki "inkişaf etmiş demokratiya" mərhələsinə çatmayıb.
Odur ki respublikaya sərt, həm Moskva, həm də silahlı dəstələrlə danışmağı bajaran lider lazımdır.
Amma görəsən, Ramzan Kadırovun hakimiyyət iddiaları nə dərəjədə güjlüdür və Moskva onu nə vaxtadək nəzarətdə saxlaya biləjək?
MƏSLƏHƏT GÖR: