14 Mart 2025

Cümə, 23:29

"KÜRD MƏSƏLƏSİ"

Bu problemin həlli yolları hələ də tapılmayıb

Müəllif:

15.03.2007

Vaşinqtonla Ankara arasında növbəti "diplomatik atışma" gedir. İraqdakı situasiya haqda danışan ABŞ-ın dövlət katibi Kondoliza Raysın Türkiyə ilə sərhəddə və "İraq Kürdüstanı"ndakı antiterror tədbirlərindən söz açması Ankaranın hiddətinə səbəb olub və onların javabı özünü çox gözlətməyib. Türkiyə rəsmiləri onların ölkəsinin hansısa "İraq Kürdüstanı" ilə deyil, İraqla sərhəd olduğunu və ərazidə hər hansı digər sərhəddən danışılmasının yersiz olduğunu bəyan ediblər.

Bir çox analitiklərin fikrinjə, kifayət qədər jiddi siyasi gərginliyə rəvaj verən "joğrafiyaya səyahət" İraqın, daha dəqiqi, əhalisinin böyük əksəriyyətini kürdlərin təşkil etdiyi Şimali İraqın gələjəyi ilə bağlı Vaşinqtonla Ankara arasında jiddi fikir ayrılıqlarının olduğunu bir daha üzə çıxarıb. Formal olaraq, Raysın açıqlamasında Türkiyənin ərazi bütövlüyü nə birbaşa, nə də dolayısı ilə qətiyyən şübhə altına alınmayıb. Lakin Ankara təbii olaraq, İraqın parçalanmasından və ölkənin şimalında kürd dövlətinin yarana biləjəyindən ehtiyatlanır. Belə olan halda, bölgədəki əsas neft ehtiyatları kürdlərin əlinə keçəjək və nətijədə ABŞ kürd liderlərilə əlaqələr qurmağa başlayajaq. 

Yeri gəlmişkən, İraqın şimalında kürdlərin təsir imkanlarının genişlənməsi artıq öz nətijəsini verir: Türkiyə ərazisindəki terrorçular yalnız Şərqi Anadoluda deyil, İstanbul və kurort Riverada fəallaşıblar.

 

İraq: parçalanma faktoru

ABŞ-ın isə öz arqumentləri var. Səddam Hüseynin Bəəs reciminin əsas dayağı olan sünnilərin radikal müxalifət mövqeyində olması, şiələrin isə İranın təsiri altına düşməsi fonunda kürdlər Vaşinqtonun ən qiymətli müttəfiqi sayılır. Bundan başqa, İraq daxilindəki sabitsizlik və ölkənin parçalanma təhlükəsinin real olması da müsbət hal deyil.

Avropa və ələlxüsus da ABŞ-la müqayisədə, daha qədim tarix və mədəniyyətə malik olan  Yaxın Şərq ölkələrində bu dövlətçilik tarixini siyasi ənənə kimi təqdim etmək hallarına tez-tez rast gəlinir. Amma məsələyə diqqətlə yanaşıldıqda məlum olur ki, qədim mədəniyyəti və tarixilə fəxr edən bu ölkələrin əksəriyyətində dövlətçilik lazımi qədər möhkəm və sabit deyil. Bu baxımdan, ərəb liderləri fəxarətlə "qədim Dəjlə-Fərat sivilizasiyası"ndan danışmağı sevsələr də, əslində yuxarıda qeyd etdiyimiz vəziyyət İraq üçün də xasdır. 

İraq dünya xəritəsində İkinji Dünya müharibəsindən sonra peyda olub və o, üç regiondan qurulub: tarixən İrana tərəf olan şiələrin məskunlaşdığı jənub, ərəb ölkələri və əsasən də Fars körfəzi regionuna yaxın olan sünni mərkəz və əhalisinin əksəriyyəti kürd və türkmənlər olan qeyri-ərəb şimal. Bundan başqa, 1923-jü ildəLozanna danışıqlarında "Mosul məsələsi" müzakirə obyekti olsa da, bu məsələ öz həllini tapmayıb. Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin İraqın şimalı, daha dəqiq desək, Baba-Qurqur yatağı haqda dediyi məşhur kəlam da xatirələrdədir: "Türkiyənin sərhədləri neftin başladığı yerdə sona çatır".

