15 Mart 2025

Şənbə, 00:30

ERMƏNİSTAN HƏLƏ QALİB GƏLMƏYİB, KONQRES İSƏ ARTIQ MƏĞLUB OLUB

"Erməni lobbisi"nin fəallığı getdikcə ABŞ üçün daha ciddi problemə çevrilir

Müəllif:

15.03.2007

ABŞ Konqresinin Nümayəndələr Palatasında 1915-ji il hadisələrinin "soyqırım" kimi əks olunduğu "erməni qətnaməsi"nin növbəti dəfə aprelin 24-də müzakirəyə çıxarılması nəzərdə tutulub. Qeyd edək ki, erməni ijması məhz həmin gün "soyqırım qurbanları"nı yad edir.

"Erməni soyqırımı"nın ABŞ tərəfindən tanınmasını nəzərdə tutan 106-jı qətnamənin Konqres tərəfindən qəbulu tarixi hadisə olardı. Bu bəyanatla "daşnaksütun"un liderlərindən biri, Ermənistan parlamentinin xariji əlaqələr daimi komissiyasının sədri Armen Rustamyan çıxış edib. O, bu qətnamənin qəbulu üçün lazımi anın yetişdiyini düşünür: "ABŞ Konqresində çoxluq demokratların əlindədir və onlar daim "erməni soyqırımı"nın tanınmasının tərəfdarları kimi çıxış ebiblər. Ən başlıjası, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu qətnamənin qəbulunu dəstəkləyir və ondan çox şey asılıdır". Deputat, həmçinin, əmindir ki, bundan sonra proses "domino prinsipi" ilə gedəjək və Vaşinqton tərəfindən atılajaq bu addım bir çox Avropa ölkələrinin də "erməni soyqırımı"nı tanımasına səbəb olajaq.

Yerevan artıq Konqresdəki səsverməni gözləmədən "biznes-plan"lar qurmağa başlayıb. Ermənistan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Aşot Melkolyan "Azərbayjan və Türkiyənin antierməni təbliğatına Ermənistanın javabı" adlı konfransda bildirib ki, artıq "erməni soyqırımı"nın beynəlxalq aləm tərəfindən tanınması məsələsini "həll edilmiş saymaq olar və növbəti mərhələyə keçmək lazımdır". O, "növbəti mərhələ" dedikdə, "məsələnin hüquqi tərəfini, yəni, soyqırım qurbanlarına kompensasiyaların verilməsi prosesini" nəzərdə tutur. Xatırladaq ki, Ermənistan bu məsələdə "kompensasiya"dan danışarkən yalnız pul ödənişlərini deyil, həm də "ərazi təzminatı"nı düşünür. "Turkish Daily News"un şərhçisi Mehmet Əli Birand bununla bağlı məqaləsində konkret sual qoyur: ABŞ-ın "erməni soyqırımı"nı tanıyajağı halda, Türkiyəni nə gözləyir? "Bizdən kompensasiya, ərazi tələb edəjəklər, yoxsa Türkiyəyə qarşı müharibə elan olunajaq? Yolun sonunda bizi nəyin gözlədiyini bilməliyik", - deyə curnalist bildirir.

Ermənistanda isə uzunmüddətli planlarını gizlətməyə heç çalışmırlar da. Bu ölkənin prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Qarnik İsaqulyan da maraqlı şərhlə çıxış edib. Ankaranın Konqresin qəbul edə biləjəyi qətnamə ilə bağlı ABŞ-a mürajiətinin Türkiyə üçün arzuolunan nətijə verməyəjəyinə əminliyini ifadə edən İsaqulyan de-yib: "Düşünürəm ki, qətnamə böyük ehtimalla qəbul olunajaq. Bu halda, Türkiyə Rusiya ilə daha sıx əlaqələrin qurulması istiqamətində addımlar ata bilər. Biz hadisələrin inkişafını son dərəjə diqqətlə izləyirik və düşünmürəm ki, hadisələrin belə gedişi bizim təhlükəsizliyimiz üçün jiddi problem yarada bilər".

Qarnik İsaqulyan Türkiyənin ABŞ-la münasibətlərinin sərinləşəjəyi və onun Rusiya ilə yaxınlaşajağına dair proqnoz səsləndirən ilk şəxs deyil. Xatırladaq ki, hələ bir neçə il əvvəl Vladimir Putinin Türkiyəyə səfəri və "mavi axın" qaz kəmərinin təntənəli açılış mərasimi fonunda Rusiya KİV-də də belə proqnozlar yer almışdı. Moskva güman edirdi ki, Türkiyədə Ədalət və İnkişaf Partiyasının timsalında "mülayim islamçılar"ın hakimiyyətə gəlməsi nətijəsində Ankara ABŞ və NATO ilə əməkdaşlıqdan üz döndərəjək və bu zaman Rusiya da "Türkiyə piroqunu"n bölüşdürülməsində yaxından iştirak edəjək. Lakin həmin vaxt proqnozlar doğrulmadı və doğrula da bilməzdi. 