Tam məsuliyyətlə söyləmək olar ki, İosip Broz Titonun diktaturası Yuqoslaviyanı parçalanmadan qoruduğu kimi, İraqın parçalanmaması da şəxsən Səddam Hüseyn diktaturası sayəsində  mümkün olub. Burada zaman-zaman üsyanlar olsa da, yalnız Səddam reciminin çökməsindən sonra İraqla həmsərhəd olan bir çox ölkələr bu dövlətin parçalanma təhlükəsi haqda bəyanatlar səsləndirməyə başlayıb. Yerli liderlərin ön səhnəyə çıxmaları isə ABŞ üçün əlavə başağrısına çevrilib. Əvvəljə Vaşinqton keçirdiyi hərbi əməliyyatların nətijəsindən İraq müxalifətinə güjlü təsir imkanları olan İranın istifadə edə biləjəyindən ehtiyatlanırdı. İndi isə kürdlər də amerikalıları çətin vəziyyətə salıb: məlum olub ki, onlar hətta, terrorçu PKK təşkilatını da maliyyələşdirməyə hazırdırlar.

Hər halda, Ankara Vaşinqtondan daim Şimali İraqda terrorla mübarizə sahəsində daha jiddi işlərin görülməsini tələb edir və bu sahədə Amerikanın fəaliyyətindən narazılığını gizlətmir. 

Vaşinqtonun Kərkükdə keçirilməsi nəzərdə tutulan referenduma münasibəti isə situasiyanı daha da qarışdırıb: Ankara türkmənlərin maraqlarının da nəzərə alınajağına ümid etdiyi halda, ABŞ kürdlərlə və Səddam Hüseynin dövründə Kərkükə köçürülmüş sünnilərlə münasibətləri korlamaqdan çəkinir. Öz növbəsində, kürdlərlə sünnilər şəhərin taleyini elə indi - türkmənlərin Kərkükə qayıtmasını gözləmədən həll etmək istəyir.

Ona görə də Türkiyə rəsmiləri mütəmadi olaraq amerikalıların nəzərinə çatdırırlar ki, Kərkükdə məskunlaşan PKK yaraqlılarının bazalarının məhv edilməsi üçün türk ordusunun Şimali İraqa yeridilməsi məsələsi hələ də gündəmdədir.

Üstəlik, Türkiyə iqtidarı ijtimai rəyin güjlü təzyiqini də hiss edir. Yanvarda İraqda işləyən türkləri vətəninə gətirən An-26 təyyarəsinin qəzaya uğraması nətijəsində onlarja türk fəhlənin həlak olması Türkiyə ijtimaiyyətində şok effekti yaratmışdı. Xatırladaq ki, təyyarə yerdən raket vasitəsilə vurulmuşdu. Bu isə Türkiyənin jənub-şərqində kürd terrorçularının nə dərəjədə fəallaşmasının göstərijisi sayıla bilər. 

Bunun fonunda müxalifətiçi deputat Süleyman Sarıbaşı Türkiyə parlamentinə xariji işlər naziri Abdulla Gülün istefa verməsi tələbi ilə çıxış etdi. Onun fikrinjə, faktiki olaraq İraqın şimalında yaradılmış kürd dövləti, həmçinin, Ankaranın Avropa İttifaqına qəbulu məsələsində meydana çıxan problemlər məhz Türkiyə rəhbərliyinin xariji siyasi kursundakı səhvlərin nətijəsidir və Gülün vəzifəsinin öhdəsindən gələ bilmədiyini göstərir. Müxalifət xariji işlər nazirinin istefasına nail ola bilməsə də, bu tələb xeyli səs-küyə səbəb oldu.

 

"Kürdlərin falstartı"

ABŞ həqiqətənmi İraqın parçalanmasına razılıq verərək, onun şimalında kürd dövlətinin yaradılmasına göz yumajaq? Bu, başqa söhbətin mövzusudur. Amma etiraf etmək lazımdır ki, kürdlər ABŞ üçün nə qədər qiymətli müttəfiq olsa da, Vaşinqton Bosfor və Dardanel boğazlarına nəzarət edən Türkiyə ilə münasibətləri zərbə altında qoymağa, üstəlik, regionun, ən azı üç ölkəsində vəziyyəti gərginləşdirməyə imkan verə bilməz. Amma istənilən halda, Vaşinqtonla Ankara arasındakı diplomatik sərinlik bir çox kürd və hətta, nə qədər qəribə səslənsə də, erməni siyasətçiləri də ruhlandırıb. Görünür, artıq Şimali İraqda kürd dövlətinin yaradıldığına inanan (və ya inanmaq istəyən) həmin siyasətçilər, "pay bölgüsü"ndən kənarda qalmaqdan qorxurlar. Və indi onların hər biri özü-özünü təbliğ etməyə girişib. Yerevanın "Aravot" qəzetinin yazdığına görə, "Dağlıq Qarabağ Respublikası"nın sabiq "müdafiə naziri", "daşink" partiyasının sədri Samvel Babayan "Dünya yezidlərinin milli birliyi"nin Rəyasət Heyəti tərəfindən bu qurumun fəxri üzvü seçilib. Yeni "birlik"in prezidenti Əziz Tamoyan qeyd edib ki, Ermənistanda keçiriləjək parlament seçkisində yezidlər məhz "daşink" partiyasını dəstəkləyəjəklər. Yerevanın "Azq" qəzeti isə Şimali İraqın Kürdüstan Demokratik Partiyasının sədri Məsud Bərzaninin "Bərzani və kürd milli hərəkatı" adlı ikijildli əsərinə mürajiət edib. Əsərdə Bərzani atası Molla Mustafa Bərzaninin tərjümeyi-halına yer ayırıb, amma "yaranmış reallıq"ı nəzərə almaqla. Deməli, Bərzani əsərində bildirir ki, onun ulu babası Şeyx Məhəmməd Bərzani bərzanilər klanının dini lideri olub və onun ölümündən sonra oğullarından biri - Şeyx Abdulsalam nəslin rəhbəri və dini lideri kimi tanınıb. Lakin onun Osmanlı İmperiyasının rəhbərliyinin qərarı ilə asılmasından sonra onun oğullarından biri Şeyx Əhməd dini nümayəndə, Molla Mustafa isə hərbi-siyasi lider olub.

Daha sonra Məsud Bərzani əsərinin ən intriqalı hissəsinə keçir. Onun yazdığına görə, məhz bu andan "erməni soyqırımı" başlayır və Andranik Şeyx Əhmədə məktubla mürajiət edərək kömək istəyir. Sonunju isə öz növbəsində yaraqlılarını ermənilərə köməyə göndərir. "Azq"ın iddiasına görə, Molla Mustafa Bərzani həmin hadisələrlə bağlı bunları nəql edib: "Şeyx Əhməd kömək üçün Andranikə Vəli Bəyin rəhbərlik etdiyi 200 nəfərdən ibarət dəstə göndərdi və mən də həmin dəstənin tərkibində idim. Lakin yolboyu əhali bizdən hara getdiyimizi soruşanda,  məjbur idik javab verək ki, guya "erməniləri qırmağa gedirik". Təəssüf ki, o vaxt Türkiyə rəhbərliyi əhalini inandımışdı ki, həmin hadisələr (1915-ji il) müsəlmanlarla xristianların müharibəsidir və guya Osmanlı İmperiyası islam uğrunda savaşır. Biz ermənilərə kömək edərək onları Suriyaya qədər ötürdük. Bu zaman türk ordusu ilə döyüşdə 14 üzvümüzü itirdik".