İndisə, Uinston Çerçillin bir vaxtlar söylədiyi kimi, "proqnozlaşdırmaq, sonra isə bu proqnozun niyə reallaşmadığını uzun-uzadı əsaslandırmaq" növbəsi Ermənistana çatıb. 

Qeyd edək ki, indiyədək həmişə Moskvanın xariji siyasətində aqressivlik artan zaman, "erməni soyqırımı"nın tanınması məsələsi də gündəmə gətirilib. "Soyqırım" haqda mif hələ XX əsrin 40-50-ji illərində, İosif Stalinin Türkiyədən "erməni vilayətləri"nin SSRİ-yə verilməsini və sovet hərbi bazalarının Bosforda yerləşdirilməsini tələb etdiyi zaman baş qaldırmışdı. Daha sonra müxtəlif növ "erməni qətnamələri"nin dünya ölkələrinin parlamentlərinə, həmçinin ABŞ Konqresinə çıxarıldığı bir vaxtda - 70-ji illərdə SSRİ-nin dünyadakı "enerci böhranı" fonunda neftdən fantastik gəlir əldə etdiyi və aqresiv xariji siyasət yürütdüyü zaman bu məsələ yenidən Kremldə müzakirə obyekti oldu. Türkiyə bu dəfə də ilk qurbana çevrilməli idi və yenə də ona qarşı ərazi iddialarının əsaslandırılması üçün "erməni soyqırımı" mifi ortada idi. Bir tərəfdən Moskva öz iddiaları ilə bağlı lazımi piar-əsaslandırma əldə edirdi, digər tərəfdən isə Türkiyənin Qərb müttəfiqlərilə münasibətlərini son dərəjə gərgin həddə gətirməyə ümid edirdi. Rusiyalı strateqlər hesab edirdilər ki, Ankaranın həmin müttəfiqlərinin dəstəyindən məhrum edilməsi onu daha asan "şikar"a çevirir.

İndi neftin qiyməti yenidən qalxıb və Rusiya yenə fantastik gəlir əldə etməyə başlayıb. Qarnik İsaqulyanın köhnə geosiyasi planlara işarə etməsi isə təsadüfi təsir bağışlamır: "erməni soyqırımı"nın tanınması ilə bağlı hazırkı kampaniya yenidən köhnə iddialarını yada salan Moskva üçün də jəlbediji görünə bilər.

Gözlənildiyi kimi, ABŞ administrasiyası erməni lobbisinin fəaliyyətindən heç də məmnun deyil: Vaşinqton üçün Ankara ilə münasibətləri risk altında qoymaq ən azı, hazırkı vəziyyətdə qətiyyən sərfəli görünmür. "The New Anatolian"ın Türkiyənin xariji işlər naziri Abdulla Gülə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Jorj Buş Konqresə məktubla mürajiət edərək, konqresmenləri "erməni soyqırımı"nı tanımamağa çağırıb. "ABŞ administrasiyası Buşa müxalifətdə dayanan və Konqressdə çoxluğa malik demokratlar tərəfindən ötən ay təqdim olunan qətnamənin əleyhinədir", - deyə Turkiyə mətbuatının yazdığına görə, Gül qeyd edib. O, həmçinin bildirib ki, sözügedən qətnamə konqresmenlər tərəfindən qəbul edilərsə, ABŞ-Türkiyə münasibətləri "dalana dirənəjək". Nazir bunun baş verməməsi üçün ABŞ administrasiyasını tədbirlər görməyə çağırıb. "Hürriyyət" qəzetinin Türkiyə XİN-dəki mənbəyə istinadən verdiyi məlumatda isə qeyd olunur ki, Abdulla Gülün ABŞ Konqresinin "erməni soyqırımı" ilə bağlı qətnaməni müzakirəyə çıxarılması ilə əlaqədar Vaşinqtona etdiyi səfər zamanı "bu məsələnin türk xalqı üçün nə dərəjədə ağrılı olduğunu hamıya izah edib". "ABŞ administrasiyası situasiyanın vajibliyini anlayır. Biz Konqresdə də mümkün olan hər şeyi etmişik", - deyə mənbə bildirib. Onun sözlərinə görə, ABŞ Konqresi sənədin müzakirəsinə başlasa belə, Buş onu dayandırajaq. Digər məlumatda isə bildirilir ki, ABŞ Dövlət Departamenti Konqresə "Türkiyə nə üçün vajibdir" adlı məktub hazırlayıb.

Bundan başqa, Türkiyənin Baş Qərargah rəisi Yaşar Böyükanıt da ABŞ-a səfər edərək, burada Birləşmiş Ştatların qərargah rəhbərlərinin Birgə Komandanlığının rəhbəri, general Piter Peys ilə görüşüb. Vitse-prezident Dik Çeyni və ölkənin hərbi rəhbərliyi ilə apardığı danışıqlarda isə o, ikitərəfli strateci əməkdaşlıq məsələlərini müzakirə edib. Görüşlərdə İraq problemi, PKK-ya qarşı mübarizə, Yaxın Şərqdəki situasiya kimi məsələlər diqqət mərkəzində olub. Bir sözlə, Böyükanıt ABŞ-a nələri risk altına qoyduğunu xatırladıb. O, Senatın xariji məsələlər komissiyasının rəhbəri Tom Lantos ilə də görüşüb və görüşdən sonra senator deyib: "Biz "erməni soyqırımı" haqda qətnamənin qəbul edilməməsi üçün əlimizdən gələni edəjəyik".

Bütün bunların fonunda Amerikanın "The Washington Post" qəzeti Ankaranın ünvanına maraqlı məsləhət ilə çıxış edib. Qəzetin şərhçisi Deyl Jekson Türkiyəyə "erməni soyqırımı" haqda qətnaməyə "jiddi yanaşmamağı" tövsiyə edib. "The House's Ottoman Agenda" adlı məqalədə o, bu qətnaməni İraqla bağlı Konqresin qərarı ilə müqayisə edərək xatırladıb ki, o zaman konqresmenlər bu ölkədə hərbi əməliyyatların başlamasına qarşı çıxmışdılar. Deylin fikrinjə, Adam Şiffin dairəsində yaşayan 70-80 etnik erməninin səsi qanun layihəsinin Nümayəndələr Palatasının müzakirəsinə çıxarılmasında öz rolunu oynayıb. Jekson Palatanın spikeri Pelosinin dairəsində yaşayan erməniləri də xatırladaraq bildirir ki, spiker onlara Konqresə seçiləjəyi təqdirdə "erməni soyqırımı" haqda qanunun qəbuluna söz verib. "Nümayəndələr Palatasının üzvlərinin əksəriyyəti "erməni soyqırımı" haqda ümumiyyətlə heç bir məlumata malik deyil", - deyə şərhçi yazır: "Təsəvvür edin ki, Nümayəndələr Palatasının 435 üzvündən əksəriyyəti sünnilərlə şiələr arasındakı fərqi bilmədiyi halda, Adam Şiffin 92 il əvvəl Türkiyənin şimal rayonunda baş verən hadisə haqda versiyasını qəbul edib-etməmək haqda qərar verməlidir".

Ola bilsin, Jeksonun amerikalı parlamentarilərlə bağlı qeyd olunan fikirləri Kapitolinin dəhlizlərində heç də çoxlarının xoşuna gəlməyəjək. Amma amerikalı curnalistin ironiyasında ABŞ-Türkiyə münasibətlərinin gələjəyi ilə bağlı həyəjan təbili çalındığını görməmək mümkün deyil: hazırkı vəziyyətdə Vaşinqton müttəfiqləri ilə münasibətlərini pozmağı özünə rəva bilməz. İki həftə əvvəl Britaniyanın "The Guardian" qəzeti də Mehmet Əli Birand (Turkish Daily News) və Əli Aydınbaşının (Sabah) bunun baş verəjəyi halda, Ankara ilə Vaşinqtonun münasibətlərinin korlanajağına dair proqnozlarına yer verib. Qəzet Konqresin "erməni soyqırımı"nı tanıyajağı halda, iki ölkə arasında münasibətlərin, xüsusilə də İraq istiqamətində münasibətlərində jiddi gərginlik yarana biləjəyi haqda proqnozları xatırladıb. Britaniya qəzetinin türkiyəli analitiklərə istinadən verdiyi məlumata görə, bu halda Türkiyə Ordusu çox güman ki, PKK-ya qarşı Şimali İraqda çoxdan planlaşdırılan hərbi əməliyyatlara başlayajaq və bununla da Vaşinqtonun İraqda vəziyyətin stabilləşdirilməsi istiqamətindəki səyləri heçə enəjək. "Sözügedən qətnamənin qəbulu faktiki olaraq, Ankaraya ABŞ-ın mövqeyini nəzərə almamağa, ən azı mənəvi haqq verəjək ki, bu da İraqda yeni qan çanağının yaranmasına səbəb ola bilər", - deyə "The Guardian" yazır. 