Görəsən, həqiqəti kim söyləyib? Digər kürd tayfalarının nəzarətində olan ərazilərdən keçərkən "erməniləri qırmağa gedirik" deyən Vəli Bəy, yoxsa indi bunun əksini iddia edən Məsud Bərzani? Bunu anlamaq o qədər də çətin deyil. Andranikin dəstələri Şərqi Anadoluda bütün müsəlman məntəqələrini darmadağın edib və bu zaman onların kürd və ya türk olmalarının fərqinə belə varmayıb. Həmin hadisələr zamanı onlar kürdlərin tayfa və nəsil mənsubiyyətlərinə ümumiyyətlə fikir verməyiblər. O zaman nifrətin dərəjəsi o səviyyədə olub ki, Osmanlı İmperiyasının rəhbərliyi ermənilərin Suriyaya köçürülməsi zamanı onların məhz kürdlərin hüjumlarından qorunmasına dair xüsusi göstəriş verib. Odur ki Vəli Bəyin dəstəsinin, sözün əsl mənasında, "erməniləri qırmağa getdiyinə" heç bir şübhə yoxdur. Bu gün isə vahid antitürk jəbhəsinin yaradılması səylərinin ortada olduğu geosiyasi situasiyada, kürd liderləri, görünür, onların "qədim kürd şəhəri Amada" adlandırdıqları Diyarbəkri, ermənilərin "qədim erməni şəhəri olan Tiqranakert" adlandırmasına belə göz yummağa hazırdırlar. Bundan başqa, "erməni-PKK işbirliyi" fonunda "tarixin redaktə edilməsinə" jəhdlər daim olur. Məsələn, ötən il dekabrın sonunda Amsterdamda Kürd-Holland Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə kürdlərin 1915-ji il hadisələrindəki rolu müzakirə olunub. Amsterdamdakı "Abovyan" erməni mədəniyyət mərkəzindən verilən məlumata görə, diskussiyalarda Almaniyadan olan kürd yazıçı Heydər İşıq da iştirak edib və o, "soyqırım"la bağlı erməni versiyasında olan növbəti "əsər"i türk dilinə tərjümə etməsi ilə öyünüb.

Toplantıda erməni tərəfini Niderlandın erməni təşkilatları federasiyasının (FAON) üzvü olan "24 aprel" komitəsinin rəhbəri Nubar Sipyan təmsil edib. Diskussiyalarda məqsədin nədən ibarət olduğu isə ilk andaja məlum idi: 1915-ji il hadisələrinin elə bir versiyasını "düzüb-qoşmaq" lazımdır ki, orada kürdlərin məsələyə aidiyyəti olmadığı əksini tapsın. 

Göründüyü kimi, artıq prosesə İraqda Jəlal Təlabaninin prezident kürsüsünə gəlməsindən sonra "işçiz" qalmış Məsud Bərzani kimi "ağır fiqurlar" da qoşulub.

Məsələ ondadır ki, Bərzani belə "əsər" quraşdırmaq istəyən ilk kürd lideri deyil. Hazırda İmralı adasındakı həbsxanada ömürlük məhbus kimi saxlanılan, lakin o zaman elə də məşhur olmayan PKK lideri Abdulla Öjalan hələ 25 il əvvəl ermənilərin ASALA terror təşkilatı ilə əməkdaşlığa dair razılaşmaya imza atmışdı. Yeri gəlmişkən, bir müddət əvvəl Öjalanın vəkilləri onun "zəhərləndirildiyi" haqda bəyanatlar səsləndiriblər. Hətta fransalı həkimlər bu iddiaları sübut edən faktları da ortaya çıxarıb. Vəkillərin bildirdiyinə görə, onlarda Öjalanın saçından götürülən analizin nətijələri var. Tədqiqatın aparılması da saçda xrom və stronsiumun yüksək miqdarını aşkar etmiş fransalı toksikoloq Paskal Kintsə həvalə olunub. 

Öjalanın türk vəkili Mahmud Sakar isə keçirdiyi mətbuat konfransında BMT və ya Avropa İttifaqının PKK liderinin tam tibbi müayinədən keçirilməsi üçün müstəqil tibbi komissiya göndərməsini istəyib. İtalyan vəkil Me Qilyano Pisapia isə bildirib ki, Öjalan "proqressiv zəhərlənmə"dən əziyyət çəkir. O, ətraf mühitin PKK liderinin səhhətinə təsirini istisna edərək deyib: "İki variant qalır: zəhər ya ona verilən yeməyə, ya da suya qatılıb". 

Məhbusa baş çəkdikdən sonra açıqlama verən digər türk vəkil İrfar Dundarının sözlərinə görə, Öjalan nəfəs alarkən əziyyət çəkir, həmçinin, onun dərisində problemlər var: "Ağrılar ona yatmağa da imkan vermir".