Hazırda aparıjı şərhçisi Ağ evin mətbuat katibi olan "The Washington Times" isə konqresmenlərə xüsusi hörmətlə yanaşmadan bildirir ki, "ABŞ-ın radikal islamçılarla mübarizə apardığı bir vaxtda Konqresin 80 il əvvəl baş vermiş hadisələri araşdırmaqdansa, görəjəyi daha jiddi işlər var": "Xüsusilə də nəzərə almaq lazımdır ki, bu, Vaşinqton ilə Ankaranın münasibətlərinə jiddi zərbə vura bilər. Bu iki ölkənin İraqdakı situasiyanın stabilləşdirilməsi istiqamətində əməkdaşlıq etməsi isə çox vajibdir". Qəzet daha sonra belə davam edir: "Həqiqətən də, ABŞ-da Türkiyəyə qarşı düşmən mövqeyində olan erməni və yunan lobbisi türkmeyilli qruplardan daha güjlüdür. Onların köhnə haqq-hesab çəkmək istəkləri isə ABŞ-ın Türkiyə ilə İraq probleminə dair əməkdaşlığına jiddi zərbə vura bilər. Hazırkı çətin vəziyyətdə ABŞ İraqdakı kürd dostları və Türkiyə kimi müttəfiqi ilə yaxından əməkdaşlıq etməlidir. Amma Nensi Pelosi daha çox etnik siyasətə üstünlük verir və bununla da əlavə səslər qazanmaq istəyir".

Hər halda, ABŞ-dakı qüvvələr nisbəti haqda yerevanlı soydaşları ilə müqayisədə, daha yaxşı məlumatlı olan erməni lobbiçiləri artıq narazılıqlarını gizlətmirlər: guya "Türkiyə məhəbbəti" Vaşinqton üçün ermənilərin "soyqırım"ı tanıma çağırışından daha vajib olub. "Kaliforniya kuryeri"nin baş redaktoru Arut Sasunyanın sözlərinə görə, amerikalı ermənilər Buş administrasiyasının "erməni soyqırımı"nı tanımaqdan imtinası ilə daha çox təhqir olunublar, nəinki "faktın" türklər tərəfindən rədd edilməsi ilə. "Nədən belə böyük bir ölkənin liderləri erməniəsilli vətəndaşlarını, "soyqırım"a məruz qalan insanların əjdadlarını deyil, etibarsız xariji dövləti razı salmağa daha çox çalışırlar", - deyə Sasunyan sual edir. 

Daha sonra o, ABŞ dövlət katibinin köməkçisi Metü Brayzanın fevralın 1-də curnalistlərə verdiyi açıqlamanı xatırladır: "Bizim mövqeyimiz (söhbət "erməni soyqırımı"na dair Konqresə təqdim olunan sənəddən gedir) dəyişməz olaraq qalır. Düşünürük ki, 1915-ji ildə baş vermiş həmin dəhşətli hadisənin həlli üçün siyasi və diplomatik bəyanatlar həllediji faktor sayıla bilməz".

Sasunyan dövlət katibinin digər məsləhətçisi Daniel Friddən də sitat gətirir: "Biz Ermənistan-Türkiyə münasibətlərinə aid olan və ermənilər tərəfindən "erməni soyqırımı" adlandırılan sənədi müzakirə etmişik. ABŞ administrasiyası bu qətnaməni dəstəkləmir. Biz artıq bunu dəqiqləşdirmişik və dəqiqləşdirməni davam etdirəjəyik". D.Frid bildirib ki, Vaşinqtonun bu mövqeyi sözügedən sənədin ABŞ-Türkiyə münasibətlərinə zərbə vura biləjəyi ilə bağlıdır: "Bu, Ermənistan-Türkiyə dialoquna səbəb olmayajaq".

Bu sitatlardan sonra Sasunyan Amerikanın siyasi elitasının ünvanına tənqidlər səsləndirir: "Sitatlardan göründüyü kimi, hər iki siyasətçi Türkiyənin siyasətinin qurbanı olan bütün bir millətin deyil, Ankaranın hissiyyatına toxunmamağın qeydinə daha çox qalır. Onlar unudurlar ki, bu qətnamə Türkiyəyə təzyiq yox, Amerikanın dəfələrlə təsdiqlədiyi "soyqırım"a dair ədalətin bərpa olunmasıdır". 

Bir sözlə, ABŞ-dakı erməni lobbiçiləri artıq anlamağa başlayıblar ki, onların tələbləri Vaşinqtonun öz maraqları ilə ziddiyyət təşkil edir və Konqresdə növbəti dəfə "erməni soyqırımı" ilə bağlı qətnamənin qəbuluna jəhd göstərərkən, ijraediji orqanın müqavimətini nəzərə almamaq mümkün deyil.


MƏSLƏHƏT GÖR:

376