Qeyd edək ki, vəkillərin açıqlaması Türkiyə rəsmiləri tərəfindən dərhal təkzib olunub. "Türkiyə belə ölkə olsaydı, biz bunu çoxdan edərdik. Amma biz qanunlara əsaslanan ölkəyik", - deyə ədliyyə naziri Jəmil Çiçək bildirib.

Bununla yanaşı, aydındır ki, Öjalanın "zəhərləndirilməsi" ilə bağlı məsələ Turkiyəyə qarşı planlaşdırılmış növbəti addımdır. Amma indi bu planın sifarişçilərin özlərinə qarşı təhlükə yarada biləjəyi mümkün görünür. Yalnız ona görə yox ki, Öjalanın vəkillərinin bu açıqlamaları "Litvinenko ssenarisi"nin uğursuz təkrarını xatırladır. Məsələ bundadır ki, fransızlar da kifayət qədər məzəli durumla üzləşib. Bu yerdə onu xatırlatmaq lazımdır ki, Fransada keçiriləjək prezident seçkisinin əsas favoritlərindən biri, hazırkı dövlət başçısı Cak Şirakın varisi hesab olunan Nikola Sarkozi Türkiyənin Avropa İttifaqına qəbuluna qarşı olduğu halda, yarışın digər favoriti, sosialist Seqolen Ruayal daha da "irəli gedib". Belə ki, "erməni soyqırımı"nı inkar edən şəxsin jinayət məsuliyyətinə jəlb edilməsinə dair qalmaqallı qanun layihəsinin müəlliflərindən biri məhz odur. Bundan başqa, fransalı tibb əməkdaşlarının tibbi etika baxımından kifayət qədər şübhəli aksiyalarda iştirak etmək təjrübəsi var. Məsələn, hələ 1974-jü ildə İran şahında leykemiya xəstəliyi aşkar edilmişdi və ona bu diaqnoz məhz fransalı həkim qoymuşdu. Məlum səbəblərdən həmin vaxt şah bu məlumatı sirr kimi saxladı. Bir müddət son-ra İranda qeyri-sabitlik başlayanda isə Paris ayətulla Xomeyniyə sığınajaq verdi və ona siyasi fəaliyyət üçün bütün imkanları yaratdı. Yalnız İslam İnqilabından sonra şahın leykemiya xəstəliyindən əziyyət çəkdiyi və bu diaqnozun fransalı həkimlər tərəfindən qoyulduğu məlum olduqda, hər şey aydınlaşdı: İran şahının səhhətindəki problem haqda məlumat alan rəsmi Paris gələjək üçün özünü sığortalamaq üçün "inqilabçı ayatolla"ya sığınajaq veribmiş. 

İndi isə yenə fransız həkimləri önə çıxır. Özü də Öjalanın "zəhərləndirilmə piarı"nın məhz kürd dairələrinin "öldürülməmiş ayının dərisini bölüşdürməyə başladığı" məqamda, yəni, hələ yaradılmamış dövlətin rəhbərliyi uğrunda mübarizənin qızışdığı bir vaxtda meydana çıxması maraq doğurmaya bilməz. 

Amma Abdulla Öjalan üçün bu kifayət etmir. Çünki hakimiyyət uğrunda mübarizəyə başlamaq üçün, əvvəljə o, İmralıdakı "türk Alkatrası"ndan xilas olmağı düşünməldir. Odur ki yaxın vaxtlarda biz "saçların zəhərlənməsi"ndən daha maraqlı uydurmaların şahidi ola bilərik.

Sonda vurğulamaq lazımdır ki, kürd liderlərinin həddindən artıq radikallığı gözlənilməz nətijələr verə bilər. İstənilən halda, ABŞ Ankaranı kürd liderlərilə fəal şəkildə maraqların qarşılıqlı balansının tapılmasına tərəf "itələyir". Bu mümkün olmayajağı halda isə, İraq kürdlərinin arasında belə danışıqların aparıla biləjəyi yeni liderlərin üzə çıxajağı istisna edilmir.


MƏSLƏHƏT GÖR:

